Добавить в цитаты Настройки чтения

Страница 30 из 68

8.Cahangir və Banu Goşasp

Əzəmətli Rüstəmin Aran,Qatal, Fərəməzdən əlavə digər bir qoğlu Cahangir və bir kiçik Banu Goşasp adlı qızı da var idi. Onun bu iki övladı Rüstəm Təhmirədən acıq edib kiçik qardaşı Fərnaqla Böyük Kirin yanına getdikdən sonarPasarqadda tanış olduğu bir fars qızından dünyaya gətirdiyi övladları idi. Belə ki, Rüstəm orada qaldığı müddətdəBöyük Kiri onubütün sakların çarı elan etdikdən sonar onu İsəthrdən olanfars əsilzadələrindən Evobazın qızı ilə evlədnirdi. Bu qızla qanuni bir evlilik yaşayan Rüstəm orada olduğu iki il müddətində hər şeydən uzaq sakit bir evlilik həyatı yaşadı. O bütün günü ova çıxır, ov ovlayır, quş quşçlayırdı. Bütün ov boyu ovladığı quşları və ceyranları kabab vurub yeyən Rüstəm üstünə də şərab içib keflənirdi. Rüstəmin evləndiyi o fars Evobazın qızının adı Mənijə idi. Rüstəmin Mənijə ilə iki illik evlilik əlaqələrindən Cahangir adlı bir oğlu və Banu Goşasp adlı gözəl bir qızı oldu. Akin Banu Goşasp doğulandan bir neçə gün sonra Rüstəm Böyük Kir ilə Babil üzərinəhücumda iştirak etdi və oradan da fürsət tapıb vətəninə döndü. Lakin Rüstəmin böyük oğlu Fərəmərz bütün bu müddət ərzində atası ilə birlikdə olmuş və onun Rüstəmin oğlu olduğunu əmisindən başqa kimsə bilməmişdi.Buna görə də Fərəmərz Pasarqadda qardaş və bacısının olduğunu bilən iki şəxsdən biri idi

9.Alban hökmdarı Asvagen

Amaqa Təhmirəyə qarşı ittifaq axtarırdı və gözlədiyi ayağına gəldi. Tezliklə I Daranın göndərdiyi Xurşid gəlib savromatlar ölkəsinə çıxdı. Sarmatiyaya gedən yol çox çətin və keçilməz idi və on il bundan əvvəl qardaşı Rüstəmin bu yolları dəfələrlə gedib-gəlməsi çox maraqlı idi. Kaspilərin qorxsundan albanların ölkəsindən keçməyi qərara alan Xurşidi Alban knyazı Asvagenin adamları tutdu. Lakin neçə il bundan əvvəl qardaşı Rüstəm də bu torpaqlardan keçərkən kiçik bir dəstə ilə sözün əsl mənasında bu albanlara od qoymuşdu. Çünki o zamanlar Rüstəmin 30 sakla onun min nəfərlik dəstəsinə qalib gəlməsi bütün hallarda döyüşkən olmayan albanlar üçün yenədə rüsvayçılıq idi. Lakin qardaşı Rüstəm tərəfindən təlim görmüş Xurşid təkbətək döyüşdə albanların çoxunu məhv edə bildi və bu da Alban knyazı Asvagendə təəccüb doğurmağa başladı[113]. Alban knyazı Asvagen öz köməkçisi Satoyu göndərib Xurşidə qılıncı yerə qoyub onlara qonaq olmasını bildirdi. Alban knyazının bu təklifini qəbul edən Xurşid albanlara qonaq olmağı qəbul edib qılıncı yerə qoydu. Xurşid üçün xüsusi ziyafət verildi və ona əsl qonaqpərvərlik göstərildi. Xurşid Alban çarının bu qonaqpərvərliyindən istifadı edərək ona dedi:

- Əlahəzrət sizdən bir istəyim var?

- Buyur, o nə istəkdir belə? – deyə Asvagen cavab verdi.

- Mən uzaq yoldan gəlirəm və çox uzağa gedirəm, sizdən məni buraxmağınızı xahiş edirəm! – deyə Xurşid dedi.

- Səni burada əsir tutduğumu necə düşünə bilərsən, mən səni yalnız qonaq etmşəm və istədiyin zamantorpağımdan gedəbilərsən! – deyə Asvagen cavab verdi.

Bunu eşidən Xurşidin gözləri işıqlandı və daha da ürəklənib dedi:

- Əlahəzrət, siz də məndən bir şey istəyin və bəlkə soruşmaq istədiyinzi bir şey varsa soruşun?

- Hə var! – deyə Asvagensakit tərzdə cavab verdi.

- Buyurun soruşun! – deyə Xurşid dedi.

- Uzun zaman öncə bu torpaqlara cənubdan bir dəstə suvari gəldi və saylarının az olmalarına baxmayaraq mənim çoxlu əsgərlərimi qırıb qurtardı! – deyə Asvagen qəzəbli bir tərzdə cavab verdi.

- Bəs adı nə idi o cəngavərin? – deyə Xurşid soruşdu.

- Adı Rüstəm idi! – deyə Asvagen cavab verdi.

Rüstəm adını eşidən kimi Xurşidin rəngi dəyişdi və tez knyazı qabaqlayıb dedi:

- Hə tanıyıram, siz Sak şahzadəsi Təhmirənin əri Rüstəmi deyirsiniz!

- Necə, sən onu tanıyırsan? – deyə birdən gözləri kəlləsinə çıxmış Asvagen bağırdı.

- Bəli tanıyırdım, o İran şahı Böyük Kir tərəfindən öldürüldü! – deyə Xurşid cavab verdi.

- Necə, öldürüldümü? – deyə Asvagen təəccüblə soruşdu.

- Bəli, o indi həyatda yoxdur! – deyə Xurşid cavab verdi.

Bunu eşidən kimi Alban knyazı bağıraraq albanlara dedi:

- Eşidirsiz albanlar, düşmənimiz Rüstəm gəbərmişdir!

Sonra üzünü Xurrşidə tutub dedi:

- Sən bizə şad xəbər gətirib bizi sevindirdin və buna görə də səni buraxıram. Bundan sonra Alban çarı Asvagenin əmri ilə Alban əsgərləri Xurşidialanlarla olan sərhədə qədər müşaiət etdilər.

10.Alan hökmdarı Aşxadar.

Aəsrhəddi keçəndən sonar Xurşid alanların ölkəsinə daxil oldu. Lakin o bir müddətdən sonar alan sərhəddçiləri tərəfindən ələ keçirildi. Onu tutan alan əsgərləri sorğu –sual etməyə başladılar.Lakin alanlar onun sarmrmatların yanına getdiyini biləndə onu həbs edib zindana atdılar. Alan hökmdarı Aşxadar Xurşidi yanına gətirməyi əmr etdi və keşikçilər onu dərhal hökmdarın yanına gətirdilər. Xurşid Aşxadarın otağına daxil olanda onun bütün bədənini qorxu bürümüş və ayaqları belə tir-tir əsirdi. Çünkidaha qədimlərə baxsaq Alan hökmdarı Bartazadı məhz onun qardaşı Rüstəm öldürmüşdü. İndi əgər alanlar bundan xəbər tutsalar onu dərhal edam edə bilərdilər. Xurşid içəri girəndə Aşxadarbir yerdə xalça üzərində birtərəfli uzanaraq yemək yeyirdi. O, uzun qara saçlı, qalın qaşlı, qalın saqqalı və zəhmli biri idi. Aşxadarqarşısında qoyulmuş yarı bişmiş cüyran ətini eşir, arabir şərab içir və üzüm yeyirdi. O, yemək yeyərkən o qədər mırçıldayırdı ki, hətta Xurşid əsir olduğunu unudub o da süfrəyə əyləşmək istəyirdi. Lakin Xurşidi görən kimi Aşxadar onaöz zəhmli gözləri ilə süzməyə başladı və sonra da üznü ona tutub dedi:

- De görümkimsən və nə cürətlə alanların torpaqlarına daxil olmusan?

Xurşid sususrdu və bunu görən Aşxadar daha bərkdən bağırıb dedi:

- Karsan, səndən söz soruşdumvə sən də cavab ver?

Bu səsdən az qala tumanına edən Xurşid zəif səslə cavab verdi:

- Mən yazıq bir tihraxudalıyam və savromatların yanına gedirəm!

- Sarmatların yanına niyə gedirsən? – deyə Aşxadar soruşdu.

- Mən oraya gedib ondan kömək almaq istətirəm? – deyə Xurşid cavab verdi.

- Kimə qarşı? – deyə Aşxadar soruşdu.

- Massagettlərin o sürtük şahzadəsi Təhmirəyə qarşı! – deyə Xurşid cavab verdi. Təhmirə adını eşitcək Aşxadar dik durdu və bağırdı:

- O pozğun mənim qardaşım Xosrovun başını bədənindən ayırıb və mən də onun başını bədənindən ayırmaq üçün qisas hissi ilə yaşayıram!

Aşxadarın bu sözlərində ürəklənən Xurşid öz hiyləsinin işə yaradığını görüb daha da ürəklənib dedi:

- Əlahəzrət, siz də kömək edin qoy o arsızdan öz qisasımızı və sizin də mərhum qardaşınız Xosrovun qisasını alaq!

Xurşidin sözlərindən duyğulanan Aşxadar üzünü Xurşidə tutub dedi:

- Mən sənə əlimdən gələn köməkliyi edərəm, təki o qadınından öz qisasımı alım. Sonra isə o Aşxen deyə bağırdı və bu zaman bir zirehli geyimdə olan alan qız içəri girib təzim etdi.

- Bu mənim qızım Aşxendir və Qaf dağlarından dənizlərə qədər olan çöllərdə ona tay olan döyüşçü yoxdur. Yol quldurlarla doludur və savromatiyaya qədər yalnız o səni öz dəstəssi ilə muşaiət edəcək

11.Alan şahzadəsi Aşxen

Aşxen çar Aşxadarın qızı idi və Aşxadarın Aşxendən başqa bir oğlu da var idi ki, adı da Saroy idi. Saroy taxt-tac varisi olduğundan bu cür işlərə yalnız Aşxen nəzarət edirdi. O, qadın olsa da yüzlərlə kişi döyüşçünün öhdəsindən gələ bilir vəcəng meydanından həmişə salamat qayıdırdı. Aşxen öz igdliyi ilə çöllərdə ad qazanmış və öz adı ilə digər tayfalardan olan qadın hökmdarların da qısqanclığına səbəb olmuşdu. O, mahir qılınc oynadır, at çapır. sərrast ox atır və yaxşı kəmənd ata bilirdi. Onun özünə məxsus döyüş taktikası var idi və o at üsündə cəngə girən zaman rəqibinə yaxınlaşanda cəld öz atının altına əyilib sonradan çıxa bilirdi. Bununla o, rəqib keçən kimi qalxıb onun arxadan çiyinlərin özünü atıb onu da atdan salır və daha sonra yerdə öldürüdü. Aşxenin özünün bir şeypuru da var idi və düşmən üzərinə yürüyəndə onu çalır və digər alanları xəbərdr edə bilirdi. O döyüşkən olmaqla bərabər həm də çox gözəl idi və buna görə də Amid çarı böyük Tirdatona elçi düşmüşdü. İlk görüşdən qıza aşiq olan Tradat onun ayaqlarına qapanmış və ona ərə gəlməsi üçün Aşxenə hətta yalvarmışdı. Atasının təkidi ilə böyük Tirdatla nigah bağlayan Aşxen daha sonralar ondan ayrılmağa qərar vermşdi. Çünki Alan qanunlarına görə heç bir Alan qadını hər hansı bir kişinin təsiri altında yaşamamalıdır. Bu səbəbdən də sərbəstliyə öyrəşən və yalnız özündən əmr Alan Aşxen tezliklə böyük Tirdatdan ayrılıb yenə vətəni Alaniyaya[114] qayıtmışdı. İndi o indi azad bir qadın idi və istədiyi bir kişi ilə bir ola bilırdi. Nəhayət Aşxadarın əmri ilə onlar yol düşdülər və Aşxen də bir neçə əsgərlə Xurşidi savromatiya sərhədlərinə qədər muşaiət edirdi. Yolboyu susub heç bir şey soruşmayan Xurşid gözlərini ancaq Aşxenə zilləmişdi. Aşxenin uzun sarı hörükləri, mavi gözləri və gözəl quruluşu onu valeh etmişdi. Nə qədər daşürəkli olsa da Xurşid Aşxenin qarşısında öz buzlarını əritməyə başladı. Bütün bunları öz bədənində hiss edən Xurşid öz titrəyən əllərinə və döyünən ürəyinə qulaq asıb dedi: