Добавить в цитаты Настройки чтения

Страница 75 из 83

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı BMT TŞ 1993-cü ildə 822, 853, 874,884 saylı qətnamələrinin yerinə yetirilməməsi, Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılması yönümündə fəaliyyət göstərən ATƏT-in MİNSK qrupnun 1994-cü ildən bəri davam edən fəaliyyəinin nəticəsiz qalması, ATƏT-in Minsk qrupunun indiyə qədər təklif etdiyi 1. Paket həll; 2. Mərhələli həll; 3. Ortaq dövlət proyekti; 4. Madrid prinsiplərinin Azərbaycan Milli maraqlarına zidd olması, bu sənədlərdə Qarabag müharibəsinin həlli ilə baglı əks olunmuş 1. Ərazi bütövlüyünün toxunulmazlığı, 2. xalqların öz müqəddaratını təyin etmək hüququ, 3.güc tətbiq etməkdən imtina prinsipləri ikili standartlar siyasətini əks etdirir və dolayısıyla Ermənistanın işgalçılıq siyasətinə bəraət qazandırmaga yönəlmişdir. ATƏT-in Minsk Qrupunun təklif etdiyi bu layihə və prinsiplər əslində Azərbaycan torpaqlarında müstəqil “Qarabağ” dövlətinin yaradılmasına və möhkəmlənməsinə xidmət etməkdədir. ATƏT-in MİNSK qrupu üzvləri Rusiya və Fransa Ermənistanın strateji müttəfiqləridir və saxta Erməni soyqırımını tanımaqdadırlar. Bütün bunlar- Ermənistanın Azərbaycan torpaqlarını işgal etmək siyasətinə bəraət qazandırmaq məqsədilə uydurulmuş saxta “Erməni soyqırımı” iddisının Qərb ölkələri tərəfindən tanınması Azərbaycanı məyus etməkdədir. ABŞ və Qərb daim Qafqazda enerji təhlukəsizliyi maraqlarına uygun olaraq Azərbaycanın qarşısına erməni işgalının aradan qaldırılması siyasətində güc tətbiq etməmək şərtlərini qoyur.

Ermənistan-Azərbaycan müharibəsi və Rusiya.

Bununla bərabər , qlobal siyasətdə iqtisadi cəhətdən zəifləyən, Qərblə ayaqlaşa bilməyən Rusiya təbliğat və siyasi təzyiq yolu ilə Cənubi Qafqaz ölkələrində təsirini qoruyub saxlamağa çalışır: məhz bu səbəbdən Avro-Atlantik ölkələrlə-Rusiya arasında gedən qlobal qarşıdurma və gərginlik çox tezliklə öz təsirini Cənubi Qafqaz ölkələrinə də göstərir. Cənubi Qafqaz ölkələrindən olan Azərbaycan balanslı xarici siyasət kursunu davam etdirdiyi halda, Gürcüstan AB və NATO-ya inteqrasiya xəttində qalır. Ermənistan isə tamamən Rusiyaya təslim olub. Dolayısı ilə Qərbə nisbətdə Rusiya region ilə daha dərin bağlara malik olsa da, Cənubi Qafqazı təsir altına alma mübarizəsi hələ də davam etməkdədir. Bu məqsədlə Rusiya Cənubi Qafqazda öz mövqeyini daha da gücləndirmək və post-sovet respublikaların ictimai rəyində öz təsirini qorumaq üçün yeni media orqanları qurur. Son bir necə ildə Rusiya həm dünya ictimai rəyinə və post-sovet ölkələrində ictimai rəyə təsir etmək üçün KİV siyasətində dəyişiklik edib. “Russian ToDay” (RT), “Sputnik” kimi yeni və daha keyfiyyətli KİV-lər qurulub. “Sputnik” bir radio və xəbər saytı olaraq demək olar bütün post sovet ölkələrinin dillərində yayımlanır. Rusiya həm güc yolu ilə bu ölkələri ətrafında tutmağa çalışır, həm də Qafqazda uzun müddət qala bilmək üçün ictimai rəyi “işğal” etmək məqsədilə “SOFT POWER” adlanan , “yumşaq güc”dən istifadə edərək qərbçi ictimai rəyi qırmaq üçün informasiya siyasəti yeridir.

Artıq Ermənistan SSRİ-nin prototipi sayılan Avrasiya İttifaqının və Gömrük İttifaqının üzvüdür, ancaq onun digər üzv-dövlətlərlə, o cümlədən Rusiya ilə quru əlaqəsi yoxdur. Belə əlaqə yalnız iki ölkə vasitəsi ilə mümkündür - Gürcüstan və Azərbaycan. Rusiya 2008-ci ildə Gürcüstanın ayrılmaz tərkib hissəsi olan Abxaziya və Cənubi Osetiyanı onların müstəqilliyini “tanımaqla” de-fakto özünə birləşdirib, orada - böyük sayda hərbi kontingent, bazalar yerləşdirib. Abxaziya və Cənubi Osetiya separatçı qurumları ilə qarşılıqlı müqavilələr əsasında “ortaq ordu” yaradıb. Həmçinin Rusiya Ermənistana silah-sursat almaq üçün 200 milyon dollarlıq kredit verilməsi haqda qərar qəbul edib. Eyni zamanda Rusiya Ermənistanla quru sərhədlərə malik olmaq üçün Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmiryolunun açılması məqsədilə Gürcüstana təzyiqlər etməkdədir. Bu, isə Gürcüstanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması anlamına gəlir. Gürcüstanın Rusiyanın təzyiqlərinə davam gətirməyərək Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşulması, avtomatik olaraq Azərbaycanın da Avrasiya İttifaqına qoşulması ilə nəticələnə bilər. Azərbaycanın Qərb üçün itirilməsi, bölgədən keçən neft-qaz kəmərlərinə, Xəzər dənizi akvatoriyasında nəzarətin bütünlüklə Rusiyanın nəzarətinə keçməsi demək olacaq. Bu halda Cənubi Qafqazın Avro-Atlantik məkana inteqrasiya siyasəti fiaskoya ugrayacaq. Azərbaycan ətrafında baş verən bütün bu siyasi gərginliklər Azərbaycanı dərin məyus edir və “üçüncü yol” axtarışına sövq edir.

Qərbin Ukrayna ilə baglı Rusiyaya qarşı sərt mövqe sərgiləməsi Azərbaycanda, xüsusilə də Qərb yönlü müxalifət mətbuatında ümid yaratdı ki, Qərb Qafqazdakı etnik problemlərlə baglı, xüsusilə Qarabağla baglı da sərt mövqe nümayiş etdirəcək. Məlumdur ki, Rusiyanın bu bölgədə, ümumən postsovet məkanında öz təsirini qoruyub saxlaması üçün etnik-ərazi konfliktlərinin davam etməsi çox önəmlidir. Əks halda, bu respublikaların həmçinin də Ermənistanın Rusiyanın orbitindən çıxaraq Avropaya inteqrasiyası qaçılmaz olacaq. Məhz bu səbəbdən Rusiya Qarabağın işgaldan azad olmasına imkan verməyəcək. Lakin Qərb Qarabag məsələsində Rusiya ilə konfrontasiyaya gedəcək qədər riskli siyasət yürütmür, heç onun belə bir maragı da yoxdur.Əksinə Rusiya Ermənistanla birlikdə Qarabağı işgal edən ölkədir, ABŞ və Qərb isə bu işgalı dəstəkləyən və Qarabagda erməni dövlətinin qurulmasına çalışan ölkələrdir. Qarabağın Ermənistan tərəfindən işgalı məsələsində bu ölkələrin maraqları toqquşmur,əksinə üst-üstə düşür. Eyni zamanda Cənubi Qafqaz qərbin sərhədlərindən çox uzaqdır və Qafqaz qərb üçün enerji təhlükəsizliyi siyasətinin,Təhlükəsizlik və əməkdaşlıq qurşagının sadəcə bir parçasıdır. Ukrayna ilə bağlı isə Qərb ona görə sərt mövqe ortaya qoydu ki, bu ölkə Avropa İttifaqının 4 üzvü ilə həmsərhəddir və Avropa ilə Rusiya arasında sanitar zolaq,bufer dövlət rolu oynayırdı və Ukraynanın işgalı ilə Rusiya birbaşa Avropa İttifaqının sərhədlərinə söykənərək Avropanın təhlükəsizliyini təhdid edir.. Ukraynadakı münaqişə və Rusiyanın ekspansiya siyasəti ümumilikdə Avropada 2-ci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturasına ciddi təhdiddir və bu baxımdan həm Avropa İttifaqının , həm də ABŞ-ın maraqlarına toxunur. Ukrayna məsələsində Qərbin özü təhlükədədir, məhz buna görə də Qərb öz həyati mənafelərini qorumaq üçün Ukrayna məsələsində çox aktiv hərəkət edir və edəcək. Qərbin Qarabağ məsələsi ilə bağlı maraqları və problemə cəlb olunma səviyyəsi Ukraynadakı qədər deyil. Ona görə də Ermənistanla Azərbaycan arasındakı müharibədə Rusiyanın dominantlığı qalır və belə də davam edəcək.



Azərbaycanda anti Qərb ritorikası.

Beləliklə deyə bilərəm ki, SSRİ dagıldıqdan sonra Azərbaycanın Avro-Atlanttik məkana inteqrasiya siyasətində Azərbaycanın milli maraqlarına uygun heç bir nəticə əldə edilməməsi və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işgalının aradan qaldırılmasında Avropanın tətbiq etdiyi ikili standartlar siyasəti Azərbaycan xalqında və həmçinin məndə dərin məyusluq və ümidsizlik hissləri dogurmuşdur. Bu da Azərbaycanda , aydınlar arasında son dövrlərdə anti Avropa və anti ABŞ əhval ruhiyyəsinin dogulmasına səbəb olmuşdur.İşgalçı, terrorist Ermənistn dövlətinin maraqlarınıı birtərəfli şəkildə Xristian təəssübkeşliyindən və Hind-avropa irqçiliyindən irəli gələn baxışla müdafiə etməklə və saxta erməni soyqırımı iddilarını tanımaqla əslində Avropa Birliyi öz tarixinə, öz ideyalarına xəyanət edir. Renessans ideyalarının, İnsan haqları, azadlıq, bərabərlik, ədalət, demokratiya prinsiplərini özü ayaqlar altına alır. Ermənistan-Azərbaycan müharibəsinə münasibətdə ədaləti qorumaq elə Avropa prinsiplərini qorumaqdır.

Bu isə Azərbaycanın xarici siyasət kursunda əsas yer tutan Avroatlantik məkana inteqrasiya siyasətini dəyişdirməyə məcbur etməkdədir. Məhz buna görə də mən MSDM-də Qərbçi olmadıgımı, Avro-Atlntik məkana inteqrasiya siyasətini dəstəkləmədiyimi bəyan etdim. Lakin bu o anlama gəlməz ki, mən Azərbaycanın Rusiyaya və ya İrana inteqrasiya olmasını dəstəkləyirəm. Əsla! Mən Rusiyanın da, İranın da düşməniyəm və bu dövlətlərin ölkəmin müstəqilliyinə vurdugu zərbələri də yaxşı bilirəm. Bu o anlama gəlməsin ki, mən Azərbaycanın təcrid olunmasından danışıram, xeyr, əsla! mən başqa format haqqında düşünürəm. Bu, “Üçüncü yol”axtarışıdır. Qərb “ikili standartlar” siyasətini dəyişməlidir. Mən hesab edirəm ki, bütün bu problemlərin aradan qalxması məqsədilə ABŞ və Avropa Birliyi Cənubi Qafqaz siyasətinə yenidən baxmalı,Azərbaycan-Ermənistan müharibəsinin nəticələrinin aradan qaldırılması məqsədilə ikili standartlar siyasətinə son qoymalı, Azərbaycanın işgal olunmuş torpaqları azad edilməli və Qafqazın Rusiyanın orbitindən xilas edilməsi yönümündə fəaliyyətini gücləndirməlidir. Qarabag Erməni işgalından azad edilməyənə qədər Azərbaycan Rusiyanın orbitində qalacaqdır.Və buna Azərbaycana qarşı ikili standartlar siyasəti yeridən Qərb ölkələri səbəb olmaqdadır. Azərbaycan bu müharibədə təkdir. Türkiyənin dəstəyi istisna olmaqla.Lakin, Qərb Türkiyəyə Ermənistanla sərhədlərin açılması,“Erməni açılımı”basqısı etməklə iqtisadi durgunluq keçirən Ermənistanı blokadadan qurtarmaqla gücləndirmək siyasəti yeritməklə Azərbaycanı Türkiyə dəstəyindən də məhrum etmək istəyir. O halda Azərbaycan ictimaiyyəti soruşma haqqına sahibdir ki, ey Qərb, Amerika sənin regionda strateji müttəfiqin olmaqda və maraqlarını qorudugum halda, qarşılıgında mənə verdiyin nədir? Dediyim kimi, Rusiya və Ermənistan Qarabagda işgalçıdır, Qərb və ABŞ bu işgalın dəstəkləyicisi. Əgər Qərb bizim strateji müttəfiqimizdirsə Rusiyanın işgal etdiyi Qarabagın işgaldan azad edilməsinə niyə çalışmır,əslində hər gün müharibə davam edir, biz daim şəhid veririk. Bu dayanmasa təkrar edirəm Azərbaycanda dini fundamentalizm güclənəcək, Anti Qərb- anti Amerika əhval Ruhiyyəsi artacaq, Rusiyaya, İrana yönəlik siyasi dairələr güclənəcək. Qərb ikili standartlar siyasəti ilə son 20 ildə Azərbaycanda formalaşmış qərb yönümlü siyasəti dəstəkləyən elitanı və elektortı zərbə altında qoyur.