Страница 47 из 68
Arxada – düşərgədə Təhmirənin ölümxəbərini səbirsizliklə gözləyən Rudabə hirsindən o tərəfə, bu tərəfə gedirdi. Rüstəmin oğulları - Aran və Qatal isə massagetlərin ön cərgələrini qıra-qıra Təhmirənin arxada duran baş çadırına yaxınlaşmaq istəyirdilər. Aran öz sərrast ox atışı ilə çoxlu Massaget əsgərini atdan saldı. O və qardaşı Qatal Rüstəm kimi vuruşur və heç kim onların qarşısına çıxa bilmirdi. Massaget əsgərləri Aran və Qatalı görən kimi Rüsətmin dirildiyini zə
- De görüm niyə əsgərlərimiz pərən-pərən olub qaçırlar və nədir onları buna vadar edən?
- Şahzadəm, orada düşmən tərəfdə bir igid qəhrəman kimi vuruşur və kimsə onun qarşısına çıxmağa cürət etmir, sanki Rüstəmin özüdür! – deyə əsgər cavab verdi.
- Rüstəm adını eşidən kimi Təhmirə atına minib özünün “vəhşilər dəstəsi” ilə döyüşə girdi. O, qarşısına çıxan düşmən əsgərlərini qıra-qıra mərkəzə yaxınlaşdı və yaxından eyni ilə Rüstəmə bənzər birinin massagetləri ağına-bozuna baxmadan məhv etdiyini gördü. O, əvvəlcə onun Rüstəm olduğunu zə
- Nə sərsəmləyirsən, Rüstəm illər öncə ölmüşdür. Sonra isə o bir azda irəli gedəndə həm Amaqanı həm də Qatalı gördü və yerində donub qaldı, çünki Qatal da Rüstəmə çox oxşayırdı. Onlar o qədər masaget qırmışdılar ki, hər tərəf cəsədlərlə dolu idi. Təhmirənin əmri ilə bütün amazonkalar sürətlə sarmatların üzərinə atıldılar və döyüş bir az da şiddətləndi. Amaqa uzaqdan Təhmirəni görüb atını ona tərəf sürüb qarşısına çıxan bütün Massaget döyüşçülərini qırırdı. Təhmirədə də ona tərəf hərəkət etməyə başladı və o da qarşısına çıxan ağır zirehliSarmat qadın döyüşçüləri atdan salırdı. İstər Amaqa, istərsə də Təhmirə çox mərdliklə vuruşur və kimsə onlara güc gələ bilməsi. Amaq qarşısına çıxan massagetləri məğlub ediəndən sonra Təhmirənin üzərinəcumdu və dedi:
- Nəhayət ki, taleh bizi görüşdürdü Təhmirən və indi mən səni öldürüb Rüstəmin hayfını səndən alacağam!
- Bunu sənmi mənə deyirsən Amaqa?
- Sən Rüstəmi çox sevirdinsə onu öz yanında saxlayaydın. Birdəki onun qəlbində həmişə bir qadın olub, o da mən! – deyə Təhmirə cavab verdi.
- Yanılırsan Təhmirə onun qəlbində bir rüsvayçılq var idi, o da sənin Bəxtiyarla olan əxlaqsızlığın idi. İnan ki, mən illərlə bu günü gözləmişəm ki səni öldürüb Rüstəmin qisasını alım! – deyə Amaqa dedi.
- İndi görərik!- deyə Təhmirə cavab verdi və Amaqanın üzərinə cumdu. Qarşı-qarşıya gələn iki şahzadə bir müddət vuruşdu və axırda Amaqa bir zərbə ilə Təhmirəni yaraladı və qılınc onun əlindən düşdü. Sonra isə Amaqa qılıncını havaya qaldırıb Təhmirəyə endirmək istəyəndə oxçu Massaget amazonkalardan birinin atdığı ox Amaqaya dəydi və o atdan yerə sərildi. Bunu görən digər Sarmat əsgərləri hücuma keçdilər vəcoxlu insan tələf oldu və leş-leş üstü
- Təhmirə! – deyə Arxadan biri boğuq səslə səsləndi.
Təhmirə ətrafa baxdı və narahat gözlərlə çırpınmağa başladı. Cəsədlərin altından boğuq və gərgin bir inilti gəldi. Təhmirənin ürəyi narahatlıqla döyündü, atdan sıçradı və yerindəcə donub qaldı. Yenidən nalə səsi eşidildi və bu dəfə şahzadə cəsədlər yığımının yaxınlaşdı. Bu zaman o arxası üstə uzanmış qan içində olan Amaqanı gördü və onun boğazına ox batmışdı. Bunu görən Təhmirə əl atıb onu çəkməyə çalışdı, amma Amaga parçanı iki əli ilə tutaraq qarşısını aldı.
- Dayan, çıxarma, əgər oxu çıxarsan onda ruhum oxla çıxacaq! - deyə xırıldadı və dodaqlarının arasından qan köpükləndi.
- Bir az dayan, mən tez həkim çağıracağam! – deyə Təhmirə dedi:
- Dayan, etmə, lazım deyil, onsuzda kömək etməyəcək! – deyə Amaga xırıltılı səslə cavab verdi.
- Biraz döz və sus! – deyə Təhmirə dedi.
- Yox, sən sus və dinlə. Danışmaq mənim üçün çətindi, amma danışmağa çox şeyim varvə sözümü kəsmə! - deyə cavab verdi və birdən arxaya əyildi, solğunlaşdı və huşunu itirdi. Bunu görən Təhmirə Sarmatiya şahzadəsinin cəsədini qaldırdı və başını dizləri üstə qoyub iki əli ilə diqqətlə tutdu. Bir az sonra Amaga özünə gəlib yenidən gözləri işıqlandı. Sonra isə o nəfəs alaraq Amaga qırıq bir pıçıltı ilə dedi:
- Təhmirə sənə çox vacib bir şey söyləməliyəm,ancaq əvvəlcə əhdimi yerinə yetirəcəyinə dair qırılmaz bir and iç. Axı ölmək istəyən insanın iradəsi tanrıların iradəsidir.
Təhmirə əlini qaldırdı və eyni boğuq və xırıltılı səslə pıçıldadı:
- Səmavi ataya and içirəm, bütün canlıların ən böyük tanrısı olan günəşə, müqəddəs evinə - göyə and içirəm, pak oda and içirəm, torpağa, su ilə and içirəm, müharibə qılıncına and içirəm - müqəddəs qılınc, məni vursun, əgər əhdimi pozsam!
Amaga məmnu oldu və gücünü toplayaraq dedi:
- Təhmirə bil və agah ol, sənə nifrət edirəm. Uzun müddət səni öldürməyi və qanını içməyi xəyal edirdim. Bir dəfə köhnə bir arzumu həyata keçirmək üçün əlimə fürsət düşdü, amma mənim üçün ən əziz insana verdiyim and səni xilas etdi. Ancaq indi əbədiyyət astanasında məğlub olaraq gözlərimdən örtük düşdü və başa düşdüm ki, mənim əbədi xoşbəxt rəqibim sən nifrətə yox, tərifə layiqsən. Mənim sənə daha nifrətim yoxdur artıq, çünki tanrılar səni inanılmaz dərəcədə səxavətli bir hədiyyə ilə mükafatlandırdı. Böyük bir döyüşçü və ən yaxşı insan sevgisi ilə. Sənin qürurun səni kor etdi və min bir qadına yüz ildə bir dəfə düşən bu xoşbəxtliyi qiymətləndirə bilmədin. Qürurlu bir qartalı parlaq bəzədilmiş quşla dəyişdirərək xoşbəxtliyini üfunətli palçıqda tapdaladın. Bu sevimli oğlan və əsl kişi və qəhrəman o adını bilmədiyim o xainədəyişdin.
Bunu eşidən kimi Təhmirə dişlərini sıxaraq gözlərini yumdu,xəcalət və rüsvayçılıq onu dözülməz bir alovla yandırdı. Amaqa bu sözlərləsanki bir bıçaqla düz qanayan yaraya yenidən vurdu. Rəqibinə baxan Sarmatiya şahzadəsi gülümsündü. Əslində bu təbəssüm daha çox qəhqəhəyə bənzəyirdi, amma yenə də bir təbəssüm idi. Ancaq gülümsəmək belə ona əzab gətirdi və çətinliklə bir iniltini saxladı, amma buna baxmayaraq xoşbəxt idi.
- Davam et, ölmək üzrə olan insanın iradəsi tanrıların iradəsidir! – deyəTəhmirə sıxılmış dişlərin arasından tısladı.
-"Bitirmək üçün kifayətdir - deyə Amaga düşündü və ona görə indi dediklərim, ürəyinə bir tikan kimi əbədi girəcəkdir."
- Rüstəm tərəfindən sevilmirdim, lakinmən onu sevirdim. O isə səni başqasını sevə bilməyəcəyi qədər sevdi. Onun yeganə sözünə görə ən şirin xəyalımı reallaşdırmaqdan imtina etdim. İran şahı Böyük Kirin sənə hücum etməsi mənim fikrim idi və onun heç bir günahı yox idi. Təhmirə,sən bu günə qədər sağ olmağına görə unudulmaz Rüstəmə təşəkkür borclusan. Çünki yalnız onun sayəsində tükənməz şöhrət qazandın, yalnız onun sayəsində Təhmirə. Mən onun bir kəlmə sözünə alanlarıma xəyanət etdim, baxmayaraq ki, alanlarla olan müttəfiqliyimiz səni toz halına gətirmək kifayət edirdi. Təkcə alanlara deyil, bütün xalqıma xəyanət edərdim və əgər Rüstəm istəsəydi mən hər şeyimi atıb sadiq bir it kimi onun ardınca gedərdim. Çünki onu dünyadakı hər şeydən, ailəmdən və dostlarımdan, sarmatiyalılardan, hətta müqəddəs tanrılardan da çox sevdim!
- Özünə gəl! – deyə Təhmirə dəhşət içində qışqırdı.