Добавить в цитаты Настройки чтения

Страница 46 из 68

I Dara orada 3 gün qaldı və başa düşdü ki, skiflərə qərbdən zərbə vurmaq çətin olacaq. Buna görə də o, Ekbatanaya[174] qayıdıb Otanın ordusu ilə birləşib skifllərin Kaspi dənizi ilə Qaf dağları arasında yaşayan qolu olan massagetlərə zərbə vurmaq qərarına gəldi. I Dara düşünürdü ki, heç kim də bilməsə o ölümə məhkum olmaqdan son anda ioniyalıların köməyi sayəsində qurtuldu, əks halda onun da aqibəti II Kir kimi ola bilərdi. Ona görə də o tələsik Ekbatanaya yol düşdü. Orada o, öndə bir məktub yazıb Otana göndərdi ki, o da öz müttəfiqi olan Amaqa və Qatalı Təhmirə üzərinə hücuma keçməyə tələssin. Bu arada I Daranın Orta asiya massagetləri üzərinə göndərdiyi Dadaşrinin ordusundan heç bir xəbər hələki yoxidi. I Daranın məktubunu alan Otan Amaqa, Skopasis və Aşxadarın yanına bir ulaqla I Daranın məktubunu göndərdi[175].

7. Amaga və Təhmirə

Tezliklə Otanın göndərdiyi elçilər təyin olunan yerə gedib çatdılar. Məktubu alan Skopasis I Dara ilə arası olmadığından öz qoşunlarını kamankeş Aranın başçılığı altında Təhmirənin üzərinə göndərdi. Aşxadar isə Otanın məktubunu almadan on gün əvəl Xurşidin məktubunu almış və öz qızı Aşxen də yanına alıb ordusu ilə artıqgəlib Rastav məntəqəsinə[176] gəlib çatmaqda idi. Amaqa isə artıq Fis[177] şəhəri həndəvərində olanda məktubu aldı və sürətlə Təhmirənin üzərinə tələsdi. Tezliklə tərəflər Araks çayı yaxınlığındakı düzənlikdə üz-üzə gəldilər. Döyüş yürinə ilk olaraq Rudabə və onun sərkərdəsi olan Axsitanın komandanlığı altında olan Tihra ordusu gəlib çatmışdı. Ön cərgdə Axsitan və Xurşid və digər Tihra sərkərdələri dayanmış, Rudabə isə özü üçün qurduğu çadırda qızı Apşeron və qulluqçuları ilə idi. Rüstəmin ölümündən uzun zaman keçmsinə baxmayaraq Rudabənin qəlbindəki nifrət hələ də sönməmişdi. Rudabə artıq uzun illər çəkdiyi iztrabının sabah tezliklə bitəcəyini səbirsizliklə gözləyirdi. Lakin o yenə də Axsitanın məsləhəti ilə Amaqanın və digər müttəfiqlərin gəlib çıxmasını gözləməli oldu. Bir neçə gündən sonra həm kamankeş Aranın başçılğı altında olan Savromat ordusu, həm də Amaqa və Qatalın başçılığı altındakı Sarmat ordusu gəlib Araks çayının aşağı sahilinə gəlib çatdılar. Onlar burada öz düşürəgələrini qurub massagetlərlə döyüşə hazırlaşmağa başladı.

8.Müttəfiqlərin hərbi şurası.

Səhərisi gün Rudabə öz çadırında müttəfiqlərlə görüşüb məsləhətləşmək üçün hərbi şura çağırdı. Bu üzdən onun dəvəti ilə Alan hökmdarı Aşxadar və qızı Aşxen, Sarmat şahzadəsi Amaqa və oğlu Qatal(Russan) və Savromat sərkərdəsi kamankeş Aran(Rüsvan) hərbi şuraya qatıldılar. Təkəbbürlü Rudabə çadırın baş tərəfində onun üçün qurulmuş taxtda əyləşmiş, qonaqlar üçün isə onunla üz-üzə olan qarşı tərəfdə yerdə nimdarlar qoyulmuşdu. Tezliklə qonaqlar bir-bir çadıra daxil olub təzim etdilə və Rudabənin əlini öpmək üçün irəli gəldilər. İlk olaraq Aşxadar irəli gəlib təzim etdi və sonra öz qızı Aşxeni də təqdim etdi və o da Rudabənin əlini oöpüb oturdu. Sonra isə Amaqa təzim edib öz oğlu Qatalı təqdim etdi və o da Rudabənin əlini öpdü, sonra isə Larkianın və Rüstəmin oğlu kamankeş Aran irəli gəlib onun əlini opmdülər. Bu zaman Rudabənin gözü Aranın uzun saçlarına və saqqalına sataşdı və gözün oğlu Rüstəm göründü.

