Добавить в цитаты Настройки чтения

Страница 36 из 68

Skif çarı İdanfirs. Təhmirənin təklifini qəbul edən Skif çarlarından biri də İdanfirs idi. İdanfirs (qəd..-yunan. Ιδάνθυρσος Herodota görə, Ἰδανθούρας Frekidə görə Ινδάθυρσις ,Arriana görə isə sonrakı latın mınbələrində Ianthyri[125], Iancyrus ,Yustinə görə по Antyro ) adlanırdı. O, Skif çarı Saviliyin oğlu və Qnurun nəvəsi idi. İdanfirs Skif tayfalarından birinin başçısı idi və o da atası kimi qətiyyətli addımlar atırdı. Onun vaxtlarında qonşuyluqda Skopasis və Taksakis kimi çarlar da var idi və onun VI əsrdə yaşadığı qeyd olunur[126]. Onun haqqında ilk məlumatı Herodot özünün”Tarix” əsərindəverir.O da atası kimi Təhmirənin I Daraya qarşı birgə vuruşmaq təklifini qəbu etdi. İdanfiris I Daranın şərqi Avropanı təhlükədə qoyacağı təqdirdə qellər və budinləri də bu ittifqa cəlb etdi. Lakin onlara yaxın olan Aqafirs, Nevr, Androfaq və Melxanlen tayfası isəI Daraya qarşı çıxmaqdan imtina edərək bu işdə onları günahlandırdılar. I Dara artıq hiyləyə əl atıb İdanfirsdən onun qızını özünə arvad olaraq istəmiş və rədd cavabı almışdı. Bu üzdən də I Daranın ondan qisas aacağını bilən İdanfirs şahzadənin təklifini dündən qəbul etdi[127]. Bundan əlavə İdanfirisin qarşısında duran digər məsələlərdən biri də Savromat çarı Spokasisi massagetlərə qarşı deyil I Daraya qarşı vuruşmağa inandırmaq və onu bu fikirdən daşındırmaq idi.Bütün bunları qaydasına qoymaq üçün o Parnamisi Skopasisin yanınagöndərərək onun beynini doldurmağa başladı. Bundan əlavə o Skopasisə bir məktub yazımışdı və o məktubda deyilirdi:

- Əzəmətli çar Skopasis, səni sənə uyğun və layiq şəkildə salamlayıram vəsənin dostumuz olaraq görmək istəyirəm. Bilməni istərəm ki, massagetlərlə olan göhnə düşmənçiliyin səni bizdən ayırıb ümumi düşmən qarşısında zəif düşürəcəkdir. Bu məktubu sənə yazmaqdaməqsədim isə sənin üstümüzə gələn böyük təhlükəni görməzdən gəlməyib bütün skiflərlə birləşib I Daraya qarşı vuruşmaqdır. Massagetlərlə olan hüsumətini əgər unuda bilmirsənsə onda təklif edirəm ki, bu işi I Dara məğlub ediləndən sonraya salasan.Hörmətlə:Çar Saviliyin oğluİdanfiris”. Nə qədər massagetlərə nifrət etsə də Skopasis Təhmirəylə olan hesabını farslara baş verəcək muharibədən sonraya saxlamağı qərara aldı, lakin bunu Rüstəmin oğluna bildirmədi.

Skif çarı Taksak. Təhmirənin təklifini qəbul edən Skif çarlarındabn biri də Taksak idi. O, Skif çölündə qarşılarına çıxan hər hansı bir ümumi düşmən təhlükəsinə qarşı yaradılmış Skif üçlüyü olan Skopasis, İdanfirislə birgə təhlükəsizliyi qoruyurdular. İndi isə onların başının üstünü böyük bir bəla almış və bunun üçün ümumi Skif birliyinin vacibliyi zəruri bir şərt kimi gözükməkdədir. Taksak çox gözəl bilirdi ki farsları sarmatlarsız və savromatlarsız məğlub etmək çox çətin olacaq. Bunun üçün onları bunun nə qədər təhlükəli olduğuna inandırmaq lazım idi. Skopasisi yola gətirmək o qədər də çətin olmadığı kimi Amaqanı və onun oğlu Qatalı yola gətirmək bir o qədər çətin idi. Skiflər arasında elə bir güclü və tanınmış çar yox idi ki, Təhmirədən nəyinsə qisasını almaq arzusunda olmasın. Bu da şahzadəni muharibəsiz də hakimiyyətdə çox qala bilməyəcəyinə işarə edirdi. Taksak Amaqanın əri Medossakla dəfələrlə ümumi düşmən olan Xersona qarşı muharibələr aparsalar da indi bununheç bir əhəmiyyəti yox idi. Artıq saklar, skiflər və digər ari tayfaları arasında Təhmirəyə qarşı xüsusi bir əks ittifaq yaranmışdı. Bu qısa bir zamanda onu dəf etmək və ya da zərərsizləşdirmk əsla mümkün deyildi. Bunun ən yaxşı yolu isə aralarındakı hüsuməti farslaral döyüşdən sonraya saxlamaq idi. Buna görə öz elçisini dəfələrlə Amaqanın yanına göndərməsinə baxmayaraqhələ də müsbət bir cavab ala bilməmişdi. Skopasisə gəldikdə isə onun üçün fərqi yox idi, çünlki o gec-tez Təhmirədən özü də olmasa başqasının qisas alacaını çox gözəl bilirdi.

Haomavarq çarı Aspar. Təhmirə başında bir dəstə atlı ilə Söhrabaın müşaiəti ilə Hamavaraq tayfasının yanına çapırdı. Bu xəbəri alanhaomavarq tayfa başçısı Aspar da kiçik bir dəstənin müşaiəti ilə onu qarşılamağa çıxdı. Lakin haomavarqlar çox ləng hərəkət etdiklərinə görə massagetlərin sürətlə çapması onların Varqan çayı[128] nın qurumuş yerində görüşmələrinə səbəb oldu. Belə ki, Təhmirə Varqan çayını keçib onun ortasında, hər iki tərəfə aid olmayanquru bir sahədə dayandı. Bu Massaget torpağından 500 metr, hamavarq torpağından isə 800 metr məsafədə idi. Massagetlər atlarından düşüb bu yerdə kiçik çadrlar qurub hamavarqları gözləməyə başladılar. Massagetlərin dayandığı yerdən qərbə doğru axan Varqan çayı ilk başlanğıcda qurumuş olsa da sonradan get-gedə dəniz yaxınlaşanda bol sulu olaraqdənizə axırdı. Ayrıca çayın o biri tayında hündür dağlar var idi ki, buradan da çayı keçmək mümkün deyildi. Çox keçməd ki, haomavarq çarı Aspar öz kiçik dəstəsi ilə gəlib təyin olunmuş yerə çatdı və atdan düşərək Təhmirənin çadırına daxil oldu. Çadıra girən kimi Aspar təzim edib dedi:

- Mənim şahzadəm, vəziyyət o qədər də yaxşı deyil və başımızın üstünü qara buludlar alıb!

Nə baş verir, bir açıq danış görüm? – deyə Təhmirə soruşdu.

- İran şahı Dara özünün çoxsaylı ordusu ilə üstümüzə gəlir və bu səfər bizi sağ buraxmayacqlar! – deyə Aspar cavab verdi.

- Bunun belə olacağı bəlli idi və biz bunu hamımız əvvəlcədən bilirdik! - deyə Təhmirə dedi.

- Necə şahzadəm?- deyə Aspar soruşdu.

- İran şahı I Dara artıq bir müddətdir ki bizə qarşı muharibəyə hazırlaşır və bunun üçün Skif çöllərində də bizə qarşı böyük bir qisas ittifaqı yaradıb. Bildiyinonlar da bizə şimaldan hücum edəcəklər və indi bizi artıq iki bəla gözləyir! - deyə Təhmirə cavab verdi.

- Bunlar kimlərdir şahzadəm? – deyə Aspar soruşdu.

- Bunlar Rudabə, Amaqa, Spokasis, Qatal, Xurşid, Tirdat və sair, lakin naqrahtçılığa heç bir əsas yoxdur! – deyə Təhmirə cavab verdi.

Niyə? – deyə Aspar soruşdu.

- Çünki 15 il bundan əvvəl onların əcdadları olan Böyük Kir də bizim torpaqlara soxuldu, lakin məğlub edildi. Aspar o dəqiqə başa düşdü ki, şahzadənin hər tayfada adamı olduğu üçün o bu xəbərləri hamıdan yax bilməkdədir. Lakin I Dara Böyük Kirə əsla bənzəməz və o çox ağıllı və hiyləgərdir! – deyə Təhmirə cavab verdi.

- Necə məgər? – deyə Aspar soruşdu.

- O, büstümüzə tək və düz yox, birlikdə və əyri yollarla gəlir.O, Tihraxuda böyük çöldəki alanları, sarmatları və savromatları öz tərəfinə çəkməyi bacarıb. O, bizi təkləmək istəyir, lakin biz tək deyilik! - deyə Təhmirə cavab verdi.

- Başa düşmədim, Rüstəmin vətəni Tihraxuda niyə onunladır? – deyə Aspar soruşdu.

- Çünki onlar Rüstəmin ölümündə yalnız məni günahkar hesab edirlər və Rüstəmin anası Rudabə və qardaşı Xurşid də onunladırlar! - deyə Təhmirə cavab verdi.

- Əgər biz I Daraya birinci olaraq hücum etməsək onda o iki tərəfdən bizə hücum edər. O, Kaspi dənizi ilə Taliya dağları arasında bizi sıxışdırıb məğlub edər, qalanını isə Araks çayına tökər! – deyə Aspar dedi.

- Yox, biz tək deyilik və aldığım məlumata görə I Dara üstümüzə üç istiqamətdəhücuma keçmək istəyir! – deyə Təhmirə cavab verdi.

- Hansılardır? – deyə Aspar soruşdu.

- Böyük Kir öz ordusunu iki hissəyə bölmüşdü, amma I Dara isə üç hissəyə böləcəkdir: Birinci ordu Marqiana, Soqdiana, Xorzəmvə Baktriya sərhədlərində yerləşən massagetlərin üzərinə, ikinci ordu Pont dənizin aşağısı ilə kiçik Asiyadan Hellespont vasitəsi ilə qərbdəki Skif tayfalarına, özü isə Taliya dağlarının arxası ilə cənubdan hərəkət edəcəkdir. Ayrıca olaraq onun müttəfiqi kimi Rudabə və Xurşidin başçılığı altındakı Tihra ordusu şimaldan, Amid çarı Tirdat qərbdən, Amaqa və Skopasis və Aşxadarınbaşçılıqları altındakı Alan - Sarmat və Savromat orduları isə şimal –qərbdən bizə hücuma keçəcəklər. Lakin burada bizimlə Tirdat arasında təkcə albanlar qalır ki, biz onları mütləq öz tərəfimizə çəkək. Onlar Qaf dağları ilə Kaspi dənizi arasındakı və Tihraxudanın şimal qonşuları olan Dah və Dərbint tayfalarını da Tihra üzərinə hücuma keçməyə inandırarıq! – deyə şahzadə cavab verdi.