Добавить в цитаты Настройки чтения

Страница 11 из 68

- Nə desən edərəm, şərtini de! – deyə Xurşid dedi.

- Sən, Təhmirənin öldürdüyü İran şahı II Kirin oğlu II Kambizin sarayına gedərsən. Oraya çatan kimi onu doldurub nə yolla olursa-olsun ilə muharibəyə inandıracaqsan. Əks halda sənə bu Tihraxuda torpağında ömrünün sonuna qədər yer olmayacaq!- deyə Rudabə cavab verdi.

- Yaxşı ana, qoy dediyin kimi olsun və mən Pasarqada gedəcəyəm! – deyə Xurşid dedi.

- Elə bu gecə yola düşəcəksən, əks halda fikrimi dəyişəcəm! – deyə Rudabə cavab verdi.

- Bəs mən gedib orda nə deyim ki, onlar da mənə inansınlar? – deyə Xurşid soruşdu.

- Şahənşah Kambizi inandıracaqsan ki Təhmirə məni taxtdan salıb yerimə də Sakesafarı qoyub. Şahzadənin sonrakı hədəfi isə haomavarq[33]şahı Amorqdur və beləcə bütün sakları özünə birləşdirib sonra İrana yürüyəcək. Sən ondan öz taxtını geri qaytarmaq üçün kömək istəyəcəksən. Onda onlar sənin doğru söylədiyini anlayar və Təhmirə ilə muharibə edəcəklər! – deyə Rudabə cavab verdi.

- Yaxşı ana, mən elə bu axşam yola düşəcəm və dediklərinin hamısını yerinə yetirəcəm! – deyə Xurşid dedi. Beləcə Xurşid Pasarqada tərəf hərəkət etməyə başladı!

7.Tihraxuda elçiləri Massaget sarayında

Tezliklə Tihraxuda elçiləri massagetlərin sarayına gəlib çatdılar və muhafizəbaşı Fərhad onları salamlayıb Təhmirənin yanına apardı. Qonaqları qəbul edən şahzadə Rüstəmin qəhrəmancasına şəhid olduğunu dedi. O sonra Rüstəmlə bərabər Fərnaq, Azərbaz, Sünik və Ariparn, Ruhrasp kimi digər Tihraxuda sərkərdələrinin qəhrəmanlıqla həlak olduğunu bildirdi və bu zaman Fərriburz irəli çıxıb soruşdu:

- Rüstəmin nəşini itlərə atdığınız doğrudurmu?

- Həddini bil Fərriburz, önündə şahzadə var! – deyə Fərhad Fərriburzun üzərinə şığıyanda Təhmirə əli ilə işarə etdib Fərhada dayandırdı və sonra üzünü Fərriburza tutub dedi:

- Fərriburz, sənin Sakavraka[34] bahadırı olduğunu çox gözəl bilirəm, lakin sözlərinə diqqət et.

- Mən bir Tihra sərkərdəsiyəm və Rüstəmin başına gələnləri öyrəmək üçün buraya göndərilmişəm! – deyə Fərriburz cavab verdi.

- Bunları bilsən nə edəcəksən və bunun sənə nəyə xeyri olar ki? - deyə Təhmirə soruşdu.

- Siz də anasız vədüşünürəm ki, bir ana kimi şahzadə Rudabənin də öz oğlunun necə öldüyünü bilməyə haqqı var! – deyə Fərribürz cavab verdi.

- Yaxşı Fərriburz onda qulaq as. Rüstəmin oğlum Fərqapın ölümündə müqəssir olduğunu öyrənəndə gözlərimi kin bürümüşdü və mən heçnə görmürdüm. Ağımı itirmişdim və buna görə də böyük Kirin mənə göndərdiyi Rüstəmin nəşini itlərə atdım. Lakin əsas xainin Bəxtiyar olduğunu öyrənəndə onu edam etdirdim və Rüstəmin də sümüklərini yığım şəninə layiq dəfn etdim! – deyə Təhmirə dedi.

- Şahzadəmiz Rudabə zindanda saxladığınız Rüstəmin əmisi Sakasefarı vəonun oğlu Skunhanı azad edib bizimlə Tihraxudaya göndərməyinizi istəyir! – deyə Fərruburz sözünə davam etdi.

- Bu şəxslər onun nəyinə gərəkdirlər? - deyə Təhmirə təəccüblə soruşdu.

- Bu bir sirridir və onu sizinlə paylaşmağa ixtiyarım yoxdur! – deyə Fərribürz cavab verdi.

- Yaxşı, qoy onun dediyi kimi olsun və mən hər ikisini zindandan azad edib sizinlə yola salacağam. İndi isə gedib sizin üçün ayrılmış yerdə gözləyin! – deyə Təhmirə dedi.

- Baş üstə şahzadə! – deyib Tihra elçiləri çölə çıxdılar. Fərhadın müşaiəti altında onlar üçün arılmış yerə getdilər, sonra Təhmirə Söhrabı çağırıb dedi:

- Get zindandan Sakasefar və oğlu Skunhanı çıxarıb hüzuruma gətir.

- Baş üstə şahzadəm deyib Söhrab getdi və az sonra onlarla bərabər gəldi. Sakasefar içəri daxil olan kimi Təhmirəni görüncə tez onun ayaqlarına qapanıb dedi:

- Mərhəmətli şahzadəm, məni öldürməyin əfv edin bir səhvdir etmişəm və məni bağışlayın!

- Qalx ayağa, nə qorxaqlar kimi ayaqlarıma qapanmısan, səni öldürməyə niyyətim yoxdur! – deyə şahzadə qəzəblə cavab verdi.

