Страница 51 из 68
- Məni azad etmə, mən bunu istəmirəm və heç vaxt da istəməyəcəm, ən yaxşı məni zindana sal!
- Niyə zindana gedirsən əziz şahzadə?
- Sən üsyan edən bir üsyançı deyil, şah ailəsinin əsil bir üzvüsən. Böyük İranın həqiqi padşahları məğlub olan şahlara həmişə səxavət göstərmişlər! – deyə I Dara cavab verdi.
I Dara birmənalı olaraq II Kir keçdi və Bardiyanı edam edən II Kambizi isəkölgədə qoydu. O, özünü əsir düşmüş kralları bağışlamaq vərdişinə sahib olan "Farsların atası" Kirlə eyniləşdirdi. Saray əyanlarının ətrafına baxdı və dərhal padşahların krallığının ucalığı üçün daim böyüyən bir tərif səsi eşitdi.Bunların içində təkcə Xurşid susdu və I Dara üzünü Sakanaya tutub dedi:
- "Vətəninə dönmək istəmirsənsə qoy belə də olsun.Ancaq yenədə mən sənə hökmranlıq etmək üçün zəngin bir şəhər verəcəyəm! – deyə İran monarxı önəmli şəkildə Xurşidə bir nəzər saldı.
Xurşid kinayəli bir təbəssümlə I Daraya dedi:
- İcazə verin əlahəzrət vətənimə gedim və Təhmirənin məndən qəsb etdiyi taxtımı geri alım. Ümid edirəm ki sizin alicənablığınızla mənim taxtımı əsir götürdüyüm Sakanaya verməyəcəksiniz?
Ancaq I Dara Xurşidin zarafat tonunu qəbul etmədi və acıqla ona belə dedi:
- Xeyr, etmərəm, çünki sənə artıq vermişəm Xurşid!
Xurşid şahənşahın qəzəbinə tuş gəldiyini anladı və səssizcə başını hörmətlə əyərək çıxışa tərəf geri çəkildi. Beləliklə Xurşid İran şahənşahının sarayını tərk etdi və ah çəkərək anası Rudabənin yanına qayıtdı. Ancaq I Dara dözümsüzlüyündə nə qədər səhv etdiyindən şübhələnmirdi. I Dara daha çox dözümlülük göstərsəydi farsların başına gətirilən bir çox bədbəxtlikdən və bəlalardan qaçınmasına kömək olardı. Hiyləgər Xurşid I Daranıfarsların və onların padşahının yoxluğunda etdiyi səhvlərə qarşı xəbərdar edərdi.
14.Şürük və Apşeron
Döyüşdə Şürük bərk yaralanmışdı və döyüşünqızğın vaxtında onu Axsitan atdan yerə salmışdı. O, Apşeronu yanına çağıraraq atdan yerə yıxılmış Şürükü göstərib başını kəsməsini tapşırtmışdı. Axsitanın oradan aralanıb döyüşə girdiyi üçün Şürükü öldürmək Apşeronun üzərində idi. Apşeron qılıncını çəkib bir müddət havada tutub yerə yıxılmış Şürükə baxsa da onu vurmağa ürəyi gəlmədi. Sonra isə ətrafa göz gəzdirdikdən sonra atdan düşüb onun qanıyan yarasını bağladı. Bunu görən Şürük ondan soruşdu:
- Mənə niyə kömək edirsən Tihra qızı?
- Biz sizin qədər mərhəmətsiz deyilik? – deyə Apşeron cavab verdi.
- Səndən xahiş etmədim və bu düzgün deyil! – deyə Şürük dilləndi.
- Bunun nəyi düzgün deyil, məgər hansısa bir yaralıya kömək göstərmək o qədər pis işdir? – deyə Apşeron soruşdu.
- İndi döyüş gedir və biz burada qarşı-qarşıya durduğumuza görə düşmən sayılırıq! – deyə Şürük dedi.
- Xəbərin olsun ki, mən döyüşçü olsam dabir qadınam və ilk dəfədir ki, bir kişinin qolunu sarıyıram! – deyə Apşeron cavab verdi.
Bu zaman Şürükün gözləri Apşeronunqara gözlərinə sataşdı və o da bunu hiss edən kimi o da özünü itirdi. Apşeron sözün əsl mənasında gözəl idi və Tihraxudada o hər kəsin qəlbini çalmışdı. Elə bir Tihra gənci yox idi ki Apşerona qarşı qəlbində sevgi hissləri duymasın. Apşeron özü də Şürükün ona necə baxdığını hiss etmişdi və buna görə də tez gözlərini ondan yayındırıb dedi:
- Di tez ol buradan uzaqlaş, yoxsa səni öldürəcəklər!
- Bu sözdən sonra Şürük arxaya baxıb səsləndi və az keçmədi ki, Dastan özünü gəlib çatdırdı və Apşeron onu görən kimi dedi:
- Tez olun burdan uzaqlaşın, yoxsa görərlər.
- Dastan kömək edib Şürükü qaldırdı və bu zaman bir atlı yel kimi süzüb onların yanına çatdı və bu Kaşanq idi. O vəziyyəti anlar-anlamaz tez oxunu çəkib Apşerona tutşlayıb atmaq istəyəndə Dastan onu saxlayıb dedi:
- Dayan, sən nə edirsən?
- Qoy bu Tinraxudu gəbərdim! – deyə Kaşanq qəzəblə.
- Yox, o düşmən yox dostdur və Şürükə kömək edib! – deyə Dastan cavab verdi.
Kaşanq bu qaragöz və qaraqaş qızı aşağıdan yuxarıya süzüb dedi: Başqa cür ola da bilməz, amma geyimindən yuxarı təbəqənin adamına oxşayır.
- Bir ovçu özü haqda bir deyəndə ondan üstün olna haqda da iki deməlidir istənilən yerdə! – deyə Apşeron cavab verdi.
- Bununla nə demək istəyirsən? – deyə Kaşanq soruşdu.
- Demək istəyirəm ki, səninlə nə hər zaman bəhsə girə bilərəm dağlı qızı! – deyə Apşeron cavab verdi.
Söhbətin qızışdığını görən Şürük əlini qaldırıbdedi:
- Bəsdirin, qurtarın!
Sonra da üzünü Apşerona tutub dedi:
- Sənə də təşəkkür edirəm və əminəm ki nə vaxtsa ayrı yerdə ayrı şərtlərləgörüşərik.
Bu sözdən sonra onlar ayrıldılar.
Skunhanınordusu farslar tərəfindən məhv edildikdən sonra sarmatiyalılarla müharibə məğlub edilmiş şahzadə Təhmirənin ordusu ilə I Daranın gücünə müqavimət göstərə bilmədiyini başa düşdülər. Şürük və əsgərləri məyus olmuş halda digər tanınmış Massaget sərkərdələrinin müşaiəti ilə Təhmirənin yaralı bədəninin düşərgəyə apardılar. I Daranınsaysız-hesabsız ordusu qarşısında pərən-pərən olmuş massagetlər çətin ki, birdə özlərinə gələcəkdi. Həmən gün ümumiyyətlə arilərin üçün çox faciəli bir gün idi. Çünki əsrlərlə biri-biri ilə yaşayan və eyni kökdən olub eyni dildə danışan farslar, sarmatlar, savromatlar, skiflər, alanlar və massagetlər bugün biri-birilərinin qanını tökdülər. Bu gün farslar və alanlar üçün bayram, saklar üçün isə qara və unudulmaz bir gün idi. Tezliklə Təhmirəni Vavr qalasına gətirdilər və bu xəbəri eşidən hamı ora yığışmağa başladı. Onu Vavr qalasının Kaspi dənizinə tərəf olan hissəsində, elə o istiqamətə qoyulmuş yatağda uzatmışdılar. Onun sağ tərəfində tayfa başçıları və sərkərdələr, solda Abzu, Şəbrəng, Şürük və bir çox saray qadınları durmuş və ortada isə həkimlər gəzirdi. Həkimdən sol tərəfdə əlində su ilə kasa tutmuş xidmətçi qadın dayanmışdı. Həkim də əlindəki əski parçasını kasadakı suya salıb şahzadənin alnına qoyurdu. Getdikcə ağrıları güclənən şahzadənin qızdırması qalxmağa başladı və o güclə nəfəs alırdı. Bunu görən Şürük həyəcanla soruşdu:
- Axı nə baş verir və niyə şahzadəmizin qızdırması qalxır?
- Ox gördüyümüz adi oxlardan deyil, o zəhərli bir oxdur və bu səbəbdən də get-gedə şahzadənin bədəninə yayıılır! – deyə həkim cavab verdi.
- Yəni bununla nə demək istəyirsən həkim? – deyə Şürük soruşdu.
- Deməyim odurki şahzadəmizin elə də vaxtı qalmayıb və o tezliklə həyatdan köçəcək! – deyə həkim solğun tərzdə cavab verdi.
Bunu eşidən kimi Şürükün elə bil başına qaynar su tökdülər və gözləri yaşardı. O, nə edəcəyini bilmir və bütün günahı özündə görürdü, lakin bunu görən həkim dedi:
- İndi bunun yeri deyil və düşünürəm ki ən yaxşısı onun yanında olmaq və onunla vidalaşmaqdır.
Bu zödən sonra Şürük Təhmirənin əlini tutub diz üstə otudu və ağlamağa başladı. Şürkün alamasını eşidən şahzadə öz gözlərini açdı və başını astaca sol tərəfdə ağlayan Şürükə tutub dedi:
- Niyə ağlayırsan Şürük, axı sən mənim varisim olacaqsan?
- Məimçün dua et ki qoy boynumda günahı olan Rüstəmin ruhu məni bağışlasın.
- Narahat olma nənəcan mən həmişə səninçün dua edəcəm ki, qoy tanrılar sənin ruhunu bağışlasın! – deyə Şürük cavab verdi. Sonra isə şahzadənin gözü ondan sağ tərəfdə duran və ağlayan Abzuya sataşdı və şahzadə astaca dedi:
- Abzu, qızım, əgər mümkünsə məni bağışla, zira ananın ölümündə də mən günahkaram!
Bunu görən Şürük üzünü həkimə tutub dedi:
- Bir şey etmək və ya bir dərman verib ağrılarını azaltmaq olmazmı?
- Əlbətdəki var Şürük, indi mən mualicəvi otları biri-birinə qatıb onlardan hazırlanmış dərmanı yaraya sürtəcəm. Lakin siz də ondan sonra dəmiri qızdırıb onun yarasına basmalısınız ki qanaxma verməsin! – deyə həkim cavab verdi.