Страница 12 из 68
- Sən ömrünün o qədər uzun olmağına məgər inanırsan?
- Sən kimsən ki, Təhmirəyə qalib də gələsən xınasaç? – deyə II Kambiz kinayə ilə soruşdu.
Bunu eşidən kimi Xuirşid çaşıb qaldı və dedi:
- Mən,Qubadın oğlu və Tihranın şahı Xurşidəm!
- Xurşid, Tihranın şahı?
– Sən Tihraxudasız necə şah ola bilərsən?
- Qubad şah haqda eşitmişəm və sonra bizim tanıdığımız Tihraxudanın şahı cəngavərRüstəm olub. Rüstəm qəhrəmancasına həlak olub, amma Təhmirə hələ də sağdır. İndi onun əri kimdirsə Tihra taxtı da qanunla ona çatır, sən isə bizim üçün yalançı və ikiüzlüsən. Onda sən bizə yalan danışanlarla necə rəftar edirik, görəcəksən! – deyə II Kambiz cavab verdi vəsonra isə əli ilə işarə edərək dedi:
- Kim mənə bunun Tihraxuda şahı olduğunu dedi,dərhal o adamı tutub buraya gətirin!
Şahənşahın sözündən sonra keşikçilər bu xəbəri gətirəni tutub əllərini bağladılar, sonra isə cəllad gəlib onun ağzını açıd və xəncərlə onun dilini kəsdi. Bu zaman dili kəsilənin ağzından qan püsgürüb onun sinəsi ilə aşağı axmağa başladı və bütün paltarı al-qan oçinə qərq oldu. II Kambiz Xurşidi izləyirdi və gördü ki, o bu səhnəyə heçnə olmamış kimi baxır və heç öz kefini də pozmur və II Kambiz öz-özünə pıçıldayıb dedi:
- Bunda əsl ağa naturası var.
Sonra isə o üzünü Xurşidə tutub dedi:
- Bax, mən yalan danışanlarla belə rəftar edirəm və sən nəinki bizə yalan danışdın. Sən hətta özünün sənə aid olmayan və yalnız tanrılar tərəfindən verilən müqəddəs titulla təqdim etdin. Bizsə yalançıları bağışlamırıq, onların qulaqlarını, burnunu, dilinikəsir və gözlərini çıxarırırq sonra isə özünü də sarayın divarlarından asırıq. Bundan sonra onu quşlar, itlər, həşaratlar və milçəklər yeyib qurtarana qədər orada saxlayırıq. Hə necdi yadelli?
- Bu çox yüngül ölümdür böyük şah, əgər Sakesafar mənim əlimə düşsə, o ölümlə də öz canını məndən qurtara bilməzdi.O ki, qaldı Təhmirəyə...onun mənim yanımda heç bir şansı yoxdur! - deyə soyuqqanlıqla Xurşid cavab verdi.
Bunu eşidən kimi II Kambiz gülümsəməyə başladı və dedi:
- Sənin Təhmirə ilə necə rəftar edəcəyini hələ bilmirik, amma onun səninlə necə rəftar edəcəyini biz yaxında şahisdi olacağıq. Birdəki sən onun təəbəsisən və qoy o özü səninlə necə rəftar edəcəyinə qərar versin. Mən isə sənə cavabım budur ki, yubanmadan mənim ölkəmi tərk et.Mən sənə buna görə yarım ay vaxt verirəm ki, sən imperiyamın sərhədlərini aşasan. Amma yarım aydan bir gün də sonra əgər sən mənim torpaqlarım daxilində olsan onda mən sənə dediyim bütün cəzaları tədbiq edəcəyəm. Odur ki, tələs yadelli, çünki mənim imperiyam geniş və böyükdür, onu tez başa vurmalısan!
Saraydan qovlan Xurşid deyinə-deyinə çölə çıxdı və öz – özünə dedi:
- Kordurlar, heçnəyi və görmürlər!
- Hansı kor olmaqdan danışırsan yadelli? - deyə kənardan bir səs gəldi.
Xurşid tez arxaya boylandı və orada bahalı paltarda olan varlı və yaraşıqlı bir Fars gördü və dedi:
- Sən məni qorxuda bilməzsən, çünki mən indi dünyada heçnədən qorxmuram, çünki öz əziz taxtımı itirmişəm!
- Narahat olma, mən səndən heçnə istəmirəm! – deyə o Fars gülümsəyərək cavab verdi.
- Bəs sən məndən nə istəyirsən və kimsən? – deyə Xurşid soruşdu.
- Mən əhəmən ilər nəslindən olan Hiştaspa oğlu Darayam! – deyə varlı Fars cavab verdi:
- Marqiananın satrapı Hiştaspın oğlu Dara? – deyə gözləri bərəlmiş halda Xurşid soruşdu.
- Hə, indi de görüm sən bizim kor olmağımızı nədə görürsən? – deyə Dara soruşdu.
- Məgər siz görmürsüz ki Təhmirə Böyük Kiri məhv elədi və indi o sizin düşməninizdir. O halda mən də onun düşməniyəm və sizin də dostunuz olmuş oluram! – deyə Xurşid cavab verdi.
...Dostumuz dedin? – deyə Dara qəhqəhə çəkib gülməyə başladı.
- Dostunuz olmasam da müttəfiqiniz olduğumu deyə bilərəm. Siz mənə kömək etmək əvəzinə o dişi canavara mənim şahlığımı udmağına göz yumursunuz və o da gündən-günə güclənir. Məgər bu sizin korluğunuz deyil?
- Əgər sizi yalnız öz massagetləri ilə məğlub edə bilibsə sabah o digər tayfaların da qoşunlarını özünə birləşdirib İranı asanlıqla viran edə bilər! – deyə Xurşid istehza ilə cavab verdi.
Xurşidin sözündən sonra Dara başını bir az qaşıdıqdan sonra dedi:
- Düşünmürəm ki sən axmaqsan, çünki hələ Rüstəm sağ ikən Tihra taxtını ələ keçirə bilmisənsə, onda sən çox ağıllısan. Lakin sənin beynin o qədər qarışıb ki, hadisələrə yaxşı qiymət verə bilmirsən. Sənin dediklərini bilmədiyimiz sanma, lakin bu gün İranda vəziyyət o qədər də yaxşı deyi. Bizim ən güclü sərkərdələrəimiz və sərbazlarımız Taliyada massagetlərin ölkəsində yerdə ölü vəziyyətdə yatır. Amma Qobribizə xəbər gətirəndə ki, Təhmirə İrana əsla hücum etmək istəmir, onda mən onun da qəlbində nəcib bir arinin qohumlarına qarşı rəhmini hiss etdim. İndi sən düşünürsən ki bu boyda həngamədən sonra biz sənə görə onunla muharibəyə gedərik?
- Yanılırsan!
- Getməyəcəksiniz? – deyə Xurşid təəccüblə soruşdu.
- Əlbətdə ki yox! – deyə dara rahat səslə cavab verdi.
- Çox nahaq, çünki o mənim taxtımıələ keçirəndən sonra Haomavarq tayfasının üzərinə gedib şah Asparı da ölkəsindən qovacaq və onun ölkəsini də öz ölkəsinə qatacaq. Beləcə o həm dənizin qərbində, həm də şərqində olan bütün Sak və Massaget tayfalarını özünə birləşdirəcək. Lakin düşünürəm ki, ondan sonra şübhəsiz ki sizin növbəniz gələck və o zaman çox gec olacaq. Bax onda siz peşiman olub deyərsiniz, Təhmirənin arxasında kaş gərək Xurşid kimi müddəfiqimiz olaydı da ona arxadan zərbə vuraydı, lakin onda gec olar! – deyə Xurşid cavab verdi.
- Yaxşı, əgər bütün dediklərin doğrudursa onda böyük Kirlə Təhmirə vuruşanda sən niyə arxadan öz ordunla massagetlərə hücum etmədin? – deyə Dara soruşdu.
- Ey Əhəmni nəslindən olan Hiştaspın oğlu Dara, ona görə ki, o zaman qardaşım Rüstəm sağ idi. O zaman bütün Tihra əsgərləri Rüstəmin komandanlığı altında Böyük Kirə qarşı vuruşurdular. Bunun nəticəsində də Təhmirənin gücü daha da artdı və o da Rüstəmin köməkliyi ilə böyük II Kirə birinci zərbəni vura bildi. Aydın oldumu sizə? – deyə Xurşid cavab verdi.
Xurşidin sözlərindən sonra azca fikirləşən Dara üzünü ona tutub dedi:
- Əgər sənə bu şansı versəm onda sən Təhmirəyə qarşı ittifaq yarada bilərsənmi?
- Əlbəttdəki bilərəm! – deyə Xurşid özündən razı halda cavab verdi.
-Necə? – deyə Dara soruşdu.
- Onu sevməyənlərdən! – deyə Xurşid cavab verdi.
- Kimdir onu sevməyənlər,sən kimləri nəzərdə tutursan? – deyə Dara soruşdu.
- Sarmat şahzadəsi Amaqanı, savromatları, Səmərqənd in şahı Varahrumanı, tihrada mənə sadiq olanları və və ilk növbədə anam Rudabəni! – deyə Xurşid cavab verdi.
- Bu necə ola bilər axı? – deyə Dara soruşdu.
- Adlarını çəkdiyim insanların hamısının sevdiklərinin ölümündə tək günahkar şəxs Təhmirədir .Onlar ondan qisas almaq üçün fürsət axtarırlar ki, biz də onlara bu fürsəti verəcəyik! – deyə Xurşid cavab verdi.
Dara bir az düşünəndən sonra dedi:
- Əgər doğurdan da dediyin kimidirsə onda mən sənə ən sürətli atları verib səni Amid[36]in hökmdarı Dadaşrişin yanına göndərəcəm.O da sənə Amaqanın yanına getməyə kömək edəcək və sən Amaqa ilə görüşəcəksən.
- Bəs bu necə olacaq? – deyə Xurşid soruşdu.
- O səni Amiddən keçirərək Qaf dağlarındakı Sakasena[36] ölkəsindəki saklarla calaşdıracaq və onlar da səni alanlar[37]ın torpağından keçirib Amaqanın yaına aparacaqlar! – deyə Dara cavab verdi.