Страница 27 из 68
- Əgər məndən sonra bura hakm olan şəxs pula ehtiyacı olsa onda mənim qəbrimi açıb ordan istədiyi qədər qızıl götürsün! Lakin buna ehtiyacı olmadıqda mənim qəbrimi açmasınlar ,çünki bu heç də yaxşı olmaz”. Bu səbəbdən də nə Böyük Kir, nə Kambiz, nə Bardiya, nə saxta maq Smerdes, nə də üsyançı Nidintu-Bel onun qəbrini açmamışdılar. Amma I Dara dözməyib o qəbri açmağı əmr etdi. Lakin ağıllı və uzaqgörən bir siyasətçi olan Nikatris gələcəkdə kiminsə onun qəbrini açacağını bilmişvə orada o şəxsə bir təhqiramiz cavab yazmışdı. I Dara qəbri açdı, lakin orada heç bir qızıla rast gəlmdi, amma məzarın içindəki bu yazıya rast gəldi və orada deyilirdi:
- “Əgər sən ağıllı və uzaqgörən padşah olsayadınonda pula ehtiyacın olmazdı və bunun üçün mənim qəbrimi açıb məni narahat etməzdin”.
Bu yazını oxuyandan sonra I Daranın rəngfi dəyişdi və özünü təhqir olunmuş hesab etdi. Bu hadisədən sonra babillilər onu “alverçi” və “xırdaçı” adlandırmağa başlamışdılar. Bu fikri I Daranın başına Baktriyalı tacir qoymuşdu və I Dara da ona uydu. Babil üsyanını yatırdıqdan sonra indi I Daranı qarşısında daha üç üsyançı dururdu və bunlar Frada, Fravartiş və Vahyazdat idilər. I Dara düşünürdü ki, ilk növbədə Fars əyalətini təmizləmək lazım idi. Xalqın və ordunun çox hissəsi I Daraya sadiq idi, lakin qalanları isə Vahyazdatın ardınca gedirdilər. Çünki həmən xalq I Daraya çoxlu vergi və xərac ödəməli olurdular, amma həm Bardiya, həm də Vahyazdata xalqdan heç bir vergi toplamırdı. Hər üç üsyan rəhbərləri farsları digər Ari olmayan xalqlardan aşağı tuturdular və bu da xalqı I Daranın arxasınca getməyə yönəltdi. Nəhayət I Dara ilk öncə Harpaqın üzərinə getməyi qərara aldı, çünki Harpaq midiyalı idi və onun çağırışına qohum Sak tayfalarının ahmısı köməyə gələ bilərdilər. Birdə ki əgər o digər üsyançılar olan Vahyazdata, Fravartiş və Frada ilə də birləşsə onda onların gücü birə-min artacaq və onları məğlub etmk çox çətin olacaqdı. Beləliklə I Dara Harpaqın üzərinə getməyi qərara aldı. Beləliklə Harpaqın yanındakılar bir-bir onu tərk etməyə başladılar və Mitridat qərara aldı ki, farsların hakimiyyəti altında idarə etmək daha çıxarlıdır. Bunun başqa səbəbləri də var idi və Amid qoşunları sakları dəstəkləmədilər. Amid qoşunlarından yalnız Xaldinin oğlu və Tirdatın qardaşı oğlu Arha kiçik bir dəstə ilə Harpaqın tərəfinə keçdi və oz əmisini qorxaqlıqda ittiham etdi. Tirdatın çoxsaylı ordusunun əvəzinə Arhanın kiçik dəstəsinin köməyə gəldiyini görən Harpaquduzduğunu başa düşdü. Onun yeganə yolu farslara qarşı Midiyada cəmləşən Fravartişin yanına gedib onunla birləşmək idi. Ona görə də Harpaq Fravartişin yanına öz elçilərini göndərdi, lakin aldığı cavab maraqlı idi və Fravartiş öz cavabında belə deyirdi:
- Bir zamanlar ulu babamız Kiaksar Madi başda olmaqla bütün sakları və massagetləri bu müqəddəs Midiya torpağından qovdu, lakin indi mən başa düşürəm ki, burada yenə o oyratlılardan qalıb. Əgər qalib gəlsəm ilk işim o sürtük Təhmirə başda olmaqla bütün massagetləri bu müqəddəs torpaqdan qovub çıxaracam!
Lakin artıq gec idi və I Dara öz qoşunu ilə saklrı muhasirəyə ala bilmişdi. Bu xəbəbəri eşidəndə artıqiş-işdən keçmişdi və farslar sakları ucdantutma qırmağa başladılar, yalnız Arha öz canını qurtara bildi. Beləliklə I Dara yolundakı bir maneəni də yox etməyə qadir oldu.
3.Təhmirə(Tomiris)
Tezliklə II Kambizin ölümü, saxta maq Smerdesin hakimiyyəti zəbt etməsi və I Daranın ona qalib gəlib İran taxtına çıxması kimi xəbərlər dünyanın dörd bir tərəfinə yayıldı. Bu səbədən də bəz əyalətlər üsyana qalxıb müstəqil olmağa hazırlaşırdılar. Tezliklə Iranda baş verənlərTəhmirənin də qulağına gedib çatdı. Təhmirə bu xəbəri eşidən kimi taxtından qalxdı və həyəcanla geniş dəhlizdə o başa, bu başa gedə-gedə dedi:
- Demək II Kambiz öldü və I Dara hakimiyyəti ələ keçirdi?
- Bəli şahzadəm! - deyə yanındakılar bildirdilər.
- Dara, Dara? – Bu Margiana satrapı Hiştaspın oğlu Dara deyilmi? – deyə Təhmirə yenə soruşdu.
- Elədir ki var şahzadəm, ancaq indi Hiştasp Parfiya satrapıdır! – deyə Fərhad cavab verdi.
- Bəs necə bir oğul atasından əvvəl Iranda hökmranlıq edə bilər? – deyə şahzadə soruşdu.
- İndi belədir şahzadəm! – deyə Fərhad cavab verdi.
- Kəşfiyyatçılarımız daha nə deyir Fərhad? – deyə şahzadə soruşdu.
- İran yanır şahzadəm! – deyə Fərhad cavab verdi.
- Məni aldatma Fərhad! – deyə şahzadə dilləndi.
- Margiana ayağa qalxıb üsyan edir və rəhbərləri dədulusçu Fradatdır! – deyə Fərhad cavab verdi.
- Aha, haomavarqların çoxalmasını dayandırın, arxadan zərbə vurmayacağıq. Farslarla səazişimiz vardı və Kasandana ilə əlaqə saxlamaq lazımdır görək hələ qüvvəsindədirmi? – deyə şahzadə soruşdu.
- Nəyə görə şahzadəm ! – deyə Fərhad cavab verdi.
- Ona gərə ki görək əgər II Kambizin ölümü ilə Kasandana ilə mənim aramda bağlanmış səaziş qüvvəsini itiribsə onda tələsmədən Marqianadakı üsyançılara kömək etmək istəyirəm! – deyə şahzadə dedi.
- Yaxşı! – deyə Fərhad cavab verdi...
- Birdə öyrən gör Amaqanın bizimlə bağlı nə planları var?- deyə şahzadə soruşdu.
- Sarmatlar arasında Qatal adlı bir cəngavər də bizə qarşı baş qaldırıb! – deyə Fərhad cavab verdi.
- Qatal, o kimdir belə və bizimlə nə ədavəti var? – deyə şahzadə soruşdu.
- Qatal Sarmat şahzadəsi Amaqanın oğludur və indi o da Amaqa ilə bərabər ordunun başındadır! – deyə Fərhad cavab verdi.
- Sən nə danışırsan? – deyə şahzadə hiddətlə.
- Bəli şahzadəm bu belədir ki var! – deyə Fərhad cavab verdi.
Bu sözdən sonra öz Təhmirə öz kürsüsünə oturub əli ilə kürsünün kənarına vurmağa başladı. Fərhad yanılmamışdı, çünki QatalAmaqanın oğlu idi və Amaqa ilə bərabər Pont dənizi[109]nin şimal sahllərindəki sarmatların çarı hesab olunurdu. Amaqadan fərqli olaraq Qatal Pont dənizinin sahgilboyu kiçik asiya xırda dövlətlər ittifaqı ilə də əlaqəsi var idi. O tanais(Dneper) vəYatha(Don) çayları arasındakı bütün düzənlik ərazini öz əlinə keçirməyə müvəffəq olmuşdu. Onun təsiri altında olan Yatxa sarmatlarının ittifaqında 33 qəbilə var idi və onlar Xerson[110]la müddəfiq idilər. Lakin Qatal və onların müttəfiqləri Kırım skiflərinin Xersonla olan muharibəsində Xersonun tərəfində vuruşurdular və indi bu qüvvə massagetlərə qarşı yönəldilirdi.
- Ah Amaqa ah, indi problem Qatal oldu və sən onu da zəhərləyib aramızdakı kin uğrunda qurbanmı verəcəksən? – deyə şahzadə məzəmmət etdi.
- Şahzadəm, bağışlıyın, bu hələ harasıdır, bizim indi başqa problemlərimiz var! – deyə Fərhad dilləndi.
- Bununla nə demək istəyirsən Fərhad? – deyə şahzadə təəccüblə soruşdu.
- Deməyim budur ki, Amaqa Tihra sarayına da əl uzadıb onları qızışdırıb bizə qarşı qaldırmağa çalışır! – deyə Fərhad cavab verdi.
- Bu mənim səhvimdir, mən Rüstəmə qarşı haqsızlıq edib oğlumun ölümündə məhz onu günahlandırıb nəşini itlrə atdım. Lakin sonaradan peşman olub onu dəfn etsəm də bu onu sevənləri qəzəbləndirdi. Mən Rüstəmin anası Rüdabənin hakimiyyəti ələ alıb üstümə qalxacağından ehtiyat edərək Tihraxuda taxtına Rüstəmin əmisi Sakasefarın oğlu Skunha qoydum. Lakin indi başa düşürəm ki, səhv etmişəm və mən Tihraxuda taxtına Skunha kimi bir axmaqı qoymuşam! – deyə Təhmirə öz-özünə deyindi.
- Hamısı yox, şahzadəm! – deyə Fərhad cavab verdi. Bir az ara sakitləşəndən sonra şazadə Fərhada dedi:
- Fərhad, niyə Sodia məndən yayınır?