Добавить в цитаты Настройки чтения

Страница 79 из 83

R.C.Rammel də 1997-ci ildə çap olunmuş "Demosid statistikaları: 1900-cü ildən bəri genosid və kütləvi qətllər" kitabında bir sıra ölkələrdə həyata keçirilən genosid aktları haqqında məlumat verir. Onun yazdığına görə, 1870-ci ildə Argentina hökuməti minlərlə insanın qətlinə səbəb olan soyqırım həyata keçirmişdir. Həmin kitabda bildirilir ki, Avstraliyada 19-cu əsrin əvvəllərində indiki Tasmaniya adasında Britaniya kolonistləri ilə Tasmaniya yerliləri arasında Qara Müharibə olmuşdur. Xəstəliklər və digər faktlarla birlikdə konflikt Tasmaniyanın yerli əhalisinə dağıdıcı təsir etmiş və Tasmaniyanın aborigen əhalisi tamamilə qırılmışdır (Leo Kuper. Genocide. Its Political Use in the Twentieth Century. New Haven, Yale University Press, 1981).

Dünyada özünü mədəni millət kimi tanıdan fransızların da “əli az qana batmayıb”. Belə ki, Francada dəhşətli dini və məzhəb ayrı-seçkiliyi əsasında həyata keçirilən “Varfolomey gecəsi"nin qurbanlarının sayı barədə də müxtəlif fikirlər vardır. Bu dəhşətli hadisə 1572-ci il avqustun 24-ü gecə baş versə də bir həftə davam etmişdir. Belə hesab edilir ki, paytaxt Parisdə təqribən üç min, bütün Fransada isə 50 min arasında protestant qətl edilmişdir. Taleyin istehzasına bax ki, həmin dövrdə Fransada baş vermiş qətliam katolik dünyasında rəğbətlə qarşılanmış, Roma Papası  bu faciəni alqışlamış,  atəşfəşanlıq keçirilmiş və medal təsis edilməsini əmr etmişdir. Yalnız 425 il keçdikdən sonra, yəni 1997-ci ildə Roma Papası  rəsmi şəkildə Varfolomey qətliamını qınamışdır.

1986-cı ildə Reynald Seşer "Fransız genosidi: Vandeya" adlı kitabında   dövründə antiklerikal Fransa hökuməti əleyhinə daha çox katolik üsyanı kimi tanınan  zamanı (1793-1796) Fransa respublika hökumətinin fəaliyyətini ilk müasir soyqırım adlandırmışdı.

Kaliforniya Universitetindən Timoti Taket qeyd edir ki, Vandeya, tərəflərin hər ikisinin – faktiki üsyançıların özlərinin təşəbbüsü ilə törədilmiş sonsuz dəhşətlərlə dolu faciəvi vətəndaş müharibəsi idi. Pyer Şoun isə bunu "ideoloji soyqırım" adlandırmışdır. Soyqırım öyrənilməsi sahəsində ixtisaslaşmış tarixçi Mark Leven Vandeyanı "müasir soyqırımların arxetipi" hesab edir. Digər alimlərdən Frenk Çok, Kurt Conasson, R.C.Rammel, Jan Tulard və Entoni Ceyms Vandeyadakı bu kütləvi qırğını soyqırım hesab edirlər.

Fransız tədqiqatçısı Stefan Kurtua 1795-ci il hadisələrini Vandeya əhalisinə qarşı demosid adlandırıdı. Seşer isə -ci ildə çap olunmuş "Yəhudilər və vandeyalılar: bir genosiddən digərinə" nəşrində royalist vandeyalıların taleyini nasist Almaniyasındakı yəhudilərin taleyi ilə müqayisə etmişdir. Fransanın 1954-1962-ci illərdə Əlcəzairdə həyata keçirdiyi qətliamda isə ölənlərin sayının 1 milyondan çox olduğunu qaeyd edirlər. 1904-07-ci illərdə Cənub-Qərbi Afrikada Herero və Namaqua (indiki Namibiya) soyqırımı dövlət tərəfindən təşkil olunmuş ilk soyqırım idi. Herero həmçinin 20-ci əsrdə soyqırıma məruz qalan ilk etnik qrup olub. Alman generalı Lotar fon Trotanın başçılıq etdiyi ordu hissələri bütün Herero əhalisinin 80%-i, Nama əhalisinin isə 50%-i öldürmüşdür. Ümumilikdə 10.000 nama ilə birlikdə 24 mindən 100 minədək herero həlak olmuşdur(wikipedia.org/wiki).

1947-ci ildə Hindistanın bölüşdürülməsi zamanı milyonlarla müsəlman,hindli, sikh yeni formalaşdırılmış sərhəddin yanlış tərəfində qaldılar.Ümumi ölü sayı 500 000-dən 1 milyona qədər hesablanır. 7 milyon müsəlman Pakistana, təxminən eyni qədər də sikh və hindli də Hindistana köçmüşdü. Vəhşilik Pəncabın sıx məskunlaşmış düzənliklərində xüsusən dəhşətli olmuşdur. Köçürülmələr zamanı on minlərlə insan məşəqqətlərə dözməyərək həlak olmuşdu.

