Страница 9 из 68
- Daınış görüm zəvzək qoca, Təhmirə atamız II Kir haqda nə bilir?
- Farsların şahı bizə qarşı müharibəyə başladı və bu səbəbdən mən onun başını bədənindən ayırdım. O, İrəci böyük II Kir zə
- Qoy o belə də zə
- Birdə ki şahım, Təhmirənin Rüstəmin ölümündən sonraindi Tihraxuda hökmüdarıXurşidləmüharibə etdiyini öyrəndik. O, Tihraxuda şahı Qubad şahınqardaşı Sakesfarın oğlu Skunha ilə izdivac edib Rüstəmin əmisi Sakasefarı dəstəkləyir! - deyə Qobri sözünə davam etdi.
- Yaxşı aydındır, bəs şahzadəni
- Rüstəmin ölüm xəbəri Tihraxuda sarayına, onun anası Rudabəyə çatan kimi o da oğlunun necə həlak olduğunu öyrənmək üçün massagetlərin yanına adam göndərdi. Lakin Təhmirə öz ağzı ilə deyəndə ki, o Rüstəmin cəsədini itlərə atıb onda işlər kökündən dəyişdi! – deyə Qobri cavab verdi.
- Necəyəni dəyişdi? – deyə II Kambiz təəccüblə soruşdu.
- Əlahəzrət, bu xəbəri Rüstəmin anası Rudabəyə bildirəndə o da şivən qoparıb Rüstəmin ölümündə tək müqəssir olaraq Təhmirəni gördü və onu düşmən elan etdi. Ayrıca olaraq o Təhmirədən zindanda saxladığı Rüstəmin əmisi Sakesafar və onun oğlu Skunhanı azad etməyi tələb etdi və onları Tihraya apardı. Lakin Təhmirə onları zindandan çıxarıb Skunha ilə nigah bağladı və Sakesafarı da Tihra sarayaına göndərdi! – deyə Qobri cavab verdi.
- Sən bizim qulaqlarımız niyə yalanla doldurursan? Rudabə Xurşidi devirib onun yerinə bilmədən də olsa Sakesafarı qoyub və bu da Təhmirənin işinə yarıyacaq. O bu fürsətdən istifadə edib üzərimizə əsas ordu birliklərin yeridə bilər? – deyə II Kambiz soruşdu.
- Əlahəzrtət, izin verin bəzi işlər haqda sizə məlumat verim! – deyə Krez zəif səslə müdaxilə edib dedi.
- Hansı işlər bardə? – deyə II Kambiz təəccüblə soruşdu.
- Şahzadəmiz Kasandana Təhmirə məktib yazıb ona sülh təklif etdi və əvəzində də İran ordusunu massagetiyaya yox məhz Misirə döndərəcəyini bildirib!- deyə Krez cavab verdi.
Bunu eşidən kimi II Kambiz Kassandananı çağırmağı əmr etdi və az sonra şahzadə da gəlib çıxdı. Kasandana Krezi görən kimi məsələnin nə yerdə olduğunu anladı və qabaqlayıcı tədbir gördü. Şahzadəni görən kimi II Kambiz üzünü ona tutub soruşdu:
- Massagetiya ilə mənsiz səaziş bağladığını eşitdim, niyə mənim bundan xəbərim yoxdurvə bunu mənə izah et!
- Hökmüdarım,massgetiya ilə səaziş bağladığım doğrudur. Lakin bilmənizi istərəm ki, İran kimi bir güclü imperiyanın massagetlərlə səaziş bağlaması onları yüksəldər və bizi alçaldar. Mən bunun eşidilməməsi üçün çox çalışıram və əsl məqsədim dövlətimizin qüdrətini Misirdə də hiss etdirmıəkdir! – deyə Kasandana cavab verdi.
- Yaxşı, onda de görüm bu bizə nə qazandıracaq? – deyə II Kambiz soruşdu.
- Bu bizə çox şey qazandıracaq: birincisisizin Misirə yürüşünüz öncəsi şimaldakı sərhədlərdə hər hansı bir problemçıxmayacaq. İkincisi də əgər onlarla aranızı pozsaz onda siz Misirdə olanda onlar da bunu fürsət bilib ölkəmizə soxulacaqlar! – deyə Kasandana cavab verdi.
II Kambiz bir az fikirləşəndən sonra dedi:
- Sənin dediklərin tamamilə doğrudur və bizə xeyirli bir səaziş bağlamısan.
Kasandana II Kambizin sözlərindən daha da ürəklənib sözünə davam edərək dedi:
- Əmin ola bilərsiniz ki, Təhmirə üstümüzə gəlməyəcəkdir.
- Niyə ki, nə səbəbə, nə olub? - deyə II Kambiz soruşdu.
- Kəşfiyyatçılarımızın verdiyi məlumatlara görə Rüstəmin faciəvi ölümü Tihra ilə Taliya sarayını biri-birində soyudub. Çünki əsgərlər Təhmirənin Rüstəmin nəşini itlərə atması xəbərini Rüstəmin anası Rudabəyə bildiriblər.O da oğlanlarının ölümündə tək müqəssir olaraq Təhmirəni görür! – deyə Kasandana cavab verdi.
