Страница 26 из 68
- Lakin elə əvvəldə I Daraya xəbər vermişdilər ki Elamda Upadarm adlı birinin Lesin adlı bir oğlu üsyan edib özünü çar elan edibvə oraya səkkizlikdən olan Qobrini göndəriblər. Lakin o Qobrinin qalib gələ bilməyəcəyi təqdirdə onun səkkizliyi yeddilik olacaq və daha sonra isə altılıq və beşliyə çevriləcəkdir. Bu belə olan təqdirdə I Daranın ətrafındakı alınmaz divarlar sökülə bilərdi.
Beləliklə I Dara hazırlığa başlayaraq öz qüvvələrini yığmağa başladı və bu qüvvələrin başında tanınmış Fars əsilzadə ailələrindən çıxmış bir arini qoymağı qərara aldı. Lakin son həddə I Dara satraplardan və onların qoşunlarından istifadə etmək istəyirdi və buraya Amid hökmdarı Dadaşri və Baktriya satrapı Dadaşriş daxil idi. I Daha sonralar bu hər iki satrapı dəyişdi, lakin I Daranı ən çox Midiya narahat edirdi. Çünki Böyük II Kir məhz Midiyanı məğlub edrək onun qüdrətinin köməyi ilə bütün Asiyanı ələ keçirə bilmişdi. Farslar tərəfindən alçaldılmış Midiyanınəhalisi farslardan çox idi. Midiyanların da farslar kimi Ari olmasına baxmayaraq bu iki xalq arasındaAri tacına yalnız Midiya sahib idi. Çox keçmədi ki, midiyanlar arasında da farslara qarşı narazılıqlar başladı və bir qədər sonra o böyük bir üsyana çevrildi. Midiya üsyanına Fravartiş adlı bir midiyalı başçılıq edirdi. Fravartiş özünü sakları öz qüdrəti ilə Asiyadan qovan əzəmətli Midiya şahı Kiaksarın birbaşa varisi elan edirdi. Midiyanın itirlməsi I Dara üçün Böyük Kirin bütün imperiyasını itirmək kimi idi, çünki məhzkasıb Midiyanların köməyi ilə azsaylı farslar Asiyanı işğal edə bilmişdilər. Lakin Midiyadan sonra Babil də üsyana qalxıb imperiyadan ayrıldı.Bu üsyana İranın yaxın şərqdəki digər əyalətləri olan Mesopotomiya, Fələstin və Misiri də qoşuldu. Burada ən böyük məsuliyyət imperiyanın həmən ərazilərindəki satrapların üzərinə düşürdü və onlar nəyin bahasına olursa-olsun özlərinə tərəfdar yığıb bunun qarşısını almalı idilər. Belə təhlükəli vaxtlarda Təhmirənin sakit əyləşməsi bir möcüzə idi. Hələ əgər xəbər gedib sarmatlara və savromatlara qədər çatsa idi onda onların çoxsaylı orduları sel kimi İranın üstünə axacaqdı. Sakasenanın və Amidin itirilməsi İranın şimal sərhədlərinin dağılması demək idi. Bundan sonra I Dara Fravartişin üzərinə özünün ən ən güclü və tanınmış sərkərdəsi olan Təhmaspı göndərdi. Təhmasp da gecikmədən öz komandanlığı altındakı ordularla tezliklə gəlib babilə çatdı. Şimalda isə Sakasena və Amidin satrapı Dadaşri birləşmiş Sak-Amid qoşunları ilə birlikdə Urartunun sərhədlərinə doğru hərəkət etməyə başladı. Dadaşri gecə-gündüz demədən tez bir zamanda Urartunun keçmişpaytaxtı olan Teuşpaya yaxınlaşdı. Amid ölkəsindən olan Dadaşri bu ölkəni hamıdan yaxşı tanıyırdı və kimsə ondan savayı bu yerlərdə baş çıxara bilmirdi. Böyük Kirlə Təhmirə arasında olan Arqavan döüşündə belə Dadaşri bitərəf olmağı bacarmş və Təhmirənin yanında öz yerini edə bilmişdi. Bu səbəbdən də Böyük Kirin öldüyünə baxmayaraq massagetlər yenə Sakasenaya hücumlar etmirdilər. Lakin Dadaşrinin qarşısına çıxa biləcək ikinci bir şəxs var idi və bu şəxs Xaldinin oğlu və Tridatın qardaşı oğlu Arha idi. O, Zazahi adlı bir məntəqənin yaxınlığında çöx da böyük olmayan bir dəstəsi ilə Dadaşrinin önünü kəsdi. Minlərlə Amid döyüşçüsü bütün dağ keçidlərini bağlamış və oralarda pusqular qurmuşdular. Onlar özlərinin bu hərəkəti ilə İran satrapının 8 minlik ordusunun qarşısını kəsmişdilər. Harpaqın komandanlığı altında olan birləşmiş Sak-Amid ordu birləşmələrinin gəlməsinə qədər onları oyalaya bildilər. Tirdat özü isə suvari dəstələrlə tələsik hadisə yerinə tərəf hərəkətetməyə başladı.
