Страница 28 из 68
- Öz qızlar ordusuna görəincimişdir şahzadəm! – deyə Fərhad cavab verdi.
- Niyə və kimdən incimiş ki, bəlkə öz ordusunu artırmaq istəyir? – deyə şahzadə təəccüqblə soruşdu.
- Elə Sodia bu barədə danışırdı, qadın ordusunu iyirmi minə çatdırmaq lazım idi amma zəhmət boşa getdi! – deyə Fərhad cavab verdi.
- Bitir, bitir Fərhad, sən öz yox, mənim bacım haqda danışırsan! – deyə şahzadə qəzəblə.
- Onu bağışla şahzadəm, o bu orduya o qədər əmək qoydu - deyə Fərhad cavab verdi.
- Mən başa düşürəm ki indi bacım üçün çətindir bir uşağı anadan almaq qədər ... Ona deyim ki ona ehtiyacım var . Fərhad, böyük və dəhşətli bir şeyin gələcəyini düşünürəm! – deyə şahzadə cavab verdi.
- Sakit olun şahzadəm, sarmatlardan daha güclüyük amma Farsda qarışıqlıq var və onun bizə vaxtı yoxdur. Əksinə, indi bizdən daha çox qorxurlar. Əgər daxildən narahatsızsa kəşfiyyatçılara əmr verin qoy Amaqa, Qatal, Dara, Xurşid, Rudabə, Sakasesfar və ... Skunhanın hər addımını izləsinlər! – deyə Fərhad dilləndi.
- Bilirsən Fərhad, bütün bunların səbəbkarı mənəm və mən düşünürdüm ki ərim Rüstəmin ölümündən sonra onun ruhu şad olsun deyə massaqetlərlə tihraxudalar birləşər. Lakin mən səhv etmişəm, mən tihraxuda taxtına Rüstəmin yerində olan Xurşudu çıxarıb yerinə Skunhanı qoymaqla yanılmışam. Onun əlindən heçnə gəlmir və o Rüstəmin anası Rudabənin qarşısını heç cür ala bilməz. Amma düşünürdüm ki, Skunhanı oraya qoymaqla Rudabənin hakimiyyəti ələ keçirib üstümə qalxmasının qarşısını ala bilərəm! -deyə şahzadə cavab verdi.
- Bəli şahzadəm düz deyirsiz, bu çox təhlükəlidir! – deyə Fərhad əlavə etdi.
- Rüstəm güclü olduğu qədər də geniş qəlbli idi, o həm Savromat şahzadəsi Larkianı, həm Sarmat şahzadəsi Amaqanı, həm də İran şahı Böyük Kiri üstümüzə yürüş etməkdən yayındıra bilmişdi. Amma indi qaynanam Rudabə və qaynımXurşud həm Amaqanı, həm Qatalı və həm də I Daranı üstümə yürüməyə kökləyirlər!– deyə Təhmirə şikayətləndi.
- İndi nə etməyi əmr edisriniz şahzadəm? – deyə Fərhad soruşdu,
- Amaqaya və Qatala qarşı 20 min nəfərlik ordu hazırla və sonra da Sodianı tapıb yanıma göndər! – deyə şahzadə cavab verdi.
- Baş üstə şahzadəm!- deyə Fərhad təzim edib çıxıb getdi.
Sodia qaşqabağını sallayıbşahzadənin yanınagəldi. Amma Təhmirə sevincək sürətli bir addımla sevimli bacısını möhkəm qucaqladı və dedi:
- Xoş gəldin əziz bacım, sənə o qədər ehtiyacım var idi ki, yaxşıki gəldin.
- Məgər biz bu günlər üçün and içməmişikmi? – deyə Sodia da onu qucaqlayb cavab verdi.
- Qızım Abzu məni rahat buraxmır və sevimli xalasını soruşur ,xala da yoxdur, yox! – deyə Sodia deyindi.
- Abzunu gördüm, böyüyüb gözəl bir qız olub! – deyə şahzadə cavab verdi.
- Sən yalan danışırsan şahzadə ...!
- Bilirəm, bilirəm gizli görüşmüsüz, Abzu və "əziz xala!".
Abzu hələ bütün təlimatlarınıza baxmayaraq düzgün yalan danışmağı öyrənmədi ...! – deyə Sodia əlavə etdi.
- Hə elədir! - deyə Təhmirə cavab verdi.
- Bilirsən nəyə görə mənim qəlbimi qırırsan hiyləgər şahzadə? – deyə Sodia soruşdu.
-“Sən də qəzəblənirsənSodia,qocalırsan və ya nədir? – deyə Təhmirə cavab verdi.
- Əlbətdə ki cavanlaşmıram, amma burada bacı istirahət vermir ...deyə Sodia dedi.
- Mən etmirəm Sodia, zəmanə edir! - deyə Təhmirə cavab verdi.
- Bacıcan, onlar bizim üçün əvvəl düşmən idilər, sonrada ərin, əşi bəsdir görüm. Sən Rüstəmi belə əldə edə bildin. Abzu uğursuz atasını sevir və bu qədər erkən yaşda övladıma sağalmamış yara vura bilmirəm. Etiraf etməliyəm ki, Tihraxuda və massagetlərin birləşdirilməsi ümudi sönüb, lakin vaxt gələr Sakesafar ölər və Skunha onun yerinə keçər. Bax onda mən Skunhanı
- Bilirəm, Fərhadla mən öz casuslarımızdan bütün bunları öyrəndik! – deyə şahzadə cavab verdi.
- Mənim öz casus qadınlarım var şahzadəm! – deyə Sodia dedi.
- Sən nəqədər qapalı bir adamsan, bunları məndən belə gizləmisən Sodia? – deyə Təhmirə təəccüblə soruşdu.
- Mən Fərhaddan belə gizləmişəm və gizli olaraq sarmatlarla sərhədə 20 minlik ordu çıxarmışam! – deyə Sodia cavab verdi.
- Əziz bacım Sodi, sən yaxşı ki varsan, yoxsa mən darıxardım! – deyə şahzadə onu məzəmət etdi. Bu sözdən sonra rəfiqələr biri-birinə baxıb sonra qucaqlaşdılar. Bundan sonra Təhmirənin gözləri yaşardı və dedi:
- İndi mənə icazə ver mən oğlum Fərqapın və ərim Rüstəmin məzarını ziyarətə gedim.
- Məni də özünlə apar! – deyə Sodia dedi.
- Hə bacım, mən bundan sonra sənzis bir addım da atmayacam! – deyə şahzadə cavab verdi.
4.Rüstəmin oğulları
Rüstəmin faciəvi ölümü saklarla bərabər şərqi Avropa düzündə yaşayan bütün Ari-Sak tayfaları ayağa qaldırmışdı. Bu acı xəbərieşidən hər kəs Rüstəmə yas saxlayır və onu ölümündə günahkar olan hər kəsə lənət oxuyurdular. Lakin Rüstəmin ölümündə bir nömrəli səbəbkarın Təhmirə olması bütün Skif-Kimmer və Sak tayfalarını Təhmirəyə qarşı qaldırmağa yetmişdi. Qısa bir müddət ərzində demək olar ki, Təhmirəyə sadiq olan tayfaların yarısı ondan üz döndərməyə başladı. Rüstəm nə qədər Tihralı olsa belə o bütün öz ömrünü sakları xarici düşmənlrdən qorumaqla keçirmişdi. Rüstəm sakları o qədər çox sevirdi ki, hətta bu yolda atasından sonra taxta çıxmağı belə rədd etmişdi. O, sakların yanına Sakalilavrakaya getmiş və ölümünün sonlarına qədər orada yaşamışdı. Saklardan başqa Rüstəmin acı ölümü sarmatları və savromatları da hövsələdən çıxarmış və onlar da bu işdə yalnız sürtük Təhmirəni müqəssir hesab edirdilər. Bu işdə əsasən Təhmrənin üzündən ölmüş Larkianın bacısı Apana, Sarmat şahzadəsi Amaqa və Rüstəmin anası Rudabə xüsusi rol oynayırdılar. Bundan əlavə Rüstəmin Təhmirə ilə olan solğun evlilik həyatından bezib tez-tez gah Savromat şahzadəsi Larkianın, gah da Sarmat şahzadəsi Amaqanın yanına gedib aylarla orada qalması onun üçün yeni bir irsi buraxmışdı.Beləki, Rüstəm daxilən bu iki şahzadə qıza sevgi bəsləməsə də onlar isə onun əksinəolaraq ona vurulmuş və onu qəlbən sevirdilər. Rüstəmin Larkianla yaşadığı sevgi məcaraları Rüstəm üçün sadəcə əyləncə xarateri daşısa da Larkian üçün əsl sevgi idi və onun qəlbində dərin iz buraxmışdı. Bu üzdən də Larkian Rüstəmlə olan sevgisindən ona bir oğul doğmuşdu. Rüstəmin bundan xoşhal olmayacağını zə