- Burada onlar tək nə edə biləcəkər ki? – deyə II Kambiz soruşdu.
- Əlahəzrət Rudabə Təhmirəyə qarşı müttəfiqlərlə görüşüb və ona qarşı ittifaq yaratmağa başlayb! – deyə Kasandana cavab verdi.
- Bu ittifaqda kimlər yer alır? – deyə II Kambiz soruşdu.
- Bu ittifaqda savronmatlar, Sarmat şahzadəsi Amaqa və oğlu Qatal və massagetiyada onu sevməyən bəzi tayfa başçıları! – deyə Kasandana cavab verdi.
- Hansı tayfa başçıları? – deyə II Kambiz soruşdu.
- Toxarlar[29]ın başçısı Söhrab, usunlar[30]ın başçısı Mehrab və sairə. Birdəki demək istəyirəm ki, şahzadə Təhmirə özü də bizimlə muharibə etmək istəmir! – deyə Kasandana cavab verdi.
- Niyə belə düşünürsən? – deyə II Kambiz soruşdu.
- Çünki bizsiz də onun çoxlu düşmənləri var və onun bizə vaxtı yoxdur. Çünki əfsanəvi Rüstəmin məhz Təhmirəni ucubatından ölməsi bütün Rüstəmsevənləri Təhmirəyə qarşı qaldırmışdır! – deyə Kasandana cavab verdi.
Bu sözdən sonra II Kambiz ayağa durub dedi:
- Bax bizi məhz bu məqam rahatladır ki, Təhmirənin bizsiz də düşmənləri çoxdur və bu da bizə onu vaxtaşrı əlimizdə oynatmağa şərait yaradar. Qədimə baxsaq Təhmirə də bizimki sayılır, çünki massagetlər də bizim kimi aridirlər və Zərdüşt peyğəmbərə ibadət edirlər. Bunu eşidən kimi saray əyanlarının üzlərinin surəti dəyişdi və öz kinli baxışlarını gizlədib öz aralarında pıçıldayırdılar:
- Necə, şahənşah o vəhşiləri bizim qohumlarımız və o pozğun Təhmirəni də bacımız adlandırdı?
Bunu hiss edən II Kambiz dərhal onların baxışlarına cavab olaraq dedi:
- Deyəsən bizim sözümüz sizinxoşunuza gəlmədi, dediklərim sizin ürəyinizcə olmadı deyəsən?
- Lakin unutmayın ki mən sizin hökmüdarınız, siz isə mənim beyinsiz eşşəklərimsiz. Siz Təhmirənin uzaqdan da olsa qorxusundan titrədiyiniz halda onu təhqir etməyə cütət edirsinzi. Lakin siz səhv edirsiz, çünki o şahzadədir, bəs siz kimsiz?
- Siz mənim yalnız ayaqlarmı yumağa layiqsiniz. Siz mənim taxtımın altında olan tozlarsınız və qulsunuz. Axmaqlar, düşünürsüz ki siz özünüz bu həddə gəlib çatmısınız?
- Yanılırsınız, çünki atam II Kir sizi tozun içindən qaldırıb bu həddə gətirib çıxarıb və bütün dünyanın hakimi edib. Lakin atamız böyük II Kir özünə tay olan bir düşmənlə döyüşdə həlak olub. Mən isə böyük Kirin yerinə keçən şahlar şahı II Kambiz isə Təhmirənin massagetlərin şahənşahı olaraq qəbul edir və on bizəbərabər olan bir hökmdar kimi tanıyıram.
6.Tihraxuda şahzadəsi Rudabə.
Tezlikə Rüstəmin ölüm xəbəri dörd bir yana yayıldı və aləm biri-birinə dəydi. Taliyadan Dunaya, Sarmatiyadan Savromatiya[31]ya, Farsdan Baktriya və Marqianaya qədər hamı bu xəbəri eşidən kimi kədərləndi və o cəngavər üçün yas saxladı. İnsanlar hər yerdə odlar qalayır və müqəddəs odun ətrafında dövrə vurub Rüstəmin xatirinə təziyyə və şəbih keçirirdilər. Çox keçmədi ki bu acı xəbər Tiharxuda sarayına da ulaşdı və ölkə qarışdı. Bu xəbər Rüstəmin anası Rudəabəyə çatanda o Tihraxudanın Boqort qalası[32]nda idi və Rüstəmin sağ-salamat qayıtmasını gözləyirdi. Bu xəbəri gətirən Təhmirənin çaparı Fərrux qalaya daxil olub xidməçilərə Rüstəmin qardaşı Xurşidə mühüm bir xəbər gətirdiyini bildirdi. Xidmətçilər də bunu qala muhafizəbaşı olan Axsitana xəbər verdilər və o da gəlib Fərruxla görüşdü və onu Xurşidin yanına apardı. Xurşid öz taxtında oturub eyş-işrətlə məşğul olduğundan başı rəqqasələrə və kef məclisinə qarışmışdı. O, oqədər şərab içmişdi ki, özündən getmiş və ağzına gələni danışırdı. Bunu görən Axsitan Fərruxu Rudabənin yanına aparmağı qərara aldı. Onlar gəlib Rudabənin otağına çatandan qapıda duran kənizbaşı Gülşən onları qarşıladı və təzim edib soruşdu: