Добавить в цитаты Настройки чтения

Страница 74 из 83

2.Türk Ulus Dövlətlərinin dagıdılması.

3.Dövlətlərini itirərək azınlıq durumuna salınmış türklərin assimilyasiya, etnik təmizləmə və soyqırıma ugradılması ilə torpaqlarının mənimsənilməsi ( Ermənistan ,Əfqanıstan, Suriya, İraq, İran, Çin, Rusiya ). Əsrin əvvəllərində erməni, fars, indi isə kürd faktoru ilə Türklərin Yaxın və Orta Dogu cografiyasından silinməsi prosesi XVIII əsrdə Avropada formalaşmış “Hind-Avropa irqinə məxsus xalqların dünya liderliyi –Ariya irqçiliyi ”, Pyotrun “Vəsiyyətnaməsi”, Yekatrinanın “Şərq Layihəsi”, Rusiya və İngiltərənin “Böyük Oyun” siyasəti doktrinləri ilə həyata keçirilirdisə, indi ABŞ-Avropa Birliyi rəhbərliyi ilə “Böyük Orta Dogu “ projesi adı altında həyata keçirilir. (Əfqanıstan, Suriya, Ermənistan, İran, Iraqda əhalinin yarısını təşkil edən türklərin etnik təmizləmə və soyqırıma məruz qalması ilə). Yaxın və Orta Şərq cografiyalarının bölünməsində XX əsrin əvvəllərində İngiltərə-Fransa-Rusiya baş rol oynayaraq, min illərdir bu cografiyaya hakim olan türklərin buradan silinib atılması üçün erməni, aysor (assurr), serb, ərəb, fars, kürd xalqlarını türklər əleyhinə istifadə edirdilər. Bu cografiyadakı siyasi xəritələr İngilltərə-Rusiya arasında gedən “Böyük Oyun” adlı siyasi rəqabət əsasında İngilis -Rus nüfuz dairələrinə uygun cızılmışdı. Bu siyasət əsasında Osmanlını böldülər, Qacarları devirərək Fars İran dövləti qurdular, Azərbaycanı bölərək Ermənistan dövləti qurdular, XXI əsrdə isə bu cografiya ABŞ və Avropa birliyinin maraqları əsasında yenidən bölünərək paylaşılmaqdadır. Yeni siyasi oyunların əsas aktoru isə Kürdlərdir. Bu dəfə Ermənilərlə bərabər Kürdlərdən istifadə edilməkdədir. Kürdlərin Kərkük bölgəsində Dövlət qurma cəhdləri Azərbaycanın maraqlarına ziddir.Çünki bu bölgə qədim Azərbaycan tarix və mədəniyyətinin yarandıgı bir bölgədir.

Beləliklə Türkiyə, İran və Azərbaycan cografiyasında yaşayan Türklərin müştərək bir proqramı hazırlanmalıdır. Bu proqramda birincisi- İraq, Suriya, Livan, Türkiyə, İran, Azərbaycan dövlətlərini təhdid altında saxlayan kürd faktoruna, ikincisi Türkiyə və Azərbaycanı bölərək böyük Ermənistan qurmagı hədəf alan Erməni faktoruna qarşı müdafiə siyasəti hazırlanmalıdır. Bu proseslər Türkiyə və Azərbaycanı yeni siyasi doktrin və paradiqmalar yaratmaq zərurəti qarşısında qoyur. Erməni məsələsinə gəldikdə isə, hər kəs bilir ki, Ermənilər tarix səhnəsinə Rusiyanın dəstəyi ilə çıxmışlar. Ermənilərin Dənizdən-dənizə (Qara dəniz-Aralıq dənizi-Xəzər Dənizi) böyük Ermənistan planı Çar Rusiyasının isti dənizlərə enmək, Bosfor və Dardanel böğazlarından keçərək İstanbulu fəth etməsilə Böyük Roma Dövlətinə çevrilmək planının tərkib hissəsi kimi 18-ci əsrdən 21-ci əsrə qədər Azərbaycanda Rusiyanın dəstəyi ilə həyata keçirilməkdədir. Əsası rus çarı I Pyotr tərəfindən qoyulan ermənilərin himayə edilməsi siyasəti sonralar digər rus çarları və Sovet Rusiyası tərəfindən davam etdirilib. 1828-ci ilin mart ayının 21-də çar I Nikolayın əmri ilə Naxçıvan və İrəvan xanlıqlarının inzibatı ərazisində müvəqqəti “erməni vilayəti” yaradıldı və İrəvan (Yerevan) şəhəri paytaxt kimi ermənilərə “hədiyyə” edildi. 1876-cı ildə II Yekaterina ermənilərin xüsusi himayə edilməsi haqqında əmr imzalamışdır. Beləliklə Ermənilər himayə edilmiş, silahlandırılmış, təşkilatlandırılmış və Erməni dövlətinin qurulmasını hədəf alan bir millət kimi formalaşdırılmışdır. Bütün XX əsr böyu Ermə

ilər 5 dəfə “dövlət” qurmaga cəhd etmişlər.

