Страница 31 из 68
- Bu nədir, mənə nə olur belə, yəni mən vurulmuşam?
Bu sözlərdən sonra o öz atını Aşxenin atı ilə bərabər sürüb dedi:
- Görürəm ağzına su almısa və heçnə demirsən?
- Nə deməliyəm ki? – deyə Aşxen cavab verdi.
- Heeç soruşmursan mən kiməm və hara gedirəm? – deyə Xurşid cavab verdi. Aşxen Xurşidin sözlərinə gülümsəyərək dedi:
- Sən də bizim kimi bir əsgərsən və yəqin ki tapşırıq dalınca gedirsən! – deyə Aşxen dilləndi. Bu sözdən sonra Xurşid bir az ürəklənib dedi:
- Sənə bir sirr açım!
- Sirrlərdən heç xoşum gəlmir! – deyə Aşxen cavab verdi.
- Yenə də sən bir məni dinlə! – deyə Xurşid əlavə etdi.
- Hə de görüm, qulağım səndədir! – deyə Aşxenm cavab verdi.
- Mən, sən düşündüyün kimi sadəcə bir əsgər deyiləm! – deyə Xurşid dedi.
- Bəs kimsən? – deyə Aşxen təəccüblə soruşdu.
- Mən bir hökmdaram! – deyə Xurşid cavab verdi.
- Pahoo, mən də İran şahzadəsiyəm! – deyə Aşxen gülümsəyərək dedi.
- Yox, yox, doğru deyirəm, inan mənə! – deyə Xurşid israr etdi.
- Yaxşı sakit ola, inandım sənə! – deyə Aşxen ona cavab verdi.
- Ama sən çox gözəlsən və niyə sənin kimi gözəl bir qadın könlünü mənim kimi bir igidə vermir? – deyə Xurşid öz hiyləsini işə saldı.
Bu sözdən sonra Aşxen üzünü Xurşidə tutub dedi:
- Çar olmasaydın sənə gələrdim, amma çarlardan nifrət edirəm!
Bunu eşitcək Xurşid dilləndi:
- Yox, yox, sözümü geri götürürəm, mən çar deyiləm, adi bir adamam!
- Hə, inandım sənə! – deyə Aşxen cavab verdi.
- Hə..gördüyün kimi çar deyiləm, indi mənə gələrsən? – deyə Xurşid soruşdu.
- Yox gəlmərəm! – deyə Aşxen cavab verdi.
- Axı niyə? – deyə Xurşid təəccüblə soruşdu.
- Çünki sən bir yalançısan və yalançılara nifrət edirəm! – deyə Aşxen cavab verdi.
Nəhayət onlar gəlib Savromat sərhəddinə çatdılar və ayrılma məqamı gələndə Xurşid çayı keçdi və bu zaman arxadan Aşxenin səsi gəldi.
- Məndən doğrudan xoşun gəlir?
- Hə, doğrudan xoşum gəlir! – deyə Xurşid cavab verdi.
- Onda geri tez qayıt! – deyə Aşxen səsləndi.
- Mütləq qayıdacağam! – deyib Xurşid gözdən itdi.
12.Xurşid, Rudabə Amaqa, Dara, Aşxadar və Skopasis ittifaqı.
Tezliklə Xurşid gəlib savromatların sərhədçilərinə çatdı və onlar da ondan kim olduğunu soruşdular. Sarmat sərhədçilətini görən Xurşid üzünü onlara tutb dedi:
- Şahzadənizə deyin ki mən Rüstəmin qardaşıXurşidəm və onu görmək istəyirəm. Rüstəmin adını eşidən kimi onlar Xurşidi Amaqanın yanına gətirdilər. Amaqanı görən kimi Xurşidin qəlbində qardaşına qarşı xainlik hisləri baş qaldırmağa başladı və o öz-özünə deyirdi:
- Ah Rüstəm, Rüstəm,sən nə imişsən və neçə-neçə belə gözəl qadın sənin əsirin olub ayaqların altına sərilmiş, amma sən onları görməzdən gəlmisən!
Çox keçmədi ki Amaqaya birinin onu görmək istədiyinibildirdilər və o onun kimliyini soruşanda cavab onu sanki yuxudan oyatdı. Gələn adamın Rüstəmin qardaşı olduğunu bilən kimi Amaqa dərhal yerindən durdu və qışqırdı:
- Xidmətçilər, tez olun onu buraxın gəlsin!
Bu sözdən sonra xidmətçilər Xurşidi içəri buraxdılar və o da içəri daxil oldu. Rüstəm öləndən bəri bütün illərini sərxoşluqla keçirən Amaqa sanki yuxudan ayıldı və gözləri ilə Xurşidi süzməyə başladı. Xurşid Rüstəmə o qədər də bənzəməsə də hər halda eyni qandan idilər və ondan Rüstəmin ətini ala bilərdi. Sonra isə Amaq üznü Xurşidə tutub dedi:
- Yəni sən doğrudanmı Rüstəmin qardaşısan?
- Çox təəssüf ki, qardaşıyam! – deyə Xurşid cavab verdi.
- Niyə təəssüf ki, olmaya ona nifrət edirdin? – deyə Amaqa təəcccüblə soruşdu.
- Yox, sadəcə onu sevən hər kəs mənim onun qardaşı olduğunu eşidən də məndən onun ətrini almağa çalışırlar və bu da məni kövrəldir. Çünki Rüstəm bir dəfə öldü, lakin mən hər dəfə kimsə onu məndən soruşanda mən ölürəm! – deyə Xurşid sakit tərzdə cavab verdi. Bu sözlərdən Amaqanın gözləri yaşardı və xidmətçi Valqadarı çağırıb dedi:
- Tez olun süfrə açın, əziz qonağımız gəlib və bir də tez Qatalı yanıma çağırın!
- Baş üstə şahzadəm! – deyə Valqadar təzim edib çıxıb getdi. Xurşidi görəndən sonra Amaqa özünə gələ bilmirdi və illər öncə qəlbində sönən alovlar yenidən atəşlənməyə başladı. Tezliklə Qatal gəlib çıxdı və qonağı görüb soruşdu:
- Ana, bu şəxs kimdir belə ki, sən ona şahlara layiq süfrə açmısan?
Amaqa gözlərinin yaşını silib dedi:
- Oğlum, bu sənin heç bir zaman üzünü görmədiyin atan Rüstəmin kiçik qardaşı və sənin əmin Xurşiddir.Bu sözlərdən heyrətə gələn Qatal ilk dəfə idi ki atası Rüstəmin soyundan və qanından olan bir nəfərlə görüşürdü və özünü itirdi. Bunu görən Xurşid hiyləyə əl ataraq göz yaşları töküb qollarını açıb dedi:
- Gəl oğlum, mən ata yarısıyam, qucaqla məni! -deyib Qatala tərrəf getdi. Xurşudun hiyləsi baş tutmuşdu və o indi həm I Daranın ona verdiyi tapşırığı, həm anası Rudabəyə verdiyi sözü və həm də Təhmirədən öz qisasını alacaqdı. Bunun üçün də Qatala o ki var sarıldı və ayağına gələn fürsəti dəyərləndirəcəkdi. Sonra isə onlar Qatalla üz-üzə oturub söhbətə başladılar və Qatal üzünü Xurşidə tutub dedi:
- Mənə atam əzəmətli Rüstəmdən danış qoy ürəyimdəki yaralar sağalsın!
- Atan Rüstəm kimi bir cəngavəri bu günə qədər heç bir ana doğmamış və əminəm ki bundan sonra da doğmayacaqdır. Atan Rüstəmdə tanrıların gücü vardı və onu cəng meydanında heç bir insan oğlu hələ məğlub edə bilməmişdir. Onun əzəmət sahibi olmasına baxmayaraq solğun və məyus bir həyatı var idi. O, daima yeyər –içər və içəndən sonra da məyus olardı, sanki həyatından küsmüşdü! – deyə Xurşid cavab verdi.
- Bəs bu qədər qüdrət sahibi olan atam Rüstəmi nə idi bu gözəl həyatdan soyudan? – deyə Qatal təəccüblə.
- Nə idi yox, kimidi? – deyə Xurşid cavab verdi.
- Anlamadım, məgər ona kim isə təsir edə bilirdi? – deyə Qatal soruşdu.
- Hə, varidi belə bir şəxs və o da onun ölümünə səbəb oldu! – deyə Xurşid hiyləsini işə salıb cavab verdi.
- Kimdir o şəxs söylə? – deyə Qatal qəzəblə bağırdı.
Xurşid yalandan göz yaşı tökə-tökə dedi:
- Əlbətdəki Massaget şahzadəsi Təhmirədir!
Bunu eşidən kimi Qatal ayağa qalxıb dedi:
- And olsun ki atamın qisasını ondan alacam və bu qılınc onun boynuna enəcək. Qatalın sözlərinə sevinən Xurşid onun paçasından tutub dedi:
- Rüstəmin qisasını almağı mən də istərəm, ancaq bunun üçün bizə müttəfiqlər lazımdır.
- Atamın bir oğlu da var Savromat şahzadəsi Larkiandan, onu da bu işə cəlb etməliyik! – deyə Qatal cavab verdi.
- Necə Rüstəmin səndən başqa bir oğlu da var? – deyə Xurşid təəccüblə soruşdu.
- Hə var, Qatal doğru deyir, lakin o Larkianın oğludur və o da atasının qatilinin Təhmirə olduğunu bilir və ondan intiqam almaq arusu ilə yaşayır! - deyə Amaqa cavab verdi.
Bu sözləri eşitcək Xurşid arxayınıaşdı və sonra sözünə davam edib dedi:
- İndiki belə oldu onda mənə qulaq asın,Təhmirəni bizim öldürməyimizə gərək yoxdur!
- Deyirsən onu sağ buraxaq? – deyə Qatal soruşdu.
- Yox sadəcə demək istəyirəm ki, onun bizdən başqa da düşmənləri var və onlar ilk olaraq onu öldürəcəklər!
- Necə? – deyə Qatal soruşdu.
- Tezliklə farslar Təhmirə tərəfindən öldürülmüş mərhum şahları II Kirin qisasını almaq üçünsel kimimassagetlərin üzərinə yürüyəcəklər. Mən də bura İranın yeni şahı I Daranın buyuruğu ilə gəlmişəm və o Təhmirəyə qarşı onunla ittifaq etmmizi təklif edir! – deyə Xurşid cavab verdi.
- Bu ittifaqa bizdən başqa kimlər daxildir? –deyə Amaqa soruşdu.