Добавить в цитаты Настройки чтения

Страница 3 из 48

Birbaşa hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazilərinə çox sayda YPG, PKK terrorçularının, o cümlədən, Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin köçürülməsi münaqişəni daha da alovlandırdı. Situasiyanın gərginliyi 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı A

25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Sözügedən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar etmişdir. Azərbaycan Respublikasının Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici Siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır. Həmin gün Azərbaycan Silahlı qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.

Qarabağ müharibəsi 1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi cənub-qərbi Azərbaycanda yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsidir. Müharibə getdikcə keçmiş SSRİ respublikaları olan Azərbaycan və Ermənistan, Dağlıq Qarabağın yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı. Azərbaycan separatçı hərəkatı məhv etməyə çalışırdı. Yerli parlament özünü Ermənistanla birləşdirilməyin lehinə səs verib, seçicilərin əksəriyyətinin müstəqilliyə səs versə də, Dağlıq Qarabağın azərbaycanlı əhalisi referendumu boykot etmişdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə yenidən, amma nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin dağılmasının yaxınlaşması səbəbindən, fikir ayrılığı etnik azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və nəticədə tərəflərin etnik təmizləmə iddialarına səbəb olmuşdur.

Tərəflər arasında etnik qruplararası qarşıdurmalar Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəya



2.Qarabağ məsələsinin bərpası

Sovetlər dövründə istənilən etiraz qətiyyətlə yatırılırdı. Lakin Stalinin ölümündən sonra ermənilərin narazılığı artdı. 1963-cü ildə 2500-ə yaxın Qarabağ erməniləri Qarabağı erməni nəzarəti altında qoymaq və ya Rusiyaya köçürmək üçün ərizə yazmışdı. Həmçinin 1963-cü ildə 18 erməni ölümü ilə nəticələnən Xankəndində şiddətli qarşıdurmalar yaşanmışdı. 1965-ci və 1977-ci ildə Ermənistanla Qarabağı birləşdirmək çağırışı ilə İrəvanda böyük nümayişlər keçirilmişdi. Sovet İttifaqının yeni baş katibi Mixail Qorbaçov, 1985-ci ildə hakimiyyətə gələn kimi Sovet sistemində islahatlar siyasətini həyata keçirməyə başladı. Bu siyasət əsas iki tərkib hissədən ibarət idi: perestroyka və qlasnost. Perestroyka daha çox iqtisadi islahatlar ilə əlaqəli olsa da, qlasnost və ya "mərdanəlik" Sovet sisteminin özü və onun liderləri haqqında şikayətlərin ifadə olunmasında Sovet vətəndaşlarına məhdud azadlıq verirdi. 1987-ci ilin payızında bir çox narazı qüvvələr vəziyyətin dəyişdiyini hiss etdi. Oktyabrın əvvəlində Yerevanda ekologiyaya həsr olunmuş mitinqdə ilk dəfə olaraq DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə tələb səslənməyə başladı. Yerli mətbuat Azərbaycan rəhbərliyini bölgə iqtisadiyyatını gerilətməkdə, erməni mədəniyyətini sıxışdırılmaqda və Dağlıq Qarabağla Ermənistan arasında ələqələri əngəlləməkdə ittiham etdi. Dağlıq Qarabağ və Ermənistanda muxtar vilayət statusunun dəyişdirilməsi üçün 75 minə yaxın imza toplanmışdı. 1987-ci il dekabrın 1-də yazıçı Zori Balayan başda olmaqla heyət Dağlıq Qarabağın tarixi və müasir durumuna dair imzalar atılmış vərəqələr və 84 sənədi görüş zamanı Politbüro üzvlüyünə namizəd Petr Demiçevə təqdim etmişdir. Moskvanın yeni siyasətindən xeyir güdən QMV Xalq Deputatları Soveti, 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Azərbaycanlı deputatlar səsvermədə iştirak etmədi. 24 fevralda Dağlıq Qarabağ Muxtar Bölgəsi Partiya katibi və Azərbaycan tərəfli Boris Kerkorov qəbul olunmuş qərarın təsdiqlənməsi üçün tələb olunan rəsmi möhürü oğurlamağa cəhd etmişdi. Fevralın 24-də Kevorkov vəzifəsindən kənarlaşdırılaraq yerinə əhali arasında daha populyar olan Qenrix Poqosyan təyin olundu.

Qarabağ erməni liderləri regionda nə erməni dilində dərsliklərin, nə də televiziya yayımın olmamasından şikayət edərək, Azərbaycanın Kommunist Partiyasının baş katibi Heydər Əliyevi regionun geniş "Azərbaycanlaşdırma" cəhdində, Dağlıq Qarabağda yaşayan azərbaycanlıların sayının və təsirinin artırılmasında ittiham etmişdi. 1988-ci ilə kimi Qarabağda erməni əhalisi ümumi əhali ilə müqayisədə təxminən 3/4 dəfə azalmışdı. 1988-ci ilin həmin fevral günlərində Sovet rəhbərləri gördülər ki, vəziyyət gərginləşməyə doğru gedir. Kommunist partiyasının daxilində açıq mübarizə gedirdi, Moskva rəhbərliyi üsyançıları vərdiş etdiyi gücün işlədilməsilə yatıra bilməyəcəyi qənaətinə gəldi. Qorbaçovsayağı dözümlülük prinsipini praktikada tətbiq etmiş Politbüro, Azərbaycan kompartiyası liderlərinə elan etdi ki, onlar münaqişəni yatırmaq üçün gücdən yox, yalnız "partiya xəttinə uyğun" inandırmaq kimi metoddan istifadə etməlidir.