Страница 38 из 68
- Ondan nə dayaq və ya nə müttəfiq çıxar! – deyə Təhmirə öz-özünə uzun-uzadı düşünürdü. Lakin artıq gec idi indi başqa yollar tapmaq lazım idi. Qorxaq Sakesafar və zəif Skunhadansa onların yerinə mərd və cəsur Asparı taxta çıxarmaq hər üç xalqın xeyrinə olardı və hamı da bunu alqışlayardaı.
III BÖLMƏ. MUHARİBƏNİN BAŞLANMASI
Şahənşah I Dara deyir:
Mən bir ordu ilə Saka ölkəsinə, sivri şişuclu papaq taxan və Tigraxuda adlanan sakalara qarşı yola çıxdım. Böyük çaya gəlib çatdıqdan sonra, digər tərəfdən bütün ordumla sallarda və qurduğum gəmilərin körpüsünün üstündə keçdim. Sivri şişuclu papaq taxan saklar mənə qarşı çıxdılar və mən onları tamamilə darmadağın etdim. Onların başçısı Skuna(Sakana) Hasak tutulub yanıma gətirildi. Ardından istədiyim kimi başqasını onların lideri etdim və bundan sonra sivri şişuclu papaq taxmış sakalar ölkəsi mənim oldu.
I Daranın Behistun yazısı
1. Qəhrəman Şürük və Zal. Taliya(Sakalilavraka)
Oğlu Fərqapın ölümündən sonra onunonun arvadı Şəbrəng bir oğul dünyaya gətirdi və adını da Şürük qoydular. Uşağı öz balasının yerinə Təhmirə şəxsən tərbiyə edib mahir bir döyüşçü kimi təlim verirdi və onun yaxşı qılınc oynatmaslnda qoca Fərhadın da rolu böyük idi. Bütün bunlara baxmayaraq Şürük qalada az qalır və demək olar ki, bütün gününü dəmirçi Xodarzın yanında keçirirdi və bu üzdən də ona çox vaxt dəmirçi oğlu Şürük deyirdilər. Dəmirçi Xodarzın da Dastan adlı bir oğlu var idi ki oda Şürüklə eyni yaşda idi. Bu iki gənc ayrı-ayrı ataların oğlanları olsalar da hər ikisi mərd və cəsur cəngavər idi və demək olar ki, onların günü bir yerdə keçirdi. Cəsur Dastan hər gün Vavr qalasından aşağıda yerləşən düzənlikdə yerləşən dar cığırın yanında süfrə qurub çörək yeyirdi, həm də sərinlənirdi. Çünki bütün günü dəmir döyən dəmirçi Xodarzın bədəni istidən bişmiş hala düşür və dərini yandırırdı. Bu səbəbdən də Xodarz hər güngünortaçağı dağda yerləşən öz dəmirçixanasından aşağı düşüb bu cığırın qırağında süfrə qurur, itirahət edir və həm də bir az bədənini soyudurdu. Günlərin birində də Dastan adəti üzrə qaladan aşağıdakı düzənliyəendi və oradakı cığırın qırağında istirahət edirdi. Şürük atası Fərqapı xatırlamırdı, çünki o doğulandan yalnız anası Şəbrəngi, nənəsi Təhmirəni, Sodianı və qoca Fərhadı tanıyırdı. Qılınc qurşanmağı, at sürməyi və döyüşməyi ona qoca Fərhad öyrətsə də, onun müsiqi müəllimi qoca və ağsaç Zal idi. Boş evdə kor olan müğə
- Ora bax, deyəsən orda nəsə var! – deyə Dastan iti bir səslə dilləndi.
- Harda, mən axı heçnə görmürəm Dastan? – deyə Şürük soruşdu.
- Odur da, məgər görmürsən? Bax o ağacların arasında bir qaraltı var, qarşıdakı əyilmiş ağacın altında! – deyə Dastan əmin bir səslə işarə edib gösdtərdi.
- Hə gördüm, deyəsən orada nə isə var! – deyə Şürük cavab verdi.
- Nə olar görəsən bu soyuqda? – deyə Dastan təəccüblə soruşdu.
- Bir azdan bilərik! – deyə Şürük hər ehtimala qarşı öz oxunu hazır vəziyyətdə saxlayaraqyavaş-yavaş o qaraltıya tərəfgetməyə başladı. Dastan da onun ardınca əlində uzun dəyənəklə sağ tərəfdən addımlamağa başladı. Onlar qaraltıya yaxınlaşanda o hərəkət etməyə başladı. Şürük elə bu an öz oxunu hədəfə tuşladı və yayı dartıb atmaq istəyəndə Dastanəli ilə onun oxunu aşağı salıb qışqırdı:
- Dayan, atma, bu ki insandır!
Bunu eşidən kmi Şürük də yerində donub qaldı və ona səsləndi:
- Ehey, kimsən,üzünü göstər?
- Atmayın, mən insanam? – deyə həmən qaraltı cavab verdi.
- İnsan olduğunu bildik, adın nədir və hansı məntəqədənsən? – deyə Dastan soruşdu.
- Adım Kaşanqdır və mən bu yaxınlığda yerləşən Harvaqa kəndi[133]ndənəm! – deyə o şəxs cavab verdi.
- Bu ki qızdır! – deyə Farzoy təəccüblə.
- Həə, elədir ki var, bu qızdır! – deyə Şürük də onun sözünü təkrar edərək yerindəcə donub qaldı.
- Bəs sən burada bu soyuqda neyləyirsən və niyə evinə hələ də dönməmisən? – deyə Şürük soruşdu.
- Mən, kəndimizə basqın edən canavarların izinə düşmüşdüm lakin onlar üçün qurduğum tələlərin birinə mənim ayağım düşüb. Səhərdən əlləşirəm amma çıxara bilmirəm və buna görə də taqətdən düşüb dincimi alrdım.Sonra düşündüm ki, əlbət kimsə burdan keçər və mənə yardım edər! – deyə o qız cavab verdi.