Добавить в цитаты Настройки чтения

Страница 25 из 68

- Sənin seçimin məni heyrətləndirdi, məgər hər ana kimi sənin üçün övlad əziz deyilmi?

- Mənim sahibim, mən hələ cavanam və gələcəkdə də istəsəm yenə də ərəgedibövlad sahibi ola bilərəm. Lakin yeganə qardaşımı itirsəm, onda mən yenə də istəsəm də qardaş sahibi ola bilmərəm, çünki mənim valideyinlərim ölüb! – deyə Roksana cavab verdi. Bunu eşidən kimi I Dara Roksananın bütün qohumlarını bağışladı və bu vaxta qədər I Dara belə genişqəlbli olmamışdı.

Hiştasp oğlu I Dara hakimiyyətə başlayan gündən onun rahat günü heç olmadı. Beləki, imperiyanın hər yerində üsyanlar başlayıb nəhəg imperiyanı I Dara və onun sarayını hər tətəfdən muhasirəyə aldı. I Dara və onun ətrafı üçün ən dəhşətlisi Prekasp idi və əgər o xalqa muraciət etsəvə bütün sirləri açıb desəydi onda vəziyyət daha da pisləşə bilərdi. Prekasp onu təhlükə gözlədiyini yaxşı bilirdi və buna görə də çoxlu tədbirlər almışdı. O, yaxşı bilirdi ki o həm I Dara üçün, həm də onun qatil dəstəsi üçün qiymətlidir və onlara lazımdır. Çünki Prekasp tək Bardiyanın ya

- Məgər bizim mərhum şahımız II Kambiz öz yeganə qardaşı, farsların ən sevimli cənagvəri olan Bariyanı öldürməyə əli qalxardımı,yox əlbətdəki qalxmazdı. Əgər etmək istəsəydi o bunu gizli yox, aşkarda edərdi. Çünki şahənşah II Kmabizin kimsədən qorxusu yox idi. Amma bu əclaf yeddi qatillər əliyalın və silahsız Bardiyaya hücum edərək onu xaincəsinə öz sarayında qətlə yetirdilər.

- Farslar! Baxın! – budur Bardiyanın qatilləri, qoy mənim də qanım onların boynuna düşsün!

Bu sözdən sonra Prekasp özünü qüllədən yerə atıb öldü və bunu görən xalq birdən hamı bir yerdə qışqırıb durdu. Minlərlə göz I Daradan başqa hamıya - Qobriyə, Otana, Meqabaza, Vidrana, Asparinə və İntafrenə dikildi. Xalq üsyana qalxmaq istədi lakin ordu buna imkan vermədi, çünki onlar I Daraya sadiq idilər. Belə ki ordunu həmişə I Daranın əmri ilə yedirdib, içirdib, geyindirib mukafatlandırıdılar. Onlar öz bütün ehtiyaclarını məhz I Daradan aldıqlarına görə onu son nəfəslərinə qədər qorumağı and içmişdilər və belə də etdilər.

2.Qoca Harpaq

I Daradan ayrılan Xurşid yola düşərək gəlib Nəməkan gölünə çatdı və burada Pasarqada tərəf hərəkət edən Harpaqla[102] rastlaşdı. XurşidHarpaqa I Dara ilə olan səazişini danışdı və indi I Daranın təlimatı üzrə vəhşimassagetlərə qarşı sarmatlardan və savromatlardan dəstək almağa getdiyini bildirdi. Uzun illər ömrünü ancaq İran dövlətçiliyinə və şahənşahlarına həsr edən qoca Harpaq bunun farslar üçün yaxşı bir iş olacağını və İran dövlətini massaget təhlükəsindən qoruyacağını bildirdi. Xurşidin Sakasenaya getdiyini biləndə Harpaq ona dedi:

- Sakasenanın əhəmənilər imperiyasının ərazisinə daxil olmasına baxmayaraq saklar İran şahını qəbul etmirlər. Bunun üçün II Kambiz də bir şeyə nail ola bilmədi. Həm Amidin, həm də Sakasenanınsatrapı Dadaşri özünü saklar ölkəsində yadelli kimi hiss edir və orada formal olaraq oturub. - Bunları bilməyim çox yaxşı oldu! – deyə Xurşid cavab verdi. Sonra isə o Xurşiddən onun kim olduğunu soruşanda Xurşid belə cavab verdi:

- Mən Tihraxuda hökmdarı Qubadın oğlu vəməşhur Rüstəmin qardaşı Xurşidəm!

Rüstəm adını eşidən kimi Harpaqın gözləri yaşardı və dedi:

- Dünyaya gəldiyimdən bəri heç bir Ari qadın Rüstəm kimi güclü və qüdrətli bir cəngavəri hələ doğmamışdır və doğmayacaqdır!

Harpaqın Rüstəmlə dostluğu çox əvvəllərə gedib çıxırdı. Xurşidin yerə-göyə sığmayan əzəmətli Rüstəmin qardaşı olduğu Harpaqa təskinlik verir və ondan Rüstəmin qoxusunu alırdı. Bunu hiss edən hiyləgər Xurşid Harpaq və saklarla necə rəftar edəcəyini başa düşdü. Lakin Xurşid əslində öz qardaşı haqda heç bir kəlmə də eşitmək istəmirdi və acığı belə gəlirdi. Xurşiddən fərli olaraq Rüstəm həm Tihraxuda, həm Massaget həm də İran sarayında sevilir və xüsusi hörmətə layiq görülmüşdü. Amma Rüstəmin əksinə Xurşidi bu sarayların heç birində sevilmir, əksinə hər yerdən qovulurdu. Xeyirxah Harpaq anlaya bilmirdi ki, Rüstəm kimi igid bir cəngavərin qanı necə bu cür zəifvə qarxaq adamın damarlarında da axa bilərdi. Xurşid Amid hökmdarı Tirdatla Harpaq arasında İran məsələsindəki birliyi haqda soruşdu, Harpaq isəcavab verərək dedi:

- Hələ Böyük II Kirin vaxtlarından başlayaraq massagetlər Amid tayfaları ilə birgə İran dövlətinə qarşı çıxmışar. Onlar İran ordusunun Urartu üzərinə olan yürüşünü dayandırmağı tələb edirdilər. Lakin İran şahənşahı Böyük Kir isə onları iranla birgə urartuya qarşı birgə vuruşmağa çağırırdı. O vaxt massagetlər Amid çarına öz köməyini göstərdilər.

- Bu nə kömək idi belə? – deyə Xurşid soruşdu.

- Bu onların birliyi idi! – deyə Harpaq cavab verdi.

Beləliklə Xurşid Harpaqdan çox şey öyrəndi və o başa düşdü ki Sakasenanın sakları öz əcdadlarının yolu ilə gedib olanları hələ də unutmayıblar və onlardan istifadə etmək olardı. O Harpaqdan öyrənə bildi ki sakların qonşuluğunda olan albanlarda, amidlərdə[103], kolxlarda[104], iberlərdə[105], kaspilərdə[106], parfiyalılarda, midiyanlarda və qaf dağlarının şimalındakı donsahili saklarda nələr baş verir. Çünki Xurşidin tərəfində də çoxlu tihraxudalı var idi ki, onun hakimiyyətini dəstəkləyirdi. I Daranın sözlərindən sonra Xurşid anladı ki, onun da zamanı gəlib çatıb və indi qarşıda onu Tihraxuda taxtı gözləyir. O, bunu üçün o I Daranın ona verdiyi tapşırığı yerinə yetirmək üçün tələsməli idi. Bunun üçün o hiyləyə əl atıb öz işlərinə haqq qazandırmaq üçün qurban kimi Harpaqı seçdi. O, yola düşməzdən əvvəl I Daraya bir qasidlə xəbər göndərdi. Xurşid Harpaqın yanında bir gün qaldı və ertəsi gün ondan da ayrılıb Taliya dağlarının arxa hissəsi ilə albanlarla Amid padşahğının sərhəddi ilə gəlib sakasenaya çatdı. I Dara tezliklə Xurşiddən Babildə baş vermiş üsyan haqda məlumat aldı və məktubda deyilirdi:

- Babildə üsyan baş verib və üsyana tanınmış Babil əsilzadəsi olan Aynarın oğlu Nidintu - Bel başçılıq edir. O, öz əsl ad, soy ad və atasının adından imtina edərək özünü Nabonidin oğlu Novoxodnosor elan etmişdi. Bu çox maraqlı idi çünki Nabonidin ümumiyyətlə Novoxodnosor adlı oğlu yox idi və Babilin öz kahinləri belə qəddar Nabonidi sevmirdilər. Ona görə də onlar Böyük Kirə muraciət edib Babilə qoşun yeritmələrini istəmişdilər. İndi bu hadisə İran taxtını bir zamanlar qəsb etmiş saxta sehirbaz maq Smerdesin əhvalatına oxşayır və birəbirdir. Əgər öz doğma farslar mənim üstümı üsyana qalxıbsa onda başqa xalqlarda nə günah görmək olar? – deyə I Dara düşünürdü.

I Dara düşünürdü ki, nə qədər ki, üsyan atəşi kiçikdir və onu söndürmək asan olacaq. Yox əgər o bu atəşi indi söndrməyə müvəffəq olmasa onda o böyüyüb böyük tonqala çevriləcək və onu əsla söndürmək olmaz. Bu səbəbdən də ora birini göndərmək lazımdır, bəs kimi?