Добавить в цитаты Настройки чтения

Страница 52 из 68

- Bəs ölməz? – deyə Şürük soruşdu.

- Xoşbəxtlikdən ox onun sol döş qəfəsinə batıb və şahzadəmiz öləcək, amma indi yox! – deyə həkim cavab verdi.

- Bəs nə vaxt öləcək? – deyə Şürük soruşdu.

- Onu zaman göstərəcək, çünki sürtdüyüm dərmanları ona yaxşı təsir edərsə o sağala bilər, yox əgər pis təsir edərsə onda onun sağalmaq şansı azdır.

Beləliklə Təhmirə ağır məğlubiyyətdən sonra yatağa düşərək bir müddət xəstə yatdı. Amma bu müddətdə dəmüttəfiqlər öz qələbəsini qeyd edirdilər.

15.Rüsvayçı kapituliyasiya

Məğlub olmuş massagetlər hərə bir yana səpələnmiş və onların sərkərdələri də pərt olmuş halda gecə-gendüz ocaq ətrafında oturub düşünürdülər. Yazıq Sakesfar, qorxunc gəlininin baxışlarını öz xəyalına gətirirdi. Aspar donmuş bir qızıl qartal kimi çaşbaş qalmış və nə edəcəyini bilmirdi. Vəziyyət ürəkaçan deyildi və ən dəhşətli hadisə Skunhanın utancından sonra baş verdi. Belə ki,Xurşid əvvəlcədən I Dara ilə planlaşdırdığı kimiTihraxuda taxtında oturdu və Rudabə isə həm Rüstəmin qisasını aldı, həm də bütün Tihrada Massaget hökmranlığına son qoydu. Qardaşı oğlunun qorxusundan dizləri titrəyən və qorxan qorxan Sakesfar, ilk uğursuzluqda hər şeyi tərk edərək qorxaqca qaçdı. Əgər hiyləgər Xurşid olmasaydı, farsları Saka çöllərinin dərinliklərində massagetlər tərəfindən məhv ediləcəkdilər. O, Təhmirəninarxasından iş çevirərəkbu muharibəni massagetlər üçün məğlubiyyət, farslar üçün isə qalibiyyət etdi. Bu məğlubiyyət massagetlərdə ruh düşgünlüyü və inamsızlıq yaratmışdı. Bu döyüşdə onlar özlərinin ən güclü sərkərdələrini itirmiş və ən əsası onları şahzadəsi Təhmirə bir daha ayağa qalmamaq şərti ilə ağır yaralanıb yataqa düşmüşdü. Bütün bunları hesaba qatan I Dara isə daha da irəli gedərək Qaf dağlarından şimalda yerləşən çöldə qaçıb gizlənmiş Massaget tayfalarını də tabe etmək istəyirdi. Buna görə də o Qaf dağlarına doğru hərəkət etməyə başladı. Farslar Qaf dağlarından şimalda yerləşən Sak çölünü öz dilərində “ dəşt-e qıp Sak” adlandırırdılar ki, bu da tərcümədə “ Sak çölü” demək idi. Bu çöldə Qaf dağlarından başlayaraq Sarmat və savromatların ölkərlərinə qdər olan ərazidə çoxlu Sak-Massaget tayfaları yaşayırdılar. Onlar şərqdən Dah-Dərbint tayfaları ilə, qərbdən Alan tayfaları ilə, cənubdan Tihraxuda(Sakavraka) ilə sərhəd idilər. İran sarayı buhərbi səfərə qarşı idi, amma şəxsən I Dara massagetlərin orada güclənib yenidən basqın edəcəyindən ehtiyat edirdi. O, bu səbəbdən massagetlərə hücuma keçib Vavr qalasını ələ keçirnmək qərarını vermiş və öz ordusunun bir hissəsini məhz buraya cəlb etmişdi. Bundan əlavə muharibə başlayanda İran ordusunun bir hissəsi massagetlərinOrta Asiyadakı hissəsinə hücuma keçmişdiş. Onların bir qismi boş və sususz çöldə susuzdan qırılmış, digərləri isə vuruşmadan geri qayıtmışdır. Bu səbəbdən də I Daranın ordusu Araks çayından Qaf dağlarına doğru hərəkət etməyə başladı.

16.Şürük və Arçon

I Daranın bu cür qərar alıb massagetlər üzərinə hücuma keçməsi xəbəri tezliklə hər tərəfə yayıldı. Artıq bu xəbəri massagetlərin baş qalası olan Vavr qalasında da hamı bilirdi. Bunu Vavr qalasından aşağıda yerləşən bazarda eşidən Kaşanq atını cilovlayıb qalaya qalxdı. Orada darvaza ağzında o Dastanlav rastlaşdı və məsələni ona danışdı. Dastan isə Kaşanqı da özü ilə qalaya apardı və onlar bu xəbəri Şürükə verdilər. Bu xəbəri eşidən Şürük çox əsəbləşdi, amma əlindən heçnə gəlmirdi və bunu görən Kaşanq dedi :

- Mən bir çıxış yolu bilirəm!

- Nə çıxış yolu, hansı yol? – deyə Şürük soruşdu.

- Mənim bir uşaqlıq dostum var, adı da Arçondur, o ox atmaqda, qılınc oynatmaqda, ləpirçilikdəmahirdir və ən əsası da rəssamdır! – deyə Kaşanq cavab verdi.

