Добавить в цитаты Настройки чтения

Страница 8 из 68

- Səsə o qədər zəif idi ki, kimsə onun nə dediyini anlamadı. Bu zaman Atossa öz qulağını şahənşahın dodaqlarına tərəf yaxınlaşdırıb soruşdu:

- Əlahəzrət, bu mənəm Atossa, nə istəyirsiniz?

Şahənşah gözləri ilə yenə hamını süzəndən sonra dik Atossaya baxıbyenə pıçıldadı:

- Harpaq, Harpaqı çağırın!

Bu sözü eşidən kimi Atossauca səslə dedi:

- Atamız Harpaqı istəyir!

- Bəlkə Kambizi istəyir! – deyə Kasandana soruşdu.

- Yox, mənçox aydın eşitdim ki, o Kambiz yox, Haraq dedi! – deyə Atossa cavab verdi.

Hamı susurdu və kimsə başa düşə bilmirdi ki, şahənşah ömrünün son günlərində niyə özoğlu Kambizi yox, qoca Harpağı çağırırdı. Hamı bir yana,şahənşahın bu hərəkəti ən çox Kasandananı qorxuya salmışdı vəo öz-özünə düşünüb deyirdi:

- Görəsən niyə Kir məni, yox, oğlunu yox ona heç bir qohumluq əlaqəsi olmayan qoca Harpaqı çağırmağı istəyir. Bəlkə şahənşah onun sarayda etdiklərimdən xəbərdar olub hər şeyin qarşısını almaq istəyir?

Bütün bu fikirlər Kasandananıbir tupikə sürüklədi durdu və o sanki başını itirmi kimi oldu. Harpaqaz öncə çölə çıxmışdı , onun dalınca adam göndərdilər və o tezliklə gəlib saraya daxil oldu. O, pilləkənlərlə yuxarı çıxıb şahənşahın otağına tərəf hərəkət etməyə başladı. Təhmirə ilə döyüşdən sonra onun yaralı bədənini götürüb Araksın sahilindən Pasarqada qədər ona yoldaşlıq edən Harpaq indi çox yorğun idi. Harpaq içəri daxil ola

- Sizi oğlumdan heç bir zaman ayırmadım, sizi həmişə baş tacı etdim, mənə oğlum kimi olduz hökmüdarım!

Bunu hiss edən şahənşah barmaqlarını tərpədərək çox zəif bir səslə dedi:

- Harpaq!

- Bəli şahım? – deyə Harpaq başınıı qaldırıb cavab verdi.

- Yenə də sən mənim yanımdasan və əlimi heç bir zaman buraxmadın! – deyə II Kir dedi.

- Heç bir zaman da buraxmaram əlahəzrət! – deyə Harpaq cavab verdi.

- Mənə atalıq etdin və hər zaman mənim sirdaşım və yoldaşım oldun! – deyə II Kir dedi.

- Nə demək əlahəzrət, sizə bu canım da fəda olsun! – deyə Harpaq göz yaşı axıda-axıda cavab verdi.

- Səndən bir ricam olacaq və söz ver ki, mənim bu son xahişimi yerinə yetirəcəksən! – deyə II Kir dedi.

- Əmriniz mənim başım üstünədir əlahəzrət, nə əmr edirsiniz edin! – deyə Harpaq cavab verdi.

- Eşit məni və dinlə, mənim əvvəl gördüyüm yuxu da çin oldu. Son gördüyüm yuxu da və düşünürəm ki, belə olmağı ulu Hörmüzd istəmişdir! – deyə II Kir dedi.

- Belə danışmayın əlahəzrət, siz tanrıların bütün insanların arasından seçdiyi bir rəhbərsiniz və onlar sizi əsla bir başqasına tərcih etməzlər! – deyə Harpaq cavab verdi.

- Təəssüf ki bu belədir və düşünürəm ki mənim zamanım bitib tezliklə onun zamanı çatacaq. O yuxuda ulu Hörmüzdün xirqəni necə ona verdiyini gördüm və zira massagetləri ram etmək ona tapşırılmışdır! – deyə II Kir dedi.

- Əlbətdəki şahım, lakin siz hələ sağ ikən oğlunuzun bu haqda düşünməsi hələ tezdir! – deyəHarpaq cavab verdi.

- Səndən son ricam budur ki, mənə necə sədaqətlə xidmət etdinsə ona da o sədaqətlə xidmət et. Qoy o bu böyük imperiya dağılmasın və böyük İran xalqı mssagetlərin qarşısında xar olmasın! – deyə şahənşah cavab verdi.

- O hələ gəncdir və onun da zamanı gələcək! – deyə Harpaq cavab verdi.

- Sən məni başa düşmədin, zira mən oğlumdan yox Hiştaspanın oğlu Daradan bəhs edirəm! – deyə şahənşah dedi.

Daranın adını eşitcək Harpaq birdən diksindi və bayaqdan hansı yuxudan söhbət getdiyini anladı. Sonra isə arxaya dönüb baxdı və qapıda dayanmış Kambizi gördü və dedi:

- Əlahəzrət, izin verin Kambizi də çağırım gəlsin, bəlkə onun da sizə sözü var.

- Çağır gəlsin! – deyə şahənşah cavab verdi.

Harpaq ayağa durub qapıya tərəf boylandı və əli ilə işarə edib Kambizi çağırdı. Harpaqın işarəsi ilə Kambiz içəri daxil olub təzim etdi və sonra atasının çarpayınsına yaxınlaşıb diz çökərək dedi:

- Əlahəzrət, ulu Hörmüzd sizi öz himayəsinə alıb qoruyacaqdır!

Kambizi görən kimi şahənşah sol əli ilə onun alnına məsh edib dedi:

- Məndən sonra xalqına çox yaxşı davran, mən isə əbədi olaraq bu həyatı tərk edirb gedirəm!

- Belə sözlər deməyin əlahəzrət, zira siz sağalıb ayağa duracaqsınız! – deyə Kambiz cavab verdi.

- Yox oğlum, sən məni dinlə və dediklərimi məndən sonra et. Mən indi həm sənə, həm də xalqıma öz son vəsiyyətimi edəcəyəm və sizlərə vəsiyyətimə əməl etməyə tapşırıram!- deyə şahənşahdedi.

- Sizin vəsiyyətiniz bizim üçün əbədi bir qəhrəmanlıq timsalı olacaqdır.Biz və bizdən sonra gələn bütün İran hökmüdarları ona əməl edəcəklər! – deyə Kambiz cavab verdi.

- İndi isə hamını çağır yanıma! – deyə II Kir dilləndi.

Onun xahişi ilə bütün saray ərkanını şahənşahın otağına yığdılar və sonra II Kir belə vəsiyyət etdi:

“ Man elan mekunam ki har kas azad ast, har dinu ayinra ki meylı darədbarquzinad va dar har ca ki mexahadsukunat namoyad!

- Har kasbo karira ki mexahad intixob hamoyad!

- Tanha ba şarte ki hakki kasira paymol nanamayad va zarare ba huquqi diqaran narasanad!

Tərcümə: Mən elan edirəm ki, hər kəs azaddır ki. hər dinə istədiyi yerdə ibadət etsin!

-Hamı, istədiyi işi görməkdə və onunla məşğul olmaqda azaddır!

-Onlar bu işləri bir şərtlə görə bilərlərki, digərlərinin zərər verməyib onların hüquqlarını tapdalamasın!

Bu sözləri deyəndən sonra şahənşah üzünü o tərəfə çevirib susdu və bunu görən Harpaq içəridəkilərin çölə çıxmalarını istədi. Şahənşahla hamı vidalaşandan sonra çölə çıxmağa başladılar və axşam oldu. Gecənin bir aləmində II Kir bir yuxu gördü və yuxuda onun bədənindən bir ruh çıxıb Daranın bədəninə daxil odu. Həyəcandan oyanan II Kir ətrafa göz gəzdirdi və otaqda yalnız qızı Atossa var idi və qalanları öz dairələrinə çəkilmişdi.

-Atossa, Ati qızım!! – deyə şahənşah zəif bir səslə onu çağırdı. Lakin səhərdən atasının başında növbə çəkən Atossa bu səsə oyanmadı. Bu zaman şahənşah əvvəlkindən daha güclü tərzdə çağırmağa başladı.

- Ati, Ati, səninləyəm!

Nə qədər ağır yatsa da atasının səsini bu dəfə eşidən Atossa dərhal oyanıb soruşdu:

- Bəli ata, buyurun, nə istəyirsiz?

- Susuzluqdandan cigərim yanır, mənə bir içim su ver! – deyə şahənşah cavab verdi.

- Bu dəqiqə ata, qoy həkimi çağırım! – deyə Atossa var səsi ilə qışqırıb həkimləri çağırdı. Çox keçmədi ki, həkimlər tələsik şahənşahın otağına daxil oldular vəhəkimbaşı soruşdu:

- Şahdoxtum, nə olub?

- Atam oyandı və su istəyir, deyirki cigərim yanır! – deyə Atossa cavab verdi.

- Bu zəhərin nəticəsindədir və artıq onun bütün bədəni qurmuşdur! – deyə həkim dedi. Bu zaman II Kirin bədənindəki yara ağrısının şiddətlənməsi nəticəsində gözləri çöndü. O, psixi pozğunluq keçirməyə başladı və bunu görən Atossa dözməyib həkimə dedi:

– Tez olun, bir şey edin və qoy atamız əzab çəkməsin!

TezlikləII Kirin bütün ailə üzüvləri və saray ərkanı gəlib çıxdı və onun dairəsinə toplaşdılar. Bu zaman Dara da Marqianadan gəlib çıxmışdı və o da hamı kimi içəri daxil oldu. Şahənşahın can verdiyini görən Kasandana həkimə işarə etdi və həkim də “Homa “ içkisini gətirməyi tapaşırdı. Həkimlər haomanı gətirib şahənşaha içirtdilər ki o əzabla ölməsin. Haomanı içən şahənşah sanki məst oldu və bir anlığa öz ağrısını unudaraq gülümsəməyə başladı. Sonra isə o gözləri ilə hamını süzməyə başladı və son anda kənarda sakitcə dayanmış Daraya baxdı və gözlərini əbədi olaraq yumdu. Beləlikləşərqin və qərbin fatehi və dünyada ilk imperiya yaradıcılarından olan əzəmətli Kir Esfənd ayının 15 – də gecə vaxtı vəfat etdi. Şahənşah gözləriniyuman kimifəryad qopdu və aləm biri-birinə dəydi, lakin Kasandana bu xəbərin gizli saxlanmasını istədi. Şahənşahın qızları ağlayıb-fəryad edir və öz üz-gözlərini cırırdılar. Lakin uzaq massagetiyada şahzadə Təhmirə isə öz ölkəsində hələ də II Kirin başını kəsdiyini zə