Добавить в цитаты Настройки чтения

Страница 40 из 68

2.Kaşanq və Şürürk

Artıq qış qurtarır, bahar daxil olmuşdu və ətrafı bürüyən qar tez bir zamanda əriyib suya dönmüşdü. İndi ağ qarın yerinə Taliyanın Kaspi dənizi arasındakı düzənliyi yaşıl otların ilk pöhrəsi bəzəmişdi. Təbiət yenidən oyanmış və bununla bərabər yollar da açılmışdı. Bütün kəndlər kimi Kaşanqın kəndi də qalın qarlardan təmizlənmiş və çobanlar öz qoyun-quzusunu yaylağa doğru aparmağa başlamışdılar. Bu iş saklar tərəfindən hələ çox qədim vaxtlardan bəri təkrar olunurdu və indi də növbə onların idi. Bütün çobanlar kimi Hidran da öz qoyun sürüsünü yaylağa endirməküçün Taliya dağlarından Vazarta çayı[136] boyunca olan yolla Kaspi dəniziinin sahilindəki düzənliyə aparmaq üçün yola çıxdı. Bu işdə ona ən böyük köməkçisi qızı Kaşanq idi. O, sürünün kənarıl ilə dağın aşağı təpəsi ilə hərəkət edərək ucu bucağı görünməyən sürüyə hücum edəcək hər hansı bir canavarı təsbit edib uzaqdan sərrast oxla vururdu. Bundan əlavə öz yaxasında hələ qışda onu xilas edən iki igid tərərfindən ona bağışlanmış ox ucluğunu ürəyinin başında saxlayırdı. Kaşanq qız da olsa öz diyarında ox atmaqda məşhur idi və ona görə də hamı onu tanıyırdı. Kaşanq ox atmaqdan əlavə yaxşı qılınc oynadır, kəmənd atır və at sürə bilirdi. Onun yaşıl gözləri, iki uzun hörüyü, ağ çöhrəsi və gözəl qaməti var idi. O diyarlardakı hər bir Sak cəngvəriKaşanqın qəlbini qazanmaq istəsə də buna nail ola bilməmişdi. Kaşanqın qəbiləsindəki digər qızlar hətta Kaşanqın ömrü boyu subay qalacağını deyirdilər. Lakin qışda baş verən bir təsadüfi tanışlıq nəticəsində Kaşanq öz könlünü bu iki gənclərdən birinə qapdırmışdı və bunu hələ heş kim bilmirdi. Yolboyu Kaşanq dörd gözlə sürünün arxasına baxır və hərdənbir öz yaxasındakı Şürükün ona bəxş etdiyi ox ucluğuna baxır və onun sözlərini xatırlayırdı. Artıq çox yerlərdə yollar qurumuşdu və günəş ətrafı qızdırmağa başlamışdı. Yolboyu kaşanq öz-özünə düşünüb deyirdi:

- Görəsən bu Vavr qalası harada yerləşir, o qalanı tapmaq mümkün olacaqmı?

- Görəsən mən birdə o iki igid gənci görə biləcəymmi?

Lakin bunu bilmək çox çətin idi və onun yeganə təsəllisi hələlik o ox ucluğu idi. Kaşanq çox gözəl olsa da çox da inadkar bir qız idi, üstəlik, qürurlu idi, digərləri kimi varlı bir qohumuna yalvararaq üçün özünü alçaltmırdı. Kaşanq və atası tezliklə gəlib Taliya dağlarının sonuna çatdılar və ondan sora artıq yaşıl düzənlik başlayırdı. Bu zaman uzaqda dağın təpəsində bir qala göründü və Kaşanq atasından soruşdu:

- Atyacan, bu nə qaladır belə?

- Bu Vavr qalasıdır qızım, aşağısında da kiçir bazar var! – deyə Hidran cavab verdi.

Atasınmın bu sözlərindən sevinən Kaşanq səsini çıxarmadı və sirrini ürəyində qoruyub saxladı. Hidran öz qoyun sürüsünü son dağ keçidindən aşağı salandan sonra qoyun-quzunu yaxınlığdakı düzənlikdə qoyub qızı ilə Vavr qalasından aşağıda yerləşən kiçik bazara gəldilər. Bazar qaladan aşağıda, Vazarta çayının sol sahilində yerləşirdi. Vazarta çayı Taliya dağlarının qarlı zirvələrindən axaraq gəlib Kaspi dənizinə tökülırdü. Vazarta çayının qaladan Kaspi dənizinə qədər olan məsafəsi bir at qaçımı qədər idi. Bu yer Vavr qalasından aşağıda yerləşir və Vazarta çayı onun bazarın sağ tərəfind axırdı. Bazarımn çaya tərəf olan hissəsində suya qoyulmuş böyük daşların üzərində taxtadan tağlar düzəldilmişdi. Buradan Kaspi dənizindən bazara tərəf gələn ticarət gəmiləri məhz burada öz lövbərlərini salırdılar. Kaşanq atasıvə bir-iki nökərlə bazara daxil oldular və bazar çox da böyük olmasa da burada çoxlu insanlar ticarət edirdilər. Bazardan 500 addım aralıda qədim Sakan qəbiristanlığı[137] yerləşirdi ki, bu ərazinin insanları orada dəfn edilirdi. O məzarlıqda insanın qaldıra bilmyəcəyi böyük və ağır daşlar var idi. Bura Kaşanqın xoşuna gəldi, çünki o öz ömrünün çox hissəsini dağlarda keçirdiyindən belə insan çox olan və rəngarəng parçaçalar olan yerləri görməmişdi. O,gəzə-gəzə bazarın ticarət taxtalarını biri-bir dolaşır və gözü-ilə hər yeri gəzirdi. Kaşanqı maraqlandıran ən çox bəzəkli əşyalar satılan yer idi və o ora yaxınlaşdı. Burada ticarət taxtasından çoxlu bəzəkli əşyalar asılmışdı və onlar biri-birindən çox gözəl idilər. Bu zaman tacir Kaşanqın yaxasına baxıb üzün yanındakı taxirin qulağına tutub nə isə dedi. Bundan qəzəblənən Kaşanq qılıncını çıxarıb tacirin boğazına dayayıb dedi:

- Heç utanmırsan, qızın yaşındayam və mənim yaxama baxırsan?

Bu səsi eşidən Hidran da o tacirin üstünə cumdu və qılıncını çəkib taciri vurmaq istəyəndə tacir dedi:

- Xahiş edirəm əl saxlayan və məni öldürməyin!

- Səni öldürməmək üçün bir səbəb de! – deyə Hidran qəzəblə qışqırdı.

- Heç də sizin düşündüyünüz kimi deyil! – deyə tacir yazıq səslə cavab verdi.

- Bəs necədir, de görüm mənim yaxama baxdın yoxsa baxmadın? – deyə Kaşanq soruşdu.

- Hə baxdım, amma o mənada yox! – deyə tacir cavab verdi.

- Yaxaya baxmağın başqa nə mənası olar sən ey qafil? – deyə Hidran bağırdı.

- Mən onun yaxasına yox boynuna asdığı və yaxasında görünən o nadir ox ucluğuna baxırdım! – deyə tacir cavab verdi.

- Nə nadir oxu, hansı ox? - deyə Hidran təəccüblə soruşdu.

- Hə ata, o bu ox ucluğunu deyir! – deyə Kaşanq yaxasından Şürükün ona verdiyi ox ucluğunu göstərdi.

- Bu nə ox ucluğudur belə və bu oxda nə nadirlik var? – deyə Kaşanq təəcüblə soruşdu.

- Bu ox massagetlərin hökmdar nəslindən olan şahzadələr üçün düəldirlir və yalnız onlar onu gəzdirə bilərlər. Bu üzdən də mən onu sizin yaxanızda görədə təəcübləndim və yanımdakı yoldaşıma dedim. Amma qızınız deyəsən məni səhv başa düşdü və o üzdən də bu cür munasibət göstərdi.

Bu sözü eşidəndən sonra Kaşanq dərhal məsələdən agah oldu, amma atasına demək istəmədi. Bayaqdan hirsi burnunda olan Hidran təəccüblə üzünü qızına tutub dedi:

- Bu nə deməkdir?

- Ata, mən sənə sonra başa salaram, indi isə gedək! – deyə Kaşanq üzünü çevirib getdi. Bu sözdən sonra Hidran öz qılıncını qınına qoyub o da onun ardınca getdi.

3.Aran və Qatalın Təhmirəyə qarşı ittifaqı.

I Dara üç yüz mininci ordusu ilə sakların üzərin getdi. Bu, eramızdan əvvəl 517-ci ilin sonlarında baş verdi. Sak çarları Famir və Xomarqona qarşı hazırlaşdılar. Bu yürüşdə on üç il əvvəl, eramızdan əvvəl 530-cu ildə Böyük Kirin rəhbərliyi altında farsların əvvəlki istilasının bütün səhvləri nəzərə alındı. I Dara çox riskə getdi və uğursuzluq gözlənilməz nəticələrə çevrilə bilərdi, amma müvəffəq olarsa, yaxşı səbəblə özünü daha yüksəklərə qoya bilərdi. Böyük Kir mükəmməl hazırlıq görməmişdi, amma I DaraBöyük Kirdən fərqli olaraq, demək olar ki itkisiz Ekbatanaya çatdı. I Dara özünün 300 minlik ordusunu 3 hissəyə böldü və hər bir orduya komandan təyin edərək üç fərqli istiqamətdə massagetlərin üzərinə göndərdi. Belə ki, I Daranın birinci ordusuna Baktriya satrapı Dadaşri və Marqiana satrapı və atası olan Hiştaspın başçılığı altında Ekbatanadan şərqə hərəkət etməyə başladı. Bu ordu Kaspi dənizinin sağ hissəsi ilə hərəkət edərək Hirkaniyanın satrapı Ariantın müşaiəti ilə orta asiyadakı massagetlərin üzərinə göndərdi. Bu ordu oradakı sak-skifləri məğlub edərək Xorəzm, Soqd və digər əraziləri nəzarətə götürməli idi. İkincu ordu Otanın başçılığı ilə Ekbatanadan şimal istiqamətinə hərəkət edərək Araks çayı sahilinə doğru hərəkət etməli idilər. Bu ordunun vəzifəzi massagetlərin araksboyu ərazidə yaşayan düşmənləri olan albanlarla və Qaf dağlarıətəklərində yaşayan Dah-Dərbint tayfaları ilə birləşmək və Sakavrakada isə Axsitanın komandanlığı altında olan Rudabənin ordusu ilə birləşib o əraziləri də nəzarətə götürmək idi. Üçüncü orduya isə I Dara özü şəxsən başçılıq edirdi və bu ordu Ekbatanadan qərbə hərəkət edərək Egey sahilinə gəlib çatmalı və oradakı Yunan şəhər dövlətləri də ona birləşərək Dardanel boğazını keçməklə Dunay tərəf hərəkət etməli idi. Burada I Dara Dunay, İstr[139] çaylarını keçməklə Pont(Qara ) dənizin şimal sahillərindəki çöllərdə yaşayan və Təhmirənin müttəfiqləri olan skiflərin üzərinə hücum keçib onları məğlub etmək idi. I Dara buradan isə cənuba hərəkət edərəkAlan hökmdarı Aşxadarın ordusu ilə birləşmək və şimaldan Sakalilavrakaya daxil olub Təhmirəni muhasirəyə salıb təslim etmək istəyirdi. Bu yürüşdə I Daranı Fanet, Krez və digər Yunan sərkərdələr də müşaiət edirdilər. I Dara tezliklə öz ordusu ilə gəlib Bospor və Dardanel boğazına çatdı. I Dara, xüsusi çatdırılmış materiallardan böyük gəmilər tikdirmək və onlardan möhkəm bir körpü düzəltmək üçün əmr verdi. Bu körpü ilə üstəlik yalnız piyadaları deyil, süvariləri, döyüş arabalarını və hətta müharibə fillərini keçmək rahat oidi. Fars qoşunlarının bütün hərəkət marşrutu boyunca yaxşı bir yol çəkildi və istehkam zastavaları quruldu. İndi I Dara arxa cəbhəsindən qorxmurdu, üstəlik ehtiyac olduğu təqdirdə Parsadan sərbəst şəkildə əlavə qüvvə ala bilirdi. I Daranın ilk hərbi müşaviri, Böyük Kirin özünün ən yaxşı generallarından biri olan və bu səbəbdən ilk müharibədən köçərilərin döyüş texnikalarına mükəmməl bələd olan qaynı Qobri idi. Qobri Təhmirənin onlara verdiyi sözləri pozdu, saklara qarşı qılınc qaldırmaq deyil, amma bu vədləri kim və nə vaxt yerinə yetirdi. Fəqət qayda qardaşının iştirakçısı olduğu uğursuz müharibəni xatırladan batil I Dara, saklarla əlaqəli bütün məsələlərdə daha çox Xurşidin faydalı tövsiyələrini rəhbər tutmağı üstün tutdu.