Добавить в цитаты Настройки чтения

Страница 71 из 83



Azərbaycan parlamentində görkəmli mövqedən ən nüfuzlu qüvvə “Müsavat” partiyası idi. Bu partiya koolisiya prinsipinin dövlətin maraqlarına uyğun hesab edərək öz fəaliyyətində bütün siyasi təşkilatlar və əməkdaşlığa meyl göstərirdi (23, s.14). Torpaq məsələsi yenə həllini gözləyən başlıca məsələlər sırasında qalırdı.

Araşdırılan dövrdə sosial-siyasi vəziyyətin yaxşılaşdırılması üçün əsas tədbirlərdən biri də Azərbaycan ordusunun qurulması və daha da gücləndirilməsi olmuşdur. Osmanlı-Türk ordusu Azərbaycanda olarkən 1918-ci il oktyabrın 23-də respublika hökumətinin Hərbi Nazirliyi yaradılması qərara alındı (24, s.28). Əski Rusiya imperiyasında Tam Ordu generalı rütbəsinə yüksəlmiş (əslən Qarabağın Şuşa qəzasının, sonradan Ağdam qəzasının, hazırda Ağcabədi rayonunun Hindarx və Hüsülü kəndlərinin Kəbirli bəylərindən olan) Səməd bəy Mehmandarov milli ordunun yenidən qurulması başa çatmamış, parakəndə halda olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik altına gətirmək üçün ilk növbədə mərkəzi hərbi idarəetmə orqanlarını təşkil etməkdən başladı.

Nazilər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə artireriya generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin olundu (1, s.395-396). 1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıldı (1. s.399). Həmin il yanvarın 15-də isə Azərbaycan Cümhuriyyətinin Silahlı Qüvvələrin Baş Qərargahı təşkil olundu (1, s.558). Bu təşkilatı işlərin həyata keçirilməsi nəticəsində Hərbi Nazirlik Azərbaycan Ordusunun şəxsi heyətinin sayını 20 min nəfərə, ordudakı atların sayını isə beş min başa çatdırmağı, 1920-ci ildə isə ordu heyətini 40 min nəfərə, atların sayını isə on min başa çatdırılması nəzərdə tutulurdu (1, s. 401).

Müsavatçılar 1918-ci ilin əvvəlindən Lənkəran bölgəsində silahlı dəstələri tərksilah edib hakimiyyət idarələrini nəzarət altına aldıqlarına baxmayaraq, 1918-ci ilin aprel ayında bölgəyə gələn “Aleksandr Jander” gəmisində gələn sovet qoşunları hakimiyyəti ələ keçirdi (25, s.18.).

Lənkəran və Cavad bölgələrində məskunlaşdırılmış rus əhalisi tərəfindən müdafiə olunan Rusiya ordusunun millətçi zabitləri fəallaşmağa başladılar. Denikin qoşunu ilə sıx əlaqəsi olan bu qüvvələrə polkovnik İlyaseviç rəhbərlik edirdi. O, İran sərhəd xəttini qorumaq üçün Muğanın cənubunda yerləşdirilmiş 29-cu rus sərhəd briqadasının komandiri idi ( 26, s.28). 1918-ci ilin avqust ayında öz qərargahı ilə Cavad qəzasının Biləsuvar kəndindən Lənkaran qəzasının Prişib kəndinə köçən İlyaseviçin briqadasında altı min nəfər silahlı var idi. Bu hərbi qüvvənin təzyiqi ilə avqust ayının 4-5-də Prişib kəndində fövqəladə qurultay cağrıldı. Qurultayda Lənkəran və Cavad qəzalarında hakimiyyət məsələsi müzakirə olundu.

Qəzaları idarə etmək üçün beş nəfərdən ibarət “Müvəqqəti diktatura” yaradıldı (27, s.52). Şovinist millətçi rus zabitləri AXC-nin cənub bölgəsində hakimiyyəti ələ keçirdilər. Onlar tabeliklərində olan silahlı qüvvələrə, bölgəki rus qolçomaqlarına, Bakıdakı Rus Milli Şurasına və Denikinin yardımlarına arxalanaraq, “Müvəqqəti Diktatura” əhalini qarət etmək , çapıb-talamaq, öz mənafeylərinə uyğun olan yeni bir rejim yaratdılar. 1919-cu ilin fevralında rus- zabitlərinin nəzarəti altında olan ərazilır “Lənkəran Respubliksaı” elan olundu və Suxorukovun rəhbərliyi ilə “demokratik” hökumətin təşkil olunduğu bildirildi (27, s.59).

1919-cu il martın 21-də müstəqil AXC-ni parçalamaq iddiasında olan qüvvələrin Prişibdə qurultayı çağrıldı. Qurultayda qərara alındı ki, Paris sülh konfransı qurultayınadək, Lənkəran qəzası Azərbaycan hökumətinə verilməsin və “Muğan vilayəti” adı altında yaradılan müstəqil quruma tabe etdirilsin (27, s.59-60).

1919-cu il mayın 15-dən “Muğan Kəndli Deputatları Sovetinin fövqəladə qurultayı” çağrıldı. Bu qurultayda iştirak edən deputatların yarısı qeyri-azərbaycanlı idi (26, s.38). 1919-cu il aprelin 25-də kommunistlər palkovnik İlyaseviç və onun tərəfdarlarını həbs edərək Lənkəran bölgəsində nəzarəti ələ keçirmişdilər (1, s.404). Cənubi Qafqazda Sovet hakimiyyətinin yeganə dayaq nöqtəsi olan Lənkəran bölgəsində üsyanın baş tutması xəbərini alan kommuistlər buraya pul, silah yardımı gücləndirdilər. 1919-cu ilin aprel ayının axırıncı günləri kommunistlər Bakıdan gizli olaraq “Vstreçni” gəmisi ilə Lənkərana xeyli miqdarda silah və sursat, doqquz milyon rubl və çoxlu siyasi ədəbiyyat göndərdilər (28, s.226).



İ.V.Leninin tapşırığı ilə Həştərxandan Lənkərandakı antiazərbaycan qovvələrə kömək göstərmək üşün kommunist T.İ.Ulyantsev (Otradnev) Lənkərana göndərildi. O, da gəlib Lənkəranda İnqilabi Şura təşkil etdi (29, s.191). 1919-cu il may ayının sonunda cənubda elan olunmuş Sovet hakimiyyətinin sərəncamında bir piyada taboru, üç hidroplan var idi. Muğanda bolşevik silahlı qüvvələrin sayı 6-7- min nəfərə çatırdı (29, s.192). “Muğan Sovet Respublikası” nın ömrü uzun sürmədi. Ağqvardiyaçı rus zabitlərinin rəhbərliyi altında qüvvələr iyun ayının 24-25-də Lənkəranda hakimiyyəti ələ aldılar. İyulun 26-da isə Prişibdəki qurultayında bölgədə öz hakimiyyətlərini bərpa etdiklərini elan etdilər (30).

1919-cu ilin avqustunda Qarabağda vəziyyət nisbətən sakit keçdi. AXC-nin Hərbi Nazirliyin rəhbərliyi Lənkəran bölgəsinə qoşun çıxarmağı qərara aldı. Bu barədə AXC hökuməti 1919-cu il iyul ayının əvvəlində göstəriş vermişdi (1, s.404). Azərbaycana əks olan qüvvələri sıxışdırıb bölgədən çıxarmaq və burada AXC-nin hakimiyyətini yaratmaq üçün Lənkəran dəstəsi yaradıldı. 1919-cu ilin avqust ayının əvvəlində Lənkəran dəstəsi formalaşdırılmış, hərəkəti üçün hazırlıq işləri görülmüşdü. Dəstənin komandanlığı general-mayor Həbib bəy Səlimova həvalə olundu. Həbib bəyə göstəriş verildi ki, tabeliyində olan hissələrlə Hacıqabul, Salyan, Pokrovisk, Prişib və Lənkəran marşrutu ilə Lənkəran qəzasına doğru irəliləyərək oralarda qayda- qanunu bərpa etməlidir (1, s.405).

Hacıqabulda toplaşan Lənkəran dəstəsi avqustun 13-də Lənkərana doğru hərəkata keçdi. AXC-nin gənc ordusu yayın güclü istisində məsafəni on beş günə qət etmişdir (1, s.405). Heç bir qan tökülmədən Lənkəran qəzası və Muğan bölgəsi AXC-nin tərkibinə qatılmışdır. Lənkəranda piyada taboru təşkil olundu. Kapitan S.Rəfibəyov komandir təyin edirdi. Onlar ağqvardiyaçı qüvvələrdən və rus əhlisindən müsadirə olunmuş yüngül silahlarla təmin olundular.

AXC- hökuməni xarici siyasət sahəsində uğurlar qazanmışdır. Avropanın və Asiyanın bir çox ölkələrində Azərbaycan Cümhuriyyətinin diplomatik nümayəndələri təsis olunmuşdur. 1920-ci ilin aprelində Bakıda 20-dən çox ölkənin diplomatik missiyaları fəaliyyət göstərməyə başladı (1, s.446).

Yanvar ayının 13-də Amerika Birləşmiş Ştatlarının Parisdəki səfiri Valles İngiltərə və Fransanın Azərbaycan və Gürcüstan dövlətlərinin müstəqilliklərini de-fakto tanımaları və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi. Yanvarın 15-də Azərbaycan və Gürcüstan nümayəndələri Fransa Xarici İşlər Nazirliyinə dəvət olundular. Azərbaycan nümayəndələri Ə.M.Topçubaşov və M.Məhərrəmov, Gürcüstan nümayəndələri İ.Sereteli və Z.Avalov Fransa Nazirliyinin birinci katibi Jül Kambon, İngiltərə nümayəndəsi Filipp Kerr və İtaliya nümayəndəsi markiz de la Torreta tərəfindən qəbul olundular (31, s.241). Jül Kambvon Azərbaycanın Ali Şura üzvüləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanıması haqqında Paris sülh konfransının rəsmi qərarını Ə.M.Topçubaşova təqdim etdi (1, s.441).

Hələ aprel ayının ortalarında XI ordunun birləşmələri və hissələrinin Azərbaycan sərhəddində cəmləşməsi başlandı. Gələcək əməliyyatlarda iştirak etmək üçün 20-ci, 28-ci və 32-ci atıcı diviziyaları ( 20 minə yaxın süngü), sonralar 2-ci süvari korpusuna birləşdirilən 7-ci və 8-ci süvari diviziyaları və Taman süvari briqadası (cəmi 7 min qılıncla) ayrılmışdı. Dərbənddə yerləşən beş zirehli qatar, həmçinin bir neçə aviasiya dəstəsi də XI ordunun sərəncamında idi (32, s.148).

Sovet Rusiyasının XI ordusunun 72 minlik hərbi hissələri 1920-ci ilin aprel ayının 26-da Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini keçərək sürətlə Bakıya doğru irəliləməyə başladı (33, s.7). Şimal sərhəddindən Bakıya qədər Azərbaycan Ordusunun çox az qüvvələri-cəmisi üç min nəfərlik nizami qoşun dəstələri və ehtiyat batalyinu (onlara verilmiş zirehli qatarlarla birlikdə cəmi beş min süngü və qılınc) yerləşdirilmişdi (34, s.112).