Аннотация
VİLYAM ŞEKSPİR
Sonetlər
İngilis dilindən tərcümə edəni Sabir Mustafa
Vilyam Şekspir. Seçilmiş əsərləri. İki cilddə. II cild. “Öndər nəşriyyat”, Bakı, 2004, 304 səh.
SONETLƏR
1
Gözəllik hifz edir öz surətini,
Gülüm, gözəlliklə həyat qoşadır.
Solan çiçəklərin təravətini
Qönçə çiçəklərin hüsnü yaşadır.
Fəqət sən vurulub öz gül hüsnünə,
Onu xərcləyirsən boş yerə, əbəs.
Ən qəddar düşmənsən özün özünə,
Varını yoxluqla edirsən əvəz.
Bu gün dünyamızın zinəti sənsən,
Bahar müjdəsisən, qönçəsən artıq.
Özündə özünü dustaq edirsən,
Nədir bu simiclik, bu israfçılıq?
Rəhm elə dünyaya, gözəlliyi, gəl,
Özünlə məzara aparma, gözəl.
2
Qocalıq üstünə hücum edəndə
Vaxt da gül üzündə qazacaq səngər.
Gözəlliyin tül tək solub gedəndə
Canından hürküb diksinəcəklər.
Deyəcəklər: hanı büllur xəzinən —
Keçmiş gözəlliyin, zavallı insan? —

Отзывы