- Necə də oğlum Rüstəmə bənzəyir! – deyə öz –özünə pıçıldadı.

Rüdabə haqlı idi Rüstəmin hər iki oğlu həm biri-birinə, həm də ataları Rüstəmə bənzəyirdilər. Rudabə ilə bərabər çadırda olan Rüstəmin bacısı Apşeron və digər Tihraxuda əsgərləri heyrətdən yerlərindən donub qalmışdılar. Bütun bunlara baxmayaraq hamı gözlərini Rudabəyə zilləmiş və heç kim özbaşına bir söz demək istəmirdi. Beləliklə qonaqlar bir-bir təzim edib Rudabənin əlini oödülər və öz yerlərində əyləşdilər. Hamı yerini tutandan sonra Rudabə qonaqları süzəndən sonra dedi:

- Mən, mənim dəvətimi qəbul edib bura yığışan bütün Ari sərkərdələrinə öz mi

- O, məni dünyada ən əziz varlıq olan atamı əlımdən alıb və onun ölümünə səbəb olub. Onun üzündən mən illər boyu atasız böyüyüb atam haqda məlumatı başqalarından alıb yaşamışam.

- Elə mənim də atamı əlimdən alıb o əxlaqsız qadın. Məndə atasız böyümüşəm və atam haqda yalnız anamdan və onu tanıyan insanlardan məlumatlar alırdım və qürur duyurdum! – deyə Qatal da ayağa durub dedi.

- Mənim də dünyada ən çox sevdiyim insanı əlimdən alıb ürəyimə od vurubvə bu gün mən də o sürtük əxlaqsızı öz əllərimlə parçalamağa gəlmişəm buraya! – deyə Amaqa da yerindən dilləndi.

- O mənim qardaşım Xosrovun başını kəsib qan tuluğuna soxub və mən də buraya gəlmişəm ki, onunla eynisini edim! – deyə Alan hökmdarı Aşxadar dilləndi.

- Mənim də böyük əmimivə atamın qardaşı olan Xosrovu öldürüb! – deyə Aşxadarın qızı Aşxan də ayağa durub dedi. Bütün bunları görən Rudabə də ayağa qalxıb onlara yaxın gəldi və dedi:

- Görürəm ki, o əxlaqsız hamımızın qəlbinə çox böyük yara vurub və hər birimizin ən sevimli insanımızıbu dünyadan aparıb. Lakin mən bilmək istəyirəm ki, Təhmirə Sarmat şahzadəsi Amaqadan və bu iki gəncdən alıb qopardığı adamın adı nədir?

- Rüstəmi! – deyə hamı bir ağızdan cavab verdilər.

- Necəyəni Rüstəmi və hansı Rüstəmi? – deyə Rudabə təəccüblə soruşdu.

- Mən Rüstəmin sevdiyi qadı

- Mən isə atam Rüstəmin sevdiyi qadın olan və Savromat şahzadəsi Larkiandan olan oğluyam! – deyə Kamankeş Aran da cavab verdi.

- Siz nə danışırsız, hansı Rtüstəm? – deyə Rudabə daha da irəli gəlib titirəyə-titrəyə soruşdu.

- Necə yəni hansı Rüstəm, əlbətdə ki, Tihraxuda hökmdarı Qubad şahın oğlu və Piltan ləqəbi ilə tanınan qüdrətli, əzəmətli və məğlubedilməz Rüstəm! – deyə hamı birdən cavab verdilər. Bu sözdən sonra hamı eyni sözü dedikləri üçün çaşıb qaldılar və bu zaman Rudabənin gözləri yaşarmağa başladı və dedi:

- Səni ilk görəndə hiss etdim ki səndəRüstəmlə bağlılıq var!

- Anlamadım şahzadəm! – deyə Aran təəccüblə soruşdu.

