Добавить в цитаты Настройки чтения

Страница 1 из 68

Tomris -massaget çariçası. II hissə. Qisas

AqşinƏliyev

TƏHMİRƏ (TOMİRİS)

MASSAGET ŞAHZADƏSİ

II Hissə

Qisas

Bakı - 2021

Redaktor:Yalçın Heydərli - Filoloq

Aqşin Əliyev. Təhmirə(Tomiris) - Massaget şahzadəsi,

II Hissə - Qisas. Bakı, “Elm və Zəka” 2021, 369 səh.

Kitabda Massaget şahzadəsi Təhmirənin(Tomirisin) İran şahı II Kiri məğlub etməsi və iranda I Daranın hakimiyyətə gəlməsi öz əksini tapıb. Burada I Daranın Skif səfəri və Təhmirənin ölümü də öz əksini tapıb.

ISBN 978 -9952 37 621-0



Ön söz

“Qisas” adlanan bu kitab Massaget şahzadəsi Təhmirə(Tomiris) haqda yazılan kitabın 2-ci hissəsini təşkil edir. Belə ki1-ci kitabda İran şahənşahı II Kirin(Kuruşun) dünyanın dörd bir tərəfini özünə tabe edib insanlıq tarixində ilk imperiyanı yaratması və onun daha sonra massagetlər üzərinə hücumu öz əksini tapmışdır. Lakin 1-ci kitabın sonunda II Kir massagetlərlə vuruşub məğlub olur və döyüşdə ağır yaralanır. Onu yaralı halda Pasarqada gətirirlər və şahənşah 3 gündən sonra elə Pasarqadda vəfat edir və burada 1-ci kitab bitir. Kitabın 2-ci hissəsi isə bundan sonra başlayır və bu hissədə massagetlərdən ziyan görən hər kəs onlara hücum edib qisas almaq istəyir. Qisas motivi hədəf nöqtəsi kimi Massaget şahzadəsi Təhmirə götürülür və buna görə dəbu2-ci kitab “Qisas” adlanır. Müəllif Aqşin Əliyev bütün tarixi faktlardan və antik Yunan mənbələrindən istifadə etməklə2-ci kitabı daha da maraqlı etməyi bacarmışdır. Belə ki,II Kirin ölümündən sonra İranda taxta onun oğlu II Kambiz çıxır və bir müddət o daxili vəziyyəti düzəltməyə çalışır. IIKambiz çox qətiyyətli, acıqlı, qəzəbli və ani qərar verən bir hökmdardır. II Kambiz öz atasının siyasətini davam etməyi qərara alır. Burada o massagetlərin üzərinə getmək əvəzinə hələ uşaqlıqdan Misirə bəslədiyi şəxsi nifrətin qurbanı olaraq e.ə. 525-ci ildə bu ölkəyə yürüş edib onu ələ keçirir. Təhmirənin ölümü ilə 2-ci kitab bitir.

Müəllifdən

Proloq

I Daranın xarici siyasəti yad ölkələrin işğalına yönəldilmişdi. O, ilk növbədə skit və sak tayfalarına qarşı yürüşlər təşkil etdi. Elmi ədəbiyyatda I Daranın bu tayfalara qarşı hərbi yürüşlərinin istiqaməti və illəri mübahisəyə səbəb olmuşdur. Qaynaqlar sakları müxtəlif cürə adlandırırdılar: haumavarqa , tiqrahauda və dəniz arxası saklar. E.ə. 519-cu ildə I Dara tiqrahauda "şiş papaq" sakların ölkəsinə qarşı qoşun yeridir. Bisütun kitabəsi bu haqda belə məlumat verir: "Bundan sonra mən ordu ilə Sak ölkəsinə, ucu şiş papaq qoyan saklara qarşı getdim. Çaya çatdım, onu ordu ilə keçdim. Bundan sonra sakları darmadağın etdim, qalanını əsir tutdum. Skunha adlı başçılarını tutub mənim yanıma gətirdilər. Mən başqasını onlara başçı təyin etdim, öz bildiyim kimi. Bundan sonra ölkə mənim oldu". Elmi ədəbiyyatda bu yürüş barədə müxtəlif mülahizələr irəli sürülmüşdü. Bir fikrə görə, I Dara Qara dəniz sahili skitləri ölkəsinə səfər etmişdir. Digər fikrə görə, o, Orta Asiya saklarına qarşı çıxış etmişdir. Hətta Bisitun yazılarından birində zədələnmiş halda qalmış məlumata görə I Dara Mesopotomiyanı və Qafqazı və Qara dəniz sahilində yaşayan Sak- apasiyak tayfalarını işğal etmişdi. Nəzərə almaq lazımdır ki, Araz çayından şimalda yerləşən etnoslar əhəmənilərə könüllü itaət edirdilər. Ola bilsin ki, orada yaşayan saklar başda Skunha olmaqla müstəqil siyasət yürüdürdülər. I Dara onları Əhəməni dövlətinə qəti tabe etmək məqsədilə müharibəyə başlamışdı. Qələbədən sonra o, ancaq sakların başçısını dəyişmiş və istədiyi adamı onlara hakim qoymuşdu.

Əhəməni ordusu Hellespontu[1] (Bosfor boğazı) keçərək Frakiya[2] torpaqlarını tutdu. Buradan o, Dunay (İstr) çayına doğru hərəkət etdi və gəmilər üzərində düzəldilmiş körpünü keçərək Qara dəniz sahili skitlərinə[3] qarşı müharibəyə başladı. Skitlər döyüşə girişməyə cürət etmədilər. Onlar ölkənin dərinliklərinə geriyə çəkilərək I Daranın ordusunu öz arxasınca gəlməyə məcbur etdilər. Skitlər yol boyu bulaq, quyu və otlaqları xaraba qoyub, mal-qaranı qovaraq aparırdılar və bunula da I Daranın ordusunu ərzaqdan məhrum edirdilər. Onlar hərdənbir hücuma keçir və Əhəməni dəstələrini dağıdırdılar. Herodotun verdiyi məlumata görə, skitlər I Daraya quş, siçan, qurbağa və beş ox göndərdilər. I Dara bunu skitlərin itaəti kimi qəbul etdi. Lakin onun silahdaşı Qobri bunu ayrı cürə yozdu. Onun yozumuna görə skitlər bununla demək istəyirlər ki, "Əgər siz farslar, quş kimi göyə uçmasanız, siçan kimi torpaq altına girməsəniz, qurbağa kimi bataqlığa hoppanmasanız bu oxlarla vurulub geri qayıda bilməyəcəksinz". I Dara müharibənin uğursuz olacağını başa düşərək, geriyə qayıtmaq qərarına gəldi. Əhəməni ordusu Dunay çayını keçib, kiçik Asiyaya qayıtdı. Beləliklə e.ə. 512- ci ildə skitlərə qarşı təşkil olunmuş bu yürüş uğursuz başa çatdı. Lakin İran ordusu başda Meqabiz olmaqla Frakiyanı, Makedoniyanı Əhəməni dövlətinə tabe etdi. Bu ölkələrdə İran hərbi dəstələri yerləşdirildi. I Daranın dövründə Əhəməni dövlətinin qüdrəti daha da artdı. Onun hüdudları Egey[4] dənizindən Hindistana və Efiopiyaya kimi çatırdı. Bisütun kitabəsi onun adından qeyd edirdi:

"Mənim sahib olduğum padşahlıq budur: Soqda arxasında olan skitlərdən Efiopiyaya kimi, Hindistandan yunlara kimi olan ölkələri özümə tabe etdim”

Bundan sonra I Dara bütün ölkələri özünə tabe edəndən sonra tabe tmədiyitəkcə massagetlər qalır. Elə 2-ci kitab məhz I Dara ilə Massaget şahzadəsi Təhmirəninmuharibə səhnələri ilə doludur. Belə ki, Rüstəmin ölümündən sonra Təhmirəyə qarşı böyük bir ittifaq yaranır və bu ittifaqda olan şəxslər ondan hərə özünə görə qisas almağı düşünür. Bu ittifaqaRüstəmin anası – Rudabə, Savromatşahzadəsi və Rüstəmin sevgilisi – Larkianın qardaşı Skopasis və Rüstəmin oğlu kamankeş Aran,Sarmat şahzadəsi və Rüstəmin sevgilisi Amaqa və Rüstəmin oğlu Qatal, Alan hökmüdarı Xosrov, Toxar hökmdarı – Şapur və sairə. Təhmirəyə qarşı ittifaqda ona qarşıqisas hissi duymayan yeganə şəxs Rüstəmin qardaşı Xurşiddirki, o da bu ittifaqın memarıdır. Xurşid qısa bir zamanda Təhmirəyə nifrət duyan hər bir kəslə təkbətək görüşərək bu ittifaqı qurur və sonra isə onlarfı İran şahı I Dara ilə görüşdürür. Nə qədərə də olmasa bu döyüşlərdə az iştirak edən Xurşid, Təhmirə məğlub olan kimi ən çox qazanan da o olur və öz Tihraxuda taxtını geri almağa nail olur. Əsərdə digər qadın personajlarla yanaşı massagetlərn cəsur və döyüşgən qadın qəhramanlar da var. Bu sıraya Alan şahzadəsi Aşxen, Tihraxuda şahzadəsi və Rüstəmin qəhrəman bacısı Apşeron, Şürükün sevgilisi məşhur oxatan Kaşanq və digərləri. Kitabın 2-ci hissəsi I Dara və müttəfiqlərinin qələbəsi və Təhmirənin məğlubiyyəti ilə bitir. Massagetlər məğlub olandan sonra onlar İran imperiyasına qatılırlar və çox keçmədən Təhmirə iki il əvvəl baş vermiş döyüşdə aldığı zəhərli ox yarasından vəfat edir. Bununla da ikinci kitab öz faciəvi səhnələri ilə sona çatır.

I BÖLMƏ. ARQAVAN DÖYÜŞÜ, II KİRİN YARALANMASI.

Kir oğlu Kambiz

II Kirin oğlu Kambiz burada şah olub. Kambizin atadanvə anadan bir Bardiya adlı qardaşı var idi. II Kambiz Bardiyanı öğldürdü, lakin xalqın bundan xəbəri olmadı. II Kambiz Misirdə səfərdə olandan İranda Bardiyaya oxşar Qaumata adlı bir sehirbaz maq peyda olub özünü II Kirin oğlu Bardiya elan etdi. O taxtı ələ keçirərək belə deyirdi: