Страница 34 из 68
Bu sözləri eşidən kimi I Daranın zəhmli çöhrəsi gözəl təbəssümlə əvəz olundu və o dedi:
- Şahzadə Amaqa gözəldirmi?
- Hə, bir balaca gözəldir! – deyə Xurşid cavab verdi.
- Danış görüm məsələ nə yerdədir? – deyə I Dara soruşdu.
- Görürəm mən gedəndən taleh sənin üzünə gülüb və sənin 29 yaşın var amma İranın şahənşahı olmusan? – deyə Xurşid cavab verdi.
- Buna görə ən yaxşı və sədaqətli dostlarıma borcluyam! – deyə I Dara cavab verdi.
- Mən də sənin dostlarından biri olmaq istərdim! – deyə Xurşid dedi.
- O, baxır sənin səriştənə, indi danış görək məslələr nə yerdədir? – deyə I Dara soruşdu.
- Məsələ deyəndə göstərişin üzərinə mən uzun bir yola çıxdım və indi qısası Təhmirədən inciyən bir sürü insanla rastaşdım. Bu insanların hər biri Təhmirədən zərbə alıblar və ondan qisas almaq atəşi ilə yaşayırlar. Mən isə gedib onların atəşini alovlandırdım və onlara bu fürsəti verdim! – deyə Xurşid cavab verdi.
- Bu lap yaxşı oldu, bəs kimlərdir onlar? – deyə I Dara soruşdu.
- Savromat şahzadəsi Amaqa, Sarmat şahzadəsi Larkianın kiçik qardaşı və çar Skopasis, Rüstəmin anası Rudabə, Amid hökmdarı Tridat və birdə! – deyə Xurşid sözünü kəsdi.
- Hə, nə oldu, niyə dayandın? – deyə I Dara soruşdu.
- Rüstəmin həm Amaqadan və həm də Larkiandan olan onun kimi qoll-qüvvətli cəngavər oğlanları Aran və Qatal! – deyə Xurşid cavab verdi.
- Nə, Aran və Qatal? – deyə I Dara heyrətlə soruşdu.
- Elədir ki, var əlahəzrət və düşünürəm ki, Təhmirənin axırına onlar çıxacaqlar! – deyə Xurşid cavab verdi.
- Bu lap yerinə düşdü və bu günə qədər eşitdiyim yaxşı xəbər oldu! – deyə I Dara dedi.
- Mən verdiyim sözümüm tutaram əlahəzrət, yetər ki, siz də tutun! – deyə Xurşid cavab verdi.
- Mən də vetrdyim sözü tutacam! – deyə I Dara dedi. Beləcə onlar ayrıldılar.
16.Massagetlərin sarayı.
Budur Massagetlərin ölkəsi və Taliya dağlarının ətəyində yerləşən Vavr qalası. Hər tərəfdə sakitlik çökmüşdüvə indi hamı öz işi ilə məşğul idi. Böyük Kirin məğlubiyyətindən sonra Talaiyadan başlayaraq Kaspi dənizinin cənub sahilləri ilə uzaq Baktriya, Soqd və Marqianaya gedən ticarət yolları da açıqvə təhlükəsiz idi[116]. Əvvəllər Təhmirəni ciddi qəbul etməyən köçəri saklar belə artıq onu bir şahzadəkimi tanıyır və qəbul edirdilər. Şahzadəyə öz sadiqliyi ilə Xazrasp, Bevarasp, Vindad, Söhrab, Fərhad və digərləri xüsusi ilə seçilirdilər. Lakin ona qarşı gələnlərdə az deyildi və bu siyahı çox uzun idi. Buraya şahzadəninöldürdüyü Alan hökmdaqrı Xosrovun varisi Aşxadar, şahzadə Amaqa, çar Skopasis, Rüstəmin anasıRudabə və orta Asiyadakı toxarların başçısı Kavusun tərəfdarları daxil idilər. Böyük Kirin məğlubiyyəti ilə təhlükə bir müddət sovuşsa da, ondan da böyük təhlükənin yaxınlaşdığından çariçanın xəbəri belə yox idi. Rüstəmin ölümü hamı kimi massagetlərin də qəlbində dərin yara buraxmışdı. Bu məsələ gələcəkdə yeni muharibənin fitilini atəşləndirmək üçün səbəblərdən biri olacaqdı. Massagetlər uzun zaman idi ki heç belə rahat olmamışdılar və öz Orta Asiyadakı qardaşarından fərqli olaraq onlar öz qoyun-quzularını düzlərə deyil, Taliya dağlarının arasındakı vadilərə aparıb otarırdılar. Artıq təhlükə qismən də olsa sovuşmuşdu və indiheçkim gəlib onların mal-qarasını və ya qoyun quzusunu aparmırdı.Təhmirə də həyatdan küsmüş kimibütüngününü qalada keçirir və bəzən də o Söhrabın təkidi ilə dağlara tərəf gedirdi. Söhrab onun qəlbindəki yaranın heç bir zaman sağalmayacağını bildiyindən Fərhadında razılığı ilə fikri qalsın deyə onu təbiətin seyrinə aparırdı. Oğlunun ölümü ilə Rüstəmin ölümü ona az imiş kimi bir əd başıa Rudabə çıxmışdı və hər gün demək olar ki, yediyinə və içdiyinə peşiman idi. Çox keçmmədi ki qalaya bir atlı gəlib çıxdı və Fərhadla danışmağa başladı. Sonra isə Fərhad şahzadənin yanına gəlib dedi:
- Şahzadəm, kəşfiyyatçılarımız xəbər gətiriblər?
- Nə xəbər belə? – deyə Təhmirə soruşdu.
- Deyirlər ki sizə qarşı böyük ittifaq yaranıb və yaxında hərəkətə keçmələri gözlənilir! – deyə Fərhad cavabverdi.
- Bu ittifaqın başında kim durur? - deyə Təhmirə soruşdu.
- Rüstəmin anası Rudabə! – deyə Fərhad cavabverdi.
- Bəs digərləri kimdirlər? - deyə Təhmirə soruşdu.
- Digərləri isə şahzadə İran şahı I Dara, Amaqa, Larkianın qardaşı və Savromat çarı Spokasis, Qatal və kamankeş Aran adlı digər sərkərdələr. Bundan əlavə buraya bizdən üz döndərmiş alanların çarı Aşxadar və toxarların başçısı daxildir! – deyə Fərhad cavabverdi.
- Qatalı və Aranı tanımadım və tapşır ki onları araşdırsınlar və Söhrabı yanıma çağır! - deyə Təhmirə dedi.
- Baş üstə şahzadəm! – deyib Fərhad çıxıb getdi və çox keçmədi ki, Söhrab gəlib daxil oldu və dedi:
- Məni əmr etmisiniz şahzadəm?
-Hə, keç otur və qulaq as mənə! – deyə şahzadə əli ilə işarə etdi və Söhrab da kənarda əyləşdi.
- Kəşfiyyatçılarımız xəbər verdilər ki, düşmənlərimzi düşündüyümüz kimi də yatmayıblar və onlar sadəcə öz kinlərini bir müddət daxillərinə gömüb fürsət qovlamışlar. İndi isə bu fürsəti onlara Rüstəmin anası Rudabə vermişdir və onların fitilini alovlandırmışdır! deyə Təhmirə dedi.
- Nə əmr edirsiniz şahzadəm? Bəlkə “Baya” ağsaqqallarvə tayfa başçılarının şurasını yığaq! – deyə Söhrab soruşdu.
- Hə çağır onları qoy sabah hamı burada olsunlar vətez bir zamanda vəziyyəti muzakirə edeib bir qərara gəlməliyik! - deyə Təhmirə cavab verdi. Bu sözdən sonra Söhrab – baş üstə deyib çıxıb getdi.
Beləliklə sabah oldu vəbütün günü çariça bu haqda fikirləşir və çıxış yolu axtarmaq istəyirdi. Axşama bütün Massaget tayfa başçıları gəlib çıxdılar və onların arasında Bevarasp, Xazrasp, Ruhrasp, aorslar[117] ın tayfa başçısı – Spadin, siraklar[118]ın tayfa başçısı- Apeak, yazıqlar[119]ın tayfa başçısı Bandasp da var idi. Hamı yerini tutandan sonra çariçada öz yerində əyləşdi və sonra sözə başlayıb dedi:
- Sizi bura yaxşı məqsədlə çağırmağı çox istərdim, amma çox təəssüflər olsun ki, xəbərlər heç də ürəkaçan dedil!
- Nə baş verir şahzadəm? - deyə Yazıq tayfa başçısı Bandasp soruşdu.
- ŞimaldanRüstəmin anası Rudabə böyük bir ittifaq quraraq üstümüzə gəlməyə hazırlaşır və biz onlara qarşı tədbir görməliyik! – deyə Təhmirə cavab verdi.
- Bəs onları kimdir belə qızışdırıb üstümüzə salan? – deyə Sirak tayfa başçısı Spadin soruşdu.
- Onları üstümüzə salan farslardır və ehtimal ki, Böyük Kirin qisasını almaq istərlər bizdən. Lakin bilmirlər ki, bu onlara baha başa gələ bilər! – deyə Təhmirə cavab verdi.
- Nə, Dara, hansı Dara? – deyə Aors tayfa başçısı Apeak soruşdu.
- Marqiana satrapı Hiştaspın oğlu Dara! – deyə Söhrab cavab verdi.
Onda işimiz çox çətin olacaq! – deyə Apeakdilləndi.
- Niyə ki? - deyə Təhmirə soruşdu.
- Çünki I Dara tanıdığımız II Kirə bənzəməz, o çox qəddar və eyni zamanda çox hiyləgərdir! – Apeak cavab verdi.
- Narahat olmağa dəyməz, çünki mən Pont dənizinin şimal sahillərində və dünaya qədər olan çöllərdə yaşayan digər Sak tayfa aşçılarına adam yollayıb kömək istəyəcəm! - deyə Təhmirə dedi.
- Kimləri nzərdə tutursunuz? – deyə təəccüblə hamı yerdən dilləndi.
- İndi qulaq asın mənə, bu adamlarSkif çarı Saviliy, Ariant, Anaxarsis, İdanfirs, Xodraz və sair və onlar bizə həm I Dara ilə, həm də onun ittifaqı ilə vuruşmaqda bizə kömək edəcəklər! - deyə Təhmirə cavab verdi.
- Şahzadəm, amma yenə də saylarımız azdır və qalib gəlmə şansımız çox azdır! – deyə Bundasp dilləndi.