- Çünki mən elə sizin də dediyiniz əzəmətli Rüstəmi dünyaya gətirən o qadınam! – deyə Rudabə göz yaşıtökdü. Bu sözdən sonra hamı biri-biri ilə qucaqlaşıb həsrət getdilər. Sonra isəRudabə gözlərinin yaşını silərək dedi:

- İndiki hər şey aydın oldu, demək ki, bizi bu gün bir yerə yığan Rüstəmin ruhudur və sabah biz illər sonra onun qisasını Təhmirədən alacağıq! – deyə qılıncını çəkdi. Rüdabənin ardınca hamı öz qılıncını çəkdilər. Beləcə axşam oldu və hamı öz yerinə getdiib səhərki döyüşə hazırlıq gördü.

9.Anca- Canqa döyüşü

Budur səhər açılmaq üzrədir, Massaget düşərgəsində hamı döyüşə hazırlaşırdlar. Belə ki, ön cərgələrdə duran çevik Massaget döyüşçüləri qırmızı, kahinlər ağ, əhali isə sarı və boz rənglərdə paltarllar geymişdilər. Massaget-lərin düşərgəsinin sol tərəfində dağlar, sağ tərəfində isə çöl idi və bu da döyüşmək üçün əlverişli şərait yaradırdı. Dağda Hidranın qızı Kaşanqın və Sodianın qızı Abzunun başçılığı ilə qadınlardan ibarət oxçular, mərkəzdə isə mərkəzdə isə massagetlərin əsas ordu hissələri və onların ən güclü sərkərdələri dayanmışdı. Təhmirə isə onlardan bir az arxada çadır qurub gözləmədə durmuş və yanında isə qoca Fərhad, Vindadvə Söhrab dayanmışdı. Öndə isə Bevarasp, Təhmirənin nəvəsi Şürük, onun dostu Dastan dayanmışdılar. Tihranın massagetlərlə müttəfiqləri – Rüstəmin əmisi Sakasefar və əmisi oğlu Skunha öz hərbi dəstələri ilə dayanmışdılar. Əks tərəfdə isə ön cərgədə Amaqa və Qatalın başçılığı altındaSarmat ordusu, Aranın başçılığı altında Savromat ordusu, Aşxadarın komandanlığı altında Alan ordusu dayanmışdı. Onların sağ tərəfində isə Tihranın Rudabəyə sadiq olan hərbi birləşmələri – Xurşid və Axsitanın rəhbərliyi altında dayanmışdılar. Dağda isə Aşxenin rəhbərliyi ilə alan qadınlarından ibarət olan oxatanlar dəstəsi pusquda dayanmışdı. Hamı yerini tutandan sonra təbil çalındı və döyüş başladı və hər iki ordu biri-birinə hücuma keçdi. Həmin gün həm massagetlərin, həm də onların rəqiblərinin faciəli günü idi və bu gün tanrılar ya massagetlərin, ya da rəqiblərinin tərəfində olacaqdı. Döyüş gedə-gedə arxada Zal böyük bir tonqal qalatmış və orada massagetlərin qalib gəlməsi üçün tanrılara dualar edirdi. Şiddətli döyüş gedirdi və tərəflər biri-birinə aman vermirdilər və hər tərəfdə başlar və qollar kəsilir və qan axırdı. Döyüşdəhər iki tərəfdən o qədər insan iştirak edirdi ki, onlar yalnız at üstündə vuruşur və yerlərindən belə tərpənmirdilər. Çünki hər bir döyüşçü bir düşməni öldürəndən sonra onun yerini ikincisi tuturdu. Massagetlərin qəhrəmanlıqla vuruşmasına baxmayaraq onların zəifliyi müşahidə olunurdu, çünki Rüstəm yox idi. Əvvəllər Massaget ordusunun gücünün Rüstəm və onun dəstəsində təşkil etdiyi üçün indi bu yer boş görününrdü. Digər tərəfdən ağır zirehi olan Sarmat və Savromat süvariləri zəif parça ilə silahlanmış Massaget suvarilərini vurub sıradan çıxarırdı. İstər Amaqa, istər Qatal və istərsə də Aran çox qəhrəmanlıqla vuruşurdular və tezliklə massagetlərin sıralarını seyrəltdilər. Ayrıca olaraq alanların döyüşə atılması vəziyyəti daha da pisləşdirdi. Bir vaxtlar massagetlər alanları məğlub edib onların sərkərdəsi Bartazadı və Xosrovu öldürdüyü üçün bu nirfrət alanları yaddaşında qalmışdı. İndiisə onların əlinə əla fürsət keçmişdi və vəhşi alan əsgərləri massagetlərə imkan verməyib onları vəhşicəsinə qırıdılar.