1.Cənubi qafqaz erməni dövləti; 2.Şərqi anadolu erməni dövləti; 3.Adana-Çuxurova(Kilikiya) Erməni dövləti; 4.Urmiyda-Erməni-Kürd-Aysor konfederasiyası(Cilovluq hərəkatı); 5.Bakıda Şaumyanın qurdugu saxta Sentrokaspi höküməti. Bütün bu “Dövlətlər” bu ərazilərdə yerli türklərin kütləvi şəkildə vəhşicəsinə soyqırıma ugradılması ilə “qurulurdu” və bütün bu erməni vəhşiliklərinin arxasında ingilis framason təşkilatları, Xristian missionerləri və Rus çar-bolşevik siyasətçiləri dayanırdı. Bununla baglı yüzlərlə tarixi mənbələr, Osmanlı və Azərbaycan Demokratik Cümhuriyyətinin hökümət protokolları, hesabatları var. Əgər Türkiyəyə qarşı irəli sürülən saxta “Erməni soyqırımı” nın araşdırılması ilə baglı beynəlxalq komissiya yaransa, Türklərə qarşı həyata keçirilən bütün bu Erməni cinayətlərinin arxasında duran Rusiya, İngiltərə,Fransa kimi dövlətlər də cinayət məsuliyyətinə cəlb olunacaqdır.

Erməni kartı, İngiltərə-Fransa-Rusiya dövlətləri tərəfindən Qacar və Osmanlı Türk imperatorluqlarının çöküşü üçün istifadə ediliməyə başlandı və ugur qazandı. Bütün tarixi faktlar isbat edir ki, Erməni məsələsi, Ermənilərin Türklərə qarşı törətdikləri soyqırımlar və Qərbi Azərbaycanda yerli Türklərə qarşı etnik təmizləmə aparmaqla Ermənistan dövlətinin qurulması, Qarabagın və ətraf rayonlarının işgal edilərək Ermənistana birləşdirilməsi siyasəti Rusiyanın birbaşa iştirakı, Qərb ölkələrinin isə iqtisadi-siyasi, diplomatik dəstəyi ilə baş verməkdədir. Məqsəd Türkləri Anadoludan və Qafqazdan, İran cografiyasından,Yaxın və Orta Dogu xəritəsindən silmək və bu torpaqlara sahiblənməkdir.

XX əsrin əvvəllərində Ermənilər Azərbaycanın qərb torpaqlarında “Cənubi Qafqaz Erməni Dövləti”ni yatmaga nail oldular. SSRİ dövründə Azərbaycan torpaqları hesabına bu “Erməni dövləti” genişlənərək Ermənistan adlandı və SSRİ-nin subyekti oldu. 50-ci illərdən etibarən Erməni diasporu və Daşnaksütun partiyası birgə Erməni milli strategiyasını hazırladılar. “4 T proqramı” adlanan bu strategiyaya əsasən Türkiyənin Şərqi Anadolu bölgələri və Naxçıvan, Qarabag Ermənistana birləşdirilməli və “Böyük Ermənistan” yaranmalı idi. 50 ildən çoxdur ki, Erməni milləti bu “4T” adlı strateji siyasətini həyata keçirməklə Ermənistanın genişlənməsi ugrunda mübarizə aparırlar. 4T proqramına daxildir: a) erməni spyqırımının dünyada tanınması, b) Türkiyənin soyqırımı tanıması, c) Türkiyənin soyqırım əvəzinə təzminat ödəməsi, d) Türkiyənin şərqində–doğu anadolu bölgəsində Naxçıvan da daxil olmaqla ermənilərə torpaq verilməsi. 4T proqramı vasitəsilə Türkiyənin və Azərbaycanın bölünməsi və ərazilərinin Ermənistana birləşdirilməsi planlaşdırılır. Erməni İnqilab Federasiyası- “ Daşnaksutyun” un liderlərindən Hrant Markaryan etiraf edir ki, “Soyqırımı” tanıtma fəaliyyətləri özbaşına bir məqsəd deyil,Qərbi Ermənistanı (Şərqi Anadolu-Qars-İqdır-Ərzurum-Y.Q) xilasetmə məramının bir hissəsidir”. Bu plan əsasında Türkiyə və Azərbaycan arasında quru sərhədlərin aradan götürülməsi, bir-birindən təcrid edilməsi nəzərdə tutulur. Qarabagın Ermənistan tərəfindən işgal edilməsi, Qarabagda ikinci Erməni dövlətinin qurulması və bu “Dövlətin” Ermənistana birləşməsini təmin etmək siyasəti də “4T” proqramının tərkib hissəsidir. “Erməni Soyqırımı”nın tanıdılması 4T proqramının tərkib hissəsidir. Və Saxta “Erməni soyqırımı” iddialarının yayıldıgı areal-Avropa və Amerikadır. ABŞ da “Soyqırımı tanıyan ştatların sayı 30 keçib. Konqresdə isə “Soyqırımla” baglı iki layihə var. Həmçinin Qarabagın erməni işgalından azad edilməsini əngəlləyən 907-ci düzəliş də ABŞ-nın Erməni işgalına dəstək verməsini sübut etməkdədir. 907-ci düzəliş , “Rusiyada azadlığın, Avrasiyada demokratiyanın və açıq bazarın müdafiəsi haqqında akt” 1992-ci il oktyabrın 24-də ABŞ konqresi tərəfindəndən qəbul olunmuşdur. Həmin qanun SSRİ-nin dağılmasından sonra yeni müstəqil dövlətlərə yardım göstərmək haqqında ABŞ konqresinin ilk qanunvericilik aktıdır. 907-ci düzəliş senator Kerri tərəfindən (Masaçussets şt.) irəli sürülmüş, həmkarlan Sarbanes, Saymons, de Konsini tərəfmdən dəstəklənmişdir. Burada söhbət Azərbaycana yardımın məhdudlaşdırılmasından gedir və göstərilir ki, Azərbaycan hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı bütün blokadalarının və qüvvədən təcavüzkarcasına (?) istifadənin ləğvi sahəsinde nümayişkaranə addımların atılmadığını prezident müəyyən etməyincə və bunu konqresə bildirməyincə Azərbaycan hökumətinə yardım göstərilməyəcəkdir. Bu sənəddə diqqət edilərsə Qarabag Azərbaycan torpagı kimi yox, müstəqil subyekt kimi göstərilmiş, Ermənistan işgalçı adlandırılmamış, Azərbaycan dolayısıyla təcavüzkar adlandırılmış, bir sözlə Ermənistan dəstəklənmişdir. Beləliklə o zamandan bu günə qədər ABŞı-ın Qarabagdakı erməni işgalı ilə baglı siyasəti dəyişməmişdir. ABŞ Ermənistanı və onun işgal siyasətini dəstəkləməkdədir. ABŞ-nın müttəfiqi olan Avropa ölkələrinin hamsı “Soyqırım”ı tanımaqdadır. 1987-ci ildə Avropa parlamenti “Erməni soyqırımı” iddiasını tanıdı, 2005-də isə bu qərarını təzələdi. Beləliklə, Avropanın bütün ölkələri , - Avropa Şurası, Avropa Parlamenti, Dünya Kilsələr Şursı, İnsan haqları Dərnəyi,YMCA Avropa Birliyi, Vatikan və s. kimi Avropa təşkilatları , ümumilikdə dünyanın 20-dən çox ölkəsi, ABŞ-ın 30 ştatı, “Erməni soyqırımını” tanımaqla Türkiyə ərazisini parcalamaq, Qarabagı Ermənistana birləşdirmək ideyasını gerçəkləşdirməkdədir. Bu məqsədlə 45000 sayt yaradılmış, çoxlu əsərlər yazılmış, rəsmlər və filmlər yayılmışdır. Və bütün bunlar Ermənilərin Qarabagı və ətraf 7 rayonu işgal etməsinə, Xocalı soyqırımına zəmin hazırlamışdır. Ermənilər Qarabagda işgal müharibəsinə başlayrkən ABŞ-nın Avropa Birliyinin siyasi-hüquqi dəstəyini artıq qazanmışdılar. Bu dəstək bu gün ATƏT-in Minsk qrupunun fəaliyyətində də öz əksini tapmaqdadır. Beləliklə qarşımızda belə bir mənzərə açılır.