Добавить в цитаты Настройки чтения

Страница 70 из 83



Türkiyənin hərbi naziri və ali baş komandan müavini Ənvər paşa öz qardaşı Nuru Paşaya Təbriz ətraından Gəncəyə doğru hərəkət etməsi barədə əmr verdi. Nuri Paşa xatirələrində qeyd etmişdir ki, o, Cəbrayıl-Ağdam-Tərtər marşurutu ilə mayin 24-də Yevlaxa gəlmişdir. May ayının 25-də isə Nuru paşa hərbi heyəti ilə birlikdə Gəncəyə daxil olmuşdur (13, s. 214). Türkiyə ordusunun hərbi heyəti olan 5-ci diviziya Azərbaycan Cümhuriyyətinə köməyə cöndərildi (1, s. 326).

Qafqaz Türk İslam Ordusunun komandanı Nuri paşa öz qoşunlarına müraciətində: Bizim məqsədimiz Bakıdır demişdir (16, s.219). İyun ayının 11-14-də Gəncə və onun ətrafında yaşayan ermənilər tərkisilah olundu. Gəncə türk müsəlman əhalisinin hərbi könüllü dəstəsindən 13 nəfər şəhid oldu və 7 nəfər yaralandı (13, s.214).

Azərbaycan Türkiyə birləşmiş qoşunları ilə Bakı Xalq Komissarları Sovetinin qoşunları arasında ilk döyüş iyun ayının 16-18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş verdi. Burada Türkiyənin 10-cu alayı vuruşurdu. İyunun 19-da Nuru Paşa özü cəbhəyə cəldi. Türklərin 5-ci diviziyası xeyli itki verərək sovet qoşunlarının hücumunu dayandıra bildi. İyun ayının 19-da Qafqaz İslam Ordusunda olan türklərin dağ-artiveriya divizionu və türk piyada alayı döyüş bölgəsinə gəldi. Qafqaz Türk İslam Ordusu tərkibində Ağdam, Ağcabədi, Şuşa, Ağdərə, Bərdə, Tərtər, Gəncə, Şamxor, Car-Balakən bölgələrindən toplanmış könüllülər Müsəlman körpüsü altında döyüşürdülər. Döyüşlər əsasən Qaraməryəm- Ağsu şosesi, Müsüslü- Kürdəmir ətrafında gedirdi. İyun ayının 30-da sovet qoşunları geri çəkilsə də iyulun 1-də yenə Göyçaya soxuldu. Türk-müsəlman qoşunu yenidən Göyçayı azad etdi. Qafqaz Türk İslam Ordusunun Göyçay ətrafında döyüşlərdə qələbəsi Azərbaycanın şərq hissəsinin, o cümlədən Bakı quberniyasının Bakı, Quba, Şamaxı, Cəlyan, Lənkəran qəzalarının bolşevik-daşnak işğalından azad etmək uğrunda apardığı şərəfli mübarizədə dönüş nöqtəsi oldu (16).”

1918-ci ilin iyul ayında Qafqaz Türk İslam Ordusu və Azərbaycan körpüsü hücumları davam etdirdi. Döyüşlər üç istiqamətdə aparılırdı. Sol cinahda Şamaxı istiqamətində və sağ cinahda Səlyan istiqamətində Qafqaz Türk İslam Ordusunun hərbi hissələri əməliyyat aparırdılar. Mərkəzi cəbhədə Kürdəmir- Hacıqabul istiqamətində Azərbaycan körpüsünün hissələri hücum edirdi. Iyulun 10-da üç günlük döyüşdən sonra Kürdəmir azad edildi, iyulun 14-də Karrar dəmiryol stansiyası, sonra isə Hacıqabul azad olundu. Sol cinahda isə Mürsəl paşanın komandanlıq etdiyi Qafqaz Türk İslam Ordusunun hissələri iyulun 7-də Ağsu-Şamaxı istiqamətində hücuma keçərək iyulun 20-də Şamaxı şəhərini azad etdilər. Cənub cəbhəsində isə Həmid bəyin başçılığı altında türk əskərləri Səlyan qəzasının Bankə balıq vətəqələrini ələ keçirdilər (17, s.307-308).

Bakı civarına bıxmış Qafqaz Türk İslam Ordusunun komandanı Huru paşa 1918-ci il avqustun 5-də hücumla Bakı şəhərini azad etmək istədi. Lakin Bakıda olan “ Sentrokaspi” diktaturasının hərbi qüvvələri güclü müqavimət göstərirdilər. Bakının və Xəzər sahili qəzalarının tezliklə azad olunması üçün Nuru Paşa 3-cü Türk İslam Ordusu komandanlığından əlavə qüvvə istədi. Kömək gəldikdən sonra avqust ayının 26-dan sonra hərbi əməliyyatlar fəallaşdı. Bakı üzərində hücumda 8 min Osmanlı əskərləri ilə yanaşı 6-7- min Azərbaycanın Qarabağ bölgələrindən: Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Şuşadan, Gəncə və Car-Balakəndən olan türk-müsəlman oğulları iştirak edirdi. Otuz altı saatlıq döyüşlərdən sonra sentyabr ayının 15-də saat 9-d Bakı düşməndən geri alındı. Sentyabrın 18-də Türk qoşunları Bakıya daxil oldu.

Bakı şəhəri və qəzası azad olunduqdan sonra Xəzər sahilində yerləşən Quba, Səlyan, və Lənkəran qəsalarında bolşevik- daşnak qoşunlarından təmizləndi. Şanlı Türk Ordusu 1300 nəfəri kimi, Azərbaycan körpüsünün isə beş min nəfərdən çox zabit və əsgəri şəhid olmuşlar (13, s. 215-217).

1918-ci ilin yayından başlayaraq türk xalqının qəddar düşməni olan Andronik erməni-daşnaklarına rəhbərlik edərək Zəngəzurda 115, Cavanşir, Cəbryıl, Şuşa qəzalarında 21, İrəvan quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər və əhalisini soy qırıma məruz qoydular. Yüz minlərlə türk müsəlman əhalisi öz dədə-baba yurdlarından qovulub didərgin oldu (1, s.433).

Ermənilərin vəhşiliyinin qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyəti dövləti 1919-cu ili yanvar ayının əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını Gəncə quberniyasından alıb mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ general-qubernatorluğu yradıldı. Həmin ilin fevral ayının 12-də Xosrov bəy Sulnanov general-qubernator təyin olundu.



1919-cu ilin iyun ayının 18-də Azərbaycan hökuməti Ermənistana nota göndərdi. Bu notada Ermənistanın etiraz və iddiaları rədd edilərək, Qarabağ məsələsində Azərbycan Cümhuriyyətinin daxili işlərinə qarışmamaq tələb olunurdu (18, v.76).

Almaniyanın və Türkiyənin Birinci dünya müharibəsindəki məğlubiyyəti nəticəsində 1918-ci ilin oktyabr ayının 30-da Antanta dövlətləri ilə Mudros barışığı müqaviləsi imzalandı. Həmin müqavilənin 2-ci maddəsinə əsasən Türkiyə öz qoşunlarını Cənubi Qafqazdan çıxarmalı,14-cü maddəsinə görə isə Antntanın hərbi qüvvələri Bakı və Batuma daxil olmalı idi. Bu ərazinin bütün dəmiryol xətləri, onların nəzarətinə verilməli idi (1, s. 336). İranın Xəzər sahili Ənzəli şəhərində yerləşmiş Böyük Britaniya dövləti ordusunun komandanı general Tomson Nuru Paşadan Mudros barışığına görə bir həftəyə kimi Bakının bir ayadək bütün Qafqazın boşaldılmasını istəyirdi (18, s. 61).

İngilis komandanlığı danışıqların əvvəlində Azərbaycan hökuməti ilə hesablaşmadı. General Tomsona Azərbaycan Xalq Cümhuriyyəti hüquqlarına daxil olmazdan əvvəl onun müstəqilliyini tanımaq təklif olunanda, o, “Azərbaycan Cümhuriyyəti adı altında bizə yalnız xalq kütlələri içərisində heç bir dayağı olmayan türklərin fitnə-fəsadla ilə yaradılmış hökumət məlumdur” (18, s. 45)... – deyə diplomatrik bəhanə və təklifi qəbul etməkdən qəti surətdə yayındı. Danışıqların sonunda Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-nə səhər saat 10-dək Bakı həm Türkiyə, həm də Asərbaycan qoşunlarından təmizlənməlidir. Bakı və onun neft mədənləri ingilislərin nəzarətinə keçməsi, ölkənin qalan hissəsinin Azərbaycan hökuməti və ordusunun nəzarətində qalması nəzərdə tutulur, eyni zamanda deyilirdi ki, Azərbaycan rəsmi surətdə tanınır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri Azərbaycan hökuməti ilə defakto əlaqə yaradacaqlar. V.M.Tomson Bakının general qubernatoru olacaq, şəhər polisinə ingilis zabiti rəhbərlik edəcək (20, v.1). Bakıya gələn ingilislər əvvəl Bakı Realnı məktəblərinin binasında, sonradan isə “Metropol” mehmanxanasında yerləşdirildilər ( 21, s. 57).

Azərbaycan parlamentinin əsas özəyini keçmiş Milli Şuranın 44 üzvü təşkil edirdi. Daha 36 müsəlman deputat isə keçmiş milli komitələrin xətti ilə şəhər və qəzalardan seçilmişdi. Şəhər özünüidarəsi və milli komitələri olmayan qəzalarda deputatlar kənd icmaların nümayəndələrinin qurultayı tərəfindən seçilə bilərdilər.

Nəzərdə tutulan 120 deputatdan 80 nəfəri türk-müsəlman nümayəndəsi, 40 nəfəri isə digər azlıqda olan xalqların nümayəndələri olmuşlar. Bakı şəhəri və qəzasından – 5 nəfər, Quba qəzasından- 2 nəfər, Lənkəran qəzasından 2 nəfər, Səlyan qəzasından 2 nəfər, Şamaxı qəzasından 2 nəfər və sairə qəzalardan seçilmişlər (1, s.346).

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu üç ay müddətində ərazi bütövlüyünü qorumaqla bərabər cəmiyyətin demokratik dəyişiklikləri, iqtisadi və mədəni yüksəlişinə də ciddi fikir vermişdir. “İttihad” partiyasının Q.Qarabəyov tərəfindən təqdim edilmiş bəya

“Əhrar” partiyasının bəya