Добавить в цитаты Настройки чтения

Страница 6 из 68

4.Kasandana və saray intriqaları.

B

II Kir imperatorluğu, bir tərəfdən, Lidiya[22] da daxil olmaqla kiçik Asiyaya, Assuriya[23] - Babildən Hind[24] çayına çatdırmışdı. Buna baxmayaraq Misir[25] hələ fəth edilməmişdi. O dövrdə müstəqil varlığını davam etdirən Misirin Yunan dünyası ilə əlaqələri Asiyadakı intriqalara səbəb olan və hələ də təhlükə yaradan yeganə böyük qədim krallıq olaraq qalmışdı. Onsuz da əvvəlki fitnələr və ittifaqlar üçün məhvə məruz qaldı. II Kambiz taxta çıxdıqdan dərhal sonra Misirə qarşı hərbi hazırlıq görməsi kimsəyə sirr deyildi. II Kambizin Misirə qarşı xüsusi nifrəti o hələ uşaq ikən Böyük Kirin zamanında başlamışdı və əhvalat mənbələrdə belə təsvir edilir: Xəstəlik İranı bürüdü vəBöyük Kir Misir padşahı Amasisə həkim üçün bir elçi göndərdi. Misir hökmdarı, dövrünün digər avtokratları kimi, tabe olduqlarını öz köləsi hesab edənlər, ətrafındakılar arasından bacarıqlı bir şəfaçı seçdi və ona İrana getməsini əmr etdi. Həkm, arvadı və uşaqları ilə ayrılmaq istəmədi, ancaq kralın əmri müzakirə mövzusu deyildi və itaət etməli idi. Həkim, Misir fironunun məcburi yoxluğuna görə intiqam almaq üçün bir yol tapmağı planlaşdıraraq səyahətinə yola düşdü. Böyük II Kirhəkimi çox səmimi qəbul etdi və ona öz yanında xüsusi yer göstərdi.Şəfa sənəti sayəsində və ya başqa bir səbəblə Misir fironunun elçisi İran şahının sarayında böyük nüfuz qazandı və Misir fironundan necə intiqam alacağını düşündü. Sonuncunun çox cəlbedici bir qızı var idi vəövladına çox bağlı idi. Həkim Böyük II KirəAmasisin çox gözəl bir qızı olduğunu və Amasisin qızı ilə evlənməsini tövsiyə etdi. BöyükKir artıq evli olduğundanMisir şahzadəsi İran sarayına gələcəyi tədirdə arvadı deyil, onun cariyəsi olardı. Həkim bu şərtlər altında Misir fironunun şahzadəsinin II Kirdən imtina etməkdən olduqca çəkindiyini başa düşdü. Bu qədər güclü bir Fars hökmdarı ilə uyğunlaşma yolu ilə Amasisi son dərəcə narahat vəziyyətə gətirmək ümidi ilə şəfa verən məsləhət verdi. II Kirhəkimin məsləhətini bəyəndi və Misirə bir toy təklifi ilə bir elçi göndərdi. Şəfanın gözlədiyi kimi, Misir fironu bu şəkildə qızından ayrılmasına dözə bilmədi. Digər tərəfdən, birbaşa və səmimi rədd cavabı ilə güclü Fars monarxının qəzəbinə səbəb olmağa cəsarət etmədi. Nəhayət şahənşah çətin vəziyyətdən çıxmaq üçün hiyləgərlik etmək qərarına gəldi. FironNietis adlı gözəl bir gənc şahzadəni əsir tutuldu. Adı Apris olan bu şəxsinatası əvvəllər Misir fironu idi, lakin Amasis onu devirib öldürdü. O vaxtdan etibarən Nitetis bir məhbus oldu. Çox gözəl və ağıllı olduğundan Amasis, əlini axtardığı bir qızı adı altında onu böyük II Kirə göndərməyə qərar verdi. Bu münasibətlə Nitetis gözəlbir paltar geyindi, hədiyyələr, böyük bir köməkçi ilə təmin edildi və İrana göndərildi . Böyük Kiryeni gəlinigörən kimi çox bəyəndi. Əslində Nitetis onun əsas sevimlisinə çevrildi, baxmayaraq ki, şahın arvadı Kasandana və övladları II Kambiz və Smerdis adlı övladları Misirə qısqanc və nifrət dolu idilər.

-Səbirli ol ana,sənin intiqamını alacağam və mən şah olan kimi Misirə gedəcəyəm və bu ölkədəki hər şeyi alt-üst edəcəyəm!

Bu üzdən də anası Kasandananın II Kirlə olan ailədaxili münaqişələrin və saray intriqalartına şahidlik edirdi.`Kasandana əhəmənilərin şah ailəsindən olan Farnaspın qızı idi və Otan onun qardaşı idi. Bundan əlavə II Kirin - Kambiz, Bardia, Atossa, Ariston və Amestirda adlı övladlarıvar idi. Herodot "bir inanılmaz əfsanə" nəql edir ki, bu Fars qadın Kasandana uşaqlarının gözəlliyinə heyran qalmışdı. Lakin o acı bir şəkildə ərinin "ona xor baxdığını, ancaq Misirdən evləndiyi bir qadınla gün keçirdiyindən narazı idi". O dövrdə doqquz yaşlı bir uşaq olan II Kambiz anasına edilən bu təhqir üçün "bütün Misiri alt-üst edəcəyinə" and içdi. Böyük Kir hələ massagetlərin üzərinə yürüməyə hazırlaşanda anası Kasandana ona sadiq olan saraydakı vəzifəli məmurlara hər hansı bir hadisə zəminində hərəkətə keçməyə göstəriş vermişdi. II Kirin Təhmirənin üzərinə yürüməsindən sonra nəticədən asılı olmayaraq Kasandananın göstərişi ilə bütün önləmlər alınmış və Kambizin qarşısındakı əngəllər bir-bir aradan qaldırılmağa başlanılmışdı. Bu arada II Kirə sadiq olan ən güclüsərkərdələr onunla bərabər Təhmirənin üzərinə getdiyindən sarayda yalnız orta təbəqəli və hərbi birlikləri olmayan şahənşahın tərəfdarları qalmışdı. Onlar II Kambiz üçün elə də bir təhlükə doğurmadığından Kasandana onlarla hələ işi yox idi. Burada əsas məqsəd böyük İran dövlətinin gücünü səhralarda şəhərləri belə olmayan və dağlarda yaşayan bir xalqla tükətməmək idi. Bundan əlavə çoxsaylı İran ordusunu Taliyanın dağlarında və Araksın sahillərində məğlubiyyətə düçar olmaqdan qorumaq Kasandananın planlarından biri idi. II Kambizi taxta çıxarmaqla Kasandana bir tərəfdən II Kirin taxta olan digər varislərinin yolunu kəsmək, digər tərəfdən də öz sərvətləri ilə məşhur olan Misiri Fars dövlətinin bir hissəsinə çevirmək istəyirdi. Belə olan təqdirdə Misiri tutmaqla Kasandana həm quru yolla olan ipək karvan xəttini, həm də aralıq dənizində olan böyük ticarətiöz əlinə keçirmək istəyirdi. Bu üzdən də o özünə sadiq əyanlarla və muzdlu yunan sərkərdələri ilə aralıq dənizi sahilində yürümək istəyirdi. O, polis şəhər dövlətlərinin köməyi ilə Yunanıstan və Dunayboyu əraziləri ələ eçirib Fars dövlətnə qatmağı planlaşdırdı. Bütün işlər hazır olandan sonra bu yolda Kasandana II Kirlə Təhmirənin döyüşünün nəticəsini gözləyirdi və bu haqda qərargahdan məlumat gəlməli idi. Rüstəmin –II Kirin yanında olduğu vaxtlar Kasandana bu qəhrəman massagetlərlə döyüşmək əvəzinə onlardan öz düşmənlərinə qarşı istifadə etməyi doğru hesab edirdi və bunu dəfələrlə şahənşaha bildirmişdi. Rüstəmingüclü-qüvvətli və əzmkarbir cəngavər olduğunu öz gözləri ilə görən Kasandana az qala ona aşiq olmuşdu. Bu hadisədən sonra onun massagetlərə qarşı olan fikri dəyişmişdi. Bununla da o Təhmirə ilə ittifaqa girаmk istəyirdi. Çünki şahzadəyə nisbətdə şərqi-Avropa və şimali Qafqaz çöllərini öz təsirinə salan Sarmat[26] şahzadəsi Amaqaİran dövlətinin Qaf dağları[27]ndan şimalda irəliləməsi üçün güclü bir maneə idi. O, vaxtaşrı İranın şimal sərhədlərini təhlükəyə atır və diqqəti çox vaxt özünə cəmləşdiridi ki, bu da Fars ordusunun qərbə və şərqə irəliləməsini ləngidirdi. Kasandana bütün bu məsələləri qaydaya salmaq istəyirdi və bu işdə ona ən yaxın olanıqardaşı Otan idi. Kasandana onun vasitəsi ilə II Kirin Misir foironunun qızı olan arvadından öz qisasını almış olurdu.Bütün bunlar İran sarayında adi bir hala çevrildiyindən bu uşlə xüsusi olaraq maraqlanan bir qurum yox idi. Ayrıca olaraq heç kim II Kirin qorxusundan onun gözəl xanımı olan Kasandananın hərəkətlərin təftiş etmir və adətən ona dəstək verirdilər. Kasandana isə öz növbəsində əsasən əşşaşiyun qadınlardan ibarət xüsusi gizli dəstə saxlayır və ona mane olan hər kəsi çox asanlıqla aradan götürürdü. Buna görə də İran sarayında Kasandana ətrafında mif belə fortmalaşmışdı. II Kambizə gəldikdə isə o nə qədər qəddar və zülümkar olsa da bu işdə hələki anasının kölgəsində qalırdı. Ayrı bir məqam isə II Kambizə sadiq olan bütün əyanların çoxu gizlicə Kasandanaya bağlı idilər və onun əmrləruini yerinə yetirirdilər.

5. Yaralı Kirin Pasarqada gətirilməsi.

E.ə.529-cu il, II Kir Massaqet şahzadəsi ilə olan Arqavan döyüşündə məğlub oldu və onun yerinə massagetlər səhvən ona çox bənzəyən İrəcin başını kəsdilər. Belə ki, massagetlərin şahzadəsi Təhmirə İrəci böyük Kir zə