Страница 33 из 68
- Rüstəmin və səni
- Nə, Apşeron üçün? – deyə Xurşid soruşdu.
- Hə, Apşeron üçün, indi həm Rudabə, həm də bacın bu qalada qalır və artıq saraya az-az gedirlər! – deyə əsgər cavab verdi.
- Niyəki? – deyə Xurşid soruşdu.
- Orada sən gedəndən sonra əmin Sakesafar bizə sadiq olan bütün adamları özünküləri ilə dəyişib və bu üzdən də orada qalmağı məsləhət bilmədi! – deyə əsgər cavab verdi.
Beləliklə onlar qalaya daxil olub yuxarıya qalxdılar və Rudabənin otağına girdilər. Xurşidi görən kimi Rudabə tez yerindən qalxıb dedi:
- Əgər mənə pis xəbər gətirisənsə onda elə buradanca geri qayıdıb get, yox əgər yaxşı xəbər gətirmisənsə onda səni bağışlaram!
- Yox, əksinə mən sənin də xəyal edə bilməyəcəyin bir qüvvəni Təhmirənin üzərinə hücuma keçməyə razı sala bildim! – deyə Xurşid ağızdolusu cavab verdi.
- Necə, bunlar kimlərdir? – deyə Rudabə soruşdu.
- Bunlar İran şahənşahı I Dara, Sarmat şahzadəsiAmaqa və onun oğlu Qatal, mərhum Savromat şahzadəsi Larkianın kiçik qardaşı və indiki çar Skopasis və Larkianın olukamankeş Aran! – deyə Xurşid cavab verdi.
Bu sözləri eşidən də Rudabənin rəngi açıldı və tez xidmətçilərə göstəriş verdi ki, bol ətli-yağlı yeməklər bişirsinlər və süfrə açsınlar. Sonra sözünə davam edən Xurşid yenə dedi:
- Amma əsas xəbəri sənə demədim.
- Nə xəbər? – deyə Rudabə soruşdu.
Xurşid üzünü kənizlərə tutub dedi:
- Öncə gedib bir içim su gətirin ki anamız bu xəbəri eşidən kimi özündəngedəndə üzünə səpib ayıldaq. Bu sözlər Rudabəni bir az da həyəcanlandırdı və qışqırarq dedi:
- Nə xəbərdir, tezol de, yoxsa ürəyim partlar.
- Sənin mərhum oğlum və mənim qardaşım Sarmat şahzadəsi Amaqa və Savromat şahzadəsi Larkianla səndemə gizli eşq yaşamış və onların hər birindən özü kimi güclü və qüvvətli iki oğlu varmış! – deyə Xurşid cavab verdi.
Bu sözləri eşidə kimi Rudabə Rüstəm! – deyibözündən getdi və kənizlərin g’tirdiyi su ilə onu ayıltdılar. Tezliklə Rüstəmin bacısı Apşron da ovdan qayıdıb gəldi və qardaşı Xurşidlə görüşdü.
Rudabə özünə gələn kimi dedi:
- Nə olar ətraflı danış görüm necə olub bu iş və adları nədir?
- Böyüyü 17 yaşındanır və adı da Arandır, o çox mahir kamankeşdir və uzaq məsafədən quşu gözündən sərrast vurur. Buna göörə də ona Savromat elində “kamankeş Araş” deyirlər. O sürtük Təhmirə Rüstəmə Bəxtiyarla xəyanət edəndə o da acıq edib iki il Larkianın yanında qalmış və aralarında eşq əcarası olmuşdur. Lakin Rüstəm geri dönəndən sonra Larkianın Rüstəmdən bir oğlu olmuşdur. O da bu xəbəri Rüstəmə çatdırmaq üçün buraya gələndə xain Təhmirəni atdığı oxla canından olmuş və bu sirri özü ilə aparmışdır. Uşağı isə Larkian öləndən sonra onun qardaşı Skopasis böyütmüş və bir cəngavər kimi yetişdirmişdir. Ən maraqlısı isə o xarici görünüşündən Rüstəmən heçnə ilə fərqlənmir və elə bir bir almanı iki yerə bölübsən. Lakin Rüstəmin gözlərinin içi qəhvəyi, Aranda isə mavidir. Rüstəmin ikinci oğlu isə Sarmat şahzadəsi Amaqadandır və etimal ki, onun da Rüstəmlə eşqmacərası olmuşdur və Qatal da onların sevgisinin bəhrəsidir. Arandan fərqli olaraq Qatalın 14 yaşı var və oda qardaşı kimi cəngavər bir aslandır! - deyə Xurşid danışdı.
Bu sözlərdən sonra Rudabənin gözləri yaşardı və dedi:
- Xain qadın, oğlumu öldürüb kökünü kəsdiyini düşünürdün.Bax gör özü kimi iki cəngavər oğlu var və əmin olki, onlar səndən Rüstəmin qisasını alacaqlar.
- Sevindinmi anacan? - deyə Xurşid soruşdu.
-Hə, lap ürəkdən. Bəs sən onlara ataları haqda məlumat verdinmi? – deyə Rudabə soruşdu.
- Verdin nə demək ana, mən onlara Rüstəm haqda böyük bir dastan danışdım və onlar da and içdilər ki, atalarının qanını yerdə qoymayacaqlar! – deyə Xurşid cavab verdi.
Kənardan onları izləyən Rüstəmin bacısı Apşeron dilləndi:
- Bəs biz onları nə zaman görə bilərik qardaş?
