Страница 43 из 68
- İnanın ki, bu sizə heç də yaxşı təsir bağışlamaz. İnanınki İran şahı təkcə bizim üzərimizə deyil, həm də sizin üzərinizə hücuma keçib. Çünki o bizi tabe edəndən sonra sizin üzərinizə də gəlib sizi tabe edəcək və sizə rəhm etməyəcəkdir. Bizim sübutumuz budur ki, əgər I Dara təkcə bizim üzərimizə gəlsə idi ondayolboyu heç bir xalqı özünə tabe etməz və birbaşa üstümüzə gələrdi. Onda hamıya aydın olardı ki, I Dara digər xalqların yox, təkcə bizim üzərimizə gəlir. Lakin şahənşah I Dara bizim materikə keçəndən sonra yolboyu bütün xalqları özünə güclə tabe edib. Bütün Frakiya tayfaları onun əlindədir və hətta bizə qonşu olan qetlər də.
Hərbi şurada savromatların çarı Skopasis də iştirak edirdi. O,I Daraya qarşı olsa da I Dara ilə ittifaqda olanlarla həmfikir idi və massagetlərə zərbə vurmaq istəyirdi. Bu xəbərdən sonra şuraya gələn digər Skif çarlarının fikirləri dəyişməyə başladı və iştrakçılar öz fikirlərinə görə iki hissəyə bölündülər.Beləki qelonlar[156]ın, budinlər[157]in və savromatların çarı razılığa gələrək skiflərə kömək etməyi söz verdilər. Aqafirsləri[158]n, nevrlər[159]in, androfaqlar[160]ın və eləcə də Melanxlen[161] və Tavr[162] tayfalarının çarları skiflərə belə cavab verdilər:
- Əgər siz əvvəllər farslara ağır zərbələr vurmasaydınız və onların hökmdarı olan Böyük Kiri məğlub edib ağır yuaralamasaydız onda onlar da sizin üzərinə indi gəlməyəcəkdilər. Biz sizə məmnuniyyətlə kömk göstərərfik, lakin siz bizim köməyimiz olmadan farslarıntorpaqlarına soxulub tanrıların köməyi ilə onu ələ keçirib hökmranlıq etmisiniz. İndi də elə həmən tanrılar bu dəfə onların tərəfindədir və farslar sizə cavab verməküçün gəlirlər. Amma biz isə həm onda onları incitməmişik,elə indi də onlarıla düşmənçilik etməyəcəyik. Yox əgər onlar bizim ölkəmizə də soxulsalar onda biz buna imkan verməyəcəyik. Lakin indi biz bunu görmürük və elə öz ölkəmizdə də qalacağıq və bizə elə gəlir ki, farslar bizim üstümüzə yox, onları incidənlərin üzərinə gəlirlər.
Belə cavab alandan sonra digər Skif tayfa başçıları farslarla açıq döyüşə girməydən çəkindilər(qonşuları onlara kömək etməkdən imtina etdilər). Skif-saklar yavaş-yavaş geri çəkilməyə başladılar və geri çəkilərkən özlərinin bütün qoyun-quzu və mal-qaralarını da özləri ilə aparırdılar. Onlar I Daranın ordusuna maddi ziyan vurmaq üçün su quyularını daşlarla doldururvə bütün otları yandırırdılar. Bundan sonra skiflər özlərinin ordularını iki hissəyə böldülər. Onların birinci ordusuna Savromat çarı və Skopasis və Larkianın Rüstəmlə birgə olan oğlu kamankeş Aran başçılıq edirdi. Bu hərbi birləşmə farsların qəfil hücum edəcəyi təqdirdəMeotida gölü[163]nə axan Tanais çayı[164] içərilərinə doğru çəkilməyi planlaşdırmışdılar. Əgər farslar geri qayıdarlarsa, onda onları təqib etməli idilər. Bu hərbi birləşmə Skif ordusunun öz hissəsindən biri idi və qeyd olunan yolla getmək əmrini almışdı. Amma digər iki hərbi hissədən birinə təcrübəli sərkərdə İdanfiris(Udinfar) və üçüncüsünə isə Taksakis başçılıq edirdi. Bu iki hərbi birləşmələr gellərin və budunlərin(buduqların) hərbi dəstələri ilə birləşməli və yavaş-yavaş geri çəkilməlidir.Sonra isə onlar farslarla iki günlük məsafədə əvvəlcədən qeyd olunmuş plan əsasında dayanmalı idilər. Burada skiflərin əsas məqsədi farsları onlarla döyüşməyən skiflərin torpaqlarına çəkmək və onların da döyüşə cəlb etmək idi. Bundan sonra isə özləri öz torpaqlarına qayıdaraq arxadan farslara zərbə vurmaq istəyirdilər. Bu qərarı qəbul edəndən sonra skiflər I Daranın qoşununa qarşı vuruşmaq üçün öndə öz suvarilərini göndərdilər. Onlar əli silah tutanlardan başqa yerdə qalan qadınlar, uşaqlar, xəstələr, qocalarla birlikdə bütün heyvanları şimala göndərdilər və onlara dayanmadan getmyi əmr etdilər. Bundan sonra skiflərin əsas dəstələri İstr çayından üç günlük məsafədə farsları qarşıladılar. Skiflər farsların dincəlməyinə əngəl olmaq üçün onlarla aralarında olan bütün bitkiləri məhv etdilər. Farslar skifləri təsbit edəndən sonra geri çəkilən skifləri onların at izləri ilə təqib edirdilər. Sonra isə farslar Skif hərbi hissələrindən biri üzərinə hücuma keçib onları Tanais(Do
Düzənliyə çatan kimi I Dara öz ordusu ilə Oare çayının sahilində düşərgə saldı. Sonra şahənşah biri-birindən 60 stadi eyni məsafədə yerləşən 8 böyük sığınacaq tikməyi əmr etdi. Şahənşah bu işlərləbaşı qarışdığı zaman skiflər onu şimaldan ötərək yenə skifiyaya qayıtdılar. Skiflərin belə müəmmalı formada yoxa çıxması ilə əlaqədar olaraq I Dara tikililəri yarımçıq saxlayaraq geriyə qərbə tərəf döndü. Şahənşah hesab edirdi ki,onların qarşısında bütün Skif ordusu dayanıb və onlar qərbəqaçıblar.I Dara öz ordusu ilə sürətlə hərəkət edərək tez bir zamanda gəlib Skifiyay çatdı və orada hər iki Skif hərbi birləşməsi ilərastlaşdılar. Düşmənlə rastlaşan şahənşah təqibə başladı və skiflər ondan bir günlük məsafədə yerləşirdilər. Beləliklə I Dara təqibi dayandırmır, qaçan skiflər isə əvvəlcədən planlaşdırdıqları kimi I Dara ilə döyüşməkdən imtina edən skiflərin torpaqlarına daxil oldular. Onlar melanxlenlərin ölkəsinədoğru hərəkət edirək I Daranı da oraya çəkirdilər. Sonra isə skiflər düşməni androfaqların torpaqlarına doğru çəkməyə başladılar. Buna nail olandan sonra onlar nevrlərin ölkəsinə daxil oldular. Bundan sonra nevrlərə vəlvələ salandan sonraaqafirslərin ölkəsinə çəkilməyə başladılar. Aqafirslər qonşularının dəhşətlə skiflərin qabağında necə qaçdıalqrını gördülər və qaçanların onların torpaqlarına daxil olmasındanəvvəl qalaştayı göndəribəngəl olmağa çalışdılar. Aqafirslər skiflərə bildirdilər ki, əgər onlar aqafirslərin torpaqlarına daxil olsalar, onda onlar aqafirslərlə ölümcül muharibəyə girmək məcburiyyətində qalacaqlar. Bundan sonra aqafirslər onların hücumlarının qarşısını almaq üçün öz qoşunları ilə sərhədə gəldilər. Melanxlenlər, androfaqlar və nevrlər farslara və skiflərə muqavimət göstərməyə cürət etmədilər. Öz təhlükələrini unudaraq onlar hər şeyi atıb daha da şimaldakı çölə qaçmağa başladılar. Skiflər aqafirslərin torpaqlarına daxil olmadılar, farsları nevrlərin torpaqlarından qovmağa çalışdılar. Uzun zaman olmuşdu, amma muharibənin başlanması uzanıb gedirdi. I Dara skiflərin çarı İdanfirisin yanına öz elçisini göndərərək bu sözü ona çatdırdı:
- Qorxaq, sənə seçim təklif olunduğu zaman sən niyə qaçırsan?
- Əgər sən özünü mənim qüvvəmə qarşı dayana biləcək qədər güclü hesab edirsənsə, onda bir yerdə dayanıb qaçmağı tərgid və mənimlə kişi kimi döyüş. Yox əgər özünü zəif hesab edirsənsə onda qaçmağı dayandır və özünün və yerin-suyun əfəndisinə hədiyyələr gətirib omunla danışığa gir!