Страница 3 из 68
- Sus, birdən eşidər!- deyə onlar Qobriyə irad tutdular.
- Bizim yeni rəhbərimiz bizi, öz atasının köhnə silahdaşlarını bir bağbana qısqanır... ! – deyə Qobri sözünə davam etdi.
- Balıq başdan iylənər, çünki əgər massagetlər II Kirin özünüməğlub ediblərsə, onda özünün sevən II Kambiz onların qarşısını ala bilərmi?
- Məgər belə rəhbər farslara belə qorxulu vaxtlarda lazımdırmı? - O, İranın qüdrətini vahid bayraq altında yığa bilərmi? – deyə Hiştasp dedi.
- Sən doğru deyirsən Hiştasp, zira Bardiya - farsları qanlı döyüşün atəşinə apara biləcək yeganə adamdır! – deyə Qobri cavab verdi.
- Yalnız axmaq adam sənin bu gərəksiz təklifinlə razı ola bilər mənim Qobrim, lakin bizim içərimizdə beləsi yoxdur. Birdəki əziz dostum yaddan çıxarma ki bizim atamız II Kir özü şəxsən II Kambizi özündən sonra varis təyin etdi və bunu xalq da bilir, ordu da. Birdə ki II Kambiz elə də axmaq adam deyil ki özü öz xoşu ilə taxtdan imtina etsin və bu da bizim sonumuz deməkdir. Bunabuna görə II Kiri günahkar hesab etmək lazımdır! - deyə Krez dilləndi.
- Hə, doğru deyirsən! - deyə Qobri geri çəkildi, lakin Hiştasp heçnə demədi.
Onlar gedəndən sonra II Kirin qızı Atossa II Kambizin iqamətgahına gəldi və hərəmin keşikçiləribelə böyük Kirin qızını saxlamağa cürət etmədilər. II Kambizin dar dodaqlı ağzı gülümsəməyə başladı və həm arvadına, həm də bacısına xeyirxah üzünü göstərməyə başladı. Atossa yerə diz üstəəyləşibəlləri ilə öz ayaqlarını qucaqlayıb oturdu və dedi:
- Kambiz, qardaşım mənim, mən şahzadə olmaq istəyirəm!
- Sən artıq şahzadəsən! – deyə II Kambiz cavab verdi.
- Yoxe, mən əsl şahzadə olmaq istəyirəm, müqəvva yox! – deyə Atossa dedi.
- Əmr et və sən özün şahid olarsan ki, sən əsl şahzadəsən yoxsa müqəvva! - deyə II Kambiz cavab verdi..
- Mənim atamın vaxtında kimsə mənim əmrimi qulaq ardına edə bilməzdi. O zaman mən bütün xalqların şahənşahının qızı idim, indi isə mənşahənşahın birinci xanımıyam. Mən bilmək istəyirəm ki,mənim ərim nə vaxt əsl şah olacaq ki mən də əsl şahzadə olum – deyə Atossa acıqla dedi.
- Sənə şahzadə olmağa mane olmuram! – deyə II Kambiz cavab verdi.
- Olursan, sən atamız II Kirin qanuni varisisən və sən yaşahlıq etmirsən, ya da etmək istəmirsən. Vallah özüm də bilmirəm nə deyim, lap çaşbaş qalmışam! – deyə Atossa dedi.
- Sən çox açıq danışırsam Atossa və bu qorxulu deyil? – deyə II Kambiz cavab verdi.
- Bu söz axmaq rolu oynamaqdan yaxşıdır Kambiz. Mən səni tanıdığım qədər bilirəm ki, sən heç də göründüyü kimi deyilsən və mən sənin bu oyunlarını başa düşə bilmirəm. Amma mən başa düşürəm ki, İranda bir hakim olmalıdır və qalanları isə quldurlar. Birdəki indi hamı dəyişib və hətta qohumlar da öz aralarında qız-qıza evlənib qarışıblar. Məsələn Qobri öz oğlu Mardonini Hiştaspın qızı ilə evləndirib, öz qızı İrtaşdunanı isə Hiştaspın oğlu Daraya ərə verib. Burada birbaşa ikili qohumluq əlaqələri qurublar, elə bil ki, əvvəlkilər azlıq edirdi. Amma burada qoca öküz olan Krez demək olar ki bütün imperiyada öz təsirini yaya bilən yeganə adamdır. O, xeyirxah qoca olsa da onunla yalnız yaxşı söhbət edib fikrimizi saxlaya bilərik. Amma sənə gədikdə isə Kambiz, sənin adi tituldan başqa heç nəyin yoxdur. Birdəki qardaşın Bardiya səndən də məşhurdur və nüfuzu gündən-günə artır! – deyə Atossa deyinə-deyinə dedi.
- Ha-ha-ha! Bacı, bacıcan, sən çox risk etməyə başlamısan. Bunların sonunda mən qəzəblənib sənin o məşhur qardaşın Bardiyanın boynunu vurdura bilərəm və bunu edərsəm nə baş verər? Mən bilirəm ki, sən mənim kimi qocadansa o yaraşıqlı və güclü qardaşını dəstəkləyirsən – deyə II Kambiz kinayə cavab verdi.
- Sən düşünürsən ki mən öz qardaşım Bardiyanı sevirəm, amma səni əsla sevmirəm? Lakin sən səhv edirsən, çünki mən hakimiyyəti sevirəm və o da səndə olduğuna görə mən Bardiyanı yox, səni sevirəm. Birdə ki əgər sən taxta qardaşını öldürməklə əyləşsən onda bu taxtda sakit və rahat əyləşə bilməyəcəksən! – deyə Atossa dedi.
- Sən belə düşünürsən əziz bacım? – deyə II Kambiz soruşdu.
- Hə Kambiz, şah taxtına iddia etmək sənin haqqındır, lakin Bardiyanı öldürməklə sən özünə qarşı bütün onu sevənləri qaldıracaqsan! - deyə Atossa cavab verdi.
- Yəni demək istəyirsən ki üsyan qalxa bilərlər? - deyə II Kambiz soruşdu.
- Yox, mən sadəcə sənin tənbəlliyini təqdir etmirəm Kambiz! – deyə Atossa cavab verdi.
- Sənin dediyin o tənbəllik bir uzaqgrənliyin simgəsidir bacı! – deyə II Kambiz dedi.
- Ha-ha-ha! - Məni güldürmə qardaş, sən bizim atamız böyük Kirə əsla bənzəmirsən! – deyə Atossa qəhqəhə çəkib cavab verdi.
- Sən düz deyirsən, biz atamızla biri-birimizə əsla bənzəmirik və bilirsən niyə? – deyə II Kambiz dedi.
- Niyə qardaş? – deyə Atossa soruşdu.
- Çünki o sarayda yaşayıb böya-başa çatıb, amma mənsə yox. O, böyük imperiyanı yaratmaq üçün doğulub, mənsə onu idarə etmək üçün. Mənim atamın yaxşı dostları, mənimsə yaxşı təəbələrim var bacı. Birdəki indi vəziyyət çox çətindir, çünki şimaldan o sürtük qadın Təhmirə, qərbdən axmaq firon Amasis sərhədlərimizi təhdid edir və mən yerimdə rahat yata bilmirəm. Mən orduda bunu təbliğ edə bilmirəm çünki ən güclü sərkərdələr atam II Kirə, ordu isə Bardiyaya sədaqətlidir və mənə isə yalnız saraydakı qadınlar qalır. Misir fironu ilə haq-hesab edərəm, lakin atamın belə qalib gələ bilmədiyi Təhmirəyə əsla qalib gəlməyim inandırıcı görünmür! – deyə II Kambiz cavab verdi və sonra xidmətçini çağırıb dedi:
-Tez ol get o möhtəşəm çahargahıçağır, qoy dərhal hüzuruma gəlsinlər!
- Baş üstə şahənşah! – deyə xidmətçi təzim edib çıxıb getdi.
Çox keçmədi ki, şahənşahın əmri ilə Krez, Qobri və Hiştasp tələsik saraya gəldilər. II Kambiz öz taxtında öz bütün əzəməti ilə əyləşmiş və onun başı üzərində əlində yelpik olan nökərlər dayanmışdı. Digər əyanlar isə ondan aşağıda, həm sağdan, həm də soldan düzülmüşdülər və onun əmrlərini gözləyirdilər. Sərkərdələri görən II Kambiz azca toxtadı və üzünü onlara tutub dedi:
- Niyə lal-dinməz dayanmısınız?
Bu zamansərkərdələr sanki yuxudan oyandılar və Qobri qorxa-qorxa irəli çıxıb dedi:
- Biz başa düşmədik şahım!
II Kambiz azca gülümsəyib dedi:
- Yəni sizə də bağbana dediyimi və etdiyimitəkrarlamağımı istəyirsiz?
Bu zaman Krezin rəngi ağardı öz-özündə pıçıldadı:
- Bax budur əsl Kambizin iç üzü, axmaq qoca, məgər sən bütün bunların baş verəcəyini bilmirdin ki. İndi də səni cır-cındır içində olan adi bir bağbanla eyni tuturlar.
Sonra II Kambiz Krezi görüb dedi:
- Krez, niyə susursan, hanı sənin müdrikliyin?
- Niyə sən öz dostlarına başa salmırsan ki, əslnökər öz sahibin fikirlərini oxumağı bacarmalıdır?
- Mənim ağam və sahibim, izin verin danışım! - deyə Krez zəif bir səslə cavab verdi.
- İcazə vermirik, sənin bizə müdrik fikirlər kimi soxuşdurduğun axmaq sözlərini dinləməkdən bezmişik artıq. Sənin dalınca bütün şərq gülür. Məhz sənin axmaq məsləhətlərin üzündən atamız II Kir Araks[12] çayının sahilindəki massagetlərin torpağına keçmiş və yaralanmışdı. Bu səbəbdən də səni bu imperiyanın yaradıcısının ölümünə bais olduğun üçün ən dəhşətli edam və cəza gözləyir. Lakin sənin qocalığını nəzərə alıb həyatını bağışlayırıq və bizim gözlərimizi açmaqda bizə kömək olmanı istəyirik! – deyə II Kambiz qəzəblə qışqırdı.
II Kambizin bu sözlərindən özünü itirən qoca Krez göz yaşlarına qərq olub iki əli ilə üzünü tutub diz üstə çökdü. Bunu görən II Kambiz kinayə ilə dedi:
- Axmaq qoca, sən dəli olmusan nədir, məgər qul öz ağasının qarşısında beləmi diz çökür?