Добавить в цитаты Настройки чтения

Страница 53 из 68

- Bəs sən kimsən? - deyə I Dara üzünü Arçona tutub soruşdu.

- Mənim də adım Arçondur və mən bu çobanın bacısıyam, özüm də rəssamam! – deyə Arçon cavab verdi.

Bu sözləri eşidən kimi I Dara ətrafındakılara baxıb dedi:

- Biz bunların massagetlərin casusları olmadılarına necə əmin ola bilərik!?

- Əlahəzrət, əmr edin bir sağlam və bir də xəstə qoyun gətirsinlər. Şürük əgərhəqiqətən də çobandırsa onda qoy bu qoynların hansının xəstə və hansının sağlam olmasını desin! – deyə Qobri dilləndi.

- Lap yaxşı fikirdir, lakin biz o birinin həqiqətən də rəssam olduğunu necə bilərik! – deyə I Dara cavab verdi.

- Çox asan hökmdarım, siz ona sizin rəsminizi çəkməyi əmr edin və əgər o çəksə onda həqiqətəndə rəssamdır! – deyə bu dəfə Krez cavab verdi.

Bu szödən sonra I Dara üzünü Krezlə Qobriyə tutub dedi:

- Fərz edək ki, bunları casus olaraqsaklar göndərilib ki, İran ordusunu tələyə salsınlar. Belə ki, sakların İran ordusunu mühasirəyə alması üçün heç bir ehtiyac yoxdur.Çünki döyüş mənim həvəslə istədiyim şeydir və mən Təhmirədən də dəhşətli üsyançılar görmüşəm və onların aqibəti faciə ilə bitib! – deyə I Dara edam edilmiş üsyançıların gözlərindən səpələnmiş nifrətlə xatırladı:

- Frada, Fravartiş, Vaxyazdat, Araxa və başqaları.

Əlbətdə ki, Şirakın həqiqətən də Təhmirənin həqiqi casusu olması I Daranın ağlına belə gəlmirdi.

Sonra isə I Dara üzünü Şiraka tutub dedi:

- Deyirsən ki çobansan?

- Bəli əlahəzrət! – deyə Şürük cavab verdi.

- Qarşındakının kim olduğunu bilirsənmi? – deyə I Dara soruşdu.

- Xeyir əfəndim! – deyə Şürük cavab verdi.

- Qarşındakı dünyanın dörd tərəfinin hökmdarı I Daradır! – deyə şahənşah dilləndi.

- Bağışlayın əlahəzrət, məni əfv edin, günahkaram! – deyə Şürük cavab verdi.

- Səni günahlandırmıram və sən məni tanımaya bilərsən, çünki sən bir çobansan! – deyə I Dara dedi.

- Sizə mi

- Səni bağışlayıram çoban, amma bir şərtlə! – deyə I Dara dedi.

- Nə şərt əlahəzrət? – deyə Şürük soruşdu.

- Sən çobansan və ehtimal ki, bu yollara da bələdsən! – deyə I Dara dedi.

- Bəli əfəndim, mən bu yerlərə hamıdan yaxşı bələdəm! – deyə Şürük cavab verdi.

- Onda sən bizim qılıncımızdan qaçıb Qaf dağlarınən arxasında gizlənən massagetlərin yerini bilərsən? – deyə I Dara soruşdu.

- Bəli əfgəndim siz haqlısız, onların yanına necə getməyi mən bilirəm! – deyə Şürük cavab verdi.

- Əgər bilirsənsə onda bizi oraya apar və bizə bu çətin və keçilməz yolda bələdçilik elə! – deyə I Dara dedi.

- Baş üstə əfəndim, mən sizi oraya aparacam! – deyə Şürük cavab verdi.

Beləcə onlar razılaşdılar və bir gecə düşərgədə qaldıqdan sonra dan sökülməmiş yola düşdülər. Şürük Arçonla ordunun qabağında gedir və İran ordusu da onların arxasınca hərəkət edirdi. Uzaqdan da onları Kaşanq və Dastangözə görünmədən izləyirdilər. Bu zaman Arçon at üstündə ətrafına göz gəzdirib Şürükdən soruşdu:

- Bunlarla nə etmək istəyirsən, planın nədir?

- Mən bunları su quyuları və otlaqların olduğu yerlə yox, susuz, otsuz və bir dənədə ağac olmayan ilan mələyənharam çölü[180]nə ilə aparacam. Mən onları orada susuzdan ölməyə məhkum edib öldürəcəm! – deyə Şürük cavab verdi.

- Sən düşündüyümüzdən də çox ağıllı imişsən! – deyə Arçon dedi.

Beləcə onlar bir müddət getdilər və hava da yavaş-yavaş istiləşməyə başlayırdı. İndi artıq yaşıl otlaqlar və yaşayış məntəqələri gözdən itmiş və qarşıda isə ucsuz-bucaqsız susuz çöllər görünürü. Bütün günü İran ordusu hərəkət edi və dəvələr davamlı yürüş edirdilər. İstidən yorulmuş və mənzərənin vahidliyindən bezmiş I Dara bir az narahat olmağa başladı. O, öz üzünü bir dəsmal ilə örtmüş və Fars karvanının önündə gedən Şürükün yanına çağırmağı əmr etdi. Şürük gələn kimi I Dara ondan soruşdu:

- Nə vaxta qədər getməliyik Sak?

