Добавить в цитаты Настройки чтения

Страница 32 из 68

- Buraya Tihraxuda şahzadəsivə Rüstəmin anası Rudabə, savromatlar və Təhmirədən incimiş bir çox massaget tayfaları! – deyə Xurşid cavab verdi.

- Onda hazırlaşmaq lazımdır və Larkianın oğlunu da buraya çağıracam, məsləhətləşərik! – deyə Amaqa dilləndi.

Sonra isə Amaqa Xurşiddən İranın yeni şahənşahı I Dara haqda soruşmağa başladı. Xurşid də onun suallarını cavablandırmağa başladı.

13.Savromat çarı Skopasis

Səhər oldu və günəş öz şuaları ilə Savromat çöllərini işıqlandırmağa başlamışdı. Amaqa tərəfindən Rüstəmin böyük oğlunun yanına gedən elçi artıq Savromatiya sərhədlərinə gəlib çatmışdı və sərhəddə elçini ağır zirehli Savromat qadın əsgərlər qarşılayıb soruşdular:

- Kimsən və Savromat torpaqlarına niyə gəlmisən?

Elçi: Mən Sarmat çariçası Amaqanın elçisiyəm və Larkianın oğlu ilə görüşmüşəm. Bu sözdən sonra keşikçilər onu Savromat çarının sarayına gətirdilər və bu zaman savromarların çarı Skopasis idi. Skopasis(ἐβασίλευε Σκώπασις, προσχωρέειν Σαυρομάτας) —b.e.ə VI əsrdə yaşamış Savromat çarı və bacısı şahzadə Larkianın kiçik qardaşıidi. Bacısısının Təhmirə ilə olan döyüşdə faciəvi şəkildə həlak olmasından sonra ondan sonra taxta çıxmış və savromatları idarə etmişdir. Bacısının ölümündən sonra onun oğlu Aranı böyütmüş və ona Savromat döyüş sənətini öyrədərək əsl cəngavərə çevirmişdi. Larkian ölənə qədər uşağa Rüsvan adlandırsalar da ondan sonra Skopasis uşağa Aran deməyə başladı. O da digərləri kimi Təhmirədən intiqam almaq istəyirdi və onun üçün fürsət belə axtarırdı, lakin fürsət özü onun ayağına gəlmişdi. Çox keçmədi ki, Skopasisə Xurşidin gəldiyini dedilər və o da onu qəbul ettdi. Skopasisin yanına gələn Xurşid içəri daxil olub təzim etdi və dedi:

- Sizi salmlayırıam ey Savromat hökmdarı və xahiş edirəm ki, məni qəbul edib dediklərimi dinləyəsiniz!

- Sən kimsən və buraya niyə gəlmisən? – deyə Skopasis soruşdu.

- Adım Xurşiddir və sənin bacın oğlunu görməyə gəlmişəm və əgər icazə versən onunla görüşmək istəyirəm! – deyə Xurşid cavab verdi.

- Bacım oğlu Aranı nəzərdə tutursan, onunla nə işin ola bilər ki? – deyə Skopasis soruşdu.

- Mən onun atası Rüstəmin qardaşı, onun da əmisiyəm! – deyə Xurşid cavab verdi. Bunu eşidən kimi Skopasis sanki yuxudan ayıldı və qəzəblə bağırdı:

- Nə, Rüstəmin qardaşı, sənin o qardaşın üzündən mənim bacım canından oldu indi Rüstəmin əvəzinə sənin kəlləni burada almamağım üçün birsəbəb söylə?

Çarın sözlərindən əsla narahat olmayan Xurşid sakit tərzlə cavab verdi:

- Əlahəzrət, məsləhət görürəm ki, sakit olub qəzəbini söndürəsiz!

- Niyə ki? – deyə Skopasis soruşdu.

- Çünki, bu qəzəbi ümumi düşənimiz Təhmirəyə qarşı yönəltməli və hamımız öz qisasımızı ondan almalıyıq! – deyə Xurşid cavab verdi.

Təhmirə adını eşidən kimi Skopasis sanki cin atına mindi və bağırmağa başladı:

- O sürtüyün adını burada alma, mən özümü saxlaya bilmirəm!

- Saxlamalısınız əlahəzrət, çünki mənim qardaşım Rüstəmin və sənin bacınız Larkianın da ölümünə səbəb olan yeganə müqəssir odur! - deyə Xurşid yağlı dilin işə saldı.

-: Bəs nə təklif edirsən? – deyə Skopasis soruşdu.

- Mən buraya Amaqanın yanından gəlirəm və o da sizin və mənim kimi Təhmirədən intiqam almaq istəyir və biz də bu fürsətdən istifadə edib güclərimizi birləşdirərik! – deyə Xurşid cavab verdi.

- Axı ona tək gücümüz çatmaz? – deyə Skopasis soruşdu.

- İranın yeni şahı I Daranın saysız-hesabsız qoşunları onun üzərnə sel kimi axacaq və biz də şimaldan ona zərbə vuracağıq! – deyə Xurşid cavab verdi.

- Bu haqda düşünmək lazımdı ki, planımız suya düşməsin! – deyə Skopasis soruşdu.

- Siz düşünərkən mən də gedib öz qardaşım oğlumla görüşüm və həsrət gedim! – deyə Xurşid cavab verdi.