Beləliklə Harpaq Arhadan, Arha isə qarşı tərəfdən Dadaşrinin ordusuna hücum etdi. Baş vermiş qanlı döyüşdə Dadaşrinin ordusu məğlubiyyətə uğradı və Dadaşri özü zorla öz canını qurtarıb qaça bildi. Geridə qalmış İran sərbazlarının demək olar ki hamısı qırıldı. Bu döyüşdə birləşmiş qüvvələrdən isə 1000 nəfərə qədər döyüşçü həlak oldu və 500 – dən çoxu isə yaralanmışdı. Lakin bu hələ son dedyildi və muharibə davam edirdi. Çox keçmədi ki, Dadaşriyə yeni əlavə nizami qoşunlar köməyə göndərildi və o Tirdadın üstünə yenidən hərəkət etməyə başladı. Tərəflər Assuriyanın şimalında yerləşən Kavana[107] məntəqəısi yaxınlığında üz-üzə gəldilər. Bu zaman gözlənilmədən yerli Amid naxarları da öz hərbi dəstgələri ilə Dadaşriyə birləşdilər və bu da Dadaşrinin gücünü artırdı. Qanlı döyüş baş verdi və bu Zazaha yaxınlıığında olmuş döyüşdən də çox qanlı idi və hər iki tərəf çoxlu itki verdi. Lakin tərəflər arasında Dəclə[108] çayının Amid ölkəsindəki olan hissəsində baş vermiş üçüncü döyüşdə Dadaşrinin qüvvələri ağır məğlubiyyətə uğradı və o öz qoşunlarınınqalıqları ilə Midiyaya qaçdı. I Dara bilməli idi ki Xurşid Sak-Amidilər tərəfindən gələn təhlükəni çox şişirmişdi. Lakin yenə də tələsmək lazım idi, çünki tərəflər artıq muharibəni başqa dövlətin ərzisində aparırdılar. Buna görə də I Dara qəti qərarlar verməli və Tridatın daha da güclənməsinə imkan verməməli idi. Bu səbəblə də o özünün ən güclü əsgərlərindən 12 minə qədər qoşun toplayıb Bavmizin komandanlığı altında Dadaşrinin köməyinə yolladı. Bundan əlavə I Dara düşünürdü ki, Böyük II Kir fars olmayan Dadaşrini Amid ölkəsinə satrap təyin etməklə səhv etmiş və indi onu düzəltmək lazım idi. Axı Dadaşrinin əlindəTridatı məğlub etmək üçün kifayət qədər qüvvə var idi və Dadaşrinin onları məğlub edə bilməməsi çox təəccübli görünürdü. Bu səbəbdən də I Dara Bavmizin vasitəsi ilə Dadaşriyə bir məkyub yollayıbbldirdi ki, qoy o Tirdatla əlaqəyə girib onunla sülh bağlasın. Bu minvalla Amidin bir hissəsi satraplığın tərkibində qalmalı, digər hissəsi isə irandan asılı bir vəziyyətdə Tirdadın hakimiyyəti altında olmalı idi. Rədd cavabı alan kimi Bavmiz Tridatın üzərinə hücum etdi və baş qanlı döyüdə saklarağır məğlubiyyətə uğradılar. İran sərbazları bu dəfə saklara göz açdırmadılar və onların çoxunu qırıb tökdülər. Bu döyüşdə saklardan 22145 nəfər öldü və 1558 nəfəri isə əsir düşdü, İran ordusundan isə 1300 sərbaaz öldü və 1950 nəfər isə əsir düşmüşdü. Harpaq Tirdatın yanına adam göndərib ona çatdırdı ki, əgər tez bir müddətdə burada ola bilsə onlar Bavmizi məğlub edə bilərlər. Lakin Tirdat özü gəlməyərək öz elçisini göndrdi. Bu zaman Harpaqın əsir etdiyi adamların içərisində Xurşidin I Daraya göndərdiyi casus da var idi.Bütün sirrinin faş olacağını görən Xuirşid casusu öldürüb Ma
