Добавить в цитаты Настройки чтения

Страница 73 из 83



Problemin qoyuluş fəlsəfəsində səhvlərimiz

Məlumdur ki, indiyə qədər ATƏT- in Minsk qrupunun fəaliyyətində daim Qarabaga hər hansı “statusun” verilməsindən danışılmışdır. Təklif olunan bütün sənədlərdə və proqramlarda “Qarabagın statusu” müzakirə obyekti olmuşdur. Azərbaycan televiziyalarında, medyada, diplomatik nümayəndələrin, palitoloqların dilində də tez- tez eşidirik “Qarabag konflikti”. Fikrimcə bu ifadə işlədilməməlidir.Biz səhv edirik, bu yolverilməzdir. “Qarabag Konflikti” dedikdə iki məsələdə səhv edirik. Birincisi bu deyimdə Qarabag müstəqil siyasi subyekt kimi göstərilir, halbuki Qarabag unitar Azərbaycanın tərkib hissəsidir. ikincisi “Qarabag konflikti” yoxdur , Azərbaycan-Ermənistan müharibəsi var və Azərbaycan torpağı Qarabağ və ətraf 7 rayon Ermənistan və Rusiya birliyi tərəfindən işgal olunmuşdur. , Azərbaycan-Ermənistan müharibəsi deyimini işlətməliyik və belə qəbul etdirməliyik. Lakin ATƏT-in Minsk Qrupunun təklif etdiyi bütün sənədlərdə Mərhələli Həll, Paket Həll, Ümumi Dövlət proyekti, Madrid prinsipləri proqramlarında “Qarabag” müstəqil subyekt kimi göstərilir və bu “subyektin” “statusu”ndan” danışılmqla əslində “müstəqilliyi”nə cəhd edilir. ATƏT-in Minsk Qrupunun fəaliyyətində Azərbaycan-Ermənistan müharibəsi nəticəsində işgal olunmuş Azərbaycan torpaqlarının işgaldan azad olması yox, “Qarabag konfliktindən” və “Konfliktin həlli ” üçün “Qarabagın statusundan” danışılır. Biz məhz bu nöqtədə uduzmuşuq və bu formatı dəyişməliyik. ATƏT-in Minsk qrupunun təklif etdiyi sənədlərin və danışıqların bu formatda olması bizim dövlət və millət maraqlarımıza ziddir. Bu ifadələrin işlədilməsinə yol verməyimiz bizim səhvimizdir. Biz səhvlərimizi düzəltməliyik. Azərbaycan Ermənistan müharibəsinin “Qarabag konflikti” adlandırılması Erməni milli maraqlarına xidmət edir və Ermənistanın birbaşa işgalçı dövlət olmasını, işgal siyasətini dolayısıyla ört –basdır edir. “Qarabag konflikti” deyimi ilə:

1.Ermənistanın işğalçı dövlət olmadıgı, müharibədə birbaşa iştirak edən tərəf olmadıgı, etiraf olunur.

2. Müharibənin işgalçı Ermənistanla –Azərbaycan arasında yox, Qarabagla-Azərbaycan arasında getdiyi dünyaya qəbul etdirilir və burda Ermənistan işgalçı yox, guya “Qarabağda əzilən erməni soydaşlarının hüquqlarını müdafiə edən dövlət” kimi çıxış edir.

Beləliklə də hələlik, məsələnin qoyuluş fəlsəfəsində və diplomatik danışıqlarda Ermənilər bizə qalib gəlmişlər.

1. “Qarabağ konfliktinin həlli” deməklə və həll yolu kimi “Qarabagın statusu”nun beynəlxalq danışıqlarda “müzakirə predmeti olunmasına” nail olmaqla əslində Azərbaycanın bir parçası olan Qarabagın müstəqil subyekt kimi, ərazi vahidi kimi dünyaya və bizə qəbul etdirməyə nail olublar.

2. Ermənistan-Azərbaycan müharibəsini Qarabağla-Azərbaycan arasında gedən müharibə kimi təqdim etmişlər. Eyni zamanda ikinci böyük səhvimiz ATƏT-in Minsk Qrupunun danışıqlarında yerli Azərbaycanlıların ( “Qarabag azərbaycanlıları” termini işlədilir ki, burda da Qarabagın müstəqil subyekt oldugu təsdiq ollunur) “İcma “kimi iştirk etməsidir. İcma etnik və ya milli azınlıgı ifadə edən termindir. Azərbaycanlılar Qarabagda icma deyil, yerli, dominant xalqdır. Ermənilər bu əraziyə Çar rusiyası tərəfindən köçürülmüş, beləliklə demoqrafik vəziyyətin ermənilərin xeyrinə süni dəyişdirilməsinə nail olmuşlar. Beləliklə ermənilər Qarabagda cogunluq, azərbaycanlılar azınlıq durumuna düşmüşlər. “İcma” termini də dolayısıyla bunun təsdiqidir, ermənilərin “dominant”, azərbaycanlıların “icma” oldugunun etiraf olunmasıdır. Beləliklə də beynəlxalq danışıqlarda 2005-ci ildən etibarən “ Daglıq Qarabagın azərbaycanlı icması” ifadələri yer almaqdadır. Burda da Qarabag müstəqil ərazi subyektini, azərbaycanlı icma da azərbaycanlı azınlıgı ifadə edir. Beləliklə beynəlxalq danışıqlarda “Qarabagın azərbaycanlı icması”nın siyasi-hüquqi status qazanılması ilə gələcəkdə “Qarabagın statusunun” həlli ilə baglı keçirilməsi planlaşdırılan referendumda onların iştirakı və söz, iradə haqqı tanınır və Qarabagın statusunda həlledici rəy, söz Azərbaycan dövlətinin və xalqının iradəsi yox, “Qarabagın azərbaycanlı icması”nın iradəsi ilə həll edilir. Bu “icma” isə azınlıqdır, ermənilər isə “çoxluq”dur və təbii ki, Qarabagın statusu ilə baglı hər hansı gələcək referendumda həlledici qərarları “çoğunlluq”olan ermənilər verəcəkdir. Beləliklə bu “İcma”nın hüquqi tərəf kimi danışıqlarda iştirakı ilə dolayısıyla Azərbaycan dövləti və xalqı “Qarabagın statusu”nun həllindən kənarlaşdırılır, təcrid edilir. Bütün bunlar yolverilməzdir. Danışıqlarda Azərbaycan höküməti iştirak etməli, Azərbaycan dövlətinin iradəsi əks olunmalıdır.



Belə oldugu halda biz nə etməliyik?

23 ildir ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətində əks olunan və nəticə verməyən formatın dəyişdirilməsinə nail olmalıyıq və bu məsələyə yeni kontekstdən baxmalıyıq. Bu, “dondurulmuş” müharibənin sülhə çevrilməsində dönüş yarada bilər . Yeni kontekst nədən ibarətdir?

Bu format ondan ibarətdir ki, Nə “Qarabag konflikti”ndən danışılmalılıdır, nə də “Konfliktin həlli” kimi “Qarabagın statusundan” danışılmalıdır. Ermənistanın işgalçı dövlət olması bütün dünyaya qəbul etdirilməlidir. Qarabagın və ətraf 7 rayonun Ermənistanın Azərbaycana qarşı apardıgı işgalçılıq müharibəsi nəticəsində işgal olundugunu, Ermənistanın işgalçı dövlət oldugunu və qeydsiz şərtsiz işgal etdiyi torpaqlardan çıxmaları tələb olunmalıdır. Bunun beynəlxalq hüquqi əsasları da var. BMT TŞ 1993-cü ildə 822, 853, 874,884 saylı qətnamələrinin yerinə yetirilməsi tələb olunmalıdır. Birinci mərhələdə Ermənistanın işgal etdiyi Azərbaycan torpaqları işgaldan azad edilməlidir. Ikinci mərhələdə isə Azərbaycan vətəndaşları olan Ermənilərin statusundan( “Qarabag erməniləri”nin deyil, Azərbaycan vətəndaşı olan ermənilərin) və eyni zamanda Ermənistandan 1988-ci ildə Etnik təmizləmə və soyqırıma məruz qalmış Ermənistan vətəndşları olan Azərbaycan türklərinin statusundan söhbət gedə bilər. Ermənistandan deportasiya olunmuş türklər öz torpaqlarına, ölkələrinə qayıtmalıdır, Ermənistn hökümətinin idarə olunmasında və parlamentdə bərabərhüquqlu vətəndşlar kimi iştirak etməlidirlər. Ermənistan heç vaxt mono etnik dövlət olmayıb, bura qədim türk torpagıdır və yerli xalq öz ölkəsinə qayıtmalıdır. Əgər bu format qəbul ediləcəkə müharibə bitə bilər və Cənubi Qafqazda sülh və sabitlik təmin olunar. Biz bunun adını “0 vəziyyətə qayıdış” adlandırırıq. Bu yerinə yetirilmədikdə isə müharibəyə başlanılmalıdır. Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməlidir.

Azərbaycan-Ermənistan müharibəsi. Qərbin ikili standartlar siyasəti.Qərb Azərbaycanın strateji tərəfdaşıdırmı?

Mən ümumiyyətlə ABŞ və Qərbin Ermənistanın Azərbaycan torpaqlarını işgaldan azad etməsində maraqlı olan ölkələr hesab etmirəm, bu məsələdə onları Azərbaycanın tərəfdaşı, müttəfiqi kimi də görmürəm. Əksinə, Ermənistanın işgalçı siyasətinin arxasında Rusiya ilə bərabər bu ölkələrində durdugunu iddia edirəm. Hesab edirəm ki, Aərbaycan topaqlarını Rusiya Ermənistanla bərabər işgal etmişdir, Qərb – ABŞ cütlüyü və İran isə bu işgala dəstək verməkdədir. Bu fikrimi əsaslandırmaq üçün onlarla fakt göstərə bilərəm. Birincisi gəlin tarixdən başlayaq və tarixi ardıcıllıga diqqət edək.Bu gün baş verənlərin keçmişdəkilərin davamı və nəticəsi oldugunu görəcəyik. Hazırda Azərbaycana, türklərə qarşı gedən siyasəti anlamaq üçün son 300 ildir bu cografiyada həyata keçirilən Qərbin müstəmləkəçilik siyasətini təhlil etmək lazımdır. Bu siyasət indi də davam etməkdədir, hal-hazırda Yaxın və Orta Şərq cografiyalarında məskunlaşaraq, imperatorluqlar, bəyliklər,ulus dövlətləri quran Türklərin hakim olduqları ərazilər yenidən bölünməkdə ,Türk cografiyasının daralması prosesi davam etməkdədir. XVIII əsrdən etibarən bu proses üç mərhələli aparılmaqdadır.

1.İmperatorluqların (Osmanlı,Qacar, Babur) dagıdılmsı və ərazilərinin bölüşdürülməsi.Türklərin hakimiyyətdən devrilməsi və ikinci qrup azınlıq halına salınması. Hind-Avropa qrupuna məxsus xalqların türk cografiyalarında dövlətlərinin qurulması (Fars, Erməni, Kürd).