Страница 4 из 68
Dibinə qədər yerə çökdürülən Krez göz yaşlarını silərək dedi:
- Yalnız bu formada bizim təəbələrimiz öz sahiblərini salamlamalıdırlar. Bizim imperiyada bütün quru sahənin yalnız bir sahibi var, o da dünyanın dörd bir tərəfinin hakimi və şahlar - şahı II Kambizdir. O, əzəmətli Kirin oğlu və hamımızın ağasıdır, qalanları isə onun yalnız qullarıdır!
Bunu eşidən II Kambiz xidmətçiyə əmr edib dedi:
- Krezə ənam ver, çünki biz onun üçün ömrünün axırına kimi maaş təyin etmişik!
II Kambiz Krezin ayağa durmadığını görüb sözünə davam edərək yenə dedi:
- O qocaya ayağa qalxmağa kömək edin, qoy dursun ayağa!
Şahənşahın sözlərindən sonra xidmətçilər hər iki qoldan Krezə yapışıb onu ayağa qaldırdılar və şahın göstərişi ilə çıxışa apardılar. Krez gedəndən sonra II Kambiz üzünü Qobriyə tutub dedi:
- Müdrik Krez bizi tərk edəndən sonra biz səninlə məşğul olmağı qərara aldq cəsur Qobri. Biz – bizim sənə həvalə etdiyimiz hakmimiyyətlə sən kifayət qədər oynamısan. Biz səbrlə gözləyirdik ki sən özün nə vaxtsa deyərsən ki “bəsdir”! Lakin düşünürükki sən bu sözü deməyə utanırdın və buna görədə biz sənə bu işdə kömək etməyi qərara aldıq. Aydındırmı?
- Hər şey aydındır əzəmətli hökmdarım! – deyə Qobri qorxa-qorxa cavab verdi.
Bundan sonra II Kambiz sözünə davam edərək dedi:
- İndi biz özümüz öz imperiyamızın dövlət işləri ilə məşğul olmağı arzu edirik və çalışırıq ki bu işləri sizin məsləhətinizlə yürüdək.
- Sən Hiştasp – Marqianaya[13] gedib bizim oradakı satrapımız olacaqsan və orada qayda-qanunyaradacaqsan. Əgər şayəd köçərilər İranın üzərinə yürüməyə cəhd etsələr, onda sən ilk olaraq onalrın qarşısına çıxıb birinci zərbəni özünə qəbul etməlisən. Əgər onlar səni məhv edib cəsədinin üzərindən İrana soxula bilsələr, onda biz sənin xatirəni şəninə uyğun olaraq əbədiləşdirəcəyik. Biz səndən sonra sənin yerinə oğlun Daranı təyin edəcəyik ki, o da sənin yolunu davam edəcək. Bunu eşidəndə Hiştaspın rəngi ağardı və öz ölmüş dodaqlarını tərpədərək dedi:
- Baş üstə mənim ağam, oğlum Daraya göstərdiyiniz bu cür xeyirxahlığa görə sizə mi
II Kambiz başı ilə ona işarə edəndən sonra yenə üzünü Qobriyə tutub dedi:
- Sən bizi massagetlər mövzusunda əmin etmisən və əgər nəsə düz getməsə onda bütün bunlara görə məsuliyyət sənin üzərinə düşəcəkdir.
- Yəni həqiqətən də siz məni massagetlərin üzərinə göndərmək istəyirsiz şahim? – deyə Qobrirəngi ağarmış halda soruşdu.
- Bəs sən nə düşünürdün cəsur Qobri?
- Atamız Böyük Kiri orada qoyub paytaxta qaçaraq mənimlə uğraşacağınımı düşünürdün? – deyə II Kambiz qəzəblə cavab verdi.
- Mən öz ağamın əmrini yerinə yetrimişəm! – deyə Qobri titrək səslə cavab verdi.
- Göründüyü kimi sən atamızın bu əmrini çox ürəklə yerinə yetrimisən. Əminəm ki, bizim də əmrlərimizi belə ürəklə yerinə yetirəcəksən, yoxsa biz sənin üçün ağa deyilikmi? – deyə II Kambiz soruşdu.
- Siz mənim üçün ağa, sahib və şahlar şahsız! – deyə Qobri titrək tərzdə cavab verdi.
- Onda mən səndən atama göstərdiyin fədakarlığı mənə də göstərməyini əmr edirəm! – deyə II Kambiz səsini qaldırdı. Bu sözdən sonra məclis dağıldı və hamı öz yerinə qayıtdı.
3. Sərgərdanlıq
Qoca dördlük indi bir yerdə at sürürdülər və onlar yeni şahənşah tərəfindən onlara verilmiş vəzifələrin başına tələsirdilər. Hiştasp özünün yeni satraplığına – Marqianayadoğru gedirdi və Krezin xahişi ilə o Qobriyə yolu işıqlandırmalı idi. Qobri yolda Barz dağları[14]na çatanda ondan ayrılıb Sepitrata çayı[15]na tərəf getməli idi. O, oradan da Taliya dağları[16] il Kaspi dənizi[17] arasındakı Sakalilavrakaya – Təhmirənin sarayına varmalı idi. Kuhistana qədər onları tanınmış Fars əsilzadəsi olan Dadaşri özünün üç minlik hərbi dəstəsi ilə müşaiət edirdi. Hələ Pasarqad sarayından çıxanda onlar Dadaşrinin onları soyuq gözləri ilə süzməsini və onlara nəzarət etməsindən şübhələnmişdilər.Çünki II Kambiz Pasarqadda Dadaşrini yanına çağırıb ona Krezi, Qobrini və Hiştaspı şəxsən muşaiət etməyi əmr etmişdi. O, hər hansı bir halda onları gözdən buraxmamağı Dadaşriyə tapşırıb demişdi:
- Biz bilmək istərdik ki bu şəxslər bizdən uzaqda olanda özlərini necə aparır və haqqımızda nələr düşünürlər?
- Krez təhlükəli deyil, amma Hiştasp və Qobri isəbiri-biri ilə bir yerdə tək qalmamalıdırlar. Sən onları Barz dağlarına qədər müşahidə et və onların bir yerdə qalmasına əngəl ol. Elə ki siz Kuhistana çatanda onlardan bir yolla ayrılıb Hiştasp ilə Marqianaya get. Onda qoy Qobrimassagetlərlə sərhəddə olan Andiya[18] başçısı Ariantın yanmına getsin. Sonra o oradan da Ariant ona Təhmirənin yanına getməyə köməklik etsin. Bundan sonra sən Krez və Hiştaspı Marqianaya apar və ondan sonra sən öz satraplığın olan Baktriya[19]ya get.
Baktriya adını eşidən kimi Dadaşrinin gözləri parııldamağa başladı, çünki Baktriya ləzzətli bir tikə idi. Baktriyanın həm əhalisi çox idi, həm də sərvətləri zəngin idi və bu üzdən də II Kambiz buranı öz qardaşı Bardiyaya vermişdi. Lakin II Kambiz Atossanın sözlərindən sonra bu əraziniBardiyaya yox, Dadaşriyə verməyi qərara almışdı. Necədə olmasa Böyük II Kirin oğlu Bardiya öz qardaşı üçün çox təəssüf ki bir maneəyə çevrilmişdi. Lakin Bardiya II Kambiz üçün yeganə maneə sayılmırdı, əsas maneələrdən biri də Hiştasp idi. Buna görə də II Kambiz Dadaşridən onada nəzarət etməyi tapşırmışdı. Bu səbəbdən də II Kambiz karvanın muşaiətinə Dadaşrini ona görə təyin etmişdi ki, qoy o bu iki satrapın arasını pozsun və mümkünsə biri-birinə düşmən etsin. Bundan əlavəhəm Marqiana, həm də Baktriya massagetlərinOrta Asiyadakı qohum tayfaları ilə sərhəddə yerləşirdi.Əgər massagetlər Baktriyaya hücum etsələr, onda ilk köməyə Marqiana satrapı Hiştasp gəlməli idi. Ancaq gözlərində nifrət dolu olan bir adamDadaşriyə necə kömək edəcəyi müəmmalı idi. Əgər Dadaşri əmri yerinə yetirməsəydi onda II Kambizin qəzəbinə düçar ola bilərdi. Beləliklə Dadaşri çətin bir vəziyyətə düşmüşdü. Çünki o əgər II Kambizin əmrinə uyub Hiştasp ilə arasını pozsa idi onda massageltəin hücumu zamanı onun köməyindən məhrum olub ölə bilərdi. Lakin Dadaşriyə kömək edə biləcək ikinci şəxs Səmərqənd[20]in hökmdarı Varahruman idi ki o da Hiştasp ilə çox yaxın münasibətdə idi. Varahruman uzun illər idi ki Səmərqənddə hökmdarlıq edirdi və onun da Dadaşriyə kömək etməsi Hiştaspın birkəlməsinə bağlı idi. Burada Krez və Qobrinin də köməyinə etibar etmək olmazadı və bu üzdən də Dadaşri Hiştasp ilə əlaqələrini yaxşılaşdırmaqdan başqa yolu yox idi. Lakin o bunu elə etməli idi ki, II Kambizi şübhələndirməməli idi. Bundan əlavə bu dördlük Dadaşri üçün daha səmərəli ola bilərdi nəinki II Kambiz. Çünki Baktriya, Soqd və Marqiana II Kambizdən uzaqda yerləşirdi, amma Təhmirəyə daha yaxın idi. Bu üzdən də ona indi Hiştasp, Varahruman, Krez və Andiya hakimi Ariant kimi müttəfiqlər lazım idi. Əgər Qobrinin ani gəlişindən Təhmirə qəzəblənsə və həm əri Rüstəmin və həm də oğlu Fərqapın(Sparqapisin) ölümündə kimlərin barmağı olduğunu araşdırsa onda massagetlərin saysız orduları sel kimi Qaf dağlarına axışacaqdı. Nəhayət onlar gəlib Ratbara[21] məntəqəsinə çatdılar və oranın hakiminin evində qonaqladılar. Axşama hakim onlar üçün ziyafət verdi və ziyafət sırasındfa birdən qapı açıldı içəri çox qəribə geyimdə olan biri daxil oldu. Həmən şəxsin ayağında Sak dəri çəkməsi və başında isə Sak papağı var idi. Bu zaman qapıçı onu görüb dərhal mane olaraq dedi:
- Olmaz sərbaz olmaz, geri çəkil, burada vacib insanlar var!