Добавить в цитаты Настройки чтения

Страница 39 из 68

- Narahat olma indi biz sənə kömək edərik! – deyə Dastan gözü ilə Şürükə işarə etdi. Bu sözdən sonra Dastanqızın ayağını tutdu və Şürük isə tələni var gücü ilə aralayıb ayağı ardan çıxardı. Ayağ qanlamışdı, lakin uzun vaxt keçdiyinə görə qan qurtumuş və bərkimşdi. Onlar sonra isə qızı çiyinlərinə qoyub növbə ilə kəndə tərəf aparmağa başladılar. Qızın əynində qalın kürk və ayaqlarında da şım olduğuna görə çəkisi bir az da ağırlaşmışdı. Beləcə onlar qızın dedikləri ilə gəlib kəndə çatdılar. Bu kənddə 10-15 kiçik koma vardı və qar o qədəryağmışdı ki, komalar heç görünmürdü. Onlar gəlib qızın dediyi daxmaya çatdılar və qız qapını döydü və qapı açıldı. İçəridən çıxan uzun saqqallı orta yaşlı bir kişi qızını görən kimi dedi:

- Qızım, hardaydın, niyə gec gəldin?

- Atacan, mən canavarlar üçün qurduğum tələyə düşdüm və bu iki gənc məni qurtardı. Əgər onlar olmasaydılar indi ya donub ölmüşdüm, ya da canavarlar məni yemişdilər. Bu sözləri eşidən kişi üzünü gənclərə tutub ded:

- Adım Hidrandır və mən Kaşanqın atasıyam. Qızıma etdiyiniz yaxşılığa görə sizə təşəkkür edirəm və məndən nə istəyiniz varsa deyin!

- Əgər mümkünsə bizə iki at verin ki, biz Asnaqarana[134] qədər gedək və oradan da Vavr qalasına çatarıq! – deyə Şürük dilləndi.

- Vavr qalasına? – deyə qoca soruşdu.

- Hə Vavr qalasına, əgər mümkünsə! – deyə Dastan cavab verdi.

- Belə qarlı-şaxtalı havada hara gedəcəksiz, təklif edirəm qalasız və sabah qar dayanan kimi çıxıb gedərsiz! – deyə Hidran dedi.

- Bizbilmirik və sizə də rahatsızlıq vermək istəmrik! – deyə igidlər cavab verdilər.

- Yox, yox nə narahatçılıq, bizə lap xoşdur və əgər bu gecə burada qalsaz sevinərəm! – deyəKaşanq da atasının sözünə dəstək verdi. Beləcə onlar gecəni Kaşanqın köhnə daxmasında qaldılar və səhər açılan kimi atları yəhərləyib yola çıxdılar. Çıxmazdan əvvəl Şürük Kaşanqa bir ox ucu verdi və dedi:

- Əgər biz sənə nə vaxtsa yenə lazım olsaq onda Vavr qalasına gəlib bu oxu göstərərsən və dərhal səni bizim yanımıza gətirərlər. Bu sözdən sonra onlar atlanıb geriyə qayıtmağa başladılar. İgidlər gedəndən sonra gözəl Kaşanq hər daima oxa baxıb onları xatırlayır və onlarla olan danışıqları və görüşü xatırlayırdı. Görünür bu iki gənc Kaşanqın qəlbində dərin iz buraxmışdılar.

Çox keçmədiki Farzoy və Şürük gəlib Sakalilavrakanın Vavr qalasına çatdılar. Onların gəlişini şahzadəyə bildirəndə o bərk hiddətlənmişdi və dərthal onların onun hüzüruna gəlməsini əmr etdi. Qalaya daxil olan Şürük və Dastanı Fərhadın müşaitəi ilə şahzadənin yanına gətirildilər. Bu an şahzadə öz taxtında əyləşmiş və əsəbindən barmaqlarını gəmirirdi və Söhrab və Vindad da onun yanında idi. Elə bu zaman Fərhad içəri daxil oldu və təzim edərək dedi:

- Əzəmətli şahzadəm, Şürük qapıdadır və hüzurunuza çıxmaq üçün rüsxət istəyir!

- Di tez ol, çağır gəlsin!- deyə şahzadə qəzəblə cavab verdi. Fərhad çıxan kimi Şürük və Dastan içəri daxil oldular və Şürük təzim edərək dedi:

- Xoş gördük şahzadəm!

- Dünəndən sənin üçün gəzirik amma hüç yerdə izinə rastlamadıq, de görüm hardaydın? – deyə şahzadə soruşdu.

- Nənə can, mən indi uşaq deyiləm və mənim on üç yaşım var və mən dostum Dastanla qurdların izinə düşmüşdük! – deyə Şürük cavab verdi.

- Səndən ötrü narahat deyiləm və igidliyinə heç bir şübhəm yoxdur. Lakin bilməlisən ki, İran şahı I Dara bizə qarşı muharibəyə hazırlaşır və indi hər tərəf onun casusları ilə doludur! – deyə Təhmirə cavab verdi.

- Narahat olma nənəcan, mən hər şeyə diqqət edirəm! – deyə Şürük dedi. Bu zaman Təhmirənin gözü Dastana sataşdı və o Şürükdən soruşdu:

- Bu igid kimdir belə?

- Bu dostum Dastandır! – deyə Şürük cavab verdi.

Sonra isə şahzadə üzünü Farzoyatutub dedi:

- Yaxın gəl igid de görüm kimsən və hansı tayfadansan?

- Mən Oyrant tayfası[135]ndan çoban Xodarzın oğlu Dastanam və mən də atam kmi çobanlıq edərəm! – deyə Dastan cavab verdi.

- Görürəm çox mərd və cəsur birisən və nəvəmin də sənin kimi bir cəsur dostu olduğuna çox sevinirəm! – deyə şahzadə dedi.

- Narahat olmayın şahzadəm, zira Şürük mənə bir qardaş kimidir və onu qorumaq mənim canımın borcudur! – deyə Dastan cavab verdi.

- Sən də mənim üçün qardaş kimisən Dastan! – dey Şürük də dilləndi və onlar qucaqlaşdılar. Elə bu zaman Fərhad içəri daxil olub dedi:

- Xorzəm və Səmərqəndin hakimi Varahrumanın elçisi Xudabəxş gəlib hüzurunuza çıxmaq üçün rüsxət istəyir.

- Buyursun gəlsin! – deyə şahzadə əli ilə işarə etdi.

Fərhad çölə çıxandan sonra içəri orta boylu bir əsgər daxil oldu və otəzim edərək dedi:

- Mən Bəhram Siyaməkin oğlu və Nisakın nəvəsi və Səmərqənd hakimi Varahrumanın elçisiyəm. Hökmdarımz əzəmətli Varahruman, məni buraya I Daraya qarşı ittifaqda sizin yanınızda yer almağımz üçün göndərib.

Bunu eşidən kimi Təhmirənin gözləri işıqlandı və ayağa durub dedi:

- Sənin bu sözlərin məni ziyadəsi ilə heç olmadığım qədər sevindirdi. Öz hökmüdarına deyərsən ki, mən də ona eyni səviyyədə öz müttəfiqlik sədaqətimi göstərəcəm və bundan əmin olsun.

- Hökmüdarımız təklif edir ki, I Daranı məğlub etmək üçün onun 300 minlik ordusunu iki hissəyə bölüb ayrı-ayrı səmtlərə çəkməklə məhv etmək olar! – deyə Varahrumanın cavab verdi.

- Hökmüdarının təklifi çox ağılabatandır, amma onun ordusunu hansı əraziyə cəlb etmək lazımdır ki, onları orada məhv etmək asan olsun? – deyə şahzadə soruşdu.

- Hökmüdarımız deyir ki, Böyük Kirin vaxtında olduğu kimi onun ordusunun bir qismini Xorzəm çöllərinə çəkmək və elə oradaca məhv etmək mümkündür, lakin! – deyə elçi cavab verdi.

- Lakin nə? - deyə şahzadə təəccüblə soruşdu.

- Onları bu çölə cəlb etmək və inandırmaq üçün onların etibarını yetərincə qazanıb onları aldadaraq bura gətirə biləcək bir cəsur igid lazımdır! – deyə elçi cavab verdi.

- Burada heç bir çətinlik yoxdur, öz ən yaxşı casuslarımızdan birini seçib göndərərik! – deyə şahzadə dedi.

- Yox, bu işə yaramaz və dar bu insan əsla inanmaz! – deyə elçi cavab verdi.

- Bəs nə etməli və onun inanması üçün kimi göndərməliyik? – deyə şahzadə təəccüblə soruşdu.

- Oraya yalnız sizin soyunuzdan olan və sizin qanınızdan olan birini yollamaqla I Daranın etibarını qazanıb onun ordusunun bir qismini Xorzəm çölünə, əsas qoşunu isə I Dara ilə birlikdə Harram çölünə dartıb aparsın! – deyə elçi cavab verdi.

- Yəni Rüstəm kimi demək istəyirsən?- deyə şahzadə soruşdu.

- Bu hadisə Böyük Kirlə bir dəfə təkrarlanıb və indi də bu manevri Rüstəmin qardaşı Xurşid edir. O bu minvalla I Darnın diqqətini sizin üstünüzə çəkməyi bacarıb! – deyə elçi cavab verdi.

- Mənim qanımdan olan bir oğlum və ya qardaşım qalmayıb və ora kimi göndərəcəyimi bilmirəm! – deyə şahzadə dedi.

Bayaqdan bunlara qulaq asan Şürük qabağa çıxıb dedi:

- Axtardığınız adam mənən və yalnız belə bir çətin işə mən gedə bilərəm.

- Yox, yox, sən nə danışırsan, mən səni bu işə daxil edə bilmərəm! – deyə şahzadəcavab verdi.

- Narahat olma nənəcan, mən sağ-salamat qayıdacam, birdəki sən axı niyə belə narahatsan? – deyə Şürük soruşdu.

- Qoy başqası getsin, çünki mən səni də itirmək istəmirəm! – deyə şahzadə dedi.

- Məgər torpağımızın azadlığı uğrunda ölən əcdadlarım məndən əksik adamlar idi, axı mən də onların qanındanam! – deyə Şürük cavab verdi.

- Şahzadəm, biz yalnız sizin qanınızı daşıyan birini göndərməsək bu iş alınmaz! – deyə elçi də mudaxilə etdi.

Nəhayət bu işi Şürükün görməsinə razılıq verildi və Təhmirə Varahrumanın elçisi Fravaq üçün Səmərqəndə dönməzdən əvvəl ziyafət təşkil etdi. Bu ziyafətdə sakların demək olar ki bütün əsilzadələri iştirak edirdi. Döyüşqabağı heyvanlar kəsilib qazanlar qaynadıldı və bu ziyafət digərlərindən çox fərqlənirdi. Massaget zadəganlarının geydikləri bəzəkli paltarlardakı qızıl və daşqaşlarparııltı verirdi. Varahrumanın elçisi belə şişman tayfa başçılarından daha təvazökar görünürdü. Ümumiyyətlə massagetlər nadir hallarda bəzəkli libaslar geyindilər və daima gündəlik çirkin paltar geyirdilər. Lakin bu ziyafətdə hamı ən yaxşı libaslarını geymişdilər, çünki görüşmə vaxtı idi. Bu ziyafətdə Zal saklar haqqında ecazkar bir əfsanə nəğməsini oxudu və bu Səmərqənd hakiminin səfirinə hədiyyə mahnısı idi. Zal bütün qəlbi ilə yeni bir toqquşmanın qarşısını almaq istəyirdi, amma çox gec idi - müharibə əvvəldən gözlənilirdi. Təhmirə və Sak liderləri müğə