Страница 2 из 68
- “Mən – Bardiya, II Kirin oğlu və II Kambizin qardaşı xalqı üsyana çağırıram” Bunu eşidən xalq üsyan qaldırıb onun tərəfinə keçdi. Üsyan tezliklə Fars, Midiya və Babilə yayıldı və bunu eşidən Misirdə olan Kambiz geri dönmək istəyəndə yolda muəmmalı şəkildə öldü.
I Daranın Bisutun yazısı.
1.Arqavan[5] döyüşü - II Kirin yaralanması.
Çox keçmədi ki II Kirin ölm xəbəri həryerə yayıldı və İran qarışdı. Onun ölümü Ari ideologiyasına böyük zərbə oldu və insanlar çaş-baş qaldılar. Belə ki massagetlər əsir düşmüş İran əsgərlərinin qulaqlarının burnunu, dilini kəsir və gözlərini çıxarırdılar. Döyüşün sonunda Təhmirə əsir düşümş İran sərkərdələrini ən qəddar şəkildə edam etdirdi. Əsirlikdən canlarını qurtaran bəzi sərkərdələr İrana gəlib bütün bu dəhşətləri camaata danışdılar. Çünki dörd əsr bundan əvvəl Fars əyaləti kiçik bir ərazi kimi Midiyanın tərkibində idi və məhz II Kir sonuncu Midiya şahı – babası Astiaqa qarşı üsyan qaldırıb onu güclü dövlətə çevirmişdi. Farslar özlərini təmiz qanlı Ari, digər xalqları isə onlara xidmət edən qulhesab edirdilər. Lakin onlar bilmirdilər ki, vaxt gələcək dünyanın dörd bir tərəfinin hökmdarı olan II Kirhansısa bir-iki sərgərdan Massaget tərəfindən məğlub ediləcəkdir. Əsirlikdən çıxan Qobri, Hiştasp, KrezFaridunun dəstəsinin müşaiəti ilə Harpaqın ardınca Sakalilavrakadan[6] Pasarqada[7] tərəf hərəkət etməyə başladılar. Onlar Pasarqada çatan kimi baş verənləri II Kambizə və Kasandanaya danışdılar. Bu dördlük hələ yeni şah taxta çıxmamış indidən kimin baş vəzir – “paşi kaşayatiya” olacağı uğrunda mubahisə edir və biri-birilərini didirdilər. Bunun somunda həmişə II Kirə öz yaxınlığı ilə seçilən Krez baş vəzir oldu və dövlətin mühüm işlərini ələ almağı bacardı. Hiştasp Fars əyalətinin satrapı oldu və İran dövlətinin daxili işlərindən məsul oldu. Qobri İran ordusunun ali-baş komandanı, Faridun isə maliyəvə xəzinə işlərinə nəzarəti əlinə aldı.
Fars əyalətinin satrapı olan Hiştaspın aldığı güclü qərarlara baxmayaraq II Kirin faciəvi ölümü bütün asiyaya yayıldı. Bu səbəbdən də Hiştasp təzə şahın taxta çıxana qədər yeni şura çağırmağı qərara aldı. İran imperiyasına daxil olan xalqlar II Kirin ölməz olduğuna inanır və buna görədə ona xüsusi qiraət bəsləyirdilər. Lakin onlar onun hər adi bir insan kimi çox asanlıqla öldüyünü eşidəndə çaşbaş qaldılar və bundan sonra nəcib farsların əlindən qurtulub azadlığa çıxacaqlarının yaxın olduğunu hiss etdilər. Bundan əlavə II Kir tərəfindən müxtəlif ölkələr İrana tabe edilmiş, onların şahları yerində saxlamaq şərti ilə bütün səlahiyyətləri əllərindən alınmışdı. II Kirin ani ölümü isə onları sanki yuxudan oyatdı və imperiyanın hər yerində üsyanlar başladı. Bu səbəbdən də II Kirin əsas dayağı olan dörd sərkərdə bunu görüb şahənşah tərəfindən yaradılan bu əzəmətli imperiyanı dağılmaqdan xilas etmək üçün hərəkətə keçdilər. Hiştasp hökümətin gizli hərbi təşkilatından xüsusi təyinatlı casusları imperiyanın hər yerinə saldı, şayə və təxribat yayanları xüsusi qəddarlıqla aradan götürdü. Qobri – Babil[8], Sard[9] kimi mərkəzi şəhərlərdə xüsusi qoşun hissələri saxlayıb, qalan bütün qoşun hissələrini Ekabatana[10] yığdı. Krez gecə-gündüz bilmədən digər işğal olunmamış ölkələrin hökmdarları ilə diplomatik danışıqlar aparırvə onalrı sakitləşdiridi. O, həmən ölkələrdən bəzilərini öz tərəfinə çəkir, bəzilərini satın alır və bəzilərini də aradan götürüdü. Onun ardınca isə Qobri imperiyanın sərhədlərinə ordu hissələrini yığırdı, lakin buna baxmayaraq bu dördlük imperiyada yaşıyan başqa xalqların birlikdə ümumi düşmən olan İrana qarşıbirgə üsyana qalxacaqlarından qorxurdular. Onlar Hiştaspın təklifi ilə onlarla silah dili ilə deyil, sözlə danışmağı qərara aldılar. Bu səbəbdən də imperiyanın ən güclü maqları bütün şəhər, kənd və obalarını küçə-küçə gəzib müxtəlif dilərdə çox gözəl şəkildə təbliğata başladılar. Onlar massagetləri Avestada adı çəkilən şər ruh olan Əhrimənin övladları olduqlarını, xeyirin təcəssümü olan Hörmüzdün timsalı İranı məhv etməyi istədiklərini təbliğ edirdilər. Onların dediklərinə görə massagetlərin hücumu çox dəhşətli olacaq və onlar hər şeyi dibindən qoparacaqlar. Onlar İranın gözəl şəhərlərin dağıdıb düzənliyə çevirər və onun yerində öz qoyun-quzularını otaracaqlarını deyirdilər. Bu dördlükdən yalnız Hiştasp Zərdüşt[11] peyğəmbərin kəlamları ilə insanları ümumi düşmənə qarşı qaldıra bildi.