- Baxarıq, bəlkə onları buraya çağırdıq! – deyə Xurşid cavab verdi.
- Bilməlisən ki artıq Tihra sarayı bizim üçün yad bir yerə çevrilmişdir. Əmin Sakesafar və əmin oğlun Sakana Təhmirənin əsiri olub onun dediklərini edirlər. Bizə birbaşa deyə bilməsələr də saraydakı bütün yaxınlarımızı azad ediblər. Bu səbəbdən də anam mənim üçün bu qalanı tikdirib! – deyə Apşeron dedi.
- Demək bu qala sənin adını daşıyır? – deyə Xurşid cavab soruşdu.
- Hə qardaş, bu qala mənim adımı daşıyır – Apşeron qalası! – deyə Apşeron cavab verdi.
Sonra isə onlar süfrəyə əyləşdilər və Xurşid uzaq tol gəldiyinə görə vəhşi kimi qoyun ətinə daraşmış və arada şərab içib meyvə də yeyirdi. Yemək yeyərkən suallara cavab verəndə onun nə dediyi anlaşılmırdı və bu səbəbdən də onun yeməyini bitirməyi gözlədilər. Nəhayət Xurşid yeməyini bitirib tox oldu və sonda son qədəh şərabı içib əllərini qarnına vuraraq dedi:
- Həə, indi nə istəytirsiz soruşun və suallarınızı verin!
- Yaxşı, de görəkplan nədir? – deyə Axsitan soruşdu!
-Plan budur ki farslar öz mərhum şahları olan Böyük Kirin qisasını almaq üçün massagetlərin üzərinə cənubdanhücuma keçəcəklər. Şimal-qərbdən isə Təhmirəyə ən azı bizim qədər nifrət edən Sarmat şahzadəsi Amaqa və oğlu Qatal və bacısı Larkianın qisasını almaq istəyən Sarvormat çarı Skopasisböyük ordu ilə hücum edəcəklər. Biz də bu fürsəti dəyərləndirib massagetləriniçərisində Təhmirədən incimiş tayfaları öz tərəfimizə çəkərik. Onlar da şimaldan massahgetlərə hücuma keçərik və onları son nəfərinə qədər qırıb tarix səhnəsindən silərik! – deyə Xurşid cavab verdi.
- Plan yaxşı plandrı və I Daranın bizimlə olduğuna necə əmin ola bilərik? – deyə Axsitan soruşdu.
- Axmaq, dedim axı mən I Dara ilə şəxsən görüşmüşəm və düz onun yanına gedirəm! – deyə Xurşid cavab verdi.
- Bəs Təhmirənin işi necə olacaq? Onu kiqadınlardan ibarət “vəhşilər dəstəsi” qoruyur və heç kimi onun yaxınlığına buraxmıralr? – deyə Rudabə soruşdu.
- Bu işi Rüstəmin oğlu kamankeş Arana yerinə yetirəcək! – deyə Xurşid cavab verdi.
- Necə? – deyə Rudabə soruşdu.
- Əgər ona yaxınlaşmaq mümkün olmasa onda Aran döyüş yerindən çox-çox uzaqdan atdığı oxla onu ürəyindən vuracaq! – deyə Xurşid cavab verdi.
- Əgər ölməsə bəs onda necə, ikinci fürsətimiz olmaya bilər? – deyə Rudabə soruşdu.
- Yox, ikinci şansa gərək qalmayacaq, çünki Aranın atdığı ox zəhərli olacaq və Təhmirə o saat ölməsə də yavaş-yavaş , əziyyət çəkə-çəkə, qan qusa-qusa öləcək! – deyə Xurşid cavab verdi.
- Bax bu mənim Təhmirə üçün arzuladığım ən acı ğlüm olacaq və oğlumun qisası alınmış olacaq! – deyə Rudabə ah çəkdi. Xurşid bir neçə gün Tihrada qaldıqdan sonra Pasarqada – I Daranın sarayna doğru hərəkət etməyə başladı.
15.Xurşidin I Daranın yanına qayıtması.
Xurşid Tihraxudadan çıxandan sonra cənuba hərəkət etmədi, çünki cənubda Təhmirənin ölkəsi olan Taliya yerıləşirdi. Qərbə getməklə o yenidən albanların torpağına qədəm basdı və oradan Araks çayına gəlib çatdı. O, Araksı Asrat[115] adlı yerdən keçərək Taliya dağlarının arxasınca Midiyaya daxil oldu. Bütün Midiyanı ən yaxşı qaçağan atlarda ötüb keçən Xurşidbir neçə gündən bura sonra gəlib Pasarqada çatdı. Xurşid Pasarqada çatan kimi tez I Daranın sarayaına getdi və onun yanına girərək öncə təzim etdi və sonra dedi:
- Sənin ulduzun çox güclü parlamağa başlayır ey şahlar şahı!Sən hətta Böyük Kirin və oğlu Kambizinbelə edə bilmədiyini edə biləcək gücə maliksən. Sənin başına elə bir müttəfiqlər yığılıb ki,sən onların vasitəsi ilə nəinki şahzadə Təhmirəni məğlub edə bilər, hətta bütün massagetlərin belə axırına çıxa bilərsən. O sənin ardı-ardınca vurduğun zərbələrə tab gətirməyib qaçacaq və sən Böyük Kirin rüsvayçılığını bütün dünyaya unutduracaqsan!