ailə Assuriya sərhədboyu məntəqələri ilə qaçaraq Sakasenadan uzaqlaşdı. Xalqlarınböyük üsyanları əhəmənilərin düz mərkəzində - Midiyada, Parfiyada, Marqianada, Kaspianada və Parsda baş vermişdi. Lakin imperiyanın ucaqar və sərhəd əraziləri özlərinin imperiyaya olan sadiqliyin saxlamışdılar. Bu əyalətlərə : Hindistan, Xorzəm, Ərəbistan, kiçik Asiya yunan şəhər dövlətləri və s. Misirsə pis günlərini yaşadığı üçün orada hələ üsyan üçün tez idi. Lakin tezliklə I Dara bu satraplıqlara gedib bir-bir bütün üsyanları yatıra bildi. Babildəki Nidintu-Bel Daranın çoxsaylı və nizami ordusuna və onun “ ölümsüz” əsgərlərinə qarşı çox etibarlı bir taktika hazırlamışdı. O, Dəclə çayın[108]ın sağ sahilində olan bütün körpüləri məhv etdi ki I Daranın ordusu keçə bilməsin. Lakin I Dara hiylə işlədərək öz ordusunun bir hissəsini Nidintu-Belin qoşunları ilə üz-üzə qoyaraq özü isə gecə vaxtı başqa bir dəstə isə çayı keçib onun arxasına keçə bildi. Bunu görən Babil əsgərləri bütün cəbhə boyu geri çəkilməyə başladılar. I Dara isə geri çəkilən düşməni təqib etməyərək öz ordusunun əsas hissəsi ilə birbaşa Babilin üzərinə getdi. Babilin işğalı ilə ölkənin tamdüşəcəini görən Nidintu-Bel öz bütün qoşunlarını yığıb Babilin köməyinə getdi. Fərat çayıın sahilində yerləşən Zaza məntəqəsi yaxınlığında farslarla babilistanlılar arasında həlledici döyüş başladı. Bu döyüşdə İran sərbazları onlara qan uddurub çaya tərəf sıxışdırmağa başladılar. I Daranı əmri ilə bütün Babil əsgərləri çaya atılıb boğuldular və Nidintu-bel özü isə əsir götürüldü və Babil üsyanına son qoyldu. I Dara təntənəli surətdə Babilə daxil olandan sonra öz əsgərlərinə şəhəri qarət etmək əmrini verdi, çünki bu I Daranın hakimiyyətə gələndən sonra ilk uğuru idi. O, Babilə daxil olandan sonra özü də bimədən böyük işğalçı adını almışdı. O Babili özünün ilk paytaxtı elan edərək onu yenidən tikməyi qərara aldı. I Darahələ Böyük Kirin vaxtından bu şəhərə heyran idi və Kirin onu işğal etdiyinə görə ona də həsəd aparırdı. O Babili öz imperiyasının üçüncü, Həmədanı ikinci, Pasarqadı isə birinci paytaxtı elan etdi. O düşünürdü ki, Babil farsların bu dünyada vahid və bölünməz şəhəri və dünyanın isə mərkəzi olacaqdır. Babilin şahzadəsi Nitokris ölümündən sonra Babilin darvazalrının giriş hissəsinin sol tərəfindəki movzaleydə dəfn olunmasını vəsiyyyət etmişdi. O öz məzarı üzərində bu sözləri yazılmasını vəsiyyət emişdi: