Страница 14 из 68
- Təklif edirəm ki, yerli Massaget libaslardan geyib başınızı örtəsiz və bununla da diqqət çəkməzsiniz! – deyə Bundasp cavab veridi.
- Yaxşı, qoy sən deyən olsun! – deyə Hiştasp cavab verdi.
Bu sözdən sonra Bundaspın göstərişi ilə Massaget əsgərləri onlara yerli paltar verdilər və İran elçiləri bu paltarları geyib yenə atlarına mindilər. Hər şey hazır olan kimi onlar yollarına rəvan oldular. Yolboyu İran elçiləri massagetlərin gözəl torpaqlarını görüb heyran qaldılar, çünki sağ tərəfdə Kaspi dənizi, sol tərəfdə isə yam-yaşıl meşələrlə örtülmüş Taliya dağları onları valeh edirdi. Bu zaman Hiştasp üzünü Bundasa tutub dedi:
- Baktriyanın qonşuluğunda, dənizin o tərəfindəki çöldə də massagetlər yaşayır, amma sizdən fərqli olaraq onların yaşadıqları ərazi çöllərdir. Ayrıca olaraq onların şəhərləri və kəndləri yoxdur, amma buradakı massagetlər isə əksinə gözəl kənd və şəhərlərə malikdirlər.
- Doğrudur,dənizin o tayında da Massaget və Sak qardaşlarımız yaşayır, lakin bizdən fərqli olaraq onlart o əraziyə şimaldan gəlmiş və o cür həyat tərzinə öyrəşmişlər. Amma biz isə bu ərazilərə Qaf dağlarının o tayından, Pont dənizin[46]nin sahillərindən gəlmişik və bu cür həyat tərzinə öyrəşmişik. Lakin buna baxmayaraq hamımız farscaya yaxın bil ləhcədə danışırıq! – deyə Massaget atlısı cavab verdi.
Yolboyu onlar biri-birindən gözəl yerlər, şəlalələr, yam-yaşıl meşələr və Massaget kəndlərinə rast gəldilər. Həryerdə Massaget qızları çiyinlərində səhəng su dalınca bulaqalra gedir və gedərkən də nəğmə oxuyurdular. İki gün, iki gecədən sonra elçilər Bundaspın muşaiəti ilə gəlib massagetlərin mərkəzi qala şəhəri olan Vavr qalası[47]na çatdılar. Vavr qalası öz əzəməti ilə Taliya dağlarının dənizə tərəf olan son ətəklərinin birinin zirvəsində yerləşir və üzü isə mavi dənizə tərəf idi. Vavr qalasının əzəmətin görəndən sonra Krez anladı ki, böyük Kir Təhmirəni məğlub etsədə bu qalnı ala bilməzdi. Tezliklə İran elçiləri gəlib Vavr qalasına çatdılar və qala Taliya dağlarının dəniz sahilinə yaxın olan son kiçik dağın üstündə yerləşirdi. Iran elçilərini qalanın içinə apardılar və orada onlar şahzadəni gözləməyə başladılar. Təhmirə hələ gəlibçıxmamışdı və onun dalınca çapar göndərilmişdi. Deyilənlərə görə o, Taliya(Sakalilavraka) dağlarındakı Massaget kəndlərinə getmişdi. O gələnə qədər isə İran elçiləri beləcə durub onugözləyirdilər və birdən Krezin gözləri qala
- Gələnlər kimlərdir?
- Gələnlər İran elçiləridir şahzadəm! – deyə Fərhad cavab verdi. İran adını eşidən kimi Təhmirə ayağa durub bağırdı:
- Nəə, nə dedin, İran elçiləri?
- Bəli şahzadəm, İran elçiləri! – deyə Fərhad cavab verdi.
- Ey siz,nə üzlə buraya gəlmisiniz və bizdən nə istəyirsiniz? – deyə Təhmirə soruşdu.
- Əzəmətli şahzadə, bizi dinləyin, bizburaya pis niyyətlə gəlməmişik! – deyə Hiştasp cavab verdi.
- Məgər sizin yaxşı niyyətləriniz də var?
- Sizin üzünüzdən mən ərimi, oğlumu və dahi yüzlərlə igid əsgərlərimi itirdim, həyatınm alt-üst oldu! - deyə şahzadə qəzəblə dedi.
- Əzəmətli şahzadə, bizim burada heç bir günahımız yoxdur, biz sadəcə elçiyik! – deyə Hiştasp cavab verdi.
- Sizin günahınız yoxdur,necəyəni yoxdur? – deyə Təhmirə yenə soruşdu.
- Əzəmətli şahzadə, gördyünüz kimi mən, Krez, Qobri və Fanet böyük II Krin ən yaxın sərkərdələri olmuşuq və Kirlə sizin aranızda olan Arqavan döyüşünün birbaşa şahidiyik! – deyə Hştasp cavab verdi.
- Demək istətirsiniz ki, bu faciənin birbaşa iştirakçısı olmusunuz və insanlarımızın ölümünüzdə sizin də payınız var?
- İndi bu da mənə əsas verir ki, indi buradaca sizin kəllələrinizi bədəninizdən ayırım! – deyə dedi. Təhmirənin sözlərindən canına qorxu düşən elçilər yerlərindən donub qaldılar və bu zaman Qobri ayağa durub dedi:
- Əzəmətli şahzadə,biz sadəcə əmr quluyuq və bizə əmr olunanları yerinə yetirmişik. Amma inanın ki, biz hamımız onu bu döyüşdən daşındırmaq üçün əlimizdən gələni etmişik və buradakılar hamı buna şahiddir!
- Hə şahzadəm, Qobriy düz deyir,bu üzdən də döyüş dayandırıldı və biz geriyə çəkildik! - deyə Fanet də onun sözlərinə dəstək verdi.
Sonra isə Hiştasp sözünə davam edib dedi:
- Əzəmətli şahzadə bizi dinləyin, Böyük Kir artıq həyatda yoxdur və yenişahənşahımız II Kambiz sizə dostluq, sülh və tərəfdaşlıq təklif edir.
- Necə, Böyük İran şahənşahı mənim kimi bir dağlı qızına tərəfdaşlıq təklif edir? – deyə Təhmirə təəcüüblə soruşdu.
- Bəli şahzadəm,şahənşahımızın xanımı Kasandana br ana kimi sizin dərdinizi anlayır və sizə başsağlığı verir. O, bu barədə sizə göndərdiyi məktuibda hər şey yazııb! – deyə Hiştasp cavab verdi.
- Nə məktubu? – deyə Təhmirə soruşdu.
-Budur o! -deyə Hiştaspa qurşağındakı məktubu çıxarıb şahzadəyə tərəf uzatdı.Məktubu görən kimi Təhmirə Fərhada başı ilə işarə etdi və o da Hiştaspdan məktubu alıb şahzadəyə verdi. Lakin o məktubu süzəndən sonra onu Fərhada verib dedi:
- Mən oxumaq bilmirəm, ona görə də öz yazdığınızı özününz oxuyun. Şahzadənin sözlərindən sonra Fərhad məktubu alıb Qobriyə verdi və o da məktub ucadan oxumağa başladı
- Məktubda deyilirdi :
“- Sən ey massagetlərin şhzadəsi!
Rüstəmin nə qədər açıq döyüşdə II Kir tərəfindən öldürüldüyünü bilsək də onun bu faciəviölümü həm sarmatları, həm, savromatları, həm də tihraxudaları özündən çıxarmışdır. Düşünürəm ki, həm Savromat çariçası Amaqa, həm də Rüstəmin anası Rudabə Rüstəmin ölümündə günahkar bildikləri tək adam sizsiniz. Bu üzdən mən oğlumu qərbə - Misirə yönəltdiyim zaman sən də şimal sərhədlərdə möhkəm dur!