- Bu günə qədər getdiyimiz yolun iki misli qədər – yəni iki həfdə daha getsək bir yolayrıcına gəlib çatarıq. O yoldan sağa getsək düz Təhmirənin qalasına çatarıq, düz getsək isə Dərbint keçidinə gəlib çatarıq! – deyə Şürük cavab verdi.

Şürükün danışığında I Dara nəsəbir narahatlıq hiss etdi və o da çobana tərs-tərs baxıb üzünü çevirdi.Onlar bir həftə idi ki, yol gedirdilər və qarşıda hələ iki həftəlik yol qalmışdı. Qoşunun önündə gedən Şrükü öz-özünə deyirdi:

- Nə qədər sevinirsiz-sevinin, mən sizin başınıza elə bir oyun açaram ki, bir daha şahzadə Təhmirənin adını da ağzınıza ala bilməzsiniz.

Farslar, bu torpağa, ehtimal ki tanrıların özləri tərəfindən lənətlənmiş bir yer nifrətlə baxırdılar. Çevik dəyirmi başların meydana çıxması ordu arasında bir növ canlanmaya səbəb oldu. Farslar ehtiyatlı olmaq üçün hər kərtənkələyə gözləri ilə baxırdılar. Diqqətli olmalı idiləçünki ilanların səltənətindən keçdilər. Bir aza da getdikdən sonra onlar uzaqlarda otsuz və çılpaq təpələr gördülər. Onlar təpələri görən kimisevindilər və düşündülər ki, onlar biraz istirahət edəcəklər. Lakin bu təpələrdə kimsə yox idi və hər bir təpənin arxasında digər çılpaq byeni bir əpə var idi. İran əsgərlərinin ayaqları istidən bişib yara olmuşdular. Onların ayaqları qabarcıqlarla örtülmüşdülər və o qədər susamışdılar ki, artıqhalüsinasiyalar görməyə başladılar və əsgərlər arasında bir səs çıxdı:

- Bu nədir, biz hələ çox gedəcəyik, artıq gedə bilmirik, yorulmuşuq?

Bunu eşidən I Dara yenidən Şürükü yanına çağırdı və dedi:

- Ey dəli çoban, bu nə işdir başımıza gətirdin, bəs hanı massagetlər?

Farsların qəzəblənmiş şahənşahının qəzəbli sualına Şirak sakitcə cavab verib dedi:

-Əlahəzrət, narahat olmayın, az qalıb və beş günədn sonra hədəfə çatacağıq.

Şürük bu sözü deyəndə öz həyatını və təhlükəsizliyini nəzərə almırdı. Farslar hədəfə hər keçən bir gün yaxınlaşdıqca Şürükün də ömründən bir gün azalırdı. Həddindən artıq dərəcədə yorğun olan I Dara arxaya söykəndi və zəif bir şəkildə əlini yellədi, saklardan daha nəqədər gedəcəklərini soruşurdu. Vəziyyət ağır idi və getdikcə su ehtiyatı azalırdı, amma hədəfə tez çatacağına söz verildiyi üçün hələ də bol-bol verilirdi. Farslar nə qədər çox su içirdilərsə, buxarların içərisindən duzları bədəndən yuyub çıxardı. Yalnız səhraya ən çox öyrəşmiş farsların çoxsaylı ordusunun bir hissəsi olan ərəblər özlərini yaxşı hiss etdilər. Lakin uzun müddət hərəkət etdiyinə görə İran əsgərləri içərisində xəstəliyin yayılmasına səbəb oldu ki bunlara - ürək bulanması və başgicəllənmə daxil idi. Dəvələr də onsuz da bir neçə kilo arıqlamışdı, amma qorxmurdular, çünki suhələ vardı. Farslar ömründə getmədikləri qədər yol getdilər və bədənlərinin bütün gücüvə suyu tükəndikdən sonra onlar ölümə yaxınlaşdılar.Axşama yaxın I Daranın əmri ilə düşərgə quruldu və yorulmuş İran ordusu səhraya səpələnib yatdı. Bu zaman – gecənin bir yarısında kimsə səssizcə Şürükə toxundu. Şürük təəccüblə yerindən tərpəndi. Yatmadı, yenə də kiminsə yaxınlaşdığını və ilk ilan olduğunu düşündü.

- Sakit! – deyə kimsə onun qulağına pıçıldadı.

- Kimsən? – deyə Şürük sakit səslə soruşdu.

- Mənəm, sənin dostun Dastan, tez ol Arçonu da oyat və yavaş-yavaş sürünün ardımca! – deyə Dastan cavab verdi.

- Bunu etmək o qədər də asan deyil, çünkihamının gözü məndə! – deyə Şürük sakitcə pıçıldadı.

- Mən bunu bilirəm, ancaq bütün gözətçilər yuxuda, sürünərək uzaqlaşın - danışmaq lazımdır! – deyə Dastan dedi.

- Yaxşı! – deyə Şürük və Arçon qumun üzərindən sürüşəndə yavaşca xışıltı verdi və onlar təpədən yuvarlandılar. Sonra isə Kaşanq Şürükə və Arçona su və yemək verdilər və onlar da yeməyi vəhşicəsinə yedilər. Çünki neçə gün idi ki, yaxı qidalanmırdılar, sonra isə Dastan üzünü Şürükə tutub dedi: