Добавить в цитаты Настройки чтения

Страница 7 из 68

- Eşidin məni, vay olsun Hörmüzdün övladlarına!

- İndicə şahənşahımız və atamız II Kirin qərargahından çapar gəlib acı bir xəbər gətirdi!

- Nə acı xəbərdir belə? – deyə Atossa təəcüblə soruşdu.

- Zira şahımız və atamız II Kir döyüşdəağır yaralanmış və onu Pasarqada gətrirlər! – deyə Kasandana cavab verdi.

Bu xəbəri eşitcək hamı bir-birinə dəydi və II Kirin bütün övladlarıvə saray ərkanı tez bir zamanda divana toplaşdı. Tezliklə şahənşahın yaralanması xəbəri bütün Pasarqada yayıldı və şəhər qarışdı. Kasandananın əmri ilə onun qardaşı Otan və qızları Fatima, Artemis və Amestris də gəldilər. Otanı görən kimi Kasandana onu yaxına çağırıb dedi:

- İndi nə edəcəyini bilirsən, II Kambizin taxta çıxaracam və bu yolda əngəl olan hər kəsi qılıncadan keçirib bütün maneəlrəi aradan qaldıracaqsan!

- Baş üstə şahzadəm, dediyiniz kimi də edəcəm! – deyə Otan cavab verdi.

- Onda get və yerinə yetir! – deyə Kasandana əli ilə işarə etdi.

Tezlikıə II Kirin karvanını qarşılamaq üçün Pasarqaddan muhafizə dəstəsi göndərildi. Muhafizəçilər II Kiri gətirən karvana çatdılar və birlikdə Pasarqada doğru hərəkət etməyə başladılar. Çox keçmədi ki karvan şəhərə daxil oldu və şəhərin küçələri ilə saraya doğru hərəkət etməyə başladılar. Bu zaman böyük Kirin uşaqları olan II Kambiz, Bardiya, qızları - Atossa, Ariston, Roksana, qaynı Otan və onun uşaqları Fatima, Аmestridvə Amestris qaynatası Farnasp da gəlib çıxdılar. Beləcə sarayın həyətində hökümətin fəxri qaravulu düzüldü və şeypurlar çalındı. Böyülk Kirin olduğu kəcavə sarayın həyətinə daxil olanda hamı ayağa durub onu qarşıladı. Bu zaman Harpaq tez atından düşüb Kasandananın yanına gəldi və təzim edib dedi:

- Şahzadəm, bu xəbəri sizə verməklə özümə nəqədər nifrət etdiyimi təsəvvür belə edə bilməzsiniz, zira atamız Kirin vəziyyəti ürəkaçan deyil!

- Biz də bu xəbəri eşidəndə çox dərin bir üzüntü keçirdik! – deyə Kasandana cavab verdi.

- Şahzadəm, çətin də olsa deməliyəm ki II Kir çox ağır yaralanıb və onun neçə gün yaşamasını yalnız həkim deyə bilər! – deyə qoca Harpaq dedi.

- Onda nə durmusuz, atamızı saraya aparın və qoy həkim də öz sözünü desin! – deyə Kasandana cavab verdi. Sonra o ayağa durdu və arxaya çevrilib əli ilə işarə etdi və əsgərlər II Kirin yaralı bədənini sarayada onun üçün ayrılmış dairəyə apardılar. Bundan sonra bütün saray ərkanı onların dalınca hərəkət etdi və insan əlindən yer yox idi. Ayrıca olaraq həm sarayın həyətində, həm də şəhərin saraya yaxın olan küçələrində insan izdihamından tərpənmmək mümkün deyildi. İnsanların çoxu II Kirin ölməz olduğuna inandığından onun ölümünü öz gözləri ilə görməyə, bəziləri də onunla son vida mərasiminə gəlmişdi. Böyük II Kiri dairəyə aparıb onun üçün ayrılmış döşəyə uzatdılar. Onun əynində uzun ağ əbası var idi və uzun saçları onun çiyinlərinə dağılmışdı. O, çox ağır yaralandığından yarası infeksiya etdiyindən o huşunu itirmiş vəziyyətdə yatırdı. Arabir onun onun çənəsinin altında boğazının sol hissəsində damar çırpınırdı ki, bu da onun hələ də həyatda olduğuna işarə edirdi. Lakin Kasandana daha dəqiq məlumat almaq üçün içəri girdi və üzünü həkimə tutub soruşdu:

- De görüm atamız nə qədər yaşayacasq?

- Şahzadəm,sizə düzünü deyəcəm! – deyə həkim cavab verdi.

- Elə bizim də istədiyimiz odur ki sən bizə düzünü deyəsən və biz də buna hazırlıqlı olaq! – deyə Kasandana dedi.

- Şahzadəm, atamız II Kirin yarası yüngül olsa da məsafənin uzaqlığı yaranın infeksiya etməsinə səbə olmuş və qanı zəhərlənmişdir. Odur ki şahımızın bu həyatda ömrü üç gündən çox deyildir! – deyəhəkim cavab verdi.

Bunu eşidən II Kambiz tez irəli gəlib bağırdı:

- Sən nə sarsaqlayırsan axmaq qoca, o ölə bilməz, çünki o ölümsüzdür!

Bunu görən Otan onu sakitləşdirib dedi:

- Özününzü ələ alın şahzadəm, zira bunlar həkimdən asılı olmayan şeylərdir və nə olacaqsa o da olar. Qardaşının sözlərinə qoşulan Kasandana da II Kambizi sakitləşdirdi və ona dedi:

- Oğlum, biz hər şeyə hazır olmalıyıq, edəcəyimiz başqa bir şey yoxdur, odur ki biz atamızla vidalaşıb onu son mənzilə yola salmalıyıq. Tezliklə bütün saray həkimləri növbə ilə şahənşahın yanına girib onu müayinə etməyə başladılar, lakin bubir nəticə vermədi. Şahənşahın gənclikdən bəri yanında olan həkim dostu olan Pendidad bir əli ilə şahənşahın yarasını sarıyır, digər əlini isə onun alnına sürtüb göz yaşı tökürdü. Bəli bu çox ağır bir mənzərə idi, çünki insanlığın tarixində ilk imperiya quran əzəmətli II Kir tezliklə onları tərk edəcək idi.Sonra isə Kasandana üzünü Harpaqa tutub soruşdui:

- Vəziyyəti necədir?

- Pisdir! – deyə Harpaq cavab verdi.

- Niyə, nə olub axı? – deyə Kasandana həyəcanla soruşdu. Bunu eşidən həkim Pendidad üzünü Kasandanaya yuy6ub dedi:

- Şahzadəm, massagetlərin attığı ox şahənşahın sağ döş qəfəsinə batmışdır və bu da çox təhlükəlidir.

- Əgər sağ döş qəfəsinə batıbsa onda burada təhlükəli olan nədir ki? – deyəKasandana soruşdu.

- Şahənşahımızın sinəsinə sancılan ox zəhərli imiş və qısa müddətdə zəhər onun bütün orqanlarına yayılaraq iflic edib! – deyə həkim Pendidad cavab verdi.

Zəhər adını eşidəndə Kasandananın üzündə qəribə bir görüntü alınmışdı və kimsə onun nə haqda düşündüyünü təxmin belə edə bilmirdi. Şahənşahın alnına məsih çəkəndən sonra həkim üzünü Kasandanaya tutub dedi:

- Atamız II Kir tezliklə bizi tərk edəcək və odur ki, onunla vidalaşa bilərsiniz.

- Neçə gün yaşaya bilər? – deyəKasandana soruşdu.

- Ən çoxu üç gün şahzadəm! – deyə həkim Pendidad cavab verdi.

Həkimin bu sözlərindən sonra hamı şahənşahla vidalaşmağa başladı və ilkin olaraq onun övladları onun yanına girdilər. Atasını hamıdan çox sevən Atossa onu bu vəziyyətdə yataqda görüb hönkür-hönkür ağlamağa başladı. II Kirin digər övladları da onun yanında dayanıb fəryad etməyə başladılar. Kambiz isə atasının ayaq tərəfində təxte-xabın yanında diz üstə çöküb atasının sol əlini öz ovucu içinə alıb göz yaşı tökürdü. II Kir isə öz yatağında sakitcə uzanmış, heç bir söz demir və gözləri də qapalı idi. O, yalnız arada dodaqlarını yığır və udqunurdu və bu da zəhərin daha dərinə yayılmasını göstərirdi. Həkimlərin səyi nəticəsində II Kir öz gözlərini 2-ci gün açdı və yavaş-yavaş ətrafı süzməyə başladı. Ömrünün demək olar ki, çox hissəsi at üstündəhərbi yürüşlərdə keçirən əzəmətliKir indi yataqdahərəkətsiz bir halda uzanmışdı. Onun nur saçan çöhrəsindən indi əsər-əlamət qalmamış və zəhəhr onun bütün orqanlarına işləmişdi. Şahənşahın ayıldığını görən xidmətçi tez hamıya xəbər etdi və tez bir zamanda hər kəs onun yanına tələsdi. İçəriyə birinci şahənşahın ən sevimli qızı Atossa daxil oldu və o yüyürüb atasının yatağı yanında əyləşdi. O , bir əli ilə atasının əlini tutmuş, digər əli ilə isə onun alnını sığallayıyrdı. Ağrı o qədər şiddətli idi ki şahənşah heç bir bədən üzvünü tərpədə bilmirdi, çünki zəhər öz işini görürdü. Tədricən bədənin bütün orqanlarına yayılmağa başlayan zəhər yavaş-yavaş onun bütünbəzi bədən üzüvlərinihərəkətsiz etmişdi. Lakin bütün bunlara baxmayaraq əzəmətli IIKir gözlərini tərpədə bildi. O, daha sonra isə qızının tutuduğu barmaqlarını tərpətməyə başladı. Bunu görən kimi Atossa sevincindən qışqırdı:

- Ata, atacan, siz öz barmaqlarınızı tərpətdiz!

Bunu eşitcəkşahənşahın digər ailə üzüvləri də sevincək onun yatağına yaxınlaşdılar. Burada tək sevinməyən Kasandana idi, çünki həkim II Kirin arada özünə gələcəyi və sonrakı gün öləcəyini qabaqcadan ona bildirmişdi. Bütün bu səsləri duyan şahənşah öz gücünü toplayıb dodaqlarını tərpətdi və dedi:

- Harpaq!