Страница 13 из 68
- Bəs niyə albanların torpağından keçməyərək yolu dolaşıb Zaqros[38]un arxası ilə Amid ölkəsindən keçərək gedirəm! – deyə Xurşid soruşdu.
- Məsələ ondadır ki, Rüstəm II Kirinyanından qayıdanda albanlar[39]ın torpağına daxil olmuş və Alban çarı Asvageninçoxlu əsgərini öldürmüşdür. Əgər sən ordan getsən, onda onlar sənin Rüstəmin qardaşı olduğunu bilib səni öldürəcəklər və planımız da pozular! – deyə Dara cavab verdi.
- Mən sizin bu yaxşılığınızı heç vaxt unutmaram Hiştasp oğlu Dara! – deyə Xurşid cavab verdi. Onlar bir müddət ikilikdə belə söhbət etdikdən sonra ayrıldılar.
9.Farnasp oğluOtan. Kirin vəsiyyəti və onun dəfni.
Farnasp oğluOtan (Qədim Fars Utana) (e.ə. VI əsrin sonu - eramızdan əvvəl V əsrin əvvəlləri), Fars hərbi sərkədəsi və Qaumata sui-qəsdində iştirak edən yeddi sui-qəsdçidən biri. Fars kralından sonra İran millətini təşkil edən yeddi qədim Ari qəbiləsinin rəhbərlərindən biri. Herodotun yazdığı kimi “Otan şahlıq titulu xaricində hər şeydə şahənşahla bərabərdir”. Onsuz da Böyük Kir gedərkən Otana dövlət işlərini tapşırmışdı və buna görə də Otan hər gün saraya gəlir və dövlət məslələrinə qərar vermək üçün şura toplayırdı. Otan üçün kimin şahın olacağının heç bir fərqi yox idi. Çünki istər Böyük Kir, istər II Kambiz və istərsə də Kasandana taxta çıxacağı təqdirdə Otan onların hər üçü ilə qohumluq əlaqəsi olduğuna görə o dövlətdə ikinci adam sayılırdı. Çünki böyük Kir onun yeznəsi, Kasandana onun bacısı, II Kambiz isə onun bacısı oğlu, həm də yeznəsi idi. Həm də Otan şah ailəsi ilə öz qohumluq əlaqələrini sığorta etmək üçün öz qızı Fadimanı öz bacısı oğlu II Kambizə ərə vermişdir. İndi Böyük Kirin ölümü onun üçünyeni bir şey deyil və bu heçnəyi dəyişmirdi. Otan üçün yeni padşahın sələfləri Böyük Kir və II Kambizdən fərqli olaraq heç vaxt taxt otağında görünməməsi və nəcib – arifarsların heç biri ilə məsləhətləşməməsi qəribə gəldi. Bundan sonra Böyük Kirin bütün ailə üzüvləri onunla vidalaşdı və şahənşahın həkimin dediyi kimi üçüncü gün öldü və onu saraydan 1 km aralıda dəfn etdilər. Kasandanaın əmri ilə Böyük Kir üçün ona layiq bir movzaley tikildi və o orada dəfn edildi. Bu kompleksə aşağıdakı binalar daxil idi. Movzaley bir kiçik kəndin qərbində düzən bir yerdə və açıq səma altında yerləşirdi. Movzaleyen pilləkəni çox qəribə və mürəkkəb idi. Bu movzaley padşahlar üçün o günə qədər tikilən bütün tikililərdən fərqlənir və onun dünyada tayı-bərabəri yox idi. Kirdən əvvəl hökmranlıq edən Midiya[40] şahları üçün belə movzaley tikilməmişvə buna maraq belə göstərilməmişdi. Böyük Kirinbabası olan Midiya şahı Astiaq öz dövrünün ən tanınmış hökmdarlarından olmasına baxmayaraq o da bu şərəfə layiq görülməmişdi.Movzaleyin tikilməsi üçün imperiyanın bütün bölgələrindən ən təcrübəli sənətkarlar toplanın paytaxt Pasarqada gətirilmişdi. Böyük Kirin movzaleyinin yerini ona həmişə sadiq bir yoldaş olan qoca Harpaq seçdi. Yer təyin olandan sonra Böyük Kir üçün məzar qazıldı və sonra onu o məzara qoydular. Böyük Kirin böyrü üstə ağ parçaya büküb başının altına da iki çarpaz çubuq qoydular. Sonra isə onun məzarı xüsusi bahalı daş mərmərlərlə hörüldü və üstü də mərmərlə örtüldüibarət idi. Movzaleyin tikintisinə Kasandana şəxsən özü nəzarət edirdi və onun qəbrindən təqribən 1 km məsafədə, bir-birindən qısa məsafədə üç saray tipli bina tikildi. Daş üç mərtəbəli bir təməl üzərində inşa edilmiş, inşası zamanı 14 metr hündürlüyə çatan və bir qala da inşa edildi[41]. Saray kompleksinin şimal küncündə 2 metr hündürlüyündə iki kvadrat sütun daş sütun ucaldıldı. Pasargadda üç dildə: Elamit, Babil və Qədim Fars dilində "Mən əhəmənilər Kralı Kirəm" ifadəsi oyulmuş 24 barelyef yazıldı[42]. Böyük Kirin saray kompleksinin binalarının hər birinin böyük bağlarla əhatə edildi.
Böyük Kir Pasarqada vəfat etməzdən əvvəl belə vəsiyyət etdi.
"Mən Kuruş, çox ölkələrin kralı, böyük padşah, şahlar-şahı,
qüdrətli padşah, Babil kralı, Sümer və Akkad kralı,
dünyanın dörd ölkəsinin kralı, I Kambizin oğlu,
, Anşan kralı, Teisp nəslindən olan böyük kral,
Anşanın və Parsanın, əbədi kralı.
B.e.ə. e. 530-cu ildə II Kambiz atası II Kirinölümündən sonra İran taxtını çıxdı, lakin taxta çıxması ilə ölkədə çətinliklər başladı. Böyük Kirin fəth etdiyi, lakin iqtisadi cəhətdən Fars ilə çox az əlaqəsi olan ayrı-ayrı ölkələr və xalqlar hələ üzvi olaraq Fars dövlətinə girməmişlər. Keçmiş müstəqilliklərini xatırladılar və təbii olaraq fatihin ölümündən istifadə etdilər və azadlıqlarını bərpa etmək üçün üsyan etdilər. Behistun kitabəsində Bardia və Herodotun əsərindəki Smerdis adı verilən II Kirin ikinci oğlunun da bu qiyamlarda iştirak etməsi mümkündür. Ktesiyə görəo çox kemədi ölkənin şərqi olan Baktriya hakimi təyin edildi[43] və şərq xalqlarını qardaşına qarşı qəzəbləndirə bildi [44][45]. II Kambizin hakimiyyətinin əsas hadisəsi Misirlə çox özünəməxsus bir müharibə idi.
10. Iran elçiləri Təhmirənin sarayında. Taliyada yeddi gün.
Bir müddət Hirkaniya[46]da qonaq olan İran elçiləri Dadaşridən ayrılıb Hirkaniya satrapı Ariantın müşaiəti ilə gəlib Speitrata çayına çatdılarvə bu zaman Ariant atını saxlayıb dedi:
-Artıq buradan o tərəf siz tək gedəcəksiniz!
- Niyə ki? – deyə Krez soruşdu.
- Bu çaydan o tərəfə massagetlərin torpaqları başlayır və o uzaqda gördüyünüz başıqarlı dağlar da Taliya dağlarıdır! – deyə Ariant cavab verdi. Bu sözü eşitdəndə Qobrinin rəngi qaçdı və əyilib atının boynundan möhkəm yapışdı. Bunu görən Ariant soruşdu:
- Niyə atını qucaqlamısınız Qobri?
- Necə yəni niyə qucaqlamışam, axı siz də orada idiniz və bu dıhşəti necə unuda bilərsniz. Arqavanda massagetlər İran sərbazlarını necə vəhşiliklə öldürüb başlarını kəsdiyini sizdə özgözlərinizlə gördünüz! – deyə Qobri cavab verdi.
- Qorxmayın, onlar siz düşündüyünüz qədər də vəhşi deyillər, əksinəçox qonaqpərvər xalqdırlar. Əvvəl başqa indi başqa! – deyə Ariant dedi.
- Necə yəni əvvəl başqa, indi başqa? – deyə Qobri soruşdu.
- Demək istəyirəm ki, əvəlişğalçı kimi getmişdiz, indi isə elçi kimigedirsiz və narahat olmayın! – deyə Ariant cavab verdi.
- Əminəm ki dediyin kimidir! – deyə Qobri dedi.
Sonra isə İran elçiləri çayı keçib massagetlərin torpağəna daxil oldular və elə Ratbara bölgəsinə çatanda onları sərhədçi Massaget atlıları dövrəyə aldılar. Massaget atlılarından biri gələnlərin paltarından onların İran ordusuna aid olduğunu görüb dedi:
-Siz yəqin ki II Kirin adamlarısız?
Hiştasp irəli çıxıb farsca cavab verdi:
- Bəli biz İran elçiləriyik!
Massaget atlısı: Mənim adım Bondaspdır və mən sərhəd muhafizəsinin rəhbəriyəm!
- Biz də mərhum atamız II Kirin sərkərdələri Krez, Qobri, Hiştasp və Fanetik! – deyə Hiştasp cavab verdi.
- Buraya niyə gəlmisiz? – deyə Bundasp soruşdu.
- Bizi buraya şahzadəmiz Kasandana sülh naminə göndərib və sizin şahzadəniz Təhmirə ilə şəxsən görüşməliyik! – deyə Hiştasp cavab verdi.
Atlı bir az düşünəndən sonra dedi:
- Yaxşı, mən sizi şahzadəmizin yanına aparacam, amma bir məsələ var!
- O nə məsələdir belə? – deyə Hiştasp soruşdu.
- Muharibədən çox keçməyib və hələ yaralar sarılmayıb. Əyninizdəki paltarı görən hər ölü sahibi sizə hücum edib öldürmək istər! – deyə Bundasp cavab verdi.
- Bəs nə təklif edirsən? – deyə Hiştasp soruşdu.