Добавить в цитаты Настройки чтения

Страница 5 из 68

- Çək əllərini barbar, mən özüm vacib alicənab adamam və II Kirin öz hərbi sərkərdəsiyəm! – deyə o şəxs qəzəblə cavab verdi. Əsgəri itələyəndən sonra həmən şəxs içəri girdi və orada əyləşənlərin onlara baxdığını görüb dedi:

- Ey dostlar, sizi yenidən görməyimə çox şadam. Mən II Kirin hərbi sərkərdəsi Fanetəm və o dünyadan gəlmişəm.

Hamı qəfildən zorla içəri daxil olan bu naməlum adama qəribə baxırdı və bunu görənFanet dedi:

- Mənə belə qəribə baxmaqdansaməni qonaq etsəz yaxşıdır, çünki çox acam. Bu sözlərlə Fanet irəli gəlib süfrəyə əyləşdi və aclıqla yemk yeməyə başladı.

- O dünyadan dedin Yunan, səni necə başa düşək?– deyə Ratbarın hakimi Ariant həyəcanla soruşdu.

- Dostlar, ya o dünyadan, ya da massagetlərin əsirliyindən qayıtmışam, heç bir fərqi yoxdur və inanın ki eyni şeydir! – deyə Fanet yemək yeyə-yeyə cavab verdi.

- Sən massagetlərin əsirliyində olmusan və oradan necə sağ qayıda bilmisən?- deyə Ariant soruşdu.

- Gördüyünüz kimi sağam cənab! – deyə Fanet cavab verdi.

- Axı deyilənlərə görə onlar əsir götürdükləri insanları tikə-tikə doğrayıb yeyirlər, yoxsa ancaq farsları yeyib yunanları buraxırlar? - deyə Ariant soruşdu.

- Yox bu dediyin yalandır, çünki onlar əsla insan əti yemirlər. Onlar ölülərin başının dərisini soyur, salamat insanlara isə əsla toxunmuralr! – deyə Fanet cavab verdi.

- Bəs bizim atamız Böyük Kir necə yaralandı? – deyə Ariant soruşdu.

- O döyüşqabağı Harpaqın planına əsasən libasını dəyişib sadə əsgər paltarı geydi və arxaya çəkildi! – deyə Fanet cavab verdi.

- Bəs onda ölən kim idi? – deyəAriant təəccüblə soruşdu.

- Ölən II Kirə çox oxşayan İrəc idi! – deyə Fanet ağzıdolu cavab verdi. Bunu eşidən kimi hamı Fanetə yaxın oturdu və onun dediklərinə maraqla qulaq asmağa başladılar. Lakin Fanet öz yeməyində idi və kimsəyə fikir vermirdi və bu zaman Krez ondan sakit səslə soruşdu:

- Bəs sən atamız Böyük Kirin necə yaralandığını öz gözlərinlə gördünmü?

- Atamız Böyük Kir massagetlərin attığı zəhərli bir oxla ağır yaralandı və Harpaq onu Pasarqada tərəf apardı!- deyə Fanet cavab verdi.

- Demək o hələ sağdır? – deyə Ariant soruşdu.

- Hə, elədir ki var və Təhmirə də II Kirin yerinə günahsız İrəcin başını kəsib qan tuluğuna qoydu! – deyəFanet cavab verdi.

- Yəni Təhmirə İrəcin başını kəsməklə II Kirin başını kəsdiyini zə

- Hə, elədir ki var və qoy elə də bilsin! – deyə Fanet cavab verdi.

- Niyə ki? – deyə Ariant soruşdu.

- Çünki o əgər II Kirin ölməyib sağ qaldığını bilsə onda yenə üstümüzə hücum edər və bu dəfə kimsə onu saxlaya bilməz! – deyə Fanet cavab verdi.

- Sən şahzadə Təhmirəni gördünmü? – deyə Hiştasp və Krezə həyəcanla soruşdular.

- Hə, gördüm? – deyə Fanet cavab verdi.

- Bəs sən necə xilas oldun? - deyə Ariant yenə soruşdu.

Bunu görən Fanet gülümsəyərək dedi:

- Dostlar, nə olub sizə, bir-bir soruşun mən də cavab verəcəm.

- Bizim üçün çox maraqlı və dəhşətlidir, odur ki, xahiş edirəm yemək yeyə-yeyə cavab verəsən! – deyə Krez dedi.

Onu rahat yemək yeməyə qoymadıqlarını görən fanet ağzındakıları udubköynəyinin qolları ilə ağzını sidi və onları süzəndən sonra dedi:

- Mən tanrıların köməyi ilə xilas ola bilmişəm, lakin Təhmirənin əmri ilə massagetlər heç kimə aman vermirdilər, hətta yaralılara da. Sonda sərbazları əsir götürməyə başladılar və bu dəhşətli döyüşdə mənim Yunan qoplitlərdən bütün hərbi birliyimi onlar məhv etdilər. Ancaq məni bir dəvə əzdi və mən onun altında gizlənməyə müvəffəq oldum. Massagetlər düşünmədilər ki dəvənin altında kimsə sağ qala bilər və bu da məni xilas etdi. Növbəti gün döyüşdən sonra şahzadə özünün dəhşətli əmrindən vaz keçdi və mən əsir düşdüm. İndi isə Krez mən sənin sualına cavab olaraq demək istəyirm. Mən öz gözlərimlə gördüm ki, şahzadə Təhmirə əlində İrəcin başı və hümdür bir təpənin stündə ordusunun qarşısında yellədirdi. Sonra isə o İrəcin başını qanla doldurulmuş bir qanlı tuluğa sal və deyirdi:

- EyBöyük Kir! - Sən qan istəyirdin və qandan doymurdun və indi istədiyin qədər qan iç nə qədərə istəyirsən! – deyə Fanet cavab verdi.

