Добавить в цитаты Настройки чтения

Страница 10 из 68

- Nə üçün gəlmisiz, sizə nə lazımdır?

- Şahzadə oradadırmı? – deyə Axsitan soruşdu.

- Hə, o öz dairəsindədir və istiraht edir! – deyə Gülşən cavab verdi. Birdən bu vaxt içəridən zümzümə səsi gəldi və Axsitan soruşdu:

- O nə səsdir belə?

- Şahzadə yenə həmişəki kimi Rüstəmin nəğməsini öxuyur! – deyə Gülşən cavab verdi.

- Get şahzadəyə xəbər ver ki massaqetlərin elçisi gəlib!- deyə Axsitan dedi.

- Yaxşı, siz burda durum və mən indi gəlirəm! – deyə Gülşən içəri girib təzim etdi və üzünü Rüdabəyə tutub dedi:

- Şahzadəm, massagetlərin elçisi gəlib.

- Massagetlərin elçisi dedin? – deyə Rudabə sanki yuxudan ayıldı.

- Bəli şahzadəm,massagetlərin elçisi qapıdadır və hüzurunuza çıxmaq üçün rüsxət istəyir! – deyə Gülşən cavab verdi.

Bunu eşidən kimi Rudabə tez ayağa qalxıb dedi:

- Nə durmusan, di tez ol sal içəri, yəqin oğlum Rüstəmdən xəbər gətiriblər.

Gülşən baş üstə deyib çıxdı və ondan sonar Axsitan və Fərrux içəri daxil oldular və Axsitan təzim edib dedi:

- Şahzadəm, bu massaget elçisidir və sizinlə görüşmək istəyir.

Qasidi görən Rüdabə soruşdu:

- Adın nədir igid?

- Adım Fərruxdur şahzadəm! – deyə elçi cavab verdi.

- Səni bura gətirən nədir? – deyə Rudabə soruşdu.

Fərruxan bir az udqunandan sonar gözləri yaşardı və dedi:

- Şahzadəm, istərsəniz boynumu buradaca vura bilərsiniz, amma məni bağışlayın, mən təəssüf edirəm.

- De görüm nə olub, nə baş verib? – deyə Rudabə yenə soruşdu:

- Şahzadəm, çox təəsüf ki mən sizə acı xəbər gətirmişəm! – deyə Fərrux cavab verdi.

- Nə acı xəbər, tez ol de? – deyə Rudabə həyəcanla soruşdu.

- Şahzadəm, mən sizə əzəmətli cəngavərimiz Rüstəmin acı xəbərini gətirmişəm! – deyə Fərrux cavab verdi.

- Nə acı xəbər? – deyə Rudabə titrək səslə soruşdu.

- Oğlunuz Rüstəm həlak oldu! – deyə Fərrux başını aşağı salıb susdu.

Bunu eşidən kimi Rüdabənin başına elə bil dünya yıxıldı və o qışqırdı:

- Vay olsun! Vay olsun!! Vay olsun sənə acı taleh!!!…Oğlumu məndən aldın! – deyib yerə yıxıldı.

Fərruxun sözlərindən özünü itirən Axsitan da nə edəcəyini bilmədi və ancaq onu etdi ki, tez Rüdabəni yerdən qaldırıb qışqırdı:

- Xidmətçilər, xidmətçilər!!

Çox keçmədi qapılar taybatay açıldı və saray ərkanı içəri daxil olub mənzərəni görüb çaş-baş qaldılar. İçəri girənlər Rudabənin yerə yıxıldığını görüb hamı biri-birinə təəccüblə soruşurdu:

- Axı burda nə baş verir, nə olub?

Sonra hamı şahzadənin başına yığışdılar və sonar həkim gəldi və xidmətçilər Rudabəni yatağına qoyub Axsitan baxıb soruşdular:

- Axı nə olub, xanım niyə yerə yıxıldı və bu elçi kimdir və nə xəbər gətirib belə?

Axsitan əllərini başına vura-vura dedi:

- Vay olsun! Vay olsun!! Öldü ləşkər-i Rüstəm-i – Piltan!!! Kül oldu başımıza!!!!

Bunu eşidən saraydakıların hamısı şivən qoparmağa başladı və qısa bir müddətə bütün Tihraxuda Rüstəmin ölümü ilə qaraya büründü. Bu arada Massaget qasidi Fərrux da kor-peşiman Taliyaya qayıtdı. Tihraxuda sarayı sanki yıxılırdı və Rüstəmin ölümünə divar da olsa çartlayıb öz etirazını bildiridi. Çox keçmədi Rudabə özünə gəldi və o elə öz yatağındaca ağlayır və Rüstəm! Rüstəm!! - deyə çağırırdı.

Bu acı xəbərdən sonar Tihraxuda ölkəsi matəmə qərq oldu və əzəmətli Rüstəm üçün qırx gün-qırx gecə yas saxladılar. Rüstəmin təziyyəsini saxlayan bütün Tihra qadınları oxşama vurub üst-başını cırır və saçlarını yolurdular.

Yas mərasimindən sonar özünə gələn Rudabə ayağa durdu və birtərəfli özünü söykəyib dedi:

- Axsitan!

- Bəli şahzadəm! – deyə Axsitan cavab verdi.

- Tez ol Fərriburzu, Mənuçiharı və Huşəngi yanma çağır! – deyə Rudabə dilləndi.

- Baş üstə şahzadəm!

Axsitan onların dalınca adam göndərdi və onlar da gəlib çıxdılar. Sonra onlar gəlib Rudabənin yatağını kənarına yığışdılar və təzim edib dayandılar və onları görən Rüdabə dedi:

- Atlanıb oraya gedin və öyrənin görümoğlum Rüstəm harda və necə şəhid olub!

- Şahzadəm, əmin olun ki biz siz deyiləndən də artığını edərik! – deyə Mənuçihar cavab verdi.

- Bəs oğlum Fərnaq haradadır, axı mən Rüstəmi qorumağı ona tapşırmışdım, bəs indi o haradadır? – deyə Rudabə soruşdu.

- Şahzadəm, mən onu tapacam və buraya gətirəcəm! - deyə Hüşəng cavab verdi.

- Gedin və oğlumun nəşini gətirin ki, heç olmasa son dəfə onun ölü də olsa üzünü görüm! – deyə Rudabə başladı hönkür-hönkür ağlamağa. Bu sözdən sonra əsgərlər çölə çıxdılar və Axsitan üzünü onlara tutub dedi:

- Massagetiyaya çatdız orada zindanda olan Rüstəmin əmisi Sakasefar və onun oğlu Skunhanı da gətirməyi unutmayın.

- Baş üstə! – deyə əsgərlər cavab verdilər və sonra atlarına minib yola düşdülər. Bu xəbərə ən gec oyanan Xurşid idi və soruşanda ki, nə olub ona Rüstəmin ölüm xəbərini bildirdilərvə o da birtəhər gəlib anasının otağına girdi. O hökmdar da olsa onu görən sərkərdələr ona yol vermək istəmir, ona tərs-tərs baxırdılar və Xurşid içəri girəndə onu görən Rudabə qışqırdı:

- Arzuna çatdınm,indi niyə gəlmisən?

- Bu nə sözdür ana, axı mən hansı arzuma çatmışam? – deyə Xurşid cavab verdi.

- Qardaşının ölümünü bütün dünya bildiyi halda sənin isə basin eyş-işrətə o qədər qarışıb ki, ən sonda gəlib çıxırsan! – deyə Rudabə cavab verdi.

Bunu eşidəndən sonraXurşid diz üstə çökdü və əllərini yerə vura-vura dedi:

- Mən də onu oraya göndərməsəydim, onda Təhmirə onu çağıracaqdı. Rüstəmin ölümündə günahkar yeganə şəxs Təhmirədir və o Rüstəmin qatilidir! - deyə Xurşid cavab verdi. Təhmirə adını eşidəndə Rudabənin gözləri qəzəb saçmağa başladı və qarğış edib dedi:

- Səni əxlaqsız pozğun qadın, yedin oğlumun başını, yedin!

Səni görüm lənətə gələsən Təhmirə, buna görə cavab verəcəksən! – deyə nalə çəkirdi. Bu zaman Rüstəmin qardaşı Xurşid diz üstə çöküb ağlayaraq deyirdi:

- Rüstəm, əziz qardaşım, qarşında günahkaram, məni bağışla! Bunu görən Rudabə dedi:

- İndi ağlamağın mənası yoxdur, onu ora sən göndərdin və əgər belə etməsəydin o indi sağ olacaqdı. Qardaşının ölümündə sənin də o pozğun kimi barmağın var və sən oğlum Rüstəmin taxtına layiq deyilsən!

- Sən nə deyirsən ana? – deyə Xurşid narazı halda dedi.

- Rədd ol gözümün qabağından, zira bu taxt sənin kimi misginlərlə ancaq murdar olar! – deyə Rudabə cavab verdi.

- Bəs mən oturmasam, kim oturacaq bu taxta? – deyə Xurşid soruşdu.

- Sənin yerinə taxta əmin Sakesafar oturacaq vəhansı cəhə

- Ana, anacan, sən nə danışdığını heç bilirsən?

- Bəs mən hara gedim, nə edim?

- Ana, axı mənim günahım nədir axı, de mənə? – deyə Xurşidsoruşdu.

- Yəni hələ də günahını inkar edəcəksən qatil, sən qardaşın Rüstəmi yoldan çıxarıb Massagetiyaya Təhmirənin yanına göndərdin və o da gedib orada həlak oldu! – deyə Rudabə qəzəblə cavab verdi.

- Mən onun öləcəyini hardan bilə-bilərdim axı ana, bağışla məni! – deyə Xurşid yalvarışlı bir tərzdə dedi.

- Yox, sənin kimi oğlumun qatilini əsla bağışlaya bilmərəm, çünki onun qanı yerdə qalıb! – deyə Rudabə cavab verdi.

- Ana, bağışla məni,nə desən edərəm, qoy Rüstəminqanı yerdə qalmasın! – deyə Xurşid dedi.

- Səni bir şərtlə bağışlaya bilərəm! – deyə Rudabə sakit tərzdə cavab verdi