Добавить в цитаты Настройки чтения

Страница 35 из 68

- Amma Böyük Kir üzərimizə gələndə bizim yanımızda bunların heç biri yox idi! - deyə Təhmirə cavab verdi.

Beləliklə qərar yekdilliklə qəbul olundu və adları çəkilən adamların aynına elçilər göndərildi. Adı çəkilən Skif çarları dolayısı yolla massagetlərə hələ İşpakay və Madinin dövründə də yardımlar etmişdilər.

17.Təhmirə

Skif çarı Saviliy. Tezliklə Təhmirənin elçisi göndərilən çarların yanına çatdı. Farsların adını eşidən kimi onlar bir-birinin ardınca şahzadənin təklifini qəbul edib I Daraya qarşı birgə vuruşmağı qəbul etdilər. Bu təklifi qəbul edənlərdən biri də Skif çarı Saviliy idi. Saviliy (βασιλέι Σαυλίω; VI əsr v.e.ə.) — mərhum Skif çarı Qnurun oğlu və İdanfirsin atası idi. B.e.ə. VI əsrdə Qara dənizin şimalında olan skif tayfalarından birinin çarı idi və o digər Skif tayfaları ilə daima əlaqədə idi. Bir çar kimi onun adına Herodotun “Tarix” əsərində rast gəlinir və bu ad orada Savili (Savilius) — kimi çəkilir və onun və b.e.ə.VI əsrinortalarında yaşadığı və hökmranlıq etdiyi göstərilir. O, mənbələrdə qanunları qoruyan və haqq-ədaləti bərpa etməyə çalışan bir çar kimi qələmə veriril. Onun bu cür tərzi qardaşı Anaxaris haqda dediyi sözlərdəndə aydıngörünürdü.

- Anaxaris çoxlu ölkələri əzib keçib və orada özününmüdrikliyini hər daima numayş etdirmişdir. Lakin Anaxaris geri qayıdanda Hellespont vasitəsi ilə keçib boğazın Asiya yaxasındayerləşən Kizka şəhərinə çatır. Anaxarisin bu işlərini bir Skif aparıb Saviliyə çatdırır və o da atına minib Anaxarisin yanına gəlir və onun bayram etdiyini görü. Bundan sonra onun qardaşına qarşı munasibət dəyişir və aralarındakı ixtilaf onu Təhmirə ilə yaxınlaşdırdı. Herodota görə Saviliy qardaşı Anaxarisin Skif torpaqlarında[120]tanrıların anasının şərəfinə keçirdiyi bayrama görəoxla qardaşı Anaxarisi ürəyindən vurub öldürür[121]. Saviliy adının etimalogiyasına gəldikdə isə alimlərin fikrincə bu ad iranmənşəli olub “Safua” (təmiz) deməkdir[122].

Skif çarı Lik Lik(yunan. Λύκου) VII əsrdə yaşamış və öz dövrünün ən güclü sərkərdələrində

- “Anaxarsis və SaviliySkif çarl oğlanları idi və ana xətti ilə yunan idi və bu üzdən hər iki dili bilirdi[124]. Lukian Samosatlı(b.e. II əsrində)təsdiq edir ki, Anarxisis Davketin oğlu idi. Saviliy – hündür boylu, xına saçlı, göy gözlü, sarışın və sarısaqqalı var idi. O, atasından sonra skifləri bir dəfə də olsun qələbəyə apara bilməmiş və ən çox gördüyü iş isəbütün günüşərab içib ət yeyirdi. Ayrıca olaraq onun təyin etdiyi kənd başçıları dabaşçıları olduqları kəndlərdə istədiklərini edirdilər.Onların özbaşınalıqları o həddə çatmışdı ki, oba xalqı onlardan dəfələrlə Saviliyə şikayət etsələr də bir nəticə əldə edə bilməmişdilər. Bunu dərk edən skiflər üsyan qaldırıb Saviliyi taxdan salmaq və yerinə isə oğlu oba başçısı olan İdanfirisi gətirmək istəyirdilər. Amma əslində İdanfirisin buna heç ehtiyacı yox idi, çünki o atası Saviliydən fərqli olaraq dəfələrlə Xersona hücum etmiş və onlardan qənimət əldə edərək öz obasını saxlaya bilirdi. Lakin Təhmirənin elçisinin vaxtında gəlib çıxması Saviliyi vəziyyətdən çıxardı. Belə ki, Saviliy bunu fürsətə çevirərək haklimiyyəti altında olan tayfa başçılarını və xalq ağsaqqallarını yığaraq belə dedi:

- Mənim xalqım! Mən bu gün sizəillərdən bəri çəkdiyiniz əziyyətin əvəzi olaraq şad bir xəbər verməyə yığmışam. Belə ki, qohum tayfalarımızdan olan Massaget şahzadəsi Təhmirə mənə məktub göndərərk üzərimizə gələn İran ordusuna qarşı birgə mübarizəyə dəvət edir. Mən də düşündüm ki, illərdən bəri qınında paslanmış qılınclarınızı qanla yumağın vaxtı artıq gəlib çatıb. Biz bumüharibədə qalib gələcək və Pont dənizinin bütün qərb sahillərində yerləşən ellin şəhərlərini qarət edib çoxlu qənimət əldə edəcəyik!

- Bizim qalib gələcəyimizi hardan bilirsən hökmdar? – deyə Skif tayfalarınadan birinin başçısı Kurtis dilləndi.

- İddialarınızı anlayıram, lakin siz də yaxşı bilirsiz ki biz öz vətənimizdə qılıncsız belə vuruşsaq düşmənə qalib gələ bilərik. Amma düşmən isə öz evlərindənyüzlərlə günlük məsafədə ac və susuz məhv olub gedəcəklər!- deyə Saviliy cavab verdi. Saviliyin bu sözləri yersiz də olsa əslində bir həqiqət idi və saklar ona inanıb bu dəfə də ona şans verməyi qərara aldılar. Bunun nəticəsində də Saviliy bu fürsətdən istifadə edərək şahzadəyə cavab məktubu yazdı və sonra da onları qarşıda gözləyən təhlükəyə hazırlaşmağa başladı. O, dünayın yuxarı sahillərindənDneper sahillərinə qədər olan çöldəki saklardan əsgər toplamağa başladı. Saviliyin çar şəcərəsi belə idi/ Sparqafik ondan sonra Lik, ondan sonra Qnur, ondan sonra onun iki oğlu Anaxarsis və Saviliy və sonra isə İdanfiris idi.

Skif çarı Ariant. Təhmirənin təklifini qəbul edən Skif çarlarından biri də Ariant idi. O skiflərin tarixində ilk dəfə siyahıyaalma keçirməşdi. Ariant (Аριάνταν) — haqda bir çar kimi ilk dəfəHerodot özünün “tarix” əsərində məlumat verir və belə yazır:

- Bu yerdə(Hipanisdən yuxarı)Klembortun oğlu Pavasaniyin adi qabdan altı dəfə böyük olan dəmir şərab çəlləyi va və o bu dəmir çəlləytanrıların köməyi ilə Pontun çıxışında qoydurdu. Onu müşahidə etməyənə 600 amfor vəd etdi. Yerli sakinlərin sözlərinə əsasən Ariant adlı bir çar skiflərin asayını bilmək qərarına gəldi bunun üçün o hər bir skifə bir ədəd ox gətirməyi əmr etdi. Oxu gətirməyən şəxsi ölüm cəzası gözləyirdi və bu səbəbdən də hamı gətidi. Skiflər o qədər ox gətirdilər ki Ariant bu dəmir parçalarından özü üçün Aksampda abidə ucaltmağı qərara aldı. Bu oxların nəticəsində də çar Ariant skiflərin sayını öyrənmiş oldu. Ariantın torpaqlarıDneper çayından Dunay çayına qədər olan ərazilər daxi idi və qeyd olunur ki, Ariant bu siyahıyaalmanı b.e.ə.650-ci illərdə aparmışdır. Ariantın dövründə böyük Skifiya həm Midiyanın, həm də Assuriyanən daxili işlərinə belə qarışa bilirdi. Amma indi Midiyanın yerinə farslar var idi. Farslarla tək bacara bilməyəcəyini anlayan Ariant Saviliy kimi o da Təhmirənin I Daraya qarşı birgə mübarizə aparmaq təklifini qəbul etdi. Çünki o da uzun zaman idi ki, Pontun şimal sahillərində əlacsız qalmış və yeni otlaqlar üçün daha da qərbə hərəkət etmək fikrində idi. Amma indi onun əlinə əla fürsət keçmişdi və Ariant da ən azından bunu dəyərləndirmək fikrində idi. O da qısa müddət ərzində tabeliyindı olan Skif tayfalarından bir ordu düzəltməyə başladı və yaxınlaşmaqda olan təhlükəyə qarşı hazırlaşdı.