Добавить в цитаты Настройки чтения

Страница 78 из 83

Ermənistan Milli Səhiyyə İnstitutu bildirib ki, bu, 2012-ci ildə aşkarlanan yeni xəstələrin sayına (626) baxanda 9 nəfər çoxdur. Qurumun məlumatına görə, 2013-cü ildə bu xəstəliyi aşkarlananların 383-ü yaşlı adamlar, qalanı isə uşaqlardır. Erməni xəstəliyi irsi keçən xəstəlikdir, mədədə ağır sancılarla özünü göstərir. Əsasən ermənilərdə, müəyyən qədər yəhudilərdə (sefardlarda) və ərəblərdə müşahidə edilir. Yalnız 6% xəstə başqa millətlərə aidddir. [125]

Резюме: Периодическая болезнь (или армянская болезнь, или наследственный семейный амилоидоз без невропатии, или средиземноморская семейная лихорадка, другие названия: пароксизмальный синдром Джэйнуэя — Мозенталя, периодический перитонит, синдром Рейманна, болезнь Сигала — Маму) — сравнительно редкое генетически обусловленное наследственное заболевание, проявляющееся периодически рецидивирующим серозитом и относительно частым развитием амилоидоза. Встречается преимущественно у представителей народностей, предки которых жили в странах на территории Средиземноморского бассейна (вне зависимости от места их нынешнего проживания), особенно у армяни лишь в 6 % случаев у лиц прочих национальностей.

Zeynəddin Şabanov

GENOSİD BƏŞƏRİ CİNAYƏT KİMİ

İnkişaf edən cəmiyyətdə heç də həmişə tərəqqipərvər hadisə və proseslər baş vermir. Çox təəssüf ki, insanlar daşıdıqları nəcib keyfiyyətlərdən uzaqlaşaraq cəmiyyətə sarsıdıcı zərbələr vururlar. Şəhərlər, kəndlər dağıdılır, mədəniyyət abidələri məhv edilir, ölkələr viran qalır, insanlar öldürülür. Bütün bunların təməlində maraqlar, mənafelər, ayrı-seçkilik, dözümsüzlük durur. Ən dəhşətlisi və faciəlisi isə xalqların, insan qruplarının kütləvi şəkildə məhv edilməsidir ki, bunu genosid adlandırırlar.

Genosidə münasibət birmənalı olmamış, mənbələrdə müxtəlif yanaşmaların şahidi oluruq. 1944-cü ilə qədər “soyqırım” anlayışı ictimaiyyətə bəlli olmamışdır. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə ABŞ-ın Müdafiə Nazirliyində müşavir vəzifəsində çalışan yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Vaşinqtonda nəşr etdiyi “İşğal olunmuş Avropada faşist idarəetməsi” kitabında yəhudilərin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos – «nəsil, kök, soy» sözü ilə latın dilindən caedo – «öldürürəm» sözlərinin birləşməsindən «genosid» (soyqırımı) terminini təklif etdi.O yazır: “Kütləvi qətl hər hansı bir fenomen üçün adekvat ola bilərmi? Biz hesab edirik ki, xeyr. Əgər o, cinayətin motivi ilə uyğunlaşmırsa, xüsusən də motiv irqi, milli və ya dini zəmindən irəli gəlirsə, bu, adekvat hesab oluna bilməz. Bir millətin, habelə onun mədəni simasının məhvinə yönələn hərəkətlər indiyə qədər xüsusiləşdirilərək adlandırılmışdır. Əgər qeyd edilən hərəkətlər bioloji məhvlə uyğunlaşmırsa, adekvat görünmür. Digər mənada bu anlayış, əsasən, vətəndaşlıqdan məhrum etməni xarakterizə etmək, onu ifadə etmək üçün istifadə olunur. Bir çox müəlliflər ümumi anlayışdan istifadə etmək əvəzinə, irqlərin və millətlərin məhv edilməsini onların yalnız bəzi funksional cəhəti ilə uyğunlaşan anlayışlarla adlandırmağa üstünlük verirlər”. (Raphael Lemkin. Genocide. American Scholar, Volume 15, no. 2, April 1946, p. 227-230). Hüquqi konsepsiya olaraq “soyqırımı” termini təklif edən Lemkin onu belə əsaslandırırdı ki, soyqırımı – müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir (Nizami Səfərov, Adil Vəliyev. Azərbaycan xalqına qarşı aparılan soyqırım cinayətinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi zamanın hökmüdür. Xalq qəzeti, 2017).

Ümumiyyətlə, genosid etnik, dini, irqi, milli qrupun dövlət yaxud başqa qrup tərəfindən tam yaxud qismən məhv edilməsidir. Belə ki, tədqiqatçıların fikrincə, qruplara müxtəlif üsullarla zərbələr vurula bilər. Bu fərqlərə görə, insanların qətlinə yönəlmiş siyasətləri genosid, demosid, ekosid, ekonosid, politisid, gendersid, o



"Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiya (SCQACK)1948-ci ilin 9 dekabrında BMT Baş Assambleyasında qəbul olunmuş və 1951-ci il 12 yanvarda (Qətnamə 260(III)) qüvvəyə minmişdir. 20 ölkə üzv olduqdan sonra Konvensiya qüvvəyə minmiş və 1951-ci il 12 yanvarda beynəlxalq hüquqi qüvvəsi aldı. Buna baxmayaraq, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən yalnız 2-si razılaşmaya (Fransa və Çin Respublikası (Tayvan)) tərəfdar olduğundan 40 il Konvensiya tam gücü ilə fəaliyyət göstərə bilməmişdir. SCQACK Sovet İttifaqı tərəfindən 1954-cü ildə, Birləşmiş Krallıq tərəfindən 1970-ci ildə, Çin Xalq Respublikası tərəfindən 1983-cü ildə (1971-ci ildə Tayvan Çin Respublikasını BMT TŞ-də əvəz etmişdir) və Birləşmiş Ştatlar tərəfindən 1988-ci ildə ratifikasiya edilmişdir. Buna görə də soyqırım cinayəti üzrə beynəlxalq hüquq yalnız 1990-cı illərdə işə düşmüşdür (R.Mirzəzadə. Soyqırım və genosid cinayətinə beynəlxalq hüquqi və siyasi baxış).

N. Rozanski qeyd edir ki, SCQACK siyasi qrupların məhvini nəzərdə tutmur, çünki bu məsələ vaxtilə Stalinin təzyiqi ilə mətndən çıxarılmışdır. Lakin 1946-cı il 11 dekabr tarixli Birləşmiş Millətlər Baş Assambleyasında yekdilliklə qəbul edilən "irqi, dini, siyasi və digər qrupların qismən və ya tamamilə məhv edilməsi" ni qadağan edən 96 saylı Qətnaməsi BMT-nin orijinal qərarı siyasi razılıq olan SCQACK-nın qərarından daha legitimdir.

Azərbaycan Respublikasının Milli Məclisi 1996-cı il mayın 31-də "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyaya qoşulmaq haqqında qanun qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 və 104-cü maddələri soyqırımı və ona təhrik etməni qadağan edir.

ABŞ alimi Adam Cons özünün "Genosid: ətraflı giriş" kitabında izah edir ki, tarix boyu insanlar başqa qrupları, xalqları yad, özgə kimi görüblər. Buna görə də onlara qarşı ikrah hissi oyanıb. A.Cons kitabda genosid haqqında ətraflı biliklər ortaya qoyur. Frenk Çok və Kurt Conasson isə "Genosidin tarixi və sosiologiyası" əsərində genosidin səbəbləri və tarixdə baş vermiş genosid aktlarını təhlil etmişlər, fərqli baxışlar sərgiləmişlər. Onlar genosidin səbəbini maraq və mənafelərdə axtarırlar.

Devid Sta