- Bu çox dəhşətlidir! – deyə Krez dilləndi.

Ariant və Hiştasp isə susurdular və sonra isə Fanet üzünü Hiştaspa tutub dedi:

- İndi isə mən sənin sualına cavab olaraq demək istəyirəm. Bəli, mən şahzadə Təhmirəni sizi görən kimi gördüm və o çox gözəl qadındır.Yaxşı olardı ki atamız II Kir onunla vuruşmaqdansa evlənsəydi daha yaxşı olardı. Təhmirə biləndəki mən yunanam onda o məni yanına çağırıb dedi:

- Sən Yunansan?

Mən də cavab verdim ki, bəli. Sonra o sözünə davam edib dedi:

- Sən Yunan olduğun halda bəs niyə qılıncını xalqıma qarşı qaldırmısan?

- Məgər massagetlərin Ellin xalqlarına hücumu haqda eşitmisən?

Mən isə cavab verdim ki, mən əsgərəm və mən əmrə tabeyəm. O həqiqətən də çox gözəl qadın idi və onun üçün II Kir kimi böyük bahadıra qalib gəlmək elədə çətin olmamışdır. Lakin bütün buna baxmayaraq o işğalçı deyil və bu fürsətdən istifadə edib bütün İranı ələ keçirmək niyyətində deyil, çünki onun tək qayəsi öz torpaqlarıdır.

- Sən elə bil ki onun bunları etmədityiə görə heyifsilənirsən? – deyə Hiştsp soruşdu.

- Əlbətdəki heyfsilənirəm, məgər siz onun yerində olsaydız müdafiəsiz bir ölkəyə soxulmazdınızmı?

- Xahiş edirəm öz əlləriniziürəyinizə qoyub mənim bu sualıma qəlbən və səmimi cavab verəsiz– deyə Fanet cavab verdi.

Lakin onlar susurdular və Fanetin sözlərinə cavab vermədilər və bunu görən Fanet şərab içib onlara baxdı və dedi:

- Amma mən bilirəm cavabı.

- Nədir cavab! – deyə onlar bir ağızdan soruşdular.

- Əgər bu muharibədə Təhmirə yox, II Kir qalib gəlsə idi onda massagetləri məğlub edəndən sonra böyük Kir oraya soxulub bütün ölkəni aslt-üst edəcəkdi, elə deyilmi? - deyə Fanet soruşdu.

- Elədir! – deyə onlar bir ağızdan cavab verdilər.

Siz şahzadədən öz istədiyiniz üçün qaçdığınızı düşünürsüz, amma bu əsla belə deyil, çünki şahzadə istədiyi üçün siz də qaçıb canınızı qurtara bilibsiz. Mən də ondan mənim xahişlərimi yerinə yetirmədiyi üçün incimişəm – lakin o çox səmimi və ürəyi açıq bir qadındır və o məni comərdliklə təltiflədi. O, mənə həyatımı bağışlayıb yenidən öz vətənimə qayıtmağıma izin verdi. O mənə bir qadın kimi məsləhət gördü ki mən döyüşməyi buraxıb öz arvad-uşağımın yanına qayıdım. Lakin onun məsləhəti yaxşı olsa da mən ona əməl etmək fikrində dyiləm. Çünki mən yalnız döyüşmək üçün tərbiyə almışam və indi də yeni əfəndimizə xidmət etməyə gəlmişəm.

Bütün bunları dinləyəndən sonra Krez başını yellədərək dedi:

- Bütün bunlar çox dəhşətlidir.

Sonra isə Fanet sözünə davam edib dedi:

- Suallarınız bitdisə indi mənim sizə suallarım var?

- Buyur ver! – deyə Krez dilləndi.

- Yeni əfəndimiz neyləyir, Kambizi deyirəm?

- Sən necə deyim Fanet, bu gün sağ olduğumuza görə belə şükür edirik. Xoş günlərimiz arxada qalmış kimi görünür və biz canlı meyitlərik! - deyə Krez cavab verdi.

-Necə bəyəm anlamadım? – deyə Fanet təəccüblə soruşdu.

-Bildiyin kimi mən böyük II Kirin sağ qolu və məsləhətçisi idim, amma indi adi bir bağbandan da aşağıyam. Əhəmənilərin tanınmış əsilzadə ailəsindən olan Hiştasp vəhşi Marqianaya sürgün edilib. Qobri isə bizim imperiyanın birinci sərkrdəsi olmasına baxmayaraq göz görə-görə ölümə - Təhmirənin sarayına göndərilir! – deyə Krez cavab verdi.

- Əgər belədirsə onda vay halımıza olacaq və bundan qurtulmaq üçün yollar axtarmalısız! - deyə Fanet dedi.