2.Əzəmətli çahargahın(dördlüyün) sonu.
Böyük Kirin ölüm xəbəri hər evdə eşidiləndə o zaman onu xalqdan gizlətmək də çox çətin oldu. Bu səbəbdən də o çahargah ölkənin idarəsini üçün taxta yeni bir şahı çıxarmağı və onu həmdə dini rəhbər etməyi qərara aldılar. Onların hər biri gənc şahənşahın gözünə girmək üçün xüsusi yaltaqlıqlarla özünü göstərməyə çalışırdılar. Dördlük öz aralarında danışıb qərara aldılar ki taxta çıxan bu uşaq gələcəkdə onların əl-qolunu bağlamasın. Onlar onu müxtəlif səlahiyyətlərdən məhrum etməklə hakimiyyəti öz əllərində saxlamağı düşünürdülər. Bu insanlar hər çür çətinlikdən keçmiş, öz zamanında dəhşətli muharibələr görmüş və ölümün gözünə dik baxmışlar. İndi də ölümdən əsla qorxmadan bu gənc şahənşahın hüzuruna getdilər. Yeni şahənşahın baxışları onların düşündüyünmdən də çox qəzəbli idi və budaonun gələcəkdə çox qəddar bir şah olacağına işarə edirdi. Bu minval ilə onlar saraya getməyi qərara aldılar. Sarayda onları II Kambizin ən sevimlisi olan gənc Fars zadəganı Prekasp qarşıladı və o sakit bir səslə dedi:
- Şahənşah sarayın arxasındakı bağçadadır və imperiyanın şahdan sonra birinci şəxsinin onun yanına gəlməsini əmr edir! Bu zaman Krez saçları ağarmış Prekaspa baxıb düşündü ki, II Kambiz kimi insanın sevimlisinə çevrilmək o qədər də asan deyil. Bu zaman onun yanına əzəmətli II Kir düşdü və sanki o kövrəldi. Onlar içəri girəndə şah öz bağbanına qəzəblə deyirdi:
- Ey sən dəvə, sənə biz nə əmr etdiyimizi unutmusan?
- Xeyir! – deyə bağban qorxa-qorxa titrək səslə cavab verdi.
- Biz sənə dedik ki – paxlavayi rəngli çiçəkləri qırmızı çiçəklərin yanında əkmə, əksinə açıq - qəhvəyi çiçəkləri ək. Sənin bir qulağını kəsib birini saxlamalıyıq ki, sən ancaq bizi eşidəsən və ömür boyu bizi eşitməyinə peşiman olarsan! – deyə şahənşah hiddətlə qışqırdı və sonra isə üzünü keşikçilərə tutub qışqırdı:
- Ey keşikçilər!
Bu zaman keşikçilər tələsik daxil oldular və II Kambiz bağbanın onun yalvarışlarını baxmayaraq iki keşikçiyə onu aparmalarını əmr etdi. Bu zamana bayaqdan bütün bunları sakitcə izləyən Qobri ara boşluğu hiss edərək bir az ürəklənib dedi:
- Şahım, sizin nökərləriniz əmriniz üzrə gəlmişlər!
II Kambiz ona tərəf boylanıb dedi:
- Axmaq adam, sənki görürsən mən başqa işlə məşğulam, qoy gözləsinlər!
Krez və Qobri lal-dinməz Hiştaspa baxırdılar, II Kambiz Taliyanın sıx meşələrindən onun üçün gətirilmiş qaragilələri qəzəblə ağzında gəmirirməklə məşğul idi. Onlar şahənşahın qəbulunda elə qorxmuşdular ki sevinib, ya da ağlamaqlarını belə bilmirdilər və çaşıb qalmışdılar.
- Bəlkə o qorxur? – deyə Hiştasp dilləndi.
- Kambiz qorxaq deyil! – deyə Qobri onun sözünü kəsdi.
- Bizim əl-qolumuz bağlanıb və bu çətin günlərdəimperiyanı qorumaq heç də asan olmayacaq, lakin dostlarım bizə elə də asan olmayacaq bu cür rəhbərlə! – deyə Krezsöhbətə qoşuldu.
- Mane olmayın, biz məşğuluq! – deyə Qobri II Kambizi yamsılamağa başladı.