- Məni öldürmürsüz, bəs onda niyə buraya çağırıbsız? – deyə Sakasafartəəccüblə soruşdu.

- Qalx ayağa və qulaq as. Mən səni azad edib Tihraxudaya göndərirəm və sən oranın hakimi olacaqsan, mənim də gözüm-qulağım. Əgər Rudabə mənə qarşı hər hansı bir əks ittifaq qurub hücum etmək istəsə sən onun qabağını alıb mane olacaqsan! – deyə Təhmirə cavab verdi.

Bunu eşidən kimi Sakesafarın gözləri parıldamağa başladı, çünki uzun zaman boyu arzuladığı və silah gücünə ala bilmədiyi Tihra taxtı ona peşkəş edilir. Bu səbəbdən də tez şahzadənin ayaqlarını öpməyə başladı və dedi:

- Siz gördüyüm ən əzəmətli hökmdarsız və əmin olun ki canım və qanım bahasına sizə xidmət edəcəm!

- Qalx ayağa və dinlə məni,burdan gedərkən yolda danışdıqlarımız barədə kimsəyə bir söz demə. Oradakı adamlarım Rudabəyə səni məsləhət edəcəklər və o da aldanıb səni taxta qoyacaq! – deyə Təhmirə dedi.

- Baş üstə şahzadəm! – deyə Sakesafar ardı-ardınca təzim etdi və oğluna da bunu təkrar etməsini işarə etdi. Sonra isə Təhmirə Söhrabdan Tihra elçilərini açğırmağı göstəriş verdi və o da onların arxasınca getdi. Çox keçmədi ki Fərhad Tihra elçiləri ilə içəri daxil oldu və şahzadə üzünü Fəriburza tutub dedi:

- Budur bu Sakasafar,bu da oğlu Skunha. İndi siz onları özününzlə Tihraya apara bilərsiz və şahzadəyə bildirərsiz ki, Rüstəmin ölümündə mənim zərrə qədər dəgünahım yoxdur.

Beləcə Tihra elçiləri öz ölkələrinə qayıtdılar. Tezliklə massagetiyaya gedən Tihra elçiləri gəlib Boqort qalasına çatdılar və Fəriburz Rudabənin yanına girib dedi:

- Şahzadəm, Təhmirə Rüstəmin nəşini itlərə atdığını şəxsən təsdiqlədi və yanımdakılar da şahiddir. Ayrıca olaraq Rüstəmlə bərabər digər oğlnuz Fərnaq və sərkərdələrimiz Azərbaz, Sünik , Ariparn və Ruhrasp da qəhrəmancasına şəhid olmuşlar. Bunu eşidən kimi Rudabənin ah-naləsi göyə çıxdı və üzünü elçilərə tutub dedi:

- Deyin mənə, bütün bu ölənlərin ölümündə günhkar kimdir?

- Şahzadəmiz bütün bu ölən insanlarımızın ölümündə tək günahkar massagetlər və onların şahzadəsi Təhmirədir! – deyə elçilər cavab verdilər. Bu sözləri eşidən kimi Rudabə başına döyə-döyə dedi:

- Səni əxlaqsız, səni heysiyyatsız, iki oğlumun ölümünə səbə oldun və məzarları belə olmadı. Səni görüm lənətə gələsən sürtük qadın! – deyə ah-nalə çəkməyə başladı, sonra isə üzünü Axsitana tutub dedi:

- And olsun ulu Zərdüştə ki, tezliklə qüvvə toplayıb onun üstünə gedərəm. Mən oğlanlarımın qisasasını o əxlaqsızdan alacam və Rüstəmimin, Fərnaqımın məzarını ziyarət edəcəm!

- Şahzadəm, əmin olunki qılınclarımız onların boynuna enəcəyi gün yaxındır! – deyə Axsitan kənardan müdaxilə etdi.

- İndi isə gedib Rüstəmimə qırx-gün, qırx gecə yas saxlayın! - deyib Rudabə dairəsin çəkildi.

Beləcə Tihraxudada Rüstəmin və digər ölənlərin xatrəsinə qırx gün, qırx gecə matəm saxlanıldı.

8.Xurşid İran sarayında

Çox keçmədi ki II Kambizə xəbər verdilər ki, Rüstəmin qardaşı Xurşid Pasarqada gəlib və onun hüzuruna çıxmaq üçün görüşmək istəyir. Bunu eşidən II Kambiz azca düşündü və sonra üzünü xidmtçilərə tutub deid:

- Əslində mən gərək bu sözlərdən sonra o massagetlə görüşdən qaçım, lakin əgər o özü bunu istəyirsə buraxın qoy gəlsin. Bu zaman qapı açıldı və içəri girən xidmətçi dedi:

- Əlahəzrət, Tihraxuda şahı Xurşid, şahlar şahı II Kambizlə görüş üçün rüsxət istəyir!

- Buyursun gəlsin! – deyə II Kambiz əli ilə işarə etdi.

Bu sözdən sonra Xurşid içəri daxil olduvə təzim edərək dedi:

- Böyük hökmdar, mən sənin yanına pənah gətirib sənə sığınaraq səndən kömək diliyirəm. Sakesafar mənim və sənin düşmənin olanTəhmirə ilə birləşərək taxtımı ələ keçirib məni ölkəmdən qovdu. Burayada gəlməlkə sizdən mənə taxtımı qaytarmağıma kömək etməyinizi xahiş edirəm. Əgər bu baş verərsə onda mən sizə ömürlük sədqətlə bağlı və tabe olduğuma and içə bilərəm!