- Onun rəssam olması nə işimizə yarar ki? – deyə Şürük soruşdu.

- Sən onunla gedəcəksən I Daranın qərargahına və o özünü rəssam, sən isə çoban kimi qələmə verəcəksən. I Dara Arçonu yoxlamaq üçün öz şəkilini çəkməyi ona əmr edəcək və sənə də hansı qoyunun xəstə olduğunu souşacaq! – deyə Kaşanq cavab verdi.

- Bəs mən qoyunun xəstə olmasını hardan və necə bilərəm? – deyə Şürük soruşdu.

- Çox sadə, sən hər bir qoyunun belindəki yununu dartmağa başlarsan. Hanıs qoyunun yunu əlində qalsa onda o qoyun xəstədir! – deyə Kaşanq cavab verdi.

- Çox ağıllısan və çoxbilmişsən Kaşanq! – deyə Dastan dedi.

- İndi bunun yeri deyil və bu haqda danışmaq hələ tezdir.Arçon cənubda, Taliya dağları ilə Kaspi dənizin ətəyində olan bir yamacdakı kənddə yaşayır və əgər indi yola düşsək onda tezliklə orda olacağıq! – deyə Kaşanq cavab verdi.

- Onda nə durmuşuq tez gedək! – deyə Şürük dedi.

Bu sözlərdən sonra onlar atlarına minib Vazarta çayını keçərək Taliya dağları boyunca cənuba doğru hərəkət etməyə başladılar. Onlar bir müddət sonra gəlib bir kəndə çatdılar və orda bir neçə palçıq evlər var idi və kəndin girəcəyində də, sol tərəfdə bir at axuru var idi. Bu kəndin bütün atları bu axırda bağlanmışdı və hərə kəndin sakinləri adəti üzrə öz işləri ilə məşğul idilər. Onlar kəndə daxil olduıar və yaxındakı bir adama yaxınlaşıb soruşdular:

- Biz Kaşanqı axtarırıq, onu harda tapmaq olar?

- O adam onlara bir söz demədən əli ilə arxada – onlardanaralıda yerləşən dəmirçixananı göstərdi. Bundan sonra onlar o tərəfə hərəkət etməyə başladılar və gəlib oraya çatdılar. Bura dəmirçixana idi və içəridə də üzübağlı bir nəfər çalışırdı və Dastan üzünü o şəxsə tutub dedi:

- Bizı Arçon lazımdır?

Bu sözü eşidən kimi o adam çəkici döyməsini bir an saxladı və onlara baxdı, amma heçnə demədən yünidən işinə davam etdi. Bunu görən Şürük qəzəbləndi və atından düşüb dəmirçixanaya daxil oldu və əlini onun çiyninə atıb bir söz demək istədi. Lakin o üzübağlı dəmirçi var gücü ilə Şürükü yerə çırpıb çəkiclə döydüyü qızmar qılıncı onun boğazaına dayadı.

- Əl saxla Arçon! – deyə arxadan bir səs eşidildi.

Bu səsi eşidən kimi dəmirçi əlini saxladı və dönüb Kaşanqa baxdı və dedi:

- Kaşanq, əziz bacım! – deyə dəmirçi Kaşanqa tərəf gəldi və onunla qucaqlaşdı.

Bunu görən Şürük yerdən qalxdı və dedi:

- Deyin görüm burada nə baş verir?

- Bu mənim sizə bəhs etdiyim əfsanəvi Arçondur! – deyə Kaşanq əlini Arçonun çiyninə qoydu.

Arçon da öz üzünü açdı və hamı yerində donub qaldı, çünki qarşılarında çox gözəl və nazənin bir qız durmuşdu.

- Başa düşmədim, yəni məni bir qadın yerə vurdu? – deyə Şürük Dastana baxaraq mızıldandı.

- Mənə baxmayın şahzadəm, mən heçnə görmədim! – deyə Dastan gülümsəyərək cavab verdi.

Bunu görən Kaşanq da Farzoya qoşulub gülməyə başladı və sonra Kaşanq öz gülməyini saxlayıb dedi:

- Yaxşı bəsdir əyləndik, indi isə keçək əsas mətləbə.

- Gedək bizim daxmaya orada da danışarıq! – deyə Arçon qonaqları öz daxmasına apardı.

Beləcə onlar hər şeyi ölçüb-biçdilər və Arçon, Kaşanq, Dastan və Şürük I Daranın hərəkət edən ordusuna tətərf getməyə başla-dılar. Beləliklə bir gündən sonra

onlar gəlib I Daranın düşərgəsinə çatdılar və İran əsgərləri onları gördü. Bu zaman Kaşanq və Dastan gizlənib onları uzaqdan müşaiət etmə-yə başladılar. Onlar əvvəlcədən planlaşdırmışdılar ki, qıraqdan qalıb olanları muşaiət edəcəklər və əgər plan pozulsa onda onlar mudaxilə edəcəklər. İran əsgərləri Arçon və Şürükü tutub I Daranın yanına gətirdilər və I Dara onlardan soruşdu:

- Deyin görüm siz kimsiniz və buralarda nə gəzitsiniz?

- Mənim adım Şürükdür və mən çobanam, mən buraya uzaq olan bir kənddənəm. Mənim qoyunlarımdan bir qismi itib və mən də onları axtarıram! – deyə Şürük cavab verdi.