Добавить в цитаты Настройки чтения

Страница 24 из 68

Bu zaman Fanet, Krez və Hiştasp irəli çıxıb Kasandananın dediklərini təsdiqlədilər. Sonra yenə Kasndana üzünü saraydakı əyanlara tutub soryuşdu:

- Siz də bu gün Daranın indi yox hələ uzun zaman öncə İran taxtını xilas etməsinə və onun həqiqətən də ulu Hörmüzd tərəfindən seçilməsinə inanırsınızmı?

Bəli! bəli! – deyə saray əyanları hamılıqla bunu təsdiq etdilər.

- İndi isə mən buna əsaslanaraq ulu hörmüzdün xeyir-duası ilə Daranı İran taxtına böyük Kirin varisi kimi İran şahı elan edirəm!

Bu sözü deyəndən sonra Kasandana tacı Otandan alıb Daranın başına qoydu. Bundan sonra hamı Daranı alqışlamağa başladı və sonra yenə sözünə davam edən Kasandana dedi:

- Daranın – böyük Kirin varisi olduğunu və İran taxtının şahı olduğunu qanuniləşdirmək üçün qızım Atossa, Ariston və qardaşım Otanın qızı Fatimə ilə nigahını bağlayıram.

Beləcə Dara İran taxtına I Dara adı ilə əyləşib bu qadınlarla evləndi və doğrudan II Kirin varisi oldu.

II BÖLMƏ İRANDA ÜSYANLAR

Kral Dara deyir:

"Ahura-Mazdanın iradəsi ilə bir ildə etdiklərim budur. Kral olduqdan sonra 19 döyüş keçdim. Ahura-Mazdanın iradəsi ilə düşmənlərimi məğlub etdim və 9 padşahı əsir götürdüm:

Onlardan biri sehrbaz Qaumata idi və o xalqı aldadıb dedi:

-"Mən Kir oğlu Bardiyayam və Farsda üsyan etdi.

Onlardan biri Elamlı Odin - Lesina, Upadarma oğlu və o deyirdi;

- "Mən Elamın kralıyam" və o xalqı aldadıb qəzəbləndirdi.

Biri Babilli Nidintu-Bel idi və o deyirdi: "Mən Nabonid oğlu Navuxadnezaram."O, Babildə üsyan etdi.

Biri - Martya, Farsca idi və o deyirdi:

- "Mən Elam kralı İmanişəm" və o Elamda üsyan etdi..

Biri Midiyalı olan Fravartidir idi və o xalqı aldadıb deyirdi:

- "Mən Kişar soyundan olan Hşatritaam." O bütün Midianı üsyana qaldırdı.

Biri Marqianalı Frada idi və o xalqı aldadıb deyirdi:

-"Mən Margianadaki kralam." O, marqianada üsyan etdi.

Biri Sagarti olan Çissatahma idi və o xalqı aldadıb deyirdi:

-"Mən Kiaqar nəslindən Saqratiyta kralıyam." O Saqratiyada üsyan etdi.Biri – Vaxyazdata idi və oFarsda xalqı aldadıb deyirdi:

-"Mən Kirin oğlu Bardiyayam." Farsda üsyan etdi və Araxoziayda üsyan qaldırdı. Biri – Araxa idi və o erməni xalqı aldadıb deyirdi: "Mən Nabonid oğlu Navuxadnezaram." O, Babildə üsyan qaldırdı .

Bu 9 yalançını döyüşlərdə tutdum və istədiyim kimi onlarla da etdim.

1.I Daranın hakimiyyətə gəlməsi. İntafern və Prekasp

I Daranınheç otuz yaşı yox idi ki o çox asanlıqla ali hakimiyyətə sahib oldu. Maraqlısı o idi ki, onun atası Hiştasp bu vaxt onun tabeliyində olan marqiananın satrapı idi. I Daranın bəxti yaxşı gətirmişdi, lakin o bilmirdi ki onun ən çətin günləri hələ qabaqdadır. Çünki böyük Əhəməni taxtına sahib olandan sonra İntafernin onun qulağına pıçıldadığı Elam[98]dan gələn üsyan xəbəri ilə sarsıldı. Lakin I Dara bu hadisəni o qədər də ciddi saymayaraq bunu bayramdan sonra müzakirə edəcəyini bildirdi. Çünki nə Dara, nə İntafern, nə də digər sərkərdələr elamda baş verən bu kiçik üsyanın tezliklə imperiyanın digər ərazilərinə yayılaraq yeni-yeni üsyanları alovlandıracağını xəyal belə etməmişdilər. Hiştasp oğlu I Dara Kasandananın təklifi ilə özünün Əhəməni taxtına olan iddiasını qanuniləşdirmək üçün böyük Kirin qızı Atossa, Areston və Otanın qızı Fatima ilə evləndi. Burada şahın qatili I Dara və qardaş qatili Atossanın bu izdivacı sevgi yaxınlaşmasından çox hakimiyyəti ələ keçirmiş cinayətkarların birliyini xatırladırdı.Atossadan başqa I Daranın digər qadınları isə hərəmə göndərildi və hakimiyyətlə heç bir iddiaları saxlanılmadı. Bu yolda Atossa demək olar ki özünün bütün qadın rəqiblərini aradan götürərək əhəmənilər imperiyasının I Daradan sonra ikinci tək hakiminə çevrildi. O, I Daranın hərəminin də sahibi olaraq oradakı qadınılarıidarə edərək onların hamilə qalmamasına nəzarət edir və hakimiyyətə tətəf buraxmırdı. Bu yolla o, həm II Kambizin qatili, həm onun qızının atasının qatili ,həm də yeganə xanım oldu. Elamdan gələn yenipis xəbərlər I Daranın toyunun da tez bir zamanda başa çatmasına təsir etdi. Bu işdə I Daraya ən yaxın olan və onun sirlərini bilən adam İntafern idi. İntafern bütün Fars əsilzadələrinin içərisində yeganə adam idi ki böyük Kirin zamanında öz müstəqilliyini qoruyub saxlamağına görə qorxmurdu. Lakin I Dara İntaferni çox həfifə almışdı və o bilmirdi ki, İntafernə heç bir zaman güvənmək olmaz. İntafern sarayın bürünc qapılarında dayanmış İvar və keşikçilıəri görüb onları axıra qədər dinlədi və sonda onların üzərinə cumdu. O ilk növbədə İvarı tutub xəncərini çəkərək onun qulaqlarını kəsdi və daha sonra onları qapıa duran keşikçilərə verdi. İntafern bütün İranda gücünə görə yalnız Bardiyadan və Arzumandan geri qalırdı və indi onlar həyatda olmadıqlarına görə İranda tək güclü şəxs o özü sayılırdı. Bu səslərdən sonra şahənşah sarayının qapıları önünə xalq cəmləşməyə başladı. Bunu görən İntafern özü gücünü göstərmək üçün qapıda olan iki keşikçini tutubbaşlarını biri-birinə elə vurdu ki, onlar özlərindəın gedib yerə yıxıldılar. İntafern sakitləşə bilmirdi, o keşikçilərdən birinin dəbilqəsini alıb xəncəri ilə onu deşdi və səsə digər keşikçi də ayıldı. Bunu görən ikinci xidmətçi qaçmaq istəyəndə İntafern onu da tutub yumruqladı. Sonra o hər iki keşikçinin kəmərlərini açıb biri-birinə bağladı və onları döyəcləməyə başladı və gözləri ilə İvarı axtarırdı. İntafern İvarı görən kimi onu yanına çağırdı və o da gəldi, sonra İnfatern ona dedi:

- Bu qoyunları I Daranın yanına qov, əgər etməsən sənin o biri qulağını da kəsib ovucunun içinə qoyaram, başa düşdün?

İvar qorxudan az qala yerə yıxılacaqdı və səs çıxarmadan başı ilə təsdiqlədi və bu sözdən sonra üçü bir yerdə saraya daxil oldular. I Dara qaqrşısındakı yaralı keşikçiləri və əlində qanlı qulağı olan İvarı görəndə dəhşətə gəldi. O ilk öncə buna kimin cürət etdiyini bilmirdi, lakin sonra öyrənəndə öz-özünə dedi:

- İnfatern mənə muharibə elan edib?

Bu zaman bunu görən Atossa keşikçiləri çağırıb İnfaterni həbs etmək istəyəndə I Dara əli ilə ona işarə edib dayanmağını istədi və dedi:

- Ola bilər ki, İnfatern tək deyil və onun arxasında saray əsilzadələri də ola bilərlər, yəqin məni devirmək istəyirlər!

Beləkliklə I Dara saraya daxil olan İntafernə toxunmadı və bundan sonra bütün Pasarqad bu məsələni dartışırdı və deyirdi:

- I Daranın İnfaterni cəzalandırmağa cəsarəti çatmadı, ondan şah olar?

Deyəsən I Daranı çox pis şeylər gözləyirdi və onlardan ən pisi “qorxaq şah” adı idi. Bundan sonra I Dara öz qohumu və yaxın dostu olan Qobrinin yanına gedib vəziyyəti sorşdu və Qobri də ilk öncə pis xəbərlərdən başlayıb dedi:

- Sakasenanın saklarıvə Urartu[99]nun qoşunları birləşib Elamdakı üsyandan alovlanıb öz itaətsizliklərini elan ediblər. Bundan əlavə Midiyada hansısa bir Astiaq adlı şəxs üsyana qalxıb. Saqratiya[100]da, Babildə, Marqianada və Arxoziya[101]da da üsyanlar başlayıb və onların başçısı Vxyazdatdır. Bunu deyəndən sonra Qobri I Daraya baxdı, o isə sakitcə durub qulaq asırdı və sanki yen nəsə gözləyirdi ki Qobri ona Mesopotomiyadan yeni ordunun gəlməsi xəbərini verdi. Lakin I Dara saraya həyazsızcasına soxulmuş İnfaterni və onun haqqında verəcəyi qərarı düşünürdü. Çünki xalq onu cəzalandırmağı I Daraya tapşırmış, o da and içmişdi. Qobri ilə söhbətdən sonra I Dara İntaferni həbs etməyi əmr etdi və onun bütün qohumlarını da zindana atdırdı. I Dara İntafernin məhkəməsində özü şəxsən iştirak edirdi. Bu zaman İntafern I Daranın qulağına Roksana haqda danışdı və I Daranın zəif damarını bilirdi. I Dara İntafern inanıb Roksananın dalınca adam göndərdi Soqda və orada ondan öz ailə üzüvərindən birini götürə biləcəyi bildirildi. Lakin Roksana öz yaxınlarından yalnız yeganə qardaşını götürdü və Pasarqada gəldi. Bunu görən I Dara ondan bunun səbəbini soruşdu: