Добавить в цитаты Настройки чтения

Страница 45 из 68

- Təklifin nədir Barsent? – deyə sərbaz Siyavəhş soruşdu.

- Təklifim budur ki nə qədər ki skiflər bundan xəbər tutub bizi öldürməyib biz onları qabaqlayıb yanlarına gedək və aman diləyib hər şeyi danışaq! – deyə Barsent cavab verdi.

- Birdən onlar bizə inanmayıb ya da inanıb öldürsələr onda necə olacaq? - deyə yenə Siyavəhş soruşdu.

- Hər iki halda onlar bzi öldürə və ya sağ buraxa bilərlər, amma fərq ondadır ki, əgər biz onlara birinci gedib hər şeyi danışsaq onda sağ qalmaq şansımız ola bilər! – deyə Barsent cavab verdi. Busözdən sonra hamı Barsentin dediklərini dəstəklədi və onlar gedib hər şeyi skiflərə danışmağı qərara aldılar. Əllərini skiflər üçün çırmalayan farslar indi onlardan aman diləyib baş verən hər şeyi skiflərə danışdılar. Bunu eşidən skiflər tələsik öz qüvvələrini birləşdirirb(bir dəstəsavromatlarla, digəri isə budin və qellərlə) İstr çayına doğru hərəkət edərək farsları təqib etməyə başladılar. İran ordusunun əsas hissəsini piyadalar təşkil edirdilər və yollara bələd deyildilər(halbuki paralel yollar yox idi). Skiflər isə əsasən suvarilərdən ibarət olduğu üçün daha sürətlə hərəkət edib (İstr çayına olan) kəsə yolu biilirdilər). Buna görə də onar farslardan öncə gəlib körpüyə çatdılar. Skiflər görəndə ki, hələ farslar gəlib çıxmayıblar onda Skif çarı Skopasis üzünü öz gəmilərində olan ioniyalılara dedi:

İoniyalılar, sizə verilmiş (gözləmək üçün) vaxtın son günü tamam olmasına baxmayaraq siz burda qalmaqla düzgün etmirsiniz. Axı siz burada qor-xudan dayanmısınz. Amma indi əlinizdəki fürsətdən istifadə edrək skiflərin tanrılarının xatirinə tez buradan uzaqlaşaraq körpünü məhv edəsiz. Amma sizin elə bir həddə gətirib çatdrmışıq ki, ona artıq hər hansı bir xalqa hücum etmək lazım gəlməyəcək. Bunu əsas tutaraq ioniyalılar şura çağırıb müzakirəyə başladılar. Burada xersoneslilərinsərkərdəsi və tiranı olan Afinalı Miltiad, Hellespontda skifləri dinləyib İoniyanı azad etməyi təklif etdi. Miletdən olan Qistiey isə başqa fikirdə idi və o üzünü şuradakılara tutub dedi:

- Siz nə danışırsınız?

- Əgər əzəmətliI Dara darmadağın edilsə belə bizlərdən hər biri onun sayəsində öz şəhərimizdətiran olmuşuq. Əgər əzəmətli I Dara darmadağın edilsə onda, nəinki Qistiey, bizdən heç biri öz hakimiyyətimiz şəhərdəqoruyub saxlaya bilməyəcəyik. Axı hər şəhər tiran hakimiyyətinin xalq idarəçiliyini tərcih edir. Qistieydən sonra şuranın digər üzüvləri də dərhal onun sözlərini dəstəklədilər baxmayaraq ki, onlar ilk öncə Miltiadın sözlərinə dəstək verirdilər. Şahənşahın sayəsində vəzifəyə qalxmış və səsvermədə iştirak edən ioniyalılar aşağıdakılar idi: Hellespontluların tiranları Abidoslu Dafnis, Lampsaklı Hippokl, Pariyalı Herofant, Proko

- Siz skiflər, muasir və xeyirxah məsləhətlə gəldiz. Siz bizə doğru yolu göstərdiz və biz bu səbəbdən də sizə qısqanclıqla xidmət etməyə hazırıq. Axı siz də görürsüz ki biz keçidi dağıdıb hər vəchlə azadlığı əldə edəcəyik. İndi biz bu körpnü dağıtmaqla məşğul olduğumuz vaxt siz də geriyə qayıdıb farsları axtarıb tapın və həm özününzün, həm də bizim hayfımızı alın, hansı ki, onlar buna layiqdirlər. Skiflər yenə ioniyalıların doğruluğuna inanıb geriyə qayıdaraq farsları axtarmağabaşladılar. Lakin onlara farsları heç vəchlə tapmaq nəsib olmadı. Buna görə günahkar elə skiflərin özləri idi, çünki onlar özləri bu ölkədə bütün otlaqları və quyuları məhv etmişdilər. Əgər onlar bun etməsəydilər indi farsları tapmaq onlar üçün asan olardı.

İndi onların öz aləmində hesab etdikləri plan elə də əlverişli deyildi. Yolboyu kamankeş Aran və onun oxçu suvari dəstələri yorulub əldən düşür və artıq döyüş qabiliyyətini belə itirmişdilər. Skopasis isə farsların arxasından dolanmaq üçün daha uzaqlara getmişdi. İndi İdanfiris və onun hərbi birləşmələri hər yerdə farsları axtarslar da onlardan əsər əlamətbelə yox idi, sankiyerin dibinə girmişdilər. Bu zaman kamankeş Aran təqibi dayandırıb öz hərbi dəstəsi ilə şərqə - Savromatiyaya doğru hərəkət etməyi qərara aldı. Savromatiyadan aşağıda isə Amaqa və oğlu Qatalın başçılığı altında olan Sarmat ordusuQaf dağlarına doğru irəliləməkdə idi və oradan təhlükənin gəlməsi ən aşağı səviyyədə idi. Aşxadarın komandanlığı altında alan orduları isə isətər Pont dənizi, istərsə də Qaf dağları boyunca sanki pusquda durub Otanın başçılığı altındacənubdan gələn İran ordusunu gözləyirdi. Skiflər farsları atlar üçün yemvə su olan yerlərdə axtarmağa başladılar və düşmənin o yerlərdən keçəcəyini düşünürdülər. Lakin farslar onlara əvvəldən məlum olan cığırla hərəkət edərək çox çətinliklə keçidi tapdılar. Çox çətinliklədə olsa onlar gecə vaxtı gəlib oraya çatdılar və körpünün dağıdıldığını gördülər. Bu zaman farslarıioniyalıların onları tərk etdiklərinə görə dəhşət və qorxu bürüməyə başladı. I Dara özünü ələ ala bildi vəöz əyanlarını dərhal məsləhətə çağırdı. Şurada hərə bir söz dedi. Lakin qorxu onların canını elə bürümüşdü ki, onların dedikləri farsları vəziyyətdən çıxara bilmirdi. Bu zaman I Daranın ordusunda iti səsli bir misirli var idi və şəxsə I Dara əmr verdiki sahildə durub öz güclü səsi ilə qışqırıbmiletli Qistieyə səslənsin. Bundan sonra misirli elə də etdi və elə ilk qışqırıqda Qistiey onun səsini eşidərək bütün gəmiləri gətirib qoşunların keçməsi üçün yenidən körpünü bərpa etdilər. Bu yolla farslar xilas oldular. Skiflər isə farsları axtarmaqla tamamən taqətdən düşüb yoruldular. Elə o vaxtdan ioniyalıların azad olmasına baxmayaraq skiflər onları ən rəzil qorxaq adlandırmağa başladılar. Onlar ioniyalıları öz əfəndisinə qorxudan it kimi necə tabe olduqlarını bütün cahana yaydılar. Xilas olan I Dara frakiya ilə hərəkt edərək Xersonesdə olan Sestə gəlib çatdı. Burada isdə şahənşah özü gəmiyə əyləşərək Asiyaya üzüb keçdi, amma avropada isə İran ordusunun sərkərdələri olan Meqabaz qaldı. I Dara Meqabaza farslar içində ən yüksək hörməti göstərirdi. Bu sbəbdən də farslar arasında belə bir söhbət gəzirdi:

- I Dara narın dənələrini yemək istəyəndə onun qabığının bir hissəsini kəsir və bu zaman qardaşı Artaban ondan soruşur:

- Şahənşah narda olan dənələrin sayı qədər yer üzündə daha nəyə sahib olmağı arzu edir?

- MənElladanın sahibi olmaqdansa, bu narların sayı qədər ətrafımda Meqabaz kimi sədaqətli insanların olmasını arzu edirəm. Bax şahənşah farslar arasında onu bu cür yad edirdi, amma indi isə onu 80 min ordu ilə avropada saxlayır. Meqabaz isə özünün növbəti hərəkətləri ilə helespontlular arasında özü haqda yadigar saxladı. Beləki, Vizantiya[173]da Meqabaz kalxedonluların bu torpaqlarda vizantiyalılardan 17 il öncə məskunlaşdıqlarını öyrəndi. O bu haqada eşidəndə belə dedi:

- Vizantiyalılar bu torpaqlara köçəndə siz kor oplmusunuz ki bunları görməmisiniz. Əgər sizkor olmasaydınız onda gözününz qarşısınızda belə gözəl bir müqəddəs şəhər yerinin olduğunu görməmisiniz. Bax bu Meqabazı I Dara Hellespontdasərkərdə okimi saxladı və o farlara hələ tabe olmayan bütün digər şəhərləri də tabe etdi. Bütün bunları qəhrəman Meqabaz etdi. I Dara gəmi ilə Pont dənizini üzüb Asiyaya keçdi və Sard şəhərinə gəldi. Orada o hərbi şura keçirərək Qisteiem və onunla bərabər gəmidə olan bütün ioniyalıları qiymətli hədiyyələrə bürüdü.