Добавить в цитаты Настройки чтения

Страница 44 из 68

Bu sözlərə skiflərin çarı İdanfiris belə cavab verdi:

- Mənim vəziyyətim belədir şah. Mən əvvəllər heç kimin qabağında qorxudan belə qaçmamışam və indi də sənin qabağından qaçmıram. Mən indi etdiyimi hətta sülh şəraitində də edirəm və səninlə də elə o saat döyüşə girməməyimi də indi izah edərəm. Bizim nə şəhərimiz, nə də kənlərimiz var və bu səbəbdən də bizim itirəcəyimiz heç bir şey olmadığından səninlə dərhal döyüşə girməyi lazım bilmədik. Yox əgər siz bizim sizinlə vuruşmağımızı israr edirsinizsə onda buralarda bizim atalarımızın məzarları var. Siz gedib o məzarları tapıb onları dağıtmağa çalışın və onda görəcəksiniz ki biz sizinlə vuruşacağıq ya yox. Lakin ona qədər biz sizinləhələ vuruşmağı düşünmürük. Birdəki bunu mən deyirəm döyüş haqda və sözümdə də dururam. O ki, qaldı əfəndimə, mənim əfəndim Zefs və Qestiya və skiflərin şahzadəsi Təhmirədir. Sənə su və torpaq kimi hədiyyələrin yerinə sənə sənin layiq olduğun hədiyyələri göndərəcəyəm!

Bu cavabı qalaştaya verib I Daraya göndərdilər. Skiflərin çarları “köləlik” sözünü eşidəndə bir araya gəldilər. Onlar Skopasisin komandanlığı altında olan Savromat ordusununbir hissəsini İstr üzərində körpünü qoruyan ioniyalılarladanışığa göndərdilər. Qalanları isə hərəkət etməyi dayandırıb yemək axtarmağa çıxan farslarahücum etməyi qərara aldılar. Buna dayanaraq onlar o qayda ilə skiflər yemək üçün çıxan I Daranın əsgərlərini bir-bir aradan götürməyə başladılar. Skif suvariləri düşmən suvarilərini qaçmağa məcbur edirdi. Qaçan Fars suvarilərionlara kömək üçün pənah gətirən öz piyadalarına hücum edirdilər. Bu cü hücumları skiflər axşamlar da edirdilər. Skiflərin I Daranın düşərgəsinə aramsız hücumlarının qarşısını alan yeganə bir heyvan var idi ki, skiflər əvvəllər bu heyvanı heç br zaman görməmiş və səsisni də duymamışdılar. Belə ki, skiflər İran düşərgəsinə hücum edən də bu heyvanın əcaib səsini eşidərkən vahiməyə düşür və qorxudan atlarının başını çəkib geri qaçırdılar. Farslar döyüşlərdə bu heyvandan yük daşımaq üçün istifadə edir və bu heyvana öz dillərində “xər” deyirdilər ki, bu da “eşşək” anlamına gəlirdi. Bu heyvan müəyyən müddətə farslara kömək oldu[170].

6.I Daranın geri qayıtrması

Skiflər farsların qarışıqlıqlarından istifadə edərək onlara daha çox ziyan vurmanın yollarını axtarırdılar və bu yolla da onların hərəkətini dayandırmağa çalışırdılar. Bu səbəbdən də skiflər öz qoyun sürülərinin bir hissəsini çobanlarla birlikdə saxlayıb özləri isə başqa yerə getdilər. Farslar gəlib sürünü ələ keçirir və hər dəfə bunu edəndə öz qənimətləri ilə loğvalanırdılar. Bu məsələ I Daranın çətin bir vəziyyətə və çaşqınlığa düşməsinə qədər davam etdi. Bu səbəbdən I Dara - Qobri və Krezi tez-tez yanına çağırır və onlardan İran ordusunu bu çətin vəziyyətdən çıxarmaq üçün çıxış yolu tapmağı tələb edirdi. Artıq bura Pasarqad deyil və burada möhtəşəm çahargah simvolizə oluna bilmirdi. Lakin Skif çarları bunu başa düşdüyündən qalaştayı I Daranın yanına hədiyyəolaraq quş, siçan, qurbağa və beş ədəd ox göndərdilər. Bunu görən farslar elçidən bu hədiyyələrin mənasını soruşanda onda elçi belə cavab verdi:

-Mən yalnız elçiyəm və bu hədiyyələri sizə çatdırmaqla və geri qayıtmaqla mükəlləfəm. İnanın ki mən bundan başqa heç bir məsələdən agah deyiləm və heçnə bilmirəm. Lakin siz əgər həqiqətən də ağıllısınızsa, onda siz özününz bu hədiyyələrin mənalarını tapmalısınız. Bu sözləri eşidəndən sonra farslar şura çağırdılar. I Dara elə bildi ki, skiflər özlərini onun hakimiyyətinə vermək üçün ona(təslim əlaməti olaraq) torpaq və su gətirməklə bir məna vermişlər. O bu mənanı belə başa düşdü: siçan quruda yeriyərək insan kimi qidalanır, qurbağa suda yaşayır, quş isə sürətlə qaçanata bənzəyir, oxlar isə skiflərin muqavimətdən əl çəkdiklərini göstərir. Buna qarşı Qobri çıxdı(maqı devirən 7 kişidən biri) və o, isə hədiyyələrin mənalarını belə izah edib dedi:

- Skiflər bunlarla demək istəyirlər ki, əgər siz farslar quş kimi səmaya uçmasanız, əgər siçan kimi yerin deşiyinə girməsəniz və ya əgər qurbağa kimi bataqlıqa gizlənməsəniz və əgər geriqayıtmasanız onda bu oxlarla məğlub ediləcəksiniz! Farslar hədiyyələrin mənalarını belə tapmağa çalışırdılar. Bununla bərabər skiflərin əvvəldən Meti gölü ətrafında gözləmədə duranbir hərbi dəstəsiioniyalılarla danışıq aparmaq üçün İstr çayına tərəfhərəkət etməyə başladılar. Körpüyə gəlib çatanda (İstrda) skiflər ioniyalılara belə dedilər:

- İoniyalılar, biz sizə azadlıq gətirəcəyik, əgər siz bizə qulaq asmağı arzu etsəz. Biz çatan məlumata görə I Dara sizə 60 gtün ərzində qayıtmayacağı təqdirdə bu körpünü dağıdıb vətənə dönməyi əmr edib. Bax indi əgər siz elə belə də etsəniz onda nə bizim, nə də çarın qarşısında baş əyəcəksiniz. Bununla da siz sizə verilən vaxt qurtarandan sonra geriyə – vətəninizə qayıdın. Skiflərin sözlərindən sonra ioniyalılar skiflərə onarın arzusunu yerinə yetirməyə söz verəndən sonra skiflər geriyə tələsdilər. Bu hədiyyələri şahənşaha gətirəndən sonra öz yerlərində dayanan Skif hərbi dəstələti – piyadalar və suvarilər farslarla vuruşmaq üçün hərbi nizamiqaydada düzülmyə başladılar. Skiflər hərbi qaydada düzüləndən sonra onların arasından bir dovşan qaçdı. Dovşanı görən kmi skiflər dərhal onun ardınca qaçmağa başladılar. Skiflərin sıraları pozulandan sonra onların düşərgəsində qışqırıq qalxdı. Bunu eşidən I Dara Qobridən soruşdu:

- Bu nə əcaib səsdir belə skiflərin düşərgəsindən göyə qalxır?

- Onlar bir qaçan dovşanı qovurlar və buna görə də qışqırırlar! – deyə Qobri cavab verdi. Bunu eşidəndən kimi şahənşah I Dara gülümsəyərək əli ilə ağzını tutaraq özünü saxlamağa çalışdı və sonra üzünü əyanlarına tutub dedi:

- Mənə elə gəlir ki, bu skiflər və massagetlər sanki bizi ələ salıb məzələnirlər. Mənə indi aydın oldu ki, Qobri skiflərin hədiyyələrini doğru izah edib. Mən indi özüm görürəm ki, bizim işlər nə vəziyyətdədir və bizim evə təhlükəsiz qayıtmağımız üçün yaxşı məsləhətə ehtiyacımız var.

- Şah sağolsun, mən lap əvvəldən bu tayfanın əlçatmaz olduğunu bilirdim. Amma burada isə öz gözümlə görüb buna tam əmin oldum və bizimlə necə məzələndiklərinin şahidi oldum! – deyə Qobri cavab verdi.

- Bəs nə məsləhət edirsən? – deyə I Dara Qobridən soruşdu.

- Məsləhətim budur ki, biz həmişəki kimi qaranlıq düşməsini gözləyək. Sonra isə burada lazımsız və zəif əsgərlərivə eşşəkləri məşəllərlə talehin hökmünə buraxaq. Amma biz tələsməliyik və skiflərin İstra yaxınlaşıb körpünü dağıdana və ya io

Qobrinin məsləhəti I Daranın ürəyincə oldu və o Qobrinin məsləhəti ilə hərəkət etməyi qərara aldı. Beləcə axşam oldu və qaranlıq çökdü və I Dara onun məsləhətini həyata keçirməyə başladı. Beləlikə farslar onlara lazımsız olan zəif əsgərləri və eşşəkləri geridə qoyub özləri çəkilməyə başladılar. Bu planı ilk dəfə II Kir massagetlərə qarşı həyata keçirmişdi və uğurlu nəticə vermişdi. Şahənşah eşşəkləri saxladı ki, onlar anqırıb düşməni vahiməyə salsınlar və özü içə qaçan düşməni təqib etsin. O əsgərlərinə düşərgədə məşəllər yandırmağı əmr edərək özü isə tələsik İstr çayına doğru hərəkət etdi. Tərk edilmiş eşşəklər əvvəlkindən də dah güclü və vahiməli şəkildə anqırmağa başladılar. Eşşəklərin vahiməli anqırtısını eşidən skiflər farsların hələ də düşərgədə olduğunu düşünməyə başladılar. Lakin növbəri gün düşərgədə saxlanılmış farslar başa düşdülər ki, I Dara onları ölümə tərk edib. Düşərgədə tərk edilmiş əsgərlərin başçısı olan Barsent dedi:

- Biz həmişə şahənşah I Daraya inamış və onun üçün döyüşərək canımızdan belə keçmişik, amma indi o bizi ölümə tərk etmişdir. Bu səbəbdən də təklif edirəm ki, onun bzi satdığı kimi biz də onu sataq.