Xurşidi Skopasisin göstərişi ilə kamankeş Aranın yanına apardılar və onlar orada görüşdülər. Aranı görən kmi Xurşidin gözləri kəlləsinə çıxmışdı. Çünki, kamankeş Aran atası Rüstəmin əksi idi və onun kimi də boylu-buxunlu və qüvvətli idi. Aran atası Rüstəmə o qədər oxşayırdı ki, kimsə Rüstəmin öldüyünü deyə bilməzdi. Birdə ki əgər TəhmirəAranı görsə lap ürəyi gedər, çünki, Aran hap deyib Rüstəmin burnundan düşmüşdü. Xurşid Aranı da Təhmirəyə qarşı doldurub ondan qisas almaq üçün onun əsəbləri ilə oynayırdı. Söhbət əsnasında Xurşid Aranın yaxşı bir kamankeş olduğunu öyrəndikdə ona belə dedi:

- Sənin çox gözəl bir kamankeş olduğunu görüb sevinirəm və inan ki, əgər atan Rüstəm sağ olsaydı o da səninlə fəxr edərdi. Lakin sən indi boşu-boşunaqürrələnib öyünmə.

- Niyə ki? – deyə Aran soruşdu.

- Çünki sən burada ox atıb qürurlandığın vaxt atanın məzarda sümükləri sızıldayır. Ona görə ki, onun qatili olan Təhmirə sərbəst yer üzündə gəzir! – deyə Xurşid cavab verdi.

- Bəs mən neyləməliyəm? – deyə Aran soruşdu.

- Əgər sənin damarlarında həqiqətən də əzəmətli Rüstəmin qanı axır onda oxunun ücuna zəhər sürt və bu oxu uzaqdan sərrast atmaqla Təhmirənin qəlbinə sancarsan. Bax onda sənin atanın da intiqamı alınmış olar və o öz məzarında rahat yatar! – deyə Xurşid cavab dedi..

- Bunu etməcəyimi hardan bilirsən? – deyə Aran soruşdu.

- Onda and iç! – deyə Xurşid dedi.

- And içirəm ki bu zəhərli oxu atamın qatili o sürtük şahzadənin qəlbinə saplaram! – deyə Aran cavab verdi.

Bundan sonra Xurşid onunla vidalaşdı və yenə Amaqanın yanına döndü. Amaqanın əmri ilə Xurşid üçün ziyafət hazırlandı və biri-birindən gözəl xörəklər bişrilməyə başlandı. Ziyafətdən sonra Amaqa əlində bir qədəh şərab və ayağa durub belə dedi:

- Tihranın çarı, mən sarmatların çarı Medossakın arvadı şahzadə Amaqa, hamının önündə sənə söz verirəm ki, sənə kömək edəcək. Söz verirəm ki massagetlərə qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Biz birlikdə o pozğun və azmış qatil qadın Təhmirəni məğlub edib sənin taxtını sənə qaytararıq. Bundan sonra ziyafət gecəyə qədər davam etdi və Xurşid sevincək və xoş xəbərlərlə I Daranın yanına qayıtdı.

14.Xurşidin yolüstü Sakavrakaya(Tihraxudaya) dönməsi.

Beləliklə səhər açılar-açılmaz Xurşid yola düşdü və o, ona tapşırılan bütün şləri görmüşdü. O, tezliklə gəlib Kaspi dənizinin sahilinə çatdı və yolboyu Dah və Dərbint tayfalarının əlinə düşməmək üçün qayıqla Tihraxuda sahillərinə tərəf üzməyə başladı. İki günlük yoldan sonra o, gəlib Sakavrakaya sahillərinə çatdı və onu sahildəki dənizçilər qarşılayıb Tihra sarayına apardılar. Orada onu anası Rudabə səbirsizliklə gözləyirdi və ondan gözəl xəbərləri alacağına ümid edirdi. Xurşidinsə əlində nəinki anası Rudabəni, hətta bütün İranı sevindirəcək məlumatlar var idi və o özü də indi etdiyindən xoşhal idi. Tezliklə o, saraya daxil oldu və əmisi Sakesafarla görüşəndən sonra anasının yanına getdi. Lakin onun sarayda olmadığını eşitdi və saray çıxışında onu gözləyən atlıları görüb dedi:

- Siz kimsiz və məndən nə istəyirsiniz?

- Biz anan Rudabənin əsgərləriyik və o sənin gəlişinibu səhər dənizçilər xəbər verdi, o da bizi sənin dalınca göndərdi! – deyə atlılar cavab verdi.

- Bəs biz hara gedirik? – deyə Xurşid soruşdu.

Anan səni dəniz sahilindəki qalada gözləyir, tez ol atlan gedək! Bu sözdən sonra Xurşid də ata minib onların arxasınca çapmağa başladı və onlar gəlib dənizə çox yaxın bir qalaya çatdılar. Xurşid bu qalanı əvvəllər görməmişdi və ona görə də təəccüblə soruşdu:

- Bu nə qaladır belə, mən əvvəllər bu qalanı heç görməmişəm?

- Bu qalanı sən gedəndən sonra anan Rudabə tikdirib! – deyə əsgərlərdən biri cavab verdi.

- Kimin üçün tikdirib? – deyə Xurşid soruşdu.