Страница 22 из 68
- Bu nə deməkdir, yəni iş o yerə çatıb ki, öz sarayımızda dindarlarımız belə bizi asanlıqla ələ salıb aldada bilir?
- Əgər bu maq saxtadırsa bəs onda hanı mənim oğlum əsl şahzadə Smerdes?
Bunu deyəndən sonra o yanındakı kiçik qızı olan Aristonun da əlindən tutub dərhal otağından çıxdı və divana tərəf hərəkət etməyə başladı. Kralın divanına çatanda onu Atossa qarşıladı və onu görən Kasandan dedi:
- Qızım, olanları eşitdinmi?
- Gəl gedək deyirlər şahımız saxta imiş! – deyib onun əlindən tutub öz arxasınca aparmaq istəyəndə birdən Atossa onu geriyə dartdı. Bunu hiss edən kimi Kasandana arxaya çönüb öncə onu tutan Atossanın əlinə, sonra isə üzünə baxıb dedi:
- Nə olub, niyə məni dartırsan?
Atossa anasının iki əlini ovucuna alıb dedi:
- Anacan, bunu kiçik bacım Aristonun yanında demək istəmirəm və qoy o bunları eşitməsin! – deyib əli işarə etydi və xidmətçi qadın gəlib Aristonu özü ilə qırağa çəkdi. Bundan sonra Atossa üzünü anasına tutb dedi:
- Biz bunu lap əvvəldən blirdik, lakin səsimizi çıxara bilmirdik, çünki onu dəqiqləşdirmək lazım idi. Mən Fatimə ilə uzun müddət sonra dayımnız Otanın xahişi ilə bu təhlükəli işə baş vurduq və nəhayət bu gün buna əmin olub onun axırına çıxdıq. Bunları eşidən kimi Kasandana bir az sakitləşdi və sonra üzünü Atossaya tutub soruşdu:
- Bəs əgər bu qardaşın Smerdes deyilsə bəs onda hanı əsl qardaşın şahzadə Smerdes?
Atossa anasının da əlindən yapışıb kənarda əyləşdilər və sonra dedi:
- Sənə bu acı xəbəri vermək istəmirəm, amma başqa çıxış yolum yox idi!
- Hansı acı xəbəri? – deyə Kasandana təəcüblə soruşdu.
- Qardaşımız Bardiya şahımız II Kambiz tərəfindən Misir səfərində olarkən Prekaspa öldürməyi tapşırıb, o da öldürüb! – deyə Atossa cavab verdi.
Bunu eşidən kimi Kasandanaın gözləri yaşla doldu və qəzəblə bağımağa başladı:
- Yəni mənm bir oğlum o biri oğlumun qanına girib onu edam etdirib?
- Bəli ana, bu təəssüf ki bu belədir! – deyə Atossa göz yaşlarını silərək cavab verdi:
- O mənim qəzəbimdən qurtula bilməyəcək! – deyə Kasandana qəzəblə dedi.
- Bu təəssüf ki mümkün deyil ana! – deyə Atossa məyus halda cavab verdi.
- Nəyə görə mümkün deyil, bununla nə demək istəyirsən? – deyə Kasandana təəccüblə soruşdu.
- Çünki kralımızII Kambiz bu xəbəri eşidib bura gələk istərkən yolda Suriya ərazisdində müəmmalı şəkildə vəfat etmişdir! – deyə Atossa cavab verdi.
Bunu eşidən kimi Kasandana başındakı örpəyi götürüb ovuclarında sıxaraq dedi:
- Yəni demək istəyirsən ki soyumuz tükənmək üzrədir?
- Yox anacan, mən demək istəyirəm ki soyumuz artıq tükənmişdir! – deyə Atossa cavab verdi.
- Bəs onda taxta kim çıxar? – deyə Kasandana soruşdu.
- Bəs mən nə üçün varam, mənki bütün şahların nəsil artırmaq üçün olan bir cismiyəm! – deyə Atossa gülümsəyərək cavab verdi.
- Bununla nə demək istəyirsən? – deyə Kasandana soruşdu.
- Narahat olma ana taxta Dara adlı cəngavər çıxacaq və mən də atamız II Kirin taxtını əldən verməmək üçün onunla evlənəcəm və beləliklə yenə taxt bizim olacaq! – deyə Atossa cavab verdi. Daranın adını eşidən kimi Kasandana elə bil yuxudan oyandı və üzünü Atossaya tutub ded:
- Bu Hiştasp oğlu Dara deyilmi?
- Bəli ana, özüdür ki var! – deyə Atossa cavab verdi.
Sonra Kasandana gülümsəyərək dedi:
- Demək talehdən qaçmaq olmaz.
- Hansı talehdən ana? – deyə Atossa təəccüblə soruşdu.
- Uzun illər öncə atan II Kirin gördüyü yuxu bu gün çin oldu! – deyə Kasandana cavab verdi.
- Nə yuxu, hasnsı yuxu? – deyə Atossa soruşdu.
- Uzun illər öncə atan atamız II Kir Təhmirə adlı Massaget şahzadəsinin üzərinə yürüyərkən yuxuda görmüşdü.Bu yuxuda Hiştasp oğlu Dara onun taxtına əyləşib və bu gün o yuxu baş verdi. Lakin indi bunun heç bir əhəmiyyəti yoxdur, çünki biz yenə o taxtı ələ keçirməliyik! – deyə Kasandana cavab verdi.
- Narahat olma ana mən ona ərə gedib taxtı qoruyacam və atamıza layiq bir varis dünyaya gətirəcəm! – deyə Atossa cavab verdi.
Bu zaman kənardan bunları eşidən Ariston yaxın gəlib dedi:
-Ana, bacı, məndən heçnə gizlətməyə gərək yoxdur, zira baş verənləri anlayıram.
- Yaxın gəl və əmin ol ki, hər şey qaydasına düşdü və təhlükə sovuşdu! – deyə Atossa cavab verdi.
Bu vaxt Otanın qızı Amestrida da glib onlara qoşuldu və onlar birlikdə kralın divanına keçdilər.
16 Möhtəşəm çahargahın müvəqqəti keçid höküməti.
Sehrbazların öldürülməsindən bir neçə gün sonra şəhər həyəcan və qarışıqlıqla doldu. Böyük Kirin boş qalan taxtına çıxmaq üçün varisi yox idi. Axı nə II Kambiz, nə də Smerdis özündən sonra oğul qoymamışdılar. Düzdür Smerdisin Parmis adlı bir qızı və II Kirin iki qızı var idi. Onlardan biri olan Atossa II Kambizin arvadı olmuş və sonra sehrbaz Smerdis tərəfindən arvad götürülmüş həm də II Kambizin bacısı idi. Bu şahzadələr kral sülaləsinə mənsub olsalar da, böhran dövründə onlardan heç biri hakimiyyətə iddia etmirdi. Cəmiyyət baş verən təlatümdən heyrətə gəldi və beş gün keçmişdi, amma hamı özünü itirmişdi. Əlbətdə ki bu dövrdə hökumətə tabe olan qurumlar vilayətlərdə, şəhərlərdə və rayonlarda, hərbi qarnizonlarda fəaliyyət göstərməyə davam edirdi, lakin ölkənin ümumi rəhbərliyi yox idi. Çevrilişi həyata keçirən yeddi zadəgan bu günə qədər bir növ müvəqqəti hökumət quraraq çevrilişlə əlaqədar ortaya çıxan siyasi problemlərin həllinə çaşılırdı, ancaq bu vəziyyət uzun sürə bilməzdi. Həyəcan səngiyəndən sonra yüksək vəzifəli vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə qərar verdilər. Bu dövrlə bağlı əsasən əsərlərindən məlumat aldığımız tarixçi Herodot, yüksək şəxslərin düşüncələrini ətraflı və dramatik bir şəkildə izah edir. Problemin müzakirəsi zamanı Otan ali hakimiyyəti tək bir adama tapşırmağın ağılsız olduğunu düşünərək bir respublikanın qurulmasını təklif etdi. O, yoldaşlarını inandırdı ki, bir nəfər qəbilə yoldaşlarından bu qədər yüksək qalxanda şübhəli, həsəd aparan, kobud və tiran olur. Başqalarının rifahı və xoşbəxtliyi barədə düşünməyi dayandırır və yalnız öz gücünün və despotik iradənin diktə etdiyi hədəflərə, hər vasitə ilə nail olmağa çalışır. Belə bir hökumətin dövründə cəmiyyətdəki ən yaxşı və ən faydalısısadə xalq qurban olur. Otan, bir qayda olaraq zalım şahın ən ləyaqətsiz kişi və qadınları arasından seçdiyini söylədi, çünki ən asanlıqla pis niyyətləri həyata keçirmək üçün bu yola əl atırlar. Otan, ilk növbədə II Kambizi despotik qəddarlığın və alçaqlığın nə qədər uzağa gedə biləcəyinin bir nümunəsi olaraq onun etdiyi vəhşilikləri xatırladı. Yoldaşlarına bu padşahın dövründə yaşadıqları əzab və qorxularını xatırlatdı və onları artıq belə sınaqlara məruz qalmamağa çağırdı. Nəticədə, Otan dövlət qurumlarının rəhbərlərinin seçildiyi və məclis iclaslarında mühüm siyasi məsələlərə dair qərarların verildiyi bir respublikanın qurulmasının təklif etdi.
Otanın hakimiyyəti idarə təklifi. Dara seçiləndən sonra Otan saray ərkanına əvvəlkindən fərqli olaraq yeni bir idarə rejimi yaratmağı təklif etdi. O, İranda respublika üsuluna keçməyi daha yaxşı olduğunu bildirdi. Ogünlərdə insanlar təmsilçilik prinsipi haqqında qeyri-müəyyən bir təsəvvürə malik idilər. Bunun əsasında böyük bir imperatorluğun minlərlə təcrid olunmuş icması əsas hökumət qərarlarının sona çatacağı planlarını müzakirə edə, danışa və onların adından çıxış edə biləcək nümayəndələr seçə bilərdi. Otanın dediyinə görə bütün qədim respublikalarda paytaxtın imtiyazlı təbəqəsinin nümayəndələri suveren gücün dolğunluğundan istifadə edirdilər. İdarəetmə obyektləri paytaxta bağlı olan və xərac verən vilayətlər idi. Belə bir plan Otanın bir respublika qurma təklifinin mərkəzində dururdu. Lakin natiq Meqabaz Otanın planına etiraz etdi və bu təklifin şərqdə işə yaramayacağını bildirdi. Meqabaz Otanın monarxiyanın pisliklərini, eləcə də insanların azadlıqları və həyatları fərdi insan iradəsinin despotik nəzarəti altında olduğu dövrdə yaşadıqları zülm və istibdad sistemini pisləmələrini qəbul etdiyini söylədi. Ancaq bir həddindən digərinə tələsməyə ehtiyacın hələ olmadığını bildirdi və nitqlərinin birində Meqabaz deyirdi: