Страница 29 из 68
5.Fərəmərz
Bu övladlardan Faramarz onun böyük oğlu idi, lakin Rüstəm ona heç bir zaman oğlu kimi baxmamırdı. Belə ki, Rüstəm hələ II Kirin yanından geri qayıdan zaman Urartu ölkəsində Urartu qalasında muhasirədə olanda beləFərəmərz onun yanında olmuş və onunla çiyin-çiyinə vuruşmuşdur. Rüstəm Fərəmərzin onun oğlu olduğuna belə əmin olmadığı üçün ona heç bir zaman diqqət yetirməmişdi. Fərəmərzin anası Taliyalı dəmirçi Ərcəspin qızı Suruş adlı dağlı bir qızı idi. O, Taliy O hirkaniyanın Zadrakarta qala şəhəri yaxınlığındakı Kelxor məntəqəsindən idi. Fərəmərz çox güclü,qüvvətli və mahir qılınc oynadan bir cəngavər idi. Onun atasından yeganə fərqi isə çox səbirli olması idi. Onun Rüstəmin əksinə olaraq bu qədər səbirli olması atası ilə yollarınınhələ gənc vaxtlarından ayrılması ilə nəticələnmişdi. Bu səbəbdən də Fərəmərz öz ömrünüçox hissəsini anasının yanında keçirmişdi. Rüstəmi isəanasına verdiyi bazubəndlə tapmışdı.Atasını tapa da Fərəmərzin sevinci çox uzun sürmədi. Çünki atası Rüstəm nəqədər əzəmətli və güclü olsa da bir o qədər də laqeyd adam idi. Rüstəmlə onun arasında belə də çox fərq olmamasının əsas səbələrindən biri də atasının hələ çox gənc yaşarda anası ilə tanış olması idi.FərəməzFərəməz olan zaman atasının nə Təhmirə ilə, nə Larkianla, nə də Təhmirə ilə hələ tanışlığı yox idi. Bunlar az imişRüstəm özü belə Fərəməzin onun oğlu olduğunu uzun müddət hamıdan gizlətmişdi. Bütün bunlara baxmayaraq Fərəmərz atası ilə tanış olandan onu tək buraxmır və daima onun qayğısını çəkirdi. Fərəmərz Rüstəmə oğul yox, əsl yoldaş və sirdaş idi. O bu xasiyyəti ilə öz kiçik əmisi Fərnaqa daha çox bənziyirdi. Belə ki, Fərəmərz də əmisi Fərnaq kimi çox az danışan, hər şeyə və hər kəsə inananadam idi. Onun ənmaraqlıcəhəti isə qadınlara meylinin az olması idi. O da əmisi Fərnaq kimi gecələr yatmır və hər gecə atasınınotağının qapısı ağzında əyləşib səhərə qədər onun keşiyini çəkirdi.bütün bunlara baxmayaraq Rüstəm yenə də səhərlər durub onu qapısı ağzında keşik çəkən görəndəona soyuq-soyuq baxıb sonra da yoluna davam edirdi.
6.Kamankeş Aran
Rüstəmin Savromat şah-zadəsi olan Larkianla sevgisindən bir oğlu dünyaya gəlmişdi. Bu oğlan uşağının burnu Rüstəmin burnuna oxşadığı üçün Larkian onu Rüsvan(bax: savromatça Rüstəmburun) deyə çağırırdı. Rüstəm Larkiandan sonuncu dəfə ayrılarkən ona Tihraxuda padşahlığına aid olan və üzərində Şir-e Xorşid(Günəşli Şir) rəsmi olan bir bazubənd verib demişdi:
-Əgər oğlum olarsa onun qoluna bağlarsan qoy gəlib məni tapsın və bu bazubəndi mənə göstərsin!
Lakin Rüstəmin uzun müddət Larkianın yanına qayıtmaması və bütün solğun evlilik həyatına baxmayaraqyenədə o Təhmirəni seçməsi və onun yanında qalması Larkianı qəzəbləndirmişdi. Buna görə də Larkian Rüstəmə oğlu haqda heç bir məlumat verməmiş və uşağı ondan gizlətmişdi. Larkianın Rüstəmə küskünlüyü o qədər böyük idi ki, o hətta ölüm ayağında belə bu haqda Rüstəmə bir kəlmə də demədi. Uşaq savromatlar içərisində böyüyüb onlarla qaynayb qarışır. Aranın on yaşı olanda Larkian Təhmirənin atdığı ox nəticəsində ölür və bundan sonra Larkianın oğlunu qardaşı Skopasis[111] böyüdür. Skopasis qarşısına bacısının qisasını almağı qoyur və bu yolda müxtəlif addımlar atmağa başlayır. O, ilk növbədə Rüstəmin oğlunun adını dəyişib Aran qoyur və ona çöx gözəl ox atmağı öyrədirədir. Skopasis özü mahir oxatan olduğu üçün bu sənəti o canla-başla Arana öyrədir. Çox keçmir ki, Aran böyüyüb məşhur bir oxatan olur və Savromat çöllərində kamankeşAran və ya kamangirAraş kimi məşhur olur. Deyilənlərə görə heç bir ceyran Aranın atdığı oxdan yayına bilməmişdir. Aran o qədər dəqiq və sərrast atırdı ki göydə uçan şahini belə vurub yerə sala bilirdi. Kamankeş Aranın igidliyi hər mahala, hər elə yayılmışdı, hətta abxazlar belə ona şeirlər qoşur və nəğmələr deyirdilər. Abxazlar Aranın atının qanadları olduğunu iddia edirdilər, çünki sürətlə qaçan bir ceyranı tuta bilirdi. Aran zahirən öz atasına çox bənzəyirdi və bu səbəbdən də Skopasis çox vaxt ona üzünə qara rəng sürtməyə məcbur edirdi ki, görənlər onuoxşatmasın. SkopasisLarkianın kiçik qardaşı olsa da o Larkianı çox sevmiş və anasınının yerinə qoyurdu. Busəbəbdən də onun Aranı mahir bi oxatana çevirməsinin də xüsusi bir səbəbi var idi. O, Təhmirəni öldürmək istəyiri və bu yolda da addımlıyırdı. Skopasis çox yaxşı bilirdi ki, Təhmirəyə yaxınlaşıb onu öldürmək mümkün olmayacaq və bu üzdən də onu yalnız uzaqdan vurmaq lazım gələcək. Ona görə də o bu iş üçün məhz Rüstəmin oğlu Aranı seçmişdi. Bu yolla həm Skopasis bacısının, Aran isə atası Rüstəmin qisasını alacaqdı. Aran(Araş) isə öz növbəsində hələ on yaşı olanda ilk dəfə atasını görmüşdü və bu günə qədər də onu simasını yadından çıxarmamışdı. O vaxt onu atası ilə məhz Sarmat şahzadəsi Amaqa tanış etmişdi və o vaxtdan Aran bir daha atasını görmədi. Bu səbəblə də Aran atasının qisasını almaq üçün Təhmirəyə qarşı muharibəyə hazırlaşırdı.
7.Qatal
Rüstəmin daha bir oğlu var idi və bu uşaq Rüstəmlə Sarmat şahzadəsi Amaqanın sevgisindən yaranmışdı. Larkian kimi Amaqa da Rüstəmə qəlbən vurulmuş və ona xüsusi sevgi bəsləyirdi. Lakin Rüstəmin onu yox yenə də o sürtük Təhmirəni sevməsi Amaqada da ona qarşı xüsusi nifrət yaratmışdı. Amaqanın ən böyük arzusu Rüstəm kimi bir pəhlivandan onun kimi güclü və qüvvətli bir oğula sahib olmaq idi ki, buna da nail olmuşdu. Larkiandan fərqli olara Amaqa sağ idi və öz oğlunu özü böyütmüş və ona öz sarayında ən yaxşı tərbiyəni vermişdi. Amaqa uşağa Spitaman - Russan adıını qoymuşdu və bu adı Rüstəmin şərəfinə qoymuşdu. Lakin hər bir qaydada sarmatlar saklarla zidd olduğundan bu Sak adını xoşlamır və bunu açıqca şahzadəyə bildiridilər. Bu səbəbdən də şahzadə Amaqa öz xalqına onu sarmatlara uyğun bir adla adlandırılmasına icazə verdi. Sarmatlar da Rüstəmin oğlu Spitamanı özlərinin qədim əjdadlarından biri olan Qatalın adı ilə adlandırdılar və o vaxtdan Spitamanı Qatal adlandırmağa başladılar[112]. Lakin Rüstəmin ölümü hamı kimionu özündən də çox sevən Amaqanı kədərə qərq etdi. Bu səbəbdən də Amaqa Təhmirəyə qarşı xüsusi nifrət hissi ilə yaşayır və ondan qisas almağa çalışırdı. Bu üzdən də o öz oğluna qılınc oynatmağı, at çapmağı və dəxi bütün döyüş sənətini öyrətdi. O çox yaxşı bilirdi ki. Güngələcək. O Təhmirədən öz qisasını alacaqdır və bunun üçün müttəfiq axtarırdı. Beləki, gözlədiyi müttəfiq ayağına gəldi və çox keçmədi ki, I Daranın göndərdiyi Rüstəmin qardaşı Xurşid gəlib çıxdı və o da onunla ittifaq bağladı. Qısa müddətdə Qatal da böyüyübatası kimi igid bir cəngavər oldu və hamı ona həsəd aparırdı. O, hündür boylu, uzun saçlı mavi gözlü və qolu qüvvətli idi. Sarmatların tayfa bayramlarında yarışmalarda qolunu bükən igid tapılmırdı. Yüksək ehtimalla bu güc-qüvvət ona atası Rüstəmdən keçmişdi. Qardaşı Arandan fərqli olaraq Qatal atası Rüstəmi heç bir zaman görməmiş, onun haqqında yalnız anasından eşitmişdi. Qatal hərkimdən Rüstəm haqda soruşanda ona böyük bir qəhrəmanlıq dastanı danışılır və o da bundan həzz alırdı. Ayrıca olaraq Amaqa oğluna onun daha birqardaşının olduğunu demiş və bu üzdən də onlar vaxtaşrı görüşüb dərdləşirdilər. Hər iki qardaş ataları Rüstəmin ölümünün tək müqəssiri olan Təhmirədənintiqamlarınmı alacaqlarını deyirdilər. İndi Qatal öz böyük qardaşı Aranın atasına oxşadığını bilib daima ona baxır və sanki ondan atasının ətrini alırdı. O hər yerdə Rüstəmin yalnız yaxşı sözlərini, igidliklərni və qəhrəmanlıqlarını eşidir və bununla öyünürdülər.