Добавить в цитаты Настройки чтения

Страница 42 из 68

I Dara kimi bir çarı mən məmnun etdim. Bax bu cür abidə saxladı körpünümuhəndisi”. I Dara isə Mandroklu təltif edəndən sonra avropaya keçməyə başladı. O, ioniyalılara Pont dənizini İstr çayının mənsəbinə qədər üzüb keçməyi və orada da çay üzərində körpü tikib onu (gəmiləri ehtimal ki ioniyalılar[146],eoliyalılar[147] və hellespontlular[148]apa-rırdılar)gözləməyi əmr etdi. Beləliklə donanma Kianedən keçib İstrə tərəf kurs götrürdü. Sonra isə onlar çayla yuxarıya qalxaraq “şe” adlı körpü yerinə gəlib çatdılar və burada çay iki hissəyə ayrılırdı. I Dara isə körpünü keçən kimi Frakiyanı ötübqabaqda gedən ordunun onun üç gündürki gözlədiyi yerə - Teara çayının mənsəbinə gəlib çatdı. Ətraf kəndlərinin sakinlərinin dediklərinə görə - Tear yaxşı çaydır və onun suyu həm insanlar, həm də atlar üçün səmərəlidir. Bu çayın 38 mənbəyi var idi və onlardan biri qaynar, digəri soyuq idi və hamısı da bir daşdan çıxırdı. Bu mənbəylər Hereya, Perinfa və Evksin pontundanaralıda olan Apolloniyadan[149] eyni ikigünlük məsafədəyerləşir. Bu Tear -Kontadesd çayına – Aqarinaya, Aqarina – Herbə, Herb isə Enos şəhəri yaxınlığında dənizə tökülürdü. I Dara bu çaya gəlib çatdı və onun sahilində dayandı. Çaya tamaşa edən şahənşah burada da üstündə yazı olan sütunlar tikməyi əmr etdi və orada belə yazılırdı:

- Tearın mənbəyləri bütün çaylardan yaxşı və gözəl su verir. Onlara skiflər üzərinə səfər edən bütün insanlardan ən yaxşı olan – Hiştasp oğlu Dara, farsların və bütün Asiya materikinin hökmdarı gəlib.” Bax bu yazını çar sütunlara həkk etməyi əmr etdi. Buradan I Dara yenə hərəkət edərək gəlib odrislərin ölkəsi[150]ndın axan Artesk[151] adlı başqa bir çaya çatdı. Buraya gəlib çatandan sonra çar bir yer göstərərək öz döyüşçülərinə hər birinin burdan keçib oraya bir daş qoymalarını əmr etdi. Əsgərlər çarın dediklərini edəndən sonra I Dara yoluna davam edərək arxasında daşlardan ibarət bir təpə qoyub getdi. İstr çayına çatmamış I Dara ilkin olaraq özlərini ölümsüz hesab edən qetlər[152]i məğlub etdi. Skrimiad və Nipsey adlanan, şimali Apolloniyanın Salmidessa şəhərində yaşayan frakiyalılar I Daraya döyüşsüz təslim oldular. Lakin frakiyalıların içərisində ən cəsur olan qetlər I Daraya güclü muqavimət göstərdilər, ancaq darmadağın edildilər. Getlər - farslar tərəfindən məğlub ediləndən sonra onlar farslara birləşib yürüşdə iştirak etməyə başladılar. I Dara quru yolla İstr çayina yaxınlaşandan sonra o bütün orduya çayın o biri sahilinə keçməsini əmr etdi. Bundan sonra o sahildə ioniyalılara körpü rolunu oynayan gəmiləri ekipajları ilə birlikdə məhv edib onun ardınca quru yolla hərəkət etməyi əmr etdi. Şahənşahın əmrini yerinə yetirmək üçün ioniyalılar artıq körpünü dağıtmağa hazırlaşırdılar ki, burada miletlilərin strateqi olan Erksandrın oğlu Koy cürət edib şahənşaha dedi[153]:

- Əlahəzrət,sən şəhərləri və qalaları olmayan bir ölkəyə yürüş edirsən. Bu səbəbdən də körpünün sökülməsini dayandırmağı əmr et və oranı qorumağı elə körpünü tikən mühəndislərə tapşır. Əgər hər şey yaxşı olsa və biz skifləri tapsaq, onda bizdə geri qayıtma şansı var və əgər biz onları tapmasaq da, onda bizim geri çəkilmə yolumuzun təminatı vardır.

- Məni skiflərin bizi döyüşdə üstələməsi qorxutmur, lakin qorxuram ki, biz onları tapmayandan sonra azıb məhv olaqKimsə deyə bilər ki mən bunu özüməgörə və burada qalmaq üçün deyirəm. Əksinə, mən səninlə özüm şəxsən gedərəm və burada da əsla qalmaq istəmirəm!

I Dara bu məsləhəti çox səmimi qəbul edərək Koya belə cavab verib dedi:

- Mənim lesbos[154]lu dostum,nə vaxt mən sağ-salamat vətənə qayıtsam onda sən mənim yanıma gəl və onda səni bu xeyirl məsləhətinə görə təltif edim!

Bu sözlərdən sonra I Dara üzünü ioniyalılara tutub dedi:

- İoniyalılar, mən körpü haqda biraz öncə dediklərim təxirə salıram. Bu düyünlü kəməri sizə verirəm, elə ki, gördüz ki mən skiflərə qarşı çıxdım, elə o vaxtdan bu kəmərdən gündə bir düyün açın. Əgər mən bu vaxt ərzində qayıtmasam, düyünlərlə bərabər günlər də bitəcək və onda qayıdın vətənə. Hələlik mən qərarımı belə verirəm və siz də körpünü öz göz bəbəyiniz kimi qoruyun. Bununla siz mənə böyük bir qulluq etmiş olarsız! – deyə I Dara bu sözlərdən sonra döyüşçüləri ilə yoluna davam etdi. I Daran ilə ittifaq bağlamaq istəyən savromatlar Skif dilində danışırlar və amazonkalar bu dili çox pis mənimsəmişdilər. Onların adətlərinə gəldikdə isə onlar çox yaxşı döyüşkən qadınlar idilər.Döyüşkən amanzonkalar düşmən öldürməmiş ərə getmirlər və onların bəziləri qoca qarıyıb ölürdülər. I Daranın skiflərin üzərinə yürüşünü təqib edən Təhmirə onun marşurut xəttini addım-addım izləyirdi. İran ordusunun Marqiana və Baktriya ilə sərhəddə yaşayan 100 minlik hissəsinə qarşı vuruşmaq üçün hazırlıqlar görülməyə başlanmışdı. Belə ki, Orta Asiyaya Dadaşrinin komandanlığı altındahərəkət edən İran ordusuna qarşı cəngavər Aspar Təhmirənin göstərişi ilə 20 minə yaxın qoşun toplaya bilmişdi. Bu işdə ona Təhmirənin yaxın müttəfiqləri olan digər Massaget tayfaları və əsasən də quzların başçısı Bevarasp böyük dəstək verirdi. Ayrıca olaraq İran ordusuna Hirkaniya satrapı Ariant və Marqiana satrapaı Hiştasp da böyükköməklik göstərirdilər. Otanın başçılığı altında olan İran qoşunlarının ikinci hisssəsi artıq Barz dağlarının ətəklərində dayanmış və I Daranın və ya onun müttəfiqləri olan Aamaqa, Aşxadar və Skopasisin şimaldan yaxınlaşmasını gözləyirdi. Öz növbəsində isə Tihraxuda ölkəsində qüvvələr iki hissəyə parçalanmışdı. Onlardan biri Rüstəmin anası Rudabənin tərəfində yer alan və Sakavrakanın əsasən qərb hissəsinə nəzarət edən hərbi birləşmələr. Digəri isə Rüstəmin ölümündən sonra Təhmirə tərəfindən Tihra taxtına təyin edilmiş əri Skunha və Rüstəmin əmisi Sakasefarın komandanlığında olan qüvvələr idi.Rudabə ilə birlikdə Rüstəmin qardaşı və Təhmirə tərəfindən taxtdan salınanXurşid, Rüstəmin bacısı Apşeron və Axsitan kimi qüvvətli sərkərdələr yer almışdı. O, I Dara ilə ittifaq bağlasa da heç də onun gəlişini uzun müddət gözləmək fikrində deyildi. Çünki onun qəlbində Təhmirəyə qarşı olan nifrət atəşi günü-gündən alovlanırdı. Bu üzdən də Rudabə artıq öz hərbi birləşmələrini Taliya ilə sərhədə gətirə bilmişdi[155] Rudabənin əyanları isə ona müttəfiqlərin ordularının yaxınlaşmasını gözləməyi təklif edirdilər.

5. Skif hərbi şurası.

I Daranın İstr çayını öz çoxsaylı qoşunu iləkeçməsi onların artıq Skif-Sak və Massaget torpaqlarına daxil olması demək idi. Bu üzdən də böyük çöldəki Skif tayfa başçıları hərbi şura çağırmağı qərara aldılar və hər tayfaya bir elçi göndərildi. Bu hərbi şuranın başında İdanfiris və Taksak dururdu və onlar savromat çarı Skopasisi və onun bacısı oğlu kamankeş Aranı da bu ittifaqa qoşmaq istəyirdilər. Beləliklə Skif elçiləriçarların hərbu şurasına yığışdılar və onlar xəbər verdilər ki İran şahı dünyanın başqa bir hissəsində bütün xalqları tabe edib. O,Bospor üzərindən körpü tikdirərək öz çoxsaylı ordusu ilə materikə keçib onlara tərəf hərəkət etməkdədir. Sonra isə çar frikiyalıları tabe edərək İstr üzərindən körpü tikdirmiş və bu biri sahilə keçərək böyük çöldəki bütün tayfaları və onların torpaqlarını tabe etmək istəyir. Elçilərdən biri olan Timna irəli çıxıb dedi:

- Əziz qardaşlarr, başımızda böyük bəla var və sizlərə kənarda durmaq yaraşmaz. Çünki əgər kənara dursaz onda düşmən bizi tək-tək məhv edib ölümümzə səbəb olacaqdır. Gəlin düşmənə qarşı biləşək. Əgər siz belə etməsəniz, onda bizə ya ölkəni tərk etmək, ya da buradaca qalıb düşmənə könüllü təslim olmaq qalır. Bizə kömək etməsəniz, onda biz nə etməliyik?