Tədqiqatçılar II Dünya Müharibəsindən sonra həmin müharibə zamanı digər xalqlara və millətlərə qarşı amansızcasına genosid siyasətini həyata keçirən almanlara qarşı eyni siyasət həyata keçirildiyini yazırlar. Belə ki, həmin dövrdə 12 milyon, bəzi araşdırmaşılara görə, 14 milyon və daha çox alman birbaşa deportasiya edilmişdir. Bu müasir tarixdə bir etnik qrupun ən böyük köçürülməsi və ya yerdəyişməsi və müharibədən sonrakı Mərkəzi və Şərqi Avropada ən geniş yerdəyişmədir (ümumilikdə 20 milyon adam yerini dəyişib). Zorakılıq aktları ilə yanaşı aclıqdan və xəstəlikdən ölən almanların sayı 500 mindən 2 milyona qədər dəyişir. Xeyli alman əhali ölüm və əmək düşərgələrinə göndərilmişdi. R.C.Rammel hesablayıb ki, Polşada 1 585 000, Çexoslovakiyada 197 000 alman öldürülüb. Bu hadisələr adətən əhali transferi və ya etnik təmizləmə kimi təsnif olunur.



“Filippində ABŞ-ın qısa tarixi" əsərindən görünür ki, 1899-1902-ci illər Filippin-ABŞ müharibəsi və Sakit okean kampaniyası zamanı Birləşmiş Ştatlar tərəfindən başladılmış özünün Sakit okean proqramının tərkib hissəsi olan, bir milyondan çox filippinlinin həyatı bahasına başa gəldiyi iddia olunan əməliyyatlar təşkil edilmiş soyqırımdır. Con M. Geytsin "Filippində müharibə qurbanları" əsərinə görə, Filippində bütün ölənlərin sayı 1,4 milyondan çoxdur.

Böyük Britaniya XVII əsrin ortalarında Yeni Model Ordunu İrlandiyaya göndərdi. Oliver Kromvelin başçılığı ilə yaradılan, sonra digər parlament generallarının komandanlığına keçən Yeni Model Ordu burada etnik təmizləmə aktını həyata keçirdi. Bu siyasət Kromveli simvolizə edən "Cəhə

İllinoys Universitetinin beynəlxalq hüquq üzrə professoru Frensis A. Boyl 1996-cı il 2 mayda Nyu-Cersi Holokost Təhsili üzrə Komissiyasına rəyində göstərib ki, hökumət zorakılığı SCQACK-nın 2-ci maddəsinin a, b və c bəndlərini pozaraq soyqırım törədib. O qeyd edir ki, "Aydındır ki, İrlandiya kartof aclığı dövründə – 1845-1850-ci illərdə Britaniya hökuməti İrlandiyada ümumi olaraq irland xalqı adlandırılan milli, etnik və irqi qrupun bir hissəsinin məhvinə yönəlmiş böyük aclıq siyasətini həyata keçirmişdir." Hüquq professoru Çarlz E.Rays da 2-ci maddəyə əsaslanaraq oxşar rəy vermişdir ki, hökumət soyqırım törədib. İrlandiya tarixçisi Kormak O’Qrada hesab edir ki, 19-cu əsrin əvvəllərində zəifləmiş 8-9 milyonluq irland xalqı aclıq zamanı emiqrasiya və aclıqdan 4 milyona düşmüşdür.

Soyqırım üzrə tədqiqatçı-alim V.D.Rubinşteyn "Soyqırım" kitabında Kormakla razılaşlaşdığını yazır.

Rusiya çar imperiyası təxminən 100 il Şimali Qafqazın şimal-qərbində çərkəzlərə qarşı onların Qara dəniz sahilindəki daimi mövqelərini ələ keçirmək üçün mübarizə aparıb. Bir çox tarixçilər kimi Antero Leytzinger ilkin olaraq "Turkistan News"da nəşr olunmuş "Çərkəz soyqırımı"adlı məqaləsində yazırdı ki, bu soyqırım 19-cu əsrdə çar Rusiyası tərəfindən çərkəzlərə qarşı törədilmiş, demək olar ki, tamamilə unudulmuş və 19-cu əsrin ən böyük soyqırımı olmuşdur. Təxminən 1-1,5 milyon çərkəz öldürülmüş, çarın əmri ilə müsəlman əhalisinin əksəriyyəti (müsəlman osetinlər və kabardinlər istisna olmaqla) əsasən Osmanlı İmperiyasına deportasiya olunmuş, bu, digər 1,5 milyon çərkəzin sürgün olunmasına səbəb olmuşdur. Bu xalqın 90%-i məhv və ya deportasiya edilmişdir. Çar Rusiyası dövründə azərbaycanlılara, Orta Asiya xalqlarına və digər xalqlara qarşı belə cinayətkar hərəkətlər həyata keçirilmişdir. Belə ki, 1918-1920-ci illər ən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.