Добавить в цитаты Настройки чтения

Страница 37 из 68

- Bəs I Daranı Pont dənizinin şimalındakı böyük Skif çölündə kim ləngidəcək? – deyə Aspar soruşdu.

- Onları da digər Skif çarları və müttəfiqlərimiz olan Savaliy, İdinfaris, Ariant və Taksak öz qoşunları ilə ləngidəcək və əgər savromat çarı Skopasis də bizə qoşulsa onda işimiz balaca yüngüllləşəcək. Mən tihraxudalıları məğlubiyyətə uğradan kimi Sakasefarı taxdan endirib yerinəonun oğlu Sakanı əyləşdirəcəm! - deyə Təhmirə cavab verdi.

- Onda bizi çətin məqamlar gözləyir! – deyə Aspar soruşdu.

- Nəyi nəzərdə tutursan? - deyə Təhmirə təəccüblə..

- Əgər biz I Daraya qarşı qalxsaq onda orta Asiyadakı I Daranın satrapları olan Dadaşri, Hiştasp və Andiyanın hakimi Aiant da biz qarşı qoşun çəkəcəklər! – deyə Aspar cavab verdi.

- Bilirsən Aspar, bu artıq heçnəyi dəyişə bilməz, çünki I Dara Xurşidi həım Sarmat şahzadəsi Amaqanın və həm də Sarmat çarı Skopasisin yanına göndərib və onlar da artıq mənə qarşı qalxıblar! – deyə Təhmirə dedi..

- Sən bütün sakları onlara qarşı qaldırmaq istəyirsən? - deyə Aspar soruşdu.

- Hə, elədir və bu mənim çoxdankı arzumdur! – deyə Təhmirə cavab verdi.

- Amma sən arilər arasında böyük bir savaşın səbəbkarı olacaqsan! – deyə Aspar dedi.

- Hə, nə olacaqsa artıq olsun, heç məni zərrə qədər də narahat etmir. Mən Xurşidi qovandan sonra özüm onun taxtında əyləşə bilərdim, çünki mən Tihra taxtının varisinin arvadı idim.O taxta ondan çox haqqım çatır. İndi bizə yeni müttəfiqlər lazımdır və sən də bu işdə mənə köməklik etməlisən! - deyə Təhmirə cavab verdi.

- Nə etməliyəm? – deyə Aspar soruşdu.

- Sən o Səmərqəndinhakimi Varaxrumanla əlaqə yaradıb onu bizim tərəfimizə çəkməyə çalışmalısn, əks halda Hiştasp səni qabaqlaya bilər! - deyə Təhmirə cavab verdi.

- Çalışaram, amma onun razı olacağını sanmıram, çünki onun Dadaşri ilə münasibətləri çox yaxşıdır və düşünürəm ki, o onu çoxdan ram edibdir! – deyə Aspar dedi.

- Sən hər halda onun yanına özün get və vəziyyətə baxarsan! – deyə Təhmirə cavab verdi.

- Onda mənə icazə ver qoy qayıdım vətənimə və haomavarqları qaldırım farsların üzərinə və sonra da Səmərqəndə gedib Varahrumanla danışım. Bir də ki şahzadəm bir söz eşitmişəm və soruşmaq istəyirəm? – deyə Aspar soruşdu.

- Buyur soruş! - deyə Təhmirə cavab verdi.

- Deyilənlərə görə siz Sakesafarın gənc oğlu Skunha ilə izdivac etmisiniz, o sizdən 13 yaş kiçikdir, bu doğrudurmu? – deyə Aspar soruşdu. Bu sözü eşitcək şahzadə bərk qəzəbləndi, lakin yenə də suala cavab vermək qərarına gəldi və dedi:

- Bu belədir, lakin mən bunu etməklə özümün Tihra taxtına olan varislik hüququmu qorumalı oldum və həm də o taxtı Rudabənin əlinə keçməməsi üçün etdim!

Təhmirə yaxşı bilirdi ki əgər bu xəbər Haomavarq ölkəsinə qədər gəlib çatıbsa , onda tezliklə uzaq çölə də gedib çatacaqdır. Bundan əlavə heç kim Təhmirənin Sakasefarın oğlu Skunha ilə evlənməsinin əsl səbəbinin əri Rüstəmin varisi olduğu Tihraxuda taxtına olan hüququnu qorumaq oplduğunubilmirdi. Lakin nə qədər də olmasa şahzadə başa düşürdü ki Sakesafar bu izdivacdan öz xeyrinə istifadə edib öz məkrli planlarını həyata keçirməyə çalışacaqdır. Bunun üçün də nə qədər də ağır olsabir müddət bu məsələni həzm etmək lazım gələcəkdi. Təhmirə Sakesafarın hiyləgər planlarından xəbərdar olsa da o ailə bağlarının qırılmaması üçün hər şeyə dözürdü. Lakin şahzadənin düşündüyü kimi bu icdivac heç kimə xoşbəxtlıik gətirmədi. Çünki qadın əgər kişinin təzyiqi altına düşürsə onda bunu “ şirin qulluq” adlandırırlar. Skunha isə Təhmirənin şahzadə həqiqətən də sevir, lakin ondan qorxur və onunla hər hansı dialoqdan qaçırdı. Təhmirə bütün bu dedi-qodulara baxmayaraq bir dəfə də olsun Skunhanı ortadan yox edilməsini əmr etməmişdi və bu elə də böyük bir güc tələb etmirdi. Oğlunun ölümündən sonra Təhmirəni təsəlli edəcək nəvəsi Şürükdən başqa idolu onun rəfiqəsi Sodiyanın qızı Abzu idi. Abzu doğulandan bəri çariçanın yanında qalmış və sanki öz uşağı imiş kimi şahzadə ona qəlbən və ruhən bağlanmışdı. Təhmirə özü atasını çox sevdiyindənAbzunun da atalı böyüməsini və öz atasına hörmətlə yanaşmasını istəyirdi. Təhmirədən fərqli olaraq Skunha öz qızına soyuqqanlı rəftar edir və sanki doğma qızı olmamış kimi davranırdı. Bu üzdən də onlar hətta ailəvi ova çıxanda belə çariça Abzunu atası Skunhanın oxundanhəmişə qoruyurdu. Çünki Skunha uşağın palçıqda iməkləməsinə, atdan yıxılmasına və yaxud ağlaşmasına sakit tərzdə münasibət bildirir və və heç ruhu da incimirdi. Təhmirə isə uşağı yerdən qaldırırb qucaqlayır, üst-başını təmizləyir və yaralarını sarıyırdı. Ona görə də şahzadə Skunhanın adını çəkəndə Asparın necə öz başını aşağı saldığını gördü. O, məsələnin nə qədər ciddi olduğunu başa düşdü ki onun ailə məsələsi bütün Massaget və Tihraxuda tayfalarının dilində dolaşır. Bundan əlavə şahzadə yalnız karvançıların sayəsində Amaqanın əri olub-olmamağını öyrənə bilmişdi. Əsas məsələ kimi Xurşidin kömək üçün getdiyi Amaqana ilə göğrüşüb-görüşmədiyini və ya geri qayıdıb-qayıtmadığını dəqiq bilmirdi. Təhmirə əsas diqqətini yönəltmişdi və hər an kəşfiyyatçıların gətirəcəyi xəbərləri gözləyirdi. O öyrənmişdi ki, II Kambizin sevimlisiPrekasp idi və II Kambizlə bacısı Atossa arasında olan biabırçı əlaqələrdən də xəbəri var idi. II Kambizin müəmmalı ölümünü ilə Kşayatiya və Xorzəmin şahı öz təəbələrinə etibar etməyərək Vəhş və Səmərqənddan ordu toplayaraq özünə qoruyucu qvardiya yaratmışdır. Şahzadə üçün ən müəmmalı olan İran şahı I Dara idi və şahzadə hətta ona qızıl tac bəxş edən atının adını belə bilirdi. Bundan əlavə şahzadə gənc I Daranın ondan əvvəl üç əri olmuş Atossa ilə münasibətini, I Daranın atası HiştaspınMarqiana və Parfiya satraplıqlarını da hədiyyə olaraq aldığını və onların hamısının Zərdüşt peyğəmbərə inandığını bilirdi. Zərdüşt peyğəmbərin ideyaları yer üzündə iki qüvvənin – xeyir və şərin biri biri ilə mübarfizəsini və xeyirin şər üzərində qələbəsini təcəssüm edirdi.

Iran kahinləri də Zərdüşt peyqəmbərin ideyalarına əsasən İran dövlətinə tabe olmayan və düzlərdə və dağlarda yaşayan köçəri və yarımköçəri ari tayfalarını şər qüvvə adlandırırdılar. Bu tayfalara massagetlər, skiflər, saklar, alanlar, savromatlar, sarmatlar, toxarlar, quzlar[129] və digər ari tayfaları daxil idi. İran kahinləri onları Faridonun oğluvə İrəcin[130] qardşı olan Turəcin[131] övladları sayaraq onları Turan adlandırırdılar. Təhmirə düşünürdü ki, o əgər İran şahı ilə muharibə edəcəklərsə ilk öncə onun şahı haqqında məlumata malik olmalıdırlar. Buna görə də o Aspardan İran şahı I Dara haqda çoxlu məlumat almağa başladı. Lakin Asparın Haomavarq tayfasında birdən-birə peyda olması sakları ayağa qaldırdı və onlar da İran şahına qarşı vuruşmağa hazırlaşdılar. Bu hadisə I Dara üçün gözlənilməz oldu, çünki I DaraQaf dağı ilə Kaspi dənizi arasındakı massaget tayfaları ilə vuruşmağı planlaşdırmışdı. Lakin Asiyadakı sak tayfalarının da İran dövlətinə qarşı ayağa qalxması çoxsaylı İran ordusunu iki cəbhəyə parçalayır və bu da sərbazlafrı çıxılmaz vəziyyətə salırdı. Bu məsələ I Daranı çaş-baş saldı və o ona hansı tərəfdən zərbə gələcəyini qarşdırdı. Çünki I Dara öz planını Sakalilavraka üçün qurmuşdu və Tihra əsgərləri də Rudabənin komandanlığı altında şimaldan Təhmirəyə zərbə vurmalı idilər. Lakin indi Haomavarq tayfası özünün hücumu ilə onun bütün planlarını alt-üst edə bilərdilər. Bu üzdən də I Dara Haomavarq tayfasını massagetlərin üzərinə yürüşdən əvvəl zərərsizləşdirməli idi. Buna görə də haomavarqların gözlənilməyən hərəkəti I Dara üçün problem yaratmağa yetirdi və artıq gec idi. Beləcə də I Dara Xurşidin məsləhətinə əsasən ilk öncə haomavarqları yerində oturtmaq və daha sonra isə sarmatların və savromatların köməkliyi ilə massagetləri məğlub etməyi planlaşdırdı. Təhmirə I Daranın öncə Haomavarq tayfasına zərbə endirəcəyini bilirdi. O, sonra isə onun üzərinə yürüyəcəyinə tam əmin olandan sonra Sakesafara öz eçisini göndərib onu öz yanına çağırdı. Sakesafar şahzadənin çağırışına əsasən Sakalilavrakaya gəldi və onun hüzuruna çıxdı. Lakin Sakesafara şahzadənin düşündüyündən də hiyləgər idi. Çünki o I Dara ilə Təhmirəni müqayisə etdikcəI Daranın daha güclü və əzəmətli olduğunu düşünürdü və bunun üçün manevrə ehtiyac duyurdu. Şahzadənin hərbi şurasının gedişi zamanı xəbər gəldi ki, artıq savromatlar, alanlar, Rudabənin əsgərlərivə sarmatlar Massaget sərhədlərinə yaxınlaşırlar. Buna görə də şahzadə nəvəsi Şürükü öz yanına çağırdı və ona Söhrabın komandanlığı altında 20 minlik ordu veri. O, Şürükə bu ordu ilə tələsik şimal sərhədlərində yerləşən Araks çayına tərəf hərəkət edib Asrat məntəqəsində düşərgə qurmağı əmr etdi. Təhmirəözü isə əsas qüvvələrini Fərhadın, Vindadın və Vilaşın komandanlığı altında Amaqanın, Qatalın və Rudabənin üzərinə tərəf apardı. İran ordusunun əsas qüvvələri isə massagetlərin тihraxudadakı oyuncaq höküməti olan Sakasafarın üzərinə getməyi planlaşdırmışdı. Burada İran ordusuna qarşı Asparın başçılığı ilə3 minlik Hamavarq ordusu və digər tayfalardan ibarət on minlik ordu dayanmaqda idi. Digər tərəfdən Alan hökmdarı Aşxadar özünün 12 minlik ordusu ilə şimal-qərbdən, Amaqa və Qatalın başçılığı altındakı Sarmat ordusu şimalıdan, Axsitanın başçılığı altındakı Rudabənin ordusu şimaldan və hələ yolda olan Skopasis və kamankeş Aranın yaxınlıaşmaqda idi. Axsitanın başçılığı altındakı Rudabənin ordusu şimaldakı bir neçə əhəmiyyətli dağ-keçidlərini ələ keçirçmişdi. Lakin nəqədər də olmasa Sakasafara inam yox idi. Digər tərəfdən də Xurşidin bütün çöl boyu olan ölkələrin və tayfaların başçıları ilə görüşməsi qapıların Təhmirənin üzünə qismən bağlı